Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə40/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   36   37   38   39   40   41   42   43   ...   51

Dezire indi yadına düşdü. Melani ilk uşaqdır, qaranlıq olan sonra isə Dezire gəlir, arzu olunan.  
Adım Devid Luridir. – O, qızın üzünə diqqətlə baxsa da Dezirenin onu tanıdığını göstərən heç bir əlamət 
sezə bilmir. – Keyptaundanam.  
Mənin bacım da Keyptaunda tələbədir.   
Devid başını tərpətsə də, bacısını yaxşı tanıdığını demir. Lakin fikirləşir: eyni ağacın bəhrəsi, yəqin ki, ən 
intim təfərrüatlarına qədər bacısının oxşarıdır. Amma fərqlər də var: ürək fərqli şəkildə döyünür, ehtiras 
özünü fərqli şəkildə büruzə verir. Hər ikisi eyni çarpayıda, bax, bu şahlara yaraşan bir təcrübə olardı. 
Devid özünə gəlmək üçün silkinib saata baxır.  
- Dezire, məncə, atanızı məktəbdə tapmağa çalışsam yaxşıdır. Yalnız siz məktəbin harada olduğunu mənə 
izah edə bilərsiniz.  
Məktəbin həyəti boşdur. Devid bir azca həyətdə dolanıb “Dəftərxana” yazılmış lövhənin qarşısında 
dayanır. Dəftərxanada dırnaqlarını səliqəyə salan ortayaşlı, şişman katibə əyləşib.  
Mister İsaaksı axtarıram, - Devid deyir.  
Mister İsaaks! Qonağınız var! – Katibə ucadan dillənir, sonra isə Devidə müraciətlə: Buyurun, buyurun, 
içəri keçin- deyir.  
İsaaks çaşmış halda, anlaqsız baxışlarla partanın arxasında əyləşmiş Devidə baxır.  
- Məni xatırlayırsınız? Keyptaundan Devid Luri.  
 İsaaks: O! – deyib əyləşir, yenə əyninə böyük olan həmin kostyumu geyinib, boynu pencəyin içində itib 
batır. O, torbanın içinə düşmüş iti dimdikli quş kimi kostyumun içindən boylanır. Pəncərələr bağlıdır, 
tütün iyi gəlir.  
Əgər məni görmək istəmirsinizsə, dərhal gedə bilərəm, - Devid deyir.  
Yox, - İsaaks cavab verir – Əyləşin. Davamiyyəti yoxlayırdım. İcazə versəniz, əvvəlcə işimi bitirərdim.  
Buyurun.   
Stolun üstündə çərçivəli bir şəkil var. Oturduğu yerdən görünməsə də, Devid şəkildə kimlərin təsvir 
olunduğunu bilir: Mister İsaaksın göz bəbəkləri Melani, Dezire və onları dünyaya gətirən qadın.  
Belə ,- İsaaks jurnalı örtüb deyir. – Bu şərəfi nəyə borcluyam?   
Devid həyəcanlanacağını düşünürdü, lakin indi tamamilə sakitdir.  
- Melani şikayət qaldırdıqdan sonra, – o deyir. – Universitet rəsmi təhqiqata başladı. Nəticədə mən işdən 
azad edildim. Yəqin bilirsiniz.  
İsaaks heç bir cavab vermədən əvvılki kimi sual dolu nəzərlərlə ona baxır.  


- O vaxtdan tədris işləri ilə məşğul olmuram. Bu gün Corcdan keçirdim, düşündüm ki, burda dayanıb 
sizinlə danışmaq lazımdır. Yadımdadır ki, sonuncu görüşümüz zamanı biz bir az... əsəbi idik. Amma mən 
yenə də belə qərara gəldim ki, sizinlə görüşüb qəlbimdəkiləri sizə izah etməyə dəyər.  
Devidin bu yerə qədər dediklərinin hamısı həqiqət idi. O doğrudan da qəlbindəkiləri açıb danışmaq 
istəyir. Yaxşı bəs qəlbindəkilər nədir?  
İsaaks əlində ucuz qiymətə satılan diyircəkli “bik” qələmi tutub. O, barmağı ilə əvvəl qələmini bir üzünü, 
sonra isə çevirib o biri üzünü sığallayır. 
Devid sözünə davam edir.  
Melani bu əhvalatı sizə öz nöqteyi- nəzərindən danışıb. Etiraz eləmirsinizsə, mən də öz mövqeyimi 
bildirmək istərdim. Heç nəyi əvvəlcədən planlaşdırmamışdım. Hər şey müəyyən növ kişilərin tez-tez can 
atdığı kiçik, təsadüfi macəralar kimi başlamışdı. Bu cür danışdığım üçün məni bağışlayın. Səmimi olmağa 
çalışıram. Melani iləsə gözlənilməz bir hal baş verdi. Mən özlüyümdə bunu alov adlandırıram. O mənim 
içimdə bir alov yandırdı.  
Devid susur. Qələm öz rəqsini davam etdirir. “Kiçik, təsadüfi macəra. Müəyyən növ kişilər”. Stolun 
arxasında, onun qarşısında oturan kişi də bu cür macəralar yaşayıbmı? O, İsaaksa nəzər saldıqca, buna 
daha çox şübhə edir. Əgər Devid İsaaksın kilsədə müəyyən bir vəzifə yerinə yetirdiyini eşitsəydi, qətiyyən 
təəccüblənməzdi.  
- Alov. Burda təəccüblü nə var? Əgər alov sönürsə, kibriti çəkib başqasını yandırarsınız. Əvvəllər belə 
düşünərdim. Amma qədim zamanlarda insanlar oda sitayiş edirdilər. Onlar alovun sönməsinə icazə 
verməzdən əvvəl çox düşünməli olurdular. Bax, qızınız da mənim içimdə belə bir alov yandırmışdı. Məni 
yandırıb külə döndərəcək qədər isti olmasa da, bu əsl alov idi.   
Qələmin hərəkəti dayanır.  
Mister Luri, - qızın atası iztirab dolu təbəssümlə deyir. – Öz-özümdən soruşuram, bura gəlib mənə bu 
əhvalatları danışmaqla nə etməyə çalışırsınız...  
Bağışlayın, başa düşürəm, yolverilməzdir. Daha sözümü bitirdim. Özümü müdafiə üçün sizə demək 
istədiklərim bu qədər idi. Melani necədir?  
Melani çox yaxşıdır. Hər həftə bizə zəng vurur. Universitetə qayıdıb, bunun üçün bütün şərtləri nəzərə 
almaqla ona xüsusi icazə verilib. Boş vaxtlarında kifayət qədər uğurla teatrda çalışmağa davam edir. Odur 
ki, hər şey yaxşıdır. Bəs siz? Daha öz ixtisasınız üzrə işləmirsiniz, hansı planlarınız var?  
Mənim də qızım var. Vaxtımın bir hissəsini qızımın fermasında keçirir, ona təsərrüfat işlərində kömək 
edirəm. Bundan başqa, bir kitabı, daha doğrusu, kitaba bənzər bir şeyi tamamlamalıyam. Bu və ya başqa 
cür özümə məşğələ tapacağam.   
 İsaaks həmsöhbətinə Devidi mat qoyan səmimi qayğıkeşliklə baxır.  


- Hə, - İsaaks astadan deyir, onun dodaqlarından qopanlar sözdən çox ah kimi səslənir. – Qüdrətli adamın 
düşməyi!   
Düşmək? Bəli, şübhəsiz, bu doğrudur. Bəs “qüdrətli”? Bu sözü ona şamil etmək olarmı? O həmişə özünü 
gözə çarpmayan, hətta getdikcə daha az diqqət oyandıran bir adam hesab eləyib.   
Bəlkə də, - Devid deyir, - sınmamaq şərtilə hərdən düşmək bizim üçün faydalıdır.  
Yaxşı. Yaxşı. Yaxşı- hələ də gözlərini Devidə dikmiş İsaaks deyir.  
O, ilk dəfə İsaaksın üzündə: ağzında və dodaqların quruluşunda. Melaninin cizgilərini görür. Ani 
həyəcanın təsiri ilə Devid partanın üstündə uzanıb həmsöhbətinin əlini sıxmaq istəyir, əvəzində isə 
sadəcə onun soyuq, tüksüz dərisini sığallayır.   
Mister Luri, - İsaaks deyir, - Mənə danışmaq istədiyiniz başqa nəsə var? Dediniz ki, ürəyinizdə nəsə qalıb. 
Ürəyimdə? Yox, sadəcə Melaninin necə olduğunu soruşmaq istəyirdim. – Ayağa qalxır. – Məni qəbul 
etdiyinizə görə təşəkkür edirəm, sizə minnətdaram.  
Devid bu dəfə sıxıla-sıxıla əlini uzadır.  
Xudahafiz.  
Xudahafiz    
İsaaks Devidi çağıranda o artıq qapıdan çıxmışdı, hətta qəbul otağında idi:  
Mister Luri! Bircə dəqiqə!  
Devid qayıdır.  
Axşamkı planlarınız nədir?  
Bu axşam? Mehmanxanada qalıram. Planım yoxdur.  
Bizə şam yeməyinə gəlin.  
Məncə, xanım İsaaksın xoşuna gəlməz.  
Bəlkə də. Amma siz yenə də gəlin. Bizimlə çörək kəsin. Saat yeddidə şam eləyirik. İcazə verin sizin üçün 
ünvanı yazım. 
Ehtiyac yoxdur. Burdan əvvəl evinizə getmişdim, qızınızla tanış oldum. O məni bura istiqamətləndirdi.  
İsaaksın tükü də tərpənmir.  
Yaxşı, - o deyir.  
Qapını mister İsaaks özü açır.  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə