Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə37/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   33   34   35   36   37   38   39   40   ...   51

Petras sonuncu sözlərindən böyük ləzzət alır. O nə vatsa uşaq olub, indi isə deyil. İndi o, südçülük oyunu 
oynayan Mariya Antuenetta kimi yalnız özünü uşaqlığa qoya bilər.  
Devid mətləbə keçir:   
— Biz Lüsi ilə Keyptauna qayıda bilsək, fermada onu əvəz etməyə hazırsınızmı? Biz sizə əməkhaqqı verə 
bilərik, ya da gəlirdən pay götürə bilərsiniz.  
Lüsinin fermasına nəzarət eləməliyəm? - Petras soruşur. – Mən fermaya rəhbərlik etməliyəm?  
O, bu sözləri elə tələffüz edir, elə bil birinci dəfədir, eşidir. Elə bil bu sözlər şlyapadan çıxan dovşanlar 
kimi qəfildən hardansa peyda olub.   
— Hə, istəsəniz sizi fermanın rəhbəri təyin edə bilərik. 
— Lüsi isə gec-tez qayıdacaq.  
Şübhəsiz, qayıdacaq. O, fermaya çox bağlıdır. Burdan ayrılmaq istəmir. Amma son vaxtlar çox əziyyət 
çəkib. Lüsiyə bir az istirahət lazımdır. Bir növ məzuniyyət.  
Dəniz sahilində - Petras deyir və siqaret çəkməkdən saralmış dişlərini göstərir.  
Hə, istəsə dəniz sahilinə də gedə bilər. – Petrasın sözləri havadan asılı qoymaq vərdişi Devidi 
qıcıqlandırır. Bir vaxtlar isə o düşünürdü ki, Petrasla dostlaşa bilərlər. İndi o, Petrasa nifrət eləyir. Onunla 
danışmağın qumla dolu kisəni yumruqlamaqdan fərqi yoxdur. – Məncə,  istirahət etmək qərarına gəldiyi 
üçün Lüsini qınamağa heç birimizin haqqı yoxdur.  
Nə qədər ferma rəhbəri kimi işləməli olacağam?  
Hələ bilmirəm, Petras. Bu barədə hələ Lüsi ilə danışmamışam, əvvəl sizin razılaşıb – razılaşmayacağınızı 
öyrənmək istədim.  
Və mən hər işi görməli, itləri yemləməli, tərəvəz yetişdirməli, bazara getməli olacağam...  
Petras, indi öhdəliklərin siyahısını tutmağa ehtiyac yoxdur. İtlər olmayacaq. Mən sadəcə sizə ümumi bir 
sual verirəm: Lüsi qısa bir müddət üçün gedərsə, fermaya nəzarət eləməyə hazırsınızmı?  
— Kombi olmasa, bazara necə gedəcəyəm?  
— Bunlar təfərrüatlardır. Bunları sonra da müzakirə edə bilərik. Mənə sizin cavabınız lazımdı, hə, ya da 
yox.  
Petras başını bulayır.  
— Çox iş var, həddindən çox, - o deyir.  


Gözlənilmədən polisdən zəng gəlir – serjant detektiv Esterhyuz Port-Elizapetdən danışır. Devidin maşını 
tapılıb. O, Nyubraytondakı polis məntəqəsinin həyətindədir. Devid burda maşınını tanıyıb, onu geri 
qaytara bilər. Bundan başqa, iki kişi saxlanılıb.   
—Əla, - o deyir. – Artıq ümidimi itirməyə başlamışdım. 
Nə danışırsınız, ser, hər iş iki il ərzində açıq qalır.  
Maşın necə vəziyyətdədir? Sürmək olar?  
Bəli, ser, olar.  
Devid vərdiş eləmədiyi qədər yüksək əhval ruhiyyədə Lüsi ilə birlikdə Port- Elizabetə, ordan isə Nyu 
Braytona gedir. Burda onlara Van Deventer küçəsinin, alçaq damlı, qalaya bənzəyən, yuxarısına tikanlı 
məftil çəkilmiş iki metr hündürlüyündəki hasarla əhatə olunmuş polis məntəqəsinin binasının yolunu 
göstərirlər. Dərhal diqqəti cəlb edən nişanlar maşını məntəqənin ətrafında saxlamağı qadağan edir.  
- Mən maşında gözləyəcəyəm, - Lüsi deyir. 
- Əminsən?  
- Bura xoşuma gəlmir. Gözləyəcəyəm.  
Devid növbətçi polisə özünü təqdim edir, dəhlizlərdən ibarət labirinti keçib, avtomobil oğurluqları 
bölməsinə necə çatmaq barədə göstəriş alır. Alçaqboylu, dolu bədənli sarışın detektiv Esterhyuz 
kağızların içində eşələndikdən sonra onu çoxlu maşının yanaşı düzüldüyü həyətə aparır. Onlar avtomobil 
sırası boyunca əvvəl irəli, sonra geri gedirlər.  
- Onu hardan tapdınız? – Devid Esterhyuzdan soruşur.  
- Burdan Nyu Braytondan. Bəxtiniz gətirib. Adətən oğrular köhnə “korolla”ları ehtiyat hissələrinə ayırıb 
satırlar.  
- Dediniz ki, kimsə həbs edilib.  
— İki nəfər. Bütün ev oğurlanmış televizorlarla, soyuducularla dolu idi. Nə istəsəniz.  
Onlar indi hardadırlar?  
Girovla azad ediliblər.  
Azad edilməzdən əvvəl, mən onları tanısaydım daha yaxşı olmazdımı? Sizi onları girovla azad etmisiniz. 
İndi onlar sadəcə yoxa çıxacaqlar. Axı özünüz bilirsiniz.  
Serjant cavab vermir, onlar ağ “korolla”nın qarşısında dayanırlar.  
Devid: - bu mənim deyil. Mənim maşınımın Keyptaun nömrəsi var idi, işdə də göstərilib,- deyərək 
barmağı ilə qovluqdan götürülmüş kağızda çap olunmuş nömrəyə toxunur, - CA 507644 


- Nömrələri dəyişdirirlər.  
- Hətta belə də olsa, bu mənim maşınım deyil. Aça bilərsiniz?  
Detektiv maşını açır. Maşının içindən nəm qəzet və qızardılmış toyuq iyi gəlir.  
- Mənim maşınımda akustika sistemi yox idi, - Devid deyir. – Mənimki deyil. Əminsiniz ki, mənim 
maşınım burdakıların arasında yoxdur?  
Onlar bir daha dayanacağı dolanırlar. Devidin maşını yoxdur. Esterhyuz boynunu qaşıyır. 
Bu məsələni araşdıraram, - o deyir – Görünür, nəsə səhv düşüb. Telefon nömrənizi mənə verin, təkrar 
zəng vuraram.  
Lüsi gözlərini yumub kombinin sükanının arxasında oturub. Devid pəncərəni döyür, Lüsi qapını açır.  
O: - Səhv eləyiblər- deyib maşına oturur. – Başqa “korolla” tapıblar.  
Bəs kişiləri gördün?  
Kişiləri?  
Dedin ki, iki kişi həbs olunub.  
Onları artıq girovla azad ediblər. Onsuz da maşın mənim deyil. Deməli həbs olunanlar da mənim 
maşınımı oğurlayanlar deyildi.   
Səssizlik. 
Lüsi: - Səncə, məntiqlə belə çıxır? – deyib maşını işə salır və ani bir hərəkətlə sükanı döndərir.  
Bilməzdim ki, onların həbs olunmasını arzulayırsan, - Devid deyir. O, səsində qəzəb hiss eləsə də, özünü 
ələ ala bilmir. – Onları saxlasalar, məhkəmə olacaq və sən ifadə verməli olacaqsan. Buna hazırsan?  
Lüsi mühərriki söndürür. Üzü daşlaşıb, göz yaşlarını güclə saxlayır.   
— Hər halda artıq onların izi itib. Bizim dostların tutulmaq, xüsusi ilə yaşadıqları ştatın polisi tərəfindən 
saxlanılmaq təhlükələri yoxdur. Odur ki, yadından çıxart.  
Devid özünü ələ almağa çalışır. O, zəhlətökən və deyingən bir insana çevrildiyini başa düşsə də, özü ilə 
bacarmır.  
— Lüsi, nəhayət, bir qərara gəlmək vaxtıdır. Ya iyrənc xatirələrlə dolu evdə qalıb, başına gələnləri 
fikirləşə-fikirləşə özünü üzməyə davam edirsən, ya da o hadisəni geridə qoyub, başqa bir yerdə yeni 
həyata başlayırsan. Bilirəm ki, sən burda qalmağa üstünlük verərdin. Amma niyə də başqa variant 
haqqında düşünməyəsən? Məgər bu məsələni ağlı başında adamlar kimi müzakirə edə bilmərik?  
Lüsi başını silkələyir.  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə