Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə33/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   29   30   31   32   33   34   35   36   ...   51

“Yox” – Bu Lüsinin son sözüdür. O, qapını atasının üzünə çırpıb otaqdan çıxır. Onlar ər-arvad kimi bir – 
birlərindən addım – addım uzaqlaşırlar və Devid bunun qarşısını almaq üçün heç nə eləyə bilmir. Onların 
mübahisələri, eyni damın altında ilişib qalmış, getməyə başqa yerləri olmayan ər və arvadın 
münasibətlərini xatırladır. Kim bilir, Lüsi atasının ona qonaq gəldiyi günü necə böyük təəssüflə 
xatırlayacaq! Bəlkə də Lüsi onun tezliklə çıxıb getməyini istəyir.      
Lüsi özü də gec-tez burdan çıxıb getməli olacaq. Artıq aydındır ki, onun fermada yaşayan tənha qadın 
kimi gələcəyi yoxdur. Hətta silahlı, fermasını tikanlı məftillə əhatələmiş, evinə siqnalizasiya quraşdırmış 
Ettingerin də vaxtına az qalıb. Əgər bir azca ağıllı olsaydı, Lüsi ölümdən də betər bir aqibətlə üzləşməmiş, 
hər şeyi atıb burdan gedərdi. Amma o heç nəyi atmaq fikrində deyil. Lüsi inadkardır və seçdiyi həyat 
yoluna sadiqdir.     
Devid evdən çıxıb, qaranlıqda ehtiyatla addımlaya-addımlaya tövləyə yaxınlaşır. Ocaq sönüb. Arxa qapıya 
bir dəstə adam toplaşıb. Devid onların başı üstündən içəri baxır. 
Rəqs meydançasının mərkəzində qonaqlardan biri, ortayaşlı bir kişi dayanıb.   
Başı keçəl qırxılmış, yoğun boyunlu kişinin əynində tünd rəngli kostyum var, boynundan tayfa başçılarına 
yüksək mənsəb rəmzi kimi verilən nişanları xatırladan yumruq böyüklüyündə qızıl medal asılıb. Konventr 
və ya Birminqemdə yeşik-yeşik kəsilən nişanlar. Onların bir tərəfində nədənsə narazı Viktoriya regina et 
imperatrix , o biri üzündə şaxə qalxmış qnu və ya qaraleylək təsvir olunardı. “Tayfa başçıları üçün 
medallar” qədim imperiyanın hər küncünə Naqpura, Ficiyə, Qızıl sahilə, Kafrariaya göndərilirdi. Medallı 
kişi səsini qaldırıb azalda-azalda rəvan nitqlə danışır. Devid kişinin dediklərindən heç nə başa düşmür, 
lakin o vaxtaşırı fasilələr verə-verə danışdıqca, natiqin ətrafına toplanmış cavan və yaşlı dinləyicilər 
razılıqla mırıldanırlar. Devid ətrafa göz gəzdirir. Oğlan yaxınlıqda qapının yanında dayanıb. Onun narahat 
baxışları Devidin üzündə gəzir. Tezliklə qalan qonaqların baxışları da ona, özgəyə, əcaib gəlməyə dikilir. 
Medallı kişi bir anlıq qaşqabağını sallayıb susur, sonra yenə səsini ucaldır. Devidsə özünə qarşı yönəlmiş 
bu diqqətin əleyhinə deyil. Qoy bilsinlər ki, mən hələ də burdayam, qoy bilsinlər ki, böyük evdə 
gizlənməmişəm. Bununla bayramları korlanacaqsa, qoy korlansın. O, əlini ağ rəngli sarğısına aparır. 
Birinci dəfədir ki, Devid başında sarğı olduğuna görə sevinir.        
 
 
 
XVI 
 
 


Ertəsi səhər Lüsi onunla üz-üzə gəlməməyə çalışır. Qızı söz verdiyinin əksinə Petrasla görüşmür. Və 
günün ikinci yarısında həmişəki kimi başmaqlarını və kombinezonunu geyinmiş Petras özü işgüzar 
görkəmdə arxa qapını döyür.  
– Borularla məşğul olmaq vaxtıdır, -o deyir. Dəhnədən Petrasın evinə qədər, yəni iki yüz metrlik 
məsafəyə PVC boruları çəkilməlidir. O, alətləri götürmək üçün icazə və tənzimləyicini qurmaq üçün 
Deviddən kömək istəməyə gəlib.     
Tənzimləyicilərdən başım çıxmır. Su kəmərindən də. – Onun Petrasa kömək eləməyə qətiyyən həvəsi 
yoxdur.  
Su kəmərini demirəm- Petras izah edir. – Boruları bir-birinə keçirmək lazımdı. Biz ancaq boruları 
düzəcəyik.  
Yolda Petras müxtəlif növlü nizamlayıcılardan, klapanlardan danışıb, öz ustalığını nümayiş etdirməyə 
çalışır. Yeni borular Lüsinin ərazisindən keçəcək – Petras deyir- yaxşı ki, o icazə verir. Uzaqgörən qadındır, 
keçmişə yox, gələcəyə baxır.  
Dünənki ziyafət və cavan oğlan haqqında isə Petras heç nə demir. Sanki heç nə baş verməyib.   
Tezliklə Devidin dəhnədə görməli olduğu iş aydınlaşır. O, Petrasa su kəməri ilə işləmək, boruları düzmək 
üçün yox, sadəcə lazım olan alətləri əlində saxlayıb ona vermək, yəni əlaltı işini görmək üçün lazımdır. 
Devid bu işi görməyin əleyhinə deyil. Petras öz işinin ustasıdır, onu sadəcə müşahidə etməklə çox şey 
öyrənmək olar. Petrasın özündən isə getdikcə daha az xoşu gəlir. Devid elə hey öz planlarından  danışan 
Petrasdan get-gedə daha çox soyuyur. O, Petrasla kimsəsiz adaya düşmək və ya onun arvadının yerində 
olmaq istəməzdi. Əlbəttə, onun gənc qadını xoşbəxt görünür, bəs görəsən köhnə arvadı Petras haqqında 
hansı fikirdədir?     
Nəhayət, Devid daha dözə bilməyəcəyini anlayıb, Petrasın boşboğazlığını yarıda kəsir.  
Petras – o deyir, - dünən evinizdə olan o cavan oğlanın adı nədir, indi haradadır?  
Petras papağını çıxarıb, qolunu alnına sürtür. Bu gün onun başında üstündə Cənubi Afrika dəmir yolları 
və limanlarının gümüşü nişanı olan kepka var. Deyəsən, papaq kolleksiyası var.   
Başa düşürsünüz, Devid – o qaşqabağını töküb cavab verir. – siz o oğlanı oğru adlandırmaqla yaxşı iş 
görmədiniz. O sizdən çox incidi. Özü hamıya belə dedi. Mənsə... bu yerlərdə sakitlik və dinclik yaratmaq 
üçün əlimdən gələni edən bir adamam. Ona görə mənim üçün də bunu eşitmək ağır idi. 
Petras sizi bu işə qarışdırmaq fikrim yoxdur. Mənə o oğlanın adını harada yaşadığını deyin, mən də polisə 
xəbər verim. Qoy onlar təhqiqat aparıb, onu dostları ilə birlikdə məhkəməyə cəlb eləsinlər. Beləliklə, nə 
siz, nə də mən bu işə qarışmayacağıq, qoy bu işi məhkəmə həll eləsin.   
Petras üzünü günəşə tərəf çevirib gərnəşir.  
- Axı sığorta şirkəti sizə yeni maşın verəcək.  


Bu sualdır, yoxsa cümlə?   
Sığorta şirkəti mənə yeni maşın verməyəcək – Devid qəzəbini cilovlamağa çalışaraq izah edir. – Sığorta 
şirkəti, əlbəttə əgər maşın oğruluğunun çoxluğundan hələ müflis olmayıbsa, köhnə maşının dəyərinin 
müəyyən faizini mənə qaytaracaq. O, pula yeni maşın almaq olmaz. Özü də bu prinsip məsələsidir. Biz 
ədalətin sığorta şirkətləri tərəfindən bərpa edilməsinə yol verə bilmərik. Onların işi bu deyil. 
Hər halda maşınınızı o oğlandan da ala bilməzsiniz. O, maşını sizə qaytara bilməz. O sizin maşınınızın 
harada olduğunu bilmir. Sizin maşınınız itib. Yaxşısı budur, sığorta puluna başqasını alın, beləliklə yeni 
maşınınız olar.  
Devid bu tələyə necə düşdü? O, söhbəti başqa istiqamətə yönəltməyə çalışır. 
Petras, o oğlan sizin qohumunuzdur?  
Və nəyə görə – Petras sualı eşitməyibmiş kimi sözünə davam edir. – o oğlanı polisə verməyə çalışırsınız? 
O, çox cavandır, onsuz da həbs olunmayacaq.  
Əgər on səkkiz yaşı tamam olubsa, məhkəməyə cəlb edilə bilər. Ya da on altı.   
Yox hələ on səkkiz yaşı yoxdur.  
Haradan bilirsiniz? Zahirən on səkkiz yaşında, hətta ondan da böyük görünür.  
Bilirəm, bilirəm! O hələ uşaqdır, həbs oluna bilməz, qanunən sərbəst buraxılmalıdır.  
Petras bununla da mübahisəyə son verdiyini düşünür və bir dizini yerə qoyub çıxış borularını 
birləşdirməyə girişir.   
 - Petras, mənim qızım yaxşı qonşu olmaq istəyir, yaxşı qonşu və yaxşı vətəndaş. O, Şərqi Keypi çox sevir. 
O, həyatına burda davam eləmək, hamıyla dost olmaq istəyir. Hər an hücuma məruz qalacaqsa, bu necə 
mümkün ola bilər? Axı özünüz gözəl başa düşürsünüz! - Əlləri dərin, kobud qırışlarla örtülmüş Petras 
böyük ciddi-cəhdlə borunu yerinə oturtmağa çalışır, işlədikcə, astadan mırıldanır, Devidin dediklərini 
eşitdiyini heç nə ilə büruzə vermir.      
Lüsi burda təhlükəsizlikdədir, - o qəfildən bəyan edir. – Hər şey qaydasındadır. Siz gedə bilərsiniz, ona 
qarşı heç bir təhlükə yoxdur.  
Necə yoxdur, Petras! Əlbəttə, var! Axı ayın iyirmi birində nə baş verdiyini bilirsiniz!  
Hə, bilirəm. Amma indi hər şey yaxşıdır.  
Onu kim deyir?  
Mən.   
Siz? Siz onu müdafiə edəcəksiniz? 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə