Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə32/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   28   29   30   31   32   33   34   35   ...   51

Devid uzun müddət idi ki, bu hərəkəti görmürdü. Keçmişdə yəhudilər bu əl hərəkətindən çox istifadə 
edirdilər: pul, pul, pul və eynilə bu cür mənalı – mənalı başlarını tərpədirdilər. Lakin görünür, Petras 
Avropa ənənəsinin bu məqamından xəbərdar deyil.   
Amma oğlanların da bəzən xərci çox olur, - Devid söhbətə öz töhfəsini verə bilmək üçün deyir. 
- Onu al, bunu al, - Söhbətin mövzusuna bərk aludə olan, daha həmsöhbətini dinləməyən Petras sözünə 
davam edir. – indiki dövrdə kişilər daha qadınlar üçün pul xərcləmirlər. Mənsə xərcləyirəm. – O, əlini 
arvadının başına çəkir. Arvadı təvazökarlıqla gözlərini yerə dikir. – Nə qədər köhnə dəbli də olsa, pul 
ödəyirəm.      
Geyim, qəşəng əşyalar, alırsan, alırsan, alırsan. – Petras yenə barmaqlarını bir – birinə sürtür. – Yox, 
oğlan yaxşıdır. Sizin qızınızdan başqa. Sizin qızınız başqadır. Heç bir cəhətdən oğlandan əksik deyil. 
Demək olar ki! – Petras öz ədəbsizliyinə gülə-gülə deyir. – Həə, Lüsi?  
Lüsi gülümsəsə də, Devid bilir ki, o utanır.  
Lüsi astadan - Gedim, rəqs eləyim –deyib onların yanından uzaqlaşır.  
Rəqs meydançasında o, görünür, indi dəbdə olan solipsist ədası ilə rəqs edir. Tezliklə, Lüsiyə ucaboylu, 
çevik, səliqəli geyinmiş gənc bir oğlan qoşulur. O düz Lüsinin qarşısında çırtıq çala-çala, gülümsəyərək 
rəqs edir, onu ələ almağa çalışır.   
Qadınlar əllərində qızardılmış ətlə dolu sinilərlə içəri girməyə başlayırlar. Yeməyin iştah qabardan ətri hər 
tərəfə yayılır. Məclisdə gənc, səsli–küylü, heç də köhnə dəblə geyinməmiş yeni qonaqlar peyda olur. 
Məclis qızışır.   
Devidin əlinə bir boşqab yemək tutuşdurulub. O, qabı Petrasa uzadır.  
- Yox, - Petras deyir, - Bu sizin üçündür.  
Petras və arvadı ona çox vaxt ayırır, özünü sərbəst hiss etməsi üçün əllərindən gələni edirlər. İstiqanlı 
insanlar, o fikirləşir. Kənd adamları.  
Devid qızına nəzər salır. Cavan oğlan artıq Lüsinin cəmi bir neçə santimetr uzaqlığında, ayaqlarını qaldırıb 
yerə vura – vura, əllərini silkələyə-silkələyə rəqs edir, öz hərəkətlərindən həzz alır. 
Devidin əlindəki boşqabda iki kotlet, kartof, ət suyunda üzən düyü və balqabaq dilimləri var. O özü üçün 
stul tapıb, gözləri yaşaran, arıq qoca bir kişi ilə yanaşı oturur. Əti yemək lazım gələcək. Yemək sonra isə 
üzr istəmək. Lüsi üzündə dəhşət ifadəsi ilə qəfildən onun yanında peyda olur.  
Gedə bilərik? – qızı soruşur. –  Burdadırlar.  
Kim burdadır?    
Onlardan birini orada evin arxasında gördüm, Devid hay-küy qaldırmaq istəmirəm, gəl bu dəqiqə çıxıb 
gedək. 


Devid: - bunu tut – deyib əlindəki boşqabı Lüsiyə uzadır və arxa qapıdan həyətə çıxır. Həyətdəki 
qonaqların sayı içəridəkindən az deyil, - onlar ocağın ətrafına yığılıb, söhbət edir, içir, gülüşürlər. Kimsə 
tonqalın o tayından Devidə baxır. Bu adam ona tanışdır, çox tanışdır. O, izdihamın arası ilə özünə yol açır. 
– mənsə hay-küy qaldıracağam – Devid fikirləşir. – Heyf ki, məhz bu gün. Amma bəzi şeyləri təxirə 
salmaq olmur. O, düz cavan oğlanın qarşısında dayanır. Oğlan basqınçıların buyruqlarını yerinə yetirən, 
korazehin əlaltıdır.  
Səni tanıyıram – Devid qətiyyətlə deyir. 
Cavan oğlan zərrəcə qorxmuş görünmür. Əksinə, elə bil elə bu məqamı gözləyir, özünü bu söhbətə 
hazırlayırmış.  
Devidin boğazından qopan səs qəzəblə doludur – Sən kimsən? – o deyir. Əslində isə bu sözlərin mənası 
belədir – Sən nə haqla bura gəlmisən? Oğlanın bütün bədənindən nifrət yağır. 
Bu vaxt Petras özünü onların yanına yetirib kosa dilində tez-                                                                                                                                                                                                                                                                                                                                                                                              
tez nəsə deyir.    
Devid Petrasın qolundan yapışır. Petras onu səbirsiz nəzərlərlə süzüb əlini geri çəkir.  
- Bunun kim olduğunu bilirsən? – O, Petrasdan soruşur.  
- Yox, mən bilmirəm, bu nədir – Petras incik səslə deyir. – Heç nə üçün dava düşdüyünü də bilmirəm. Nə 
olub?  
- Bu quldur artıq bir dəfə öz dostları ilə burda olub. Onlardan biridir. Amma qoy o özü danışsın. Qoy 
danışsın görək polis onu nə üçün axtarır.  
- Yalandır! – cavan oğlan qışqırır və yenə də üzünü Petrasa çevirib öz dilində qəzəbli sözlər yağdırır.  
Musiqi səsi hələ kəsilməsə də, daha heç kim rəqs eləmir. Petrasın qonaqları onların ətrafına toplanıblar. 
Ab–hava heç də xoşagələn deyil.  
Dediyinə görə söhbətin nədən getdiyindən xəbəri yoxdur. – Petras izah edir.  
Yalan danışır. Çox yaxşı xəbəri var. Lüsi təsdiqləyər.  
Lüsi isə şübhəsiz ki, heç nəyi təsdiqləməyəcək Lüsinin bu qədər yad adamın gözləri qarşısında oğlanla 
üzbəüz dayanıb barmağını ona tuşlayaraq – bəli, onlardan biridir, bu işi görənlərdən biridir – deyəcəyini 
gözləmək əbəsdir.   
Polisə zəng vuracağam – o deyir.  
Tamaşaçılar arasında narazı donquldanmalar başlayır.  
- Polis çağırıram, - O, Petrasa müraciətlə təkrar edir. Petrasın sifəti daşlaşır.  
O, səssizliyin arası ilə evə, Lüsinin ayaq üstə dayanıb onu gözlədiyi yerə qayıdır.  


Gedək. – Devid deyir.  
Qonaqlar kənara çəkilib onlara yol açırlar. İnsanların simalarındakı əvvəlki mehribanlıqdan əsər-əlamət 
qalmayıb. Lüsi fənəri yadından çıxarıb, qaranlıqda yollarını azırlar. Lüsi ayaqqabılarını çıxarmalı olur. Evə 
çatmaq üçün kartof sahəsindən keçməli olurlar.   
Telefonun dəstəyi artıq Devidin əlindədir, lakin Lüsi ona mane olur.  
- Yox, Devid. Petras günahsızdır. Polisə zəng vursan onun bayramını korlayacaqsan.  
Devid qızının üstünə qışqıracaq qədər sarsılıb.  
— Allah xatirinə, necə yəni Petrasın günahı yoxdur. Əvvəla dolayı və ya birbaşa yolla o kişiləri bura o 
gətirib. İndi də onları qonaq çağıracaq qədər həyasızlaşıb. Bilirsən, mən əvvəldən axıra qədər heç nə başa 
düşə bilmirəm. Əvvəl onlara qarşı nəyə görə tam ittiham qaldırmadığını başa düşmürdüm, indi isə 
Petrası nə üçün müdafiə elədiyini anlaya bilmirəm. Petras məsum bir körpə deyil, onlarla əlbirdir.   
Üstümə qışqırma, Devid. Bu mənim həyatımdı. Sən yox, mən gələcəkdə də burda yaşamalı olacağam. 
Başıma gələn mənim öz işimdi, yalnız mənim, sənin yox. Əgər mənim tək bir hüququm varsa, bu da heç 
kimin, nə sənin, nə də başqalarının qarşısında özümə bəraət qazandırmamaq hüququdur. Petras isə səhv 
insanlarla yoldaşlıq etdiyini düşündüyüm üçün işdən azad edə biləcəyim adi bur muzdur deyil. Hər şey 
keçmişdə qalıb, küləklə sovrulub. Petrasa qarşı savaşmaq üçün əlində tutarlı dəlillərin olmalıdır. Polisə 
zəng vurmayacaqsan. Sənə icazə vermirəm. Səhərə qədərə gözlə. Petrasın izahını gözlə.  
O vaxta qədər oğlan aradan çıxacaq! 
Çıxmayacaq. Petras onu tanıyır. Hər halda Şərqi Keypdə hələ heç kəs yoxa çıxa bilməyib.  
Lüsi, Lüsi, sənə yalvarıram! Sən keçmişin səhvlərini yumağa çalışırsan, amma belə olmaz. İndi özünü 
müdafiəyə qalxmasan, bir daha heç vaxt başını dik tuta bilməyəcəksən. Bunun çamadanını yığıb qaçıb 
getməkdən heç bir fərqi yoxdur. Əgər indi məntəqəyə zəng vura bilməyəcək qədər nəzakətlisənsə, 
deməli, heç birinci dəfə də polisə müraciət etmək lazım deyildi. Sakitcə evimizdə oturub növbəti hücumu 
gözləyə bilərdik, ya da özümüz öz boğazımızı kəsərdik. 
Bəsdir, Devid! Sənin qarşında özümə bəraət qazandırmağa borclu deyiləm. Sən bilmirsən, nə olub.  
Bilmirəm? 
Yox. Heç bir azca da başa düşmürsən. Sus və bir az fikirləş. Polisə gəldikdə isə, icazə ver sənə xatırladım 
ki, birinci dəfə biz onlara sığortaya görə müraciət eləmişdik. Ərizə yazdıq, yoxsa sığortanı ödəmirlər.     
Lüsi məni heyrətləndirirsən. Özün də bilirsən ki, bu, həqiqət deyil. O ki qaldı Petrasa, təkrar edirəm, əgər 
indi geri çəkilib zəiflik nümayiş etdirsən, öz-özünə hörmət eləməyəcəksən. Sənin öz qarşında, gələcək 
qarşısında öhdəliklərin var. Özünə hörmət eləməlisən ya yox? İcazə ver polisə zəng vurum, ya da özün 
zəng vur.  
Yox.         


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə