Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə30/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   26   27   28   29   30   31   32   33   ...   51

Qara qüvvələr Deviddən də yan keçmir. O, tez-tez kabus görməyə başlayıb. Yuxuda ya qana bulaşmış 
çarpayıda yatdığını ya da səssiz fəryadlar qopara-qopara qırğı sifətli bir kişidən qaçdığını görür. O, hətta 
bir gecəyarısı yarıyuxulu, yarıhavalı halda yatağın üzünü söküb döşəkcədə qan ləkələrini axtardığını da 
xatırlayır.  
Bayronla bağlı layihə hələ də qüvvədə qalır. Devidin özü ilə birlikdə Keyptaundan gətirdiyi kitablardan 
geriyə yalnız Bayronun məktublarının toplandığı iki cild qalıb. Qalanları oğurlanmış maşının yük yerində 
qalıb. Qrehemstaundakı ictimai kitabxana isə ona şer toplularından başqa heç nə təklif edə bilmir. 
Mütaliəni davam etdirmək doğrudanmı vacibdir? Bayron və yoldaşlarının Ravennada günlərini necə 
keçirdikləri barədə daha nə bilmək lazımdır? Məgər artıq Bayron və Terezanın əsl obrazlarını yaratmağa 
qadir deyilmi?  
Düzü, o, ağ kağızla üzə-üzə qalıb, ilk notu yazacağı, nəyə qadir olduğunu anlayacağı anı artıq neçə aydır 
ki, təxirə salır. Sevgililərin duetləri, ilan kimi heç bir söz demədən əvvəl bir-birlərinə dolanıb sonra əks 
tərəflərə doğru sürünən soprano və tenorun vokal ifalarının parçaları artıq beynində hazırdır. 
Kulminasiyasız melodiya; mərmər pilləkənlə sürünən heyvanların xışıltısı, arxa fonda isə alçaldılmış ərin 
titrək bariton səsi. Nəhayət, məşum trio həyat qazanır? Keyptaunda yox, qədim Kafraridə?       
 
 
 
XV 
 
 
İki cavan qoyun hələ də tövlənin dirəyinə bağlı qalıb. Onların yeknəsəq və bitib- tükənməz mələşməsi 
Devidi qıcıqlandırmağa başlayıb. O, velosipedi tərsinə çevirib təmir edən Petrasa yaxınlaşır.  
  — Bu qoyunları, – Devid deyir – otlaya biləcəkləri bir yerə bağlaya bilməzdinizmi?  
- Bunlar qonaqlıq üçündür. Şənbə günü kəsiləcəklər. Lüsi və siz də mütləq gəlməlisiniz. -Petras əllərini 
silib təmizləyir – Sizi və Lüsini dəvət edirəm.  
- Şənbə günü?   
- Hə. Şənbə günü böyük ziyafət verirəm.  
- Təşəkkür edirəm. Ziyafət üçün nəzərdə tutulmuş olsalar da, sizcə otlamalı deyillər?  
Bir saat keçir, qoyunlar hələ də tövlənin yanında həzin–həzin mələyirlər. Petras gözə dəymir. Devid 
özündən çıxıb heyvanları ipdən açır, təpiyi ilə sıx otların bitdiyi dəhnəyə tərəf qovur.  


Qoyunlar uzun müddət su içdikdən sonra, yavaş – yavaş otlamağa başlayırlar.  
Bu eyni ölçülü, ağzıqara iran cinslərinin yunundakı ləkələr də, hərəkətləri də eynidir. Anadan olduqları 
gündən qəssab bıçağına məhkum olunmuş bu qoyunlar, görünür, əkizdirlər. Məlum məsələdir. Hansı 
qoyun qocalıqdan ölür? Qoyunların həyatı özlərinə məxsus deyil. Onlar sonuncu zərrələrinə qədər 
istifadə edilmək üçündülər. Ətləri yeyilir, sümükləri üyüdülüb ev quşlarına yedirilir. Heç kimin yemək 
istəməyəcəyi öd kisəsini saymasaq, heç nə istifadəsiz qalmır. Dekart gərək bu haqda düşünəydi: Öd 
kisəsinin qaranlığında gizlənmiş ruh.    
Petras bizi qonaq çağırır – Devid Lüsiyə deyir. – Nəyi qeyd edir?  
Yəqin ki, torpaq sahibi olmağını. Rəsmən gələn ayın 1-dən təsdiq olunur. Onun üçün böyük gündür. 
Orada heç olmasa, görünmək, hədiyə aparmaq lazımdır.  
İki qoyun kəsməyə hazırlaşır. Çətin ki, hamıya çatsın.  
Petras xəsis adamdır. Əvvəllər belə günlərdə öküz kəsərdilər.  
Nəsə hərəkətləri xoşuma gəlmir. İki qurbanlıq qoyunu gətirib ki, onları yeməyə hazırlaşan insanlarla tanış 
olsunlar!  
Bəs sən nə gözləyirdin? Qoyunları sallaqxanada kəssinlər ki, sən onlar haqqında düşünmək 
məcburiyyətində qalmayasan?  
Hə.  
— Oyan Devid. Bura bizim ölkəmizdir. Bura Afrikadır.  
Devidə elə gəlir ki, son vaxtlar Lüsi yeri gəldi-gəlmədi deyinməyə başlayıb. Adətən o, qızına səssizliyə 
qərq olmaqla cavab verir. Bəzən onlar eyni evdə yaşayan iki yad adama bənzəyirlər. Devid öz-özünə səbir 
etməli olduğunu, Lüsinin üzərində hələ də zorakılığın qara kölgəsinin dolaşdığını, qızının özünə qayıtması 
üçün vaxt tələb olunduğunu təkrarlayır. Bəlkə o yanılır? Bəlkə bu cür zorakılıqla üzləşən insan daha heç 
vaxt əvvəlki kimi olmur? Bəlkə belə bir təcavüz insanı tamamilə fərqli, qaranlıq bir insana çevirir?    
Lüsinin şıltaqlığının başqa, daha amansız bir izahı da var ki, Devid bu haqda düşünməyə bilmir.   
- Lüsi, məndən heç nə gizlətmirsən?- Devid qəfildən soruşur. –O kişilər səni xəstəliyə yoluxdurmayıblar?  
Lüsi pijamada divanda oturub, pişiklə oynayır. Gündüz saat birdir. Pişik cavan, oynaq və şəndir. Lüsi 
pişiyin qarşısında xələtinin kəmərinin ucunu yelləyir. Pişik kəmərin ucuna pəncəsi ilə tez-tez yüngülcə 
toxunur – bir- iki- üç- dörd   
— Kişilər? — Lüsi soruşur. — Hansı kişilər? – O, kəməri bir kənara itələyir, pişik onun ardınca atılır.  
“Hansı kişilər?” Devidin az qala ürəyi dayanır. Qızı havalanıb? Onları xatırlamaqdan imtina edir?   
Lakin elə o anda məlum olur ki, Lüsi ona sataşır.  


Devid mən uşaq deyiləm. Həkimə getmişəm, analiz vermişəm, ağıllı adamın edə biləcəyi hər şeyi 
eləmişəm. İndi yalnız gözləyə bilərəm. 
Aydındır. Gözləmək deməklə də, məncə... 
Hə.  
Nə qədər gözləmək lazımdır?  
Lüsi çiyinlərini çəkir. 
- Bir ay. Üç ay. Ya da daha çox. Elm hələ insanın nə qədər gözləməli olduğuna məhdudiyyət qoymayıb. 
Bəlkə də daima.  
Pişik kəmərin ucuna pəncə atır. Amma oyun artıq bitib. Devid qızının yanında oturur, pişik divandan 
düşüb təkəbbürlü yerişlə uzaqlaşır. O, qızının əlini tutur. Lüsinin yanında oturan Devid uzun müddət 
vanna qəbul etmədiyi üçün qızından gələn iyi hiss edir.   
Hər halda daim gözləmək lazım gəlməyəcək. – o deyir. – Hər halda bundan xilas  olacaqsan.    
 
Qoyunlar günün qalanını dəhnənin yanında bağlandıqları yerdə keçirirlər. Səhər Devid onları yenə də 
tövlənin yanındakı çılpaq sahədə görür.  
Ehtimal ki, onlar iki gün şənbə səhərinə qədər burada qalacaqlar. Ömrün son iki gününü keçirmək üçün o 
qədər də gözəl yer deyil. Kəndçi üsulu – Lüsi deyir. Devid isə buna laqeydlik, rəhmsizlik adı verərdi. 
Kəndin şəhəri qınamağa haqqı olduğu qədər şəhərin də kəndi qınamağa haqqı var. Devid qoyunları 
Petrasdan satın almaq barədə düşünür. Bəs bu ona nə verəcək? Petras özünə başqalarını alıb, artıq pulu 
cibinə qoyacaq. Ölümdən xilas elədikdən sonra, qoyunları neyləyəcək? Böyük şose yolda gəzintiyə 
çıxaracaq? İt damlarına salıb, quru otla bəsləyəcək?         
Naməlum səbəblərdən onunla bu iki qoyun arasında hansısa bağlılıq əmələ gəlmişdi. Bu bağlılığın sevgi 
ilə əlaqəsi olmasa da, qəfildən heç bir səbəbsiz  qoyunların taleyi Devidi narahat eləməyə başlamışdı. O, 
günün altında, heyvanların qarşısında dayanıb, başının içindəki uğultunun dayanmağını, hansısa bir işarə 
gözləyir. Milçək qoyunlardan birinin qulağına girməyə çalışır. Heyvanın qulağı dartılır. Milçək uzaqlaşır, 
havada dövrə vurub təzədən qoyunun qulağına qonur. Qulaq yenə dartılır. Devid irəli doğru bir addım 
atır. Qoyunlar təlaş içində zəncirlərinin imkan verdiyi qədər geri atılırlar. O, xayalığı eybəcər hala salınmış 
keçini qucaqlayıb sığallayan, təskinlik verərək heyvanın həyatının bir hissəsinə çevrilən Bev Şounu 
xatırlayır. Bev heyvanlara bu cür ünsiyyət qurmağa necə nail olurdu? Devidin bilmədiyi hansısa fokusun 
köməyi ilə? Görünür, bu fokusu göstərə bilmək üçün daha az mürəkkəb olan müəyyən növ insanlardan 
olmaq lazımdır. Qızmar yaz günəşi düz üzünə vurur. Dəyişməliyəm? – Devid düşünür. Bev Şou kimi 
olmalıyam?   
O, Lüsi ilə danışır: 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə