Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə35/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   31   32   33   34   35   36   37   38   ...   51

quyruqlarını sallayır, sanki necə biabırçı bir ölümlə qarşılaşacaqlarını başa düşürlər. Pəncələri ilə 
torpaqdan yapışırlar, onları dartmaq, itələmək, ya da astanadan əl üstündə keçirmək lazım gəlir. 
Əməliyyat stolunda bəziləri başlarını sağa-sola yelləyir, dişləri ilə nədənsə yapışmağa çalışırlar, bəziləri 
həzin-həzin zingildəyirlər, amma heç biri Bevin əlindəki iynəyə baxmır. İtlər hardansa bilirlər ki, indicə 
iynə onlara dəhşətli, geri dönüşü olmayan bir zərbə vuracaq. 
Devidə ən çox onu iyləyib yalamağa çalışan itlər əziyyət verir. Onun yalanmaqdan heç vaxt xoşu 
gəlməyib, ilk reaksiyası əlini geri çəkmək olur. Əslində qatil ola-ola özünü dost kimi göstərmək nəyə 
lazımdır? Lakin o çox tez yumşalır. Bəs üstünə ölüm kölgəsi çökmüş bir varlıqdan iyrənc bir şey kimi üz 
döndərmək nəyə lazımdır? Devid itlərə özünü yalamağa imkan verir, hətta icazə versələr özü də Bev Şou 
kimi onları öpüb tumarlayır. 
O, sentimental bir adam olmadığına ümid etmək istəyir, buna görə də öldürdüyü heyvanlar və Bev Şou 
ilə bağlı sentimentallığa qapılmamağa çalışır. O, Bevə “başa düşmürəm, bunu necə edə bilirsiniz?” 
deməkdən özünü saxlayır, çünki “Kimsə bu işi görməlidir” cavabını eşitmək istəmir. Devid hesab edir ki, 
Bev ürəyinin dərinliklərində xilaskar mələk yox, iblis də ola bilər, onun zahiri mərhəmətinin ardında 
kobud qəssab qəlbi gizlənə bilər.  
İynəni Bev batırdığına görə, Devid meyitin klinikadan kənarlaşdırılmasını  öz üzərinə götürür. Növbəti 
qətllərdən sonra, səhərə yaxın o, yüklənmiş kombi ilə müstəmləkəçilərin zibil yandırılan xəstəxanasına 
gedib cəsədləri elə qara plastik kisələrdəcə oda verir.   
Kisələri əməliyyatxanadan birbaşa yandırmağa aparmaq daha asan olardı. Lakin bu onları həftə ərzində 
yığılmış başqa zibillərlə: xəstəxana palatalarının tullantıları, yollardan toplanmış cəmdəklərlə, iylənmiş 
dəri qırıntıları ilə qarışdırmaq demək idi. O hələ ki, itləri bu cür həqarətə məruz qoymağa hazır deyil.   
Ona görə də bazar gecəsi kisələri fermaya gətirib gecə orada saxlayır. Bazar ertəsi səhər tezdən onları 
xəstəxanaya aparır. Burda Devid özü kisələri bir-bir qurğuya yerləşdirib, mexanizmi işə salır, bu işi 
görməli olan işçilər isə bir kənarda dayanıb ona tamaşa edirlər.   
İlk bazar ertəsi o, cəsədlərin yandırılmasını işçilərə həvalə etmişdi. Gecə ərzində itlərin bədəni qıc olurdu, 
ölü pəncələri qurğunu şəbəkəli vaqonetlərinin divarlarına ilişirdi. Vaqonetlər sobadan qayıdanda isə 
qaralmış, dişləri ağara qalmış, yanmış dəri iyi verən itlər də geri qayıdırdı. Tezliklə, işçilər kisələri 
vaqonetə yükləməzdən əvvəl onları kürəklərlə yastılamağa, qurumuş pəncələri sındırmağa başladılar. 
Bax onda Devid müdaxilə edib, işi özü görməyə başladı.  
Devidin fikrincə bu zibilyandırma qurğusu, əllinci illərdə xəstəxana tikilən zaman hazırlanıb. Zibilyandıran 
həftədə altı dəfə bazar ertəsindən şənbə gününə qədər işləyir, yeddinci gün isə istirahət edir. İşçilər 
səhər ertədən gəlib ilk iş kimi ötən gündən qalan külü təmizləyir, sonra odu qalayırlar. Səhər saat 
doqquza yaxın qurğunun daxili temperaturu sümüyü susuzlaşdırmağa kifayət edən min selsi dərəcəyə 
çatır. Soba günortaya qədər yanır, günün qalan yarısı isə onun soyumasına sərf olunur.  
Nə o işçilərin, nə də işçilər onun adını bilir. Onlar üçün Devid sadəcə birdən – birə hər bazar ertəsi 
“Heyvanların müdafiəsindən” gəlməyə başlayan və get-gedə daha erkən saatlarda peyda olan bir 


insandır. Gəlir, işini görüb gedir. O,  məftil hasarına, qıfıllı kiçik qapısına, üstündə üç dildə yazılmış 
xəbərdarlıq qeydlərinə baxmayaraq, nüvəsini zibilyandıranın təşkil etdiyi bu cəmiyyətin bir hissəsinə 
çevrilməyib. 
Hasar çoxdan deşik-deşik olub, qapıya və xəbərdarlığa isə artıq heç kim fikir vermir. Səhər tezdən 
kisələrdə xəstəxananın tullantılarını gətirən sanitarlar hələ gəlməmişdən əvvəl, bura zibildə eşələnib,  
yuyub təmizləməyin mümkün olduğu şpris, sancaq və tənzif, xüsusilə də sonradan piştaxtalarda, ya da 
birbaşa küçədə satılan həbləri axtaran qadın və uşaqlarla dolu olur. Avaralar da burdadırlar – onlar 
gündüz xəstəxana ərazisində veyllənir, gecə isə zibilyandıranın yanında, ya da daha isti olan qapı 
hissəsində yatırlar.  
Bu, Devidin qoşulmaq istəyəcəyi bir cəmiyyət deyil. Lakin gətirdiyi tullantıların onları 
maraqlandırmamağının yeganə səbəbi budur ki, ölü itlər nə yeməyə nə də satılmağa yarayır.  
Bu işi nəyə görə öz üzərinə götürüb? Bev Şounun yükünü yüngülləşdirmək üçün? Bunun üçün kisələri 
üst-üstə yığıb çıxıb getmək də kifayət idi. İtlərin xatirinə? Axı itlər ölüblər, özü də onlar ləyaqət və 
həqarət haqqında  nə bilirlər ki? Belə çıxır ki, özü üçün. İnsanların meyitləri kürəklərlə döyəcləmədiyi bir 
dünya barədə təsəvvürləri naminə.   
İtləri lazım olmadıqları üçün klinikaya gətirirlər: “çünki həddən artıq çoxalıblar”. Bundan sonra Devid 
onların həyatının bir hissəsinə çevrilir. O, itlərin xilaskarı olmasa da, onların həddən artıq çoxaldığını 
düşünməsə də, öz-özlərinin qayğısına qala bilmədikləri, hətta Bev Şounun belə pəncələri barədə narahat 
olmadığı bir vaxtda onların qayğısına qalır. “İt baxıcısı” Petras bir dəfə özünü belə adlandırmışdı: it 
tabutçusu, psixopompos. Qəribədir ki, onun kimi eqoist bir insan özünü itlərə qulluğa həsr edib. Gərək ki, 
özünü dünya haqqında ideyaya həsr eləməyin daha səmərəli yolları da var. Məsələn, klinikada daha çox 
işləmək olar.    
Tullantıların içində eşələnən uşaqları dilə tutmaq olar ki, bədənlərini hər cür zəhərlə doldurmasınlar. 
Hətta gecələr Bayronun librettosu üzərində daha böyük səylə çalışsaydı, bunu da bəşəriyyətə xidmət 
saymaq olardı. O, cəsədlərin ruhunu qoruyur, çünki bu işi görmək üçün başqa axmaq tapılmayıb. Deməli, 
sonda o axmağa, öz mənasız fikirlərinin içində itib qalmış bir dəliyə çevrilir. 
 
 
XVII 
 
 
Klinikanın bazar günkü işi sona çatıb. Kombi kisələrlə yüklənib. O, sonuncu xoşagəlməz işi yerinə 
yetirərək cərrahiyə otağının döşəməsini yuyur.  
İcazə verin bu işlə mən məşğul olum- həyətdən içəri daxil olan Bev Şou deyir – Sizi evdə gözləyirlər.  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə