Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə10/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   ...   6   7   8   9   10   11   12   13   ...   51

Çərşənbə günü dərs çox pis, cümə günü isə ondan da bərbad keçir. Tələblərin davamiyyəti çox zəifdir. 
Bunun yalnız bir izahı ola bilər: hər şey üzə çıxıb.  
Professor Lurini haradan tapa bilərəm?  
Arxasında kiminsə bu sözləri dediyini Devid dekanlıqda eşidir.  
Mənəm- o düşünmədən deyir.  
Danışan alçaq boylu, əyninə böyük olan mavi kostyum geyinmiş arıq, beli azca bükülmüş bir kişidir. 
Ondan kəskin siqaret iyi gəlir.  
Professor Luri? Sizinlə telefonda danışmışıq. İsaaks.  
Bəli. Çox şadam, gəlin otağıma keçək.  
Kişi: yəqin ki ehtiyac yoxdur - deyib susur. Sonra özünü toplayıb dərindən nəfəs alır və xüsusi vurğu ilə - 
professor – deyib sözünə davam edir. – ola bilər ki, çox yaxşı təhsiliniz var, çox savadlısınız və sair, amma 
düz hərəkət eləməmisiniz. - Kişi susub başını bulayır – Düz eləməmisiniz, –deyir.  
Dekanlıqdakı katibələr maraqlarını gizlətməyə çalışmırlar, otaqda tələbələr də var. Yabançının səsi 
yüksəldikcə, otaqdakı səssizlik artır.  
- Elə bilirdik, uşaqlarımızı sizə etibar edə bilərik. Əgər universitetlərə də etibar etmək mümkün deyilsə, 
daha kimə inanmaq olar? Heç bilməzdik ki, qızımızı ilan yuvasına göndərmişik. Professor Luri yüksək 
təbəqənin nümayəndəsisiniz, qüdrətlisiniz, hər cür elmi dərəcəniz var, amma yerinizdə olsaydım, 
özümdən utanardım. Qoy Allah köməyim olsun. Əgər səhv edirəmsə, bu dəqiqə məni başa sala bilərsiniz. 
Amma yox, üzünüzdən görürəm ki, yanılmıram.  
Doğrudan da danışmaq, nəsə demək lazım idi. Amma o, dili tutulmuş halda qan qulaqlarında 
zoqquladaya-zoqquladaya yerində donub qalıb. İlan olduğunu necə inkar eləsin axı?  
Bağışlayın, - o, pıçıltı ilə deyir. – Görüləsi işlərim var- Sonra odundan yonulmuş oyuncaq kimi çevrilib çıxıb 
gedir. İsaaks adamla dolu dəhlizdə onun arxasınca gəlir.  
Professor, professor Luri, – o qışqırır. - Bu cür qaça bilməzsiniz. Hələ sözümü bitirməmişəm. 
Hər şey bu cür başladı. Ertəsi gün ona nadir rast gəlinən operativliklə xəbərdarlıq məktubu göndərilir. 
Tədris işləri üzrə prorektorun imzaladığı məktubda Universitetin davranış kodeksinin 3.1-ci maddəsinə 
əsasən, ona qarşı şikayət qaldırıldığı bildirilir. Üstünə məxfi sözləri yazılmış məktuba davranış kodeksinin 
bir nüsxəsi də əlavə edilib. 3-cü maddədə irqi, etnik, mənşə, din, cins, cinsi oriyentasiya və ya fiziki qüsur 
zəminində təqib yaxud təhqir mövzusuna toxunulur. Məktuba əlavə edilmiş ikinci sənəd isə Təhqiqat 
Komissiyasının strukturunu və səlahiyyətlərini əks etdirir. Məktubu oxuduqca Devidin ürəyi narahatlıqla 
döyünür. Sənədin ortalarına doğru o, diqqətini cəmləməkdə çətinlik çəkir, ayağa qalxıb otağın qapısını 
örtür və əlində kağız stulda əyləşib nə baş verdiyini dərk etməyə çalışır.  


O, əmindir ki, Melani bu addımı öz iradəsi ilə atmayıb. O, belə bir iş tutmaq üçün həddən artıq məsum, 
öz qüdrətindən həddən artıq xəbərsizdir. Görünür, bu işin arxasında əyninə tam oturmayan kostyum 
geyinən o balaca kişi və o eybəcər mürəbbiyə Polin dayanıb. Gərək ki, Melanini onlar dilə tutublar və 
nəhayət, əldən salıb rektorluğa aparıblar.  
- Şikayət vermək istəyirik – Olsun ki, onlar belə deyiblər.  
- Şikayət? Nə şikayət?  
- Şəxsi zəmində  
- Cinsi təcavüz. Professor tərəfindən – yəqin ki, Melani çaşqınlıq içində donub qalanda Polin sözə qarışıb.  
- Filan otağa gedin.  
“Filan” otaqda İsaaks cəsarətə gələrək: - professorlarınızdan birinə qarşı şikayət qaldırmaq istəyirik- 
deyib.  
Yaxşı fikirləşmisiniz? – Prosedura əməl edərək onlardan soruşublar.  
Bəli, neylədiyimizi bilmirik. - İsaaks etiraz etmək istəyərsə, cəsarətləndirmək üçün qızına baxa-baxa 
deyib.  
Qaydalara əsasən, doldurulmalı olan blank və qələm onların qarşısına qoyulub. Nə vaxtsa öpdüyü 
yaxından tanıdığı bir əl qələmi götürüb. Əvvəlcə iddiaçının adı: səliqəli çap hərfləri ilə Melani İsaaks. 
Sonra o, işarələməli olduğu xananı axtara-axtara əlinin kağızın üzərində gəzdirir. “Bura” – atası nikotin 
qoxuyan əlləri ilə işarə edir. Əl yavaşıyır, sonra sabit dayanıb X şəkilli “J`accuse ” işarəsini cızır. Sonra 
ittiham edilənin adı üçün ayrılmış sətirdə - Devid Luri, professor sözləri yazılır. Nəhayət, səhifənin 
sonunda tarix və imza. Bəzəkli M, yuxarı hissəsi nəzərə çarpacaq dərəcədə qalın e, aşağı doğru sürüşmüş 
i və sonda bərbəzəkli s. Vəssalam. Kağızda iki yanaşı ad. Onun və Melaninin adı. Bir yataqda iki nəfər 
daha sevgili yox, düşmən kimi.  
Devid prorektorun qəbul otağına zəng edir, ona iş gününün sonunda – saat beşdə gəlməyi tapşırırlar.  
Saat beşdə Devid dəhlizdə gözləyir. Gənc və nəzakətli Aram Hakim qapıda peyda olub onu içəri dəvət 
edir. Otaqda daha iki nəfər var, onun çalışdığı kafedranın müdiri, Elayn Vinter və universitetin ayrı-
seçkilik komissiyasının sədri, sosiologiya fakültəsindən Farodia Rassul.  
Artıq gecdir, Devid. – Hakim deyir. – Hamımız bura nə üçün yığışdığımızı bilirik. Odu ki, mətləbə keçək. 
Bu məsələni həll etmək üçün ən yaxşı üsul nədir?  
Əvvəla şikayətin nədən ibarət olduğunu deyə bilərsiniz.  
Çox yaxşı. Deməli, söhbət xanım Melani İsaaks tərəfindən qaldırılmış şikayətdən həmçinin – o, Elayn 
Vinterə baxa-baxa deyir- yenə də xanım İsaaksla bağlı daha əvvəl yaranmış pozuntulardan gedir. Elayn?  


Söz Elayn Vinterə keçir. Elaynın heç vaxt Deviddən xoşu gəlməyib. Vinter onu keçmişin qalığı hesab edir 
və düşünür ki, ondan mümkün qədər tez yaxa qurtarmaq lazımdır.  
Devid, xanım İsaaksın davamiyyəti ilə bağlı araşdırma aparılıb. Özünün dediyinə görə - Melani ilə 
telefonda danışmışıq – o, keçən ay yalnız iki dərsdə iştirak edib. Əgər bu doğrudursa, bu haqda məruzə 
etməli idiniz. Melani həmçinin semestrin ortasında keçirilən imtahanda da iştirak etmədiyini deyir. 
Amma, – Elayn qarşısındakı qovluğu baxa-baxa deyir. – Apardığınız qeydlərə inansaq, bu tələbənin dərsə 
davamiyyəti qüsursuz olub, imtahandan isə yetmiş bal toplayıb. – Elayn heyrətlə Devidə baxır. – Deməli 
ya iki Melani İsaaks var...  
Bir Melani var – Devid deyir. – Özümü müdafiə eləməyə çalışmayacağam.  
Hakim nəzakətlə söhbətə müdaxilə edir:  
Dostlar, ciddi məsələləri çözələməyin yeri və zamanı deyil. Biz indi proseduru müəyyənləşdirməliyik. 
Devid, yəqin ki, deməyə ehtiyac yoxdur ki, işə tam məxfilik şəraitində baxılacaq. Nə sizin, nə də xanım 
İsaaksım təmiz adına xələl gələcək. Komissiya təsis olunacaq və intizam tədbirinin görülməsi üçün əsas 
olub –olmadığı araşdırılacaq. Sizə və ya səlahiyyətli nümayəndənizə komitənin tərkibinə qarşı etiraz 
etmək imkanı veriləcək. Dinləmələr qapalı qapılar ardında keçiriləcək. Komitə rektora öz tövsiyəsini 
verəcək və o hər hansı tədbir görənədək hər şey əvvəlki qayda ilə davam edəcək. Xanım İsaaks kursda 
iştirakdan rəsmən imtina edib. Sizin də onunla əlaqəni kəsməyiniz tövsiyə olunur. Farodia, Elayn, 
yadımdan heç nə çıxmadı ki?  
Professor Rassul dodaqlarını bir-birinə sıxıb başını bulayır.  
Seksual təzyiqlə bağlı məsələlər həmişə mürəkkəb olur, Devid. Mürəkkəb və xoşagəlməz, amma 
prosedurların əlverişli və ədalətli olduğuna şübhəm yoxdur. Odur ki, hər addımda qaydalara uyğun 
şəkildə hərəkət edəcəyik. Məsləhət görərdim ki, prosedurlarla tanış olub, hüquqi məsləhət alasınız. 
Devid cavab vermək istəyir, lakin Hakim xəbərdarlıq edici tərzdə əlini qaldırır. 
Qərar verməyə tələsməyin.  
Daha bəsdir. Artıq təngə gəlib.  
O:- Mən uşaq deyiləm. Özümü necə aparmalı olduğumu sizdən soruşmaq fikrim yoxdur – deyib qəzəb 
içində otaqdan çıxır. Universitetin giriş qapısı bağlıdır, gözətçi evə gedib. Arxa qapı da bağlıdır. Hakimdən 
qapını açmağı xahiş etmək lazım gələcək.   
Yağış yağır, çətirim var, mənimlə gəlin – Hakim təklif edir. Maşının yanına çathaçatda isə ona: - öz 
aramızdır, Devid, mən sizi yaxşı başa düşürəm. Düz sözümdü. Belə məsələlər çox xoşagəlməz olur – 
deyir.  
Devid Hakimi illərdi, tanıyır. Keçmişdə birlikdə tennis oynayardılar, lakin indi kişi söhbətinə girişməyə 
qətiyyən həvəsi yoxdur. Devid üzündə incik bir ifadə ilə çiyinlərini çəkib maşına əyləşir. 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə