Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə7/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   2   3   4   5   6   7   8   9   10   ...   51

Amma Devidi indi heç nə dayandıra bilməz. O, qızı yataq otağına aparır, yöndəmsiz çəkələklərini çıxarıb 
ayaqlarını öpür, Melaniyə qarşı duyduğu hisslər özünü də təəccüblənir. Görünür, səhnədə gördüklərinin 
parikin, yırğalanan ombaların, vulqar nitqin təsiridir. Qəribə məhəbbətdir! Heç şübhəsiz, Melanidə 
köpüklü dalğaların ilahəsi Afroditanın titrəmələrinin əlamətləri var.   
Melani müqavimət göstərmir, sadəcə kənara çəkilir, - dodaqlarını, gözlərini qaçırır, çarpayıya 
uzandırmağa icazə verir, hətta əvvəl qollarını, sonra ombalarını qaldırıb ona kömək də edir. Qızın 
bədənindən yüngül üşütmə keçir. Soyunub qurtaran kimi köstəbək yuvasına girən kimi sırınmış yorğanın 
altına girir və arxasını Devidə tərəf çevirir.   
Yox, tam zorlama olmasa da, iliyinəcən arzu edilməyən bir yaxınlıqdı. Qız bu yaxınlığın davam etdiyi 
müddət ərzində, tülkünün dişlərinin boğazına yaxınlaşdığını hiss edən dovşan kimi müvəqqəti olaraq 
yerində donub qalmaq, ölmək qərarına gəlir.   
- Polin indicə gələcək, – Devid işini qurtardıqdan sonra Melani deyir. - Xahiş edirəm, get.  
O, itaət edir və elə maşındaca üstünə elə bir məyusluq, elə bir sıxıntı çökür ki, tərpənməkdən aciz halda 
sükana söykənib hərəkətsiz oturur. Səhv eləyib, böyük səhv eləyib. Sözsüz ki, Melani indi bədənini ondan 
təmizləməyə çalışır. O, qızın vanna otağına necə qaçdığını, lunatiklər kimi gözləri yumulu vannaya necə 
girdiyini təsəvvüründə canlandırır. Devid özü də bu dəqiqə vannaya girməyə etiraz eləməzdi.    
Qısa ayaqlı, işgüzar geyimli ciddi görkəmli bir qadın onun yanından ötüb evə daxil olur. Melaninin bir 
mənzildə yaşadığı, qınağından bu dərəcədə çəkindiyi xalası qızı Polin budur. Devid özünü toplayıb, 
qamətini düzəldir və evdən uzaqlaşır. 
Ertəsi gün Melani dərsdə iştirak etmir. Halbuki bu gün semestr ortasında keçirilən məcburi imtahan 
günüdür. O, dərsdən sonra jurnalı yazarkən, Melaniyə qaib qoymur, əksinə adının yanına yetmiş bal 
yazır. Səhifənin kənarında özü üçün qeyd edir: şərti. Yetmiş orta qiymətdir, nə çox yaxşı, nə də çox pis. 
Melani həftə ərzində heç bir dərsdə iştirak etmir. Devid vaxtaşırı ona zəng etsə də, telefona heç kim 
cavab vermir. Bazar gecəsi saat 12-də qəfildən qapının zəngi çalınır. Başqan –ayağa qaraya bürünmüş, 
başına kiçik yun papaq taxmış Melani qapıda dayanıb. Devid özünü kobud sözlərə, dava-dalaşa hazırlasa 
da, gözlədiyinin əksinə Melani xəcalət çəkir:      
Bu gecə burda qala bilərəm? – qız baxışlarını gizlədərək ondan soruşur. 
Əlbəttə, əlbəttə. – Devid rahat nəfəs alır, irəli doğru bir addım atıb, soyuqdan donmuş və daşlaşmış qızı 
qucaqlayıb özünə sıxır. - İçəri keç, sənə çay hazırlayım.    
Yox, çay yox. Heç nə. Yorulmuşam. Ancaq yatmaq istəyirəm.  
Devid Melani üçün qızının köhnə otağını hazırlayır, öpüb, şirin yuxu arzulayır və çıxıb gedir. Yarım saat 
sonra qayıdıb Melaninin çarpayıya geyimli-kecimli uzanıb, möhkəm yuxuya getdiyini görür, qızın 
ayaqqabılarını çıxarıb üstünü örtür.    


Səhər saat yeddidə quşların ilk nəğmələri eşidilməyə başlayanda, Devid Melaninin yatdığı otağın qapısını 
döyür. Qız artıq oyanıb, yorğanı çənəsinəcən çəkib, yorğun görünür.  
Özünü necə hiss edirsən? – Devid soruşur. Melani çiyinlərini çəkir.  
Nəsə olub? Danışmaq istəyirsən?  
Qız sakitcə başını bulayır.  
O, çarpayının kənarında əyləşib, qızı özünə tərəf çəkir. Melani onun qucağında hönkür–hönkür ağlamağa 
başlayır. Lakin bu Devidin ehtirasının oyanmasına mane olmur.  
- Di yaxşı, - o, qızı sakitləşdirməyə çalışaraq pıçıldayır. - De görüm nə olub? - Az qalır desin ki, “danış 
ataya, görüm nə olub”. 
Melani özünü ələ alıb nəsə deməyə çalışsa da, burnu tamam tutulub. Devid onun üçün burun dəsmalı 
gətirir.  
Bir az burda qalmaq olar? - Melani soruşur.  
Qalmaq? – o, ehtiyatla təkrarlayır. Melani daha ağlamasa da, bədəni hələ də azca titrəyir. - Səncə, bu 
yaxşı fikirdir?  
Melani cavab vermək əvəzinə onu daha möhkəm qucaqlayır,  
Görəsən, o bu dəqiqə nə etdiyini dərk edirmi?  
Devid universitetin həyətində ilk addımı atanda, qısa müddətli, ötəri bir eşqbazlıqdan artığına ümid 
etmirdi. İndi qız onun evindədir, bu isə vəziyyəti ağırlaşdıracaq, nəticələri ağır olacaq. Qız onu hansı 
oyuna çəkməyə çalışır? Şübhəsiz,  ehtiyatlı olmalıdır. Əslində lap əvvəldən ehtiyatlı olmaq lazım idi.  
Qızın yanına uzanır. Bu dünyada ona ən axırıncı lazım olan Melani İsaaksın ev yoldaşlığıdır. Hələliksə, bu 
fikir başını gicəlləndirir. O, hər gecə burada olacaq. Devid hər gecə onun yanında bu cür uzana biləcək. 
Adamlar başa düşəcəklər. Həmişə başa düşürlər. Pıçıldaşmalar, hətta bəlkə də qalmaqal olacaq. Nə 
olsun? Hisslərin alovu sönməmişdən əvvəl, sonuncu dəfə güclənəcək. O, ədyalı bir kənara atır, əllərini 
uzadıb qızın döşlərinə, sarğılarına toxunur. Əlbəttə, olar, - burnunun altında mızıldanır. - Əlbəttə.  
İki qapı o tərəfdə Devidin yataq otağında zəngli saat çalır. Qız arxasını ona çevirib yorğanı çiyninə çəkir.  
O:- İndi getməliyəm. Dərsim var. Yatmağa çalış. Günorta qayıdacağam. Onda danışarıq. – deyib, qızın 
saçını oxşayır, alnından öpür.  
Görəsən, Melani ürəyinin dərinliklərində onun nəyi olmaq istəyir? Məşuqəsi, yoxsa qızı?  
Devid günorta evə qayıdır. Qız artıq oyanıb, mətbəx stolunun arxasında əyləşib, bal və tost yeyir, çay içir. 
Görünür, özünü evdəki kimi hiss edir.  
Hə - o deyir. -  Yaxşı görünürsən.  


Sən gedəndən sonra yatmışam.  
Mənə deyəcəksən, nə olub?  
Melani gözlərini qaçırıb: - indi yox – deyir – getməliyəm, gecikmişəm. Sonra danışaram.  
Sonra nə vaxt? 
Axşam məşqdən sonra işin var?  
Yox.  
Qız ayağa qalxıb fincanını və boşqabını çanağa aparır (amma yumur), üzünü çevirib ona baxır. - 
Əminsən? 
Hə.  
Demək istəyirdim ki, çox dərs ötürdüyümü bilirəm, amma tamaşa çox vaxtımı aparır.  
Başa düşürəm. Demək istəyirsən ki, teatr sənin üçün daha vacibdir. Bunu mənə əvvəlcədən izah eləmək 
lazım idi. Sabah dərsdə olacaqsan?  
Hə, söz verirəm.  
Melani söz verir, amma vədinə əməl edib-etməyəcəyi məlum deyil. Devid dilxor və əsəbidir. Melani 
özünü pis aparır. Özünə çox şeyi rəva bilir. Devidi istismar etməyi öyrənir və yəqin ki, ondan hələ çox 
istifadə edəcək. Lakin o qızdan da artıq həddini aşıb. O özünü Melanidən də pis aparıb. Bunu yaddan 
çıxarmaq olmaz.       
 
 
 
IV. 
 
 
Devid qızının çarpayısında bir daha Melani ilə yaxınlıq edir. O, artıq qızın bədəninin ritminə öyrəşməyə 
başlayır. Melani çevik və yeniliklərə acdır. Onun Melanidə tam cinsi ehtiyac hiss eləməsinin səbəbi isə 
qızın hələ çox cavan olmağıdır. Kim bilir, bəlkə də heç nəyə baxmayaraq, aralarındakı münasibətlərin 
gələcəyi var.   
Tez-tez belə işlərlə məşğul olursan? – Melani soruşur.  
Necə işlər?  


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə