Con Maksvel kutzee. RÜSvayçiliq



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə3/51
tarix26.08.2018
ölçüsü0,97 Mb.
#64294
1   2   3   4   5   6   7   8   9   ...   51

qadını arzulayardısa, onu əldə etməyə çalışmalı, çox vaxt isə bu və ya digər yolla satın almalı idi. O, 
promiskuitet in narahat tələskənliyi içində yaşamalı olurdu. Devid həmkarlarının həyat yoldaşları ilə eşq 
macəraları yaşayır, sahilyanı barlarda, yaxud italyan klubunda turistləri ovlayır, ya da fahişələrlə yatırdı.     
Soraya ilə tanışlığı “Müdrik himayəçi”nin əsas idarəsinin qonşuluğunda yerləşən, künclərinə dibçək 
bitkiləri düzülmüş, jalüzlü, siqaret tüstüsü ilə dolu, kiçik tutqun mehmanxana otağında baş tutmuşdu. 
Sorayanın  fotoşəkli “ekzotika” başlıqlı kataloqa daxil edilmişdi. Fotoqraf onu saçında qırmızı həvəsçiçəyi 
ilə təsvir etmişdi, gözlərinin kənarında cüzi qırışlar nəzərə çarpırdı. Şəklin altındakı qeyddə deyilirdi: 
“yalnız gündüz”. Qərarverici rolu qapalı otaqlar, təmiz mələfə və həyəcanla dolu saatların vəd olunması 
oynadı. 
Lap əvvəldən hər şey istədiyi kimi oldu. Durnanı gözündən vurmuşdu. İl ərzində bir də agentliyə müraciət 
etməli olmadı.  Sonra isə Seint Corc küçəsindəki görüş və ardınca gələn özgələşmə.  
Soraya əvvəlki kimi görüşlərə gəlməyə davam eləsə də, getdikcə soyuqlaşır, Devid üçün sadəcə növbəti 
bir qadına çevrilir. İndi o da Soraya üçün adi bir müştəridir. Devid fahişələrin daimi müştəriləri, xüsusilə 
qocalar haqqında nə danışdıqlarını dəqiq təsəvvür edir: onlar müxtəlif əhvalatlar danışır, gülür, həm də 
gecəyarısı əl-üzyuyanda tarakan görmüş insanlar kimi diksinirdilər. Tezliklə, onu xatırlayanda da bu cür 
amansızcasına diksinəcəklər. Bu aqibətdən yayına bilməyəcək.     
Hadisədən sonrakı dördüncü cümə axşamı  Soraya otaqdan çıxarkən, Devidin artıq neçə müddətdir, 
özünü hazırlamağa çalışdığı sözləri deyir: “Anam xəstədir. Ona baxmaq üçün bir müddət işləməyəcəyəm. 
Gələn həftə burda olmayacağam”  
Bəs o biri həftə? 
Bilmirəm, anamın vəziyyətindən asılıdır. Yaxşı olar ki, əvvəlcədən zəng edəsən.  
Nömrəni bilmirəm.  
Agentliyə zəng vur. Onlara xəbər verəcəyəm.  
Devid bir neçə gün gözləyib agentliyə zəng vurur, Sorayanı soruşur. Soraya işdən çıxıb –  bir kişi cavab 
verir. Yox sizi onunla görüşdürə bilmərik, qaydalara ziddir. Başqa bir əməkdaşımızla tanış olmaq 
istəməzdinizmi? Malaziyadan, Taylanddan, Çindən çoxlu ekzotik xanım təklif edə bilərik. Ekzotik 
xanımlarımız çoxdur. İstədiyinizi seçin.  
O, bir axşamı Lonq küçəsindəki mehmanxana otağında başqa bir Soraya ilə keçirir. Görünür, Soraya adı 
bu peşənin qadınları arasında geniş yayılıb. Bu Sorayanın yaşı on səkkizdən artıq olmaz, təcrübəsiz və 
Devidin fikrincə, kobuddur.  
Nə işlə məşğulsan? - Soraya paltarını soyuna-soyuna soruşur.  
İdxal-ixrac. 
 Gop eləmə.   


Kafedrada yeni katibə peyda olub. Devid katibəni Universitet şəhərciyindən xeyli uzaqlıqdakı restorana 
nahar yeməyinə aparır. Katibə xərçəng salatı yeyə-yeyə oğullarının oxuduğu məktəbdən şikayət edir: 
- Narkotik tacirləri oyun meydançalarının ətrafında fırlanırlar, polislərsə heç nə eləmir – o deyir. Üç ildir 
ki, əri ilə Yeni Zenlandiya konsulluğunun siyahısına adlarını yazdırıblar, köçüb getmək istəyirlər. - Sizin 
işiniz asan idi. Vəziyyət pis də olsa, yaxşı da olsa, ən azı işin nə yerdə olduğunu başa düşürdünüz.  
Bizim?  
 Yəni sizin nəslin. İndi insanlar hansı qanunlara tabe olmaq istədiklərini, hansına məhəl qoymayacaqlarını 
özləri seçirlər. Anarxiyadır. Hər yerdə anarxiya hökm sürürsə, uşaqlarımızı necə böyüdək?   
Katibənin adı Dondu. İkinci dəfə gəzintiyə çıxdıqdan sonra, Devidin evinə gedib sevişirlər. Dəhşət! Don 
qıvrıla-qıvrıla, özünü süni şəkildə ehtirasa gətirərək Devidi özündən diksindirir. O, darağını katibəyə borc 
verib, şəhərciyə qaytarır. Bundan sonra Devid Dondan qaçmağa başlayır, onun işlədiyi otağın yanından 
keçməməyə çalışır. Cavabında Don ona əvvəl incik nəzərlərlə, sonra nifrətlə baxmağa başlayır.   
Daha bəsdir, bu oyunlara son vermək vaxtıdır. Görəsən Origen özünü neçə yaşında axtalatdırıb? Çox zərif 
qurtuluş yolu deyil.  Lakin qocalığın özündə də bir o qədər zəriflik yoxdur. Beləliklə, diqqəti qocaların əsl 
işinə - ölümə hazırlığa yönəltmək olar.  
Belə bir sualla həkimə müraciət etmək olarmı? Sözsüz ki, çox bəsit bir əməliyyatdır. Eyni əməliyyatı hər 
gün heyvanların üzərində aparırlar. Cüzi acı təəssüratı nəzərə almasaq, heyvanlar buna çox asanlıqla tab 
gətirirlər. Kəsdin, sarıdın, vəssalam: bir azca soyuqqanlılıqla, yerli narkoz altında, hətta dərsliyə baxıb 
özün də kəsə bilərsən. Kişi kresloda əyləşib özünü doğrayır, o qədər də ürəkaçan mənzərə olmasa da, 
qadının bədənində gücünü sınayan kişinin görünüşündən çirkin deyil.  Bir də Soraya məsələsi var. Bu 
barədə birdəfəlik unutsa, yaxşı olardı, lakin əvəzində, detektiv agentliyinə müraciət edib Sorayanı 
tapmağı xahiş edir. Bir neçə günün içində onun əsl adını, ünvanını, telefon nömrəsini öyrənir. Ərinin və 
uşaqların artıq evdən çıxmış olduğunu güman edərək səhər saat 9-da Sorayaya zəng vurur:   
- Soraya? – o deyir. Danışan Deviddir. Necəsən? Nə vaxt görüşə bilərik?  
Telefondan uzun müddət səs gəlmir.  
- Sizi tanımıram – Soraya deyir. - Öz evimdə məni narahat edirsiniz. Tələb eləyirəm , bir də heç vaxt mənə 
zəng etməyin. Heç vaxt!”  
Tələb. Yəni əmr demək istəyir. Sorayanın çığırqanlığı onu təəccübləndirir. Əvvəllər onun bu xüsusiyyətini 
hiss eləməmişdi. Digər tərəfdən tülkünün balaları ilə birlikdə yaşadığı yuvaya soxulan ovçu bundan artıq 
nə gözləyə bilər?  
Devid dəstəyi asır, bir anlıq ürəyindən Sorayanın heç vaxt görmədiyi ərinə qarşı qısqanclıq hissi keçir.  
 
II. 


 
 
Cümə axşamlarının interlüdiyası olmadan həftə səhra kimi bomboş keçir. Elə günlər olur ki, o, başını heç 
nə ilə qata bilmir. İndi Devid universitetin kitabxanasında daha çox vaxt keçirir, Bayronun dost-tanışları 
haqqında tapa bildiyi bütün materialları oxuyur, artıq iki qovluğa sığacaq qədər qeyd yazıb. O, 
kitabxananın günortadan sonrakı sakitliyindən, universitetdən çıxıb evə qədər piyada getməkdən, 
gümrahlığı artıran qış küləyindən, parıldayan nəm küçələrdən zövq alır.     
Cümə günü köhnə kollecin parkı ilə addımlaya-addımlaya evə qayıdarkən  özündən qabaqda 
tələblərindən birinin getdiyini görür. Adı Melani İsaksdır, romantik poeziya kursun dinləyicisidir. Ən yaxşı 
tələbələrdən olmasa da, ən pis də sayıla bilməz. Kifayət qədər ağıllı olsa da, dərsə kifayət qədər diqqət 
göstərmir. 
O, tələsmədən ləngiyə-ləngiyə yeriyir. Devid tezliklə qıza çatır. “Salam”.    
Melani cavabında gülümsəyib, başını tərpədir, onun təbəssümü utancaq çox işvəli təsir bağışlayır. Melani 
bəstəboy arıq qızdır, qara saçları qısa vurulub, almacıq sümükləri demək olar, çinlilərinki qədər genişdir, 
iri qara gözləri var. Geyimi həmişə nəzərəçarpan olur. Bu gün tünd zoğalı rəngdə mini yubka, xardal 
rəngli sviter və qara corab geyinib: kəmərindəki qızılı bəzək-düzəklər sırğalarının qızlı kürəcikləri ilə 
yaraşdırılıb.      
O, Melaniyə bir azca aşiqdir. Burda qeyri-adi heç nə yoxdur: demək olar ki, hər semestr tələbələrindən 
birinə vurulur. Keyptaunda gözəl qızlar çoxdur.   
Görəsən, müəlliminin ona göz qoyduğundan xəbəri varmı? Güman ki, hə. Qadınlar belə şeyləri dərhal 
hiss edirlər.    
 - İlin ən sevdiyim fəslidir - Devid deyir. - Yaxında yaşayırsınız? 
- Küçənin o tayında rəfiqəmlə birlikdə yaşayıram.  
 - Əslən Keyptaundansınız?  
 - Yox, Corcdan  
- Yaxınlıqda yaşayıram. Sizi içki içməyə dəvət edə bilərəm?  
Pauza. Ehtiyatlıdır. - Yaxşı, amma səkkizin yarısına qədər evdə olmalıyam.  
Bağdan ötüb, Devidin son iyirmi beş il ərzində əvvəl Rozalinda ilə, boşandıqdan sonra isə tək yaşadığı 
sakit, yaşayış məhəlləsinə daxil olurlar.  
O, təhlükəsizlik darvazasını, qapını açıb qızı içəri aparır, işığı yandırıb, çantasını əlindən alır. Qızın saçında 
yağış damlaları var. Devid valeh olmuş halda ona baxır. Melani yenə həminki ikimənalı, bəlkə də cilvəli 
təbəssümü ilə gülümsəyib, baxışlarını yerə dikir.      


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə