Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə18/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   14   15   16   17   18   19   20   21   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

807



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

XV ƏSR AZƏRBAYCAN ƏDƏBİ DİLİ VƏ XƏLQİLİK 

 

Aynur QƏDİMALIYEVA 

Azərbaycan Dövlət İqtisad Universiteti 



aynur_familqizi@rambler.ru 

AZƏRBAYCAN 



 

Ədəbi  dilimizin  inkişaf  tarixində  xəlqilik  anlayışı  klassiklərimizin  doğma  ana  dilini  sevərək 

əsərlərində  xalqın  ruhu  ilə  xalqın  dilini  bir  araya  gətirmək,  vəhdətdə  götürməkdir.  B.Vahabzadənin 

təbirincə  desək,  “Xəlqilik  yalnız  sadə  yazmaqdan,  xalqın  yaratdığı  folklor  xəzinəsindən  istifadə 

etməkdən  ibarət  deyildir”  (4,  75).  Sənətkar  xalqın  dilinə,  ruhuna,  yaradıcılığına  söykəndikdə  xalqın 

qəlbinə girmək üçün daha asan yol tapır və dillər əzbəri olur. Hətta xalq onun yazdıqlarını göz bəbəyi 

kimi  qoruyaraq  nəsillərdən-nəsillərə  ötürərür,  xalqın  malına,  sərvətinə  çevrilməsinə  zəmin  yaradırdı. 

Yaşadığı  dövrdən,  çətinliklərdən  asılı  olmayaraq  hansı  sənətkarlar  bütün  varlığı  ilə  mənsub  olduğu 

xalqın  dilinə  və  ruhuna  bağlıdırsa,  onlar  sənətin  bütün  zirvələrini  fəth  edərək  minilliklər  keçsə  də, 

xalqın  qəlbində  yaşayırlar.  İstər  ədəbiyyat  tariximizdə,  istərsə  də  ədəbi  dil  tariximizdə  bütün 

klassiklərimizin, söz ustadlarımızın yaradıcılıq yolu bu ana xətt üzrə inkişaf etmişdir. O cümlədən, XV 

əsrdə  yazıb  yaratmış  sənətkarlarımızın  da  yaradıcılıq  yoluna  nəzər  salsaq,  eyni  mənzərənin  şahidi 

olarıq.  

XV  yüzilliyin  əvvələrindən  başlayaraq  ana  dilimizin  inkişafında,  onun  saflığının  qorunub 

saxlanılmasında,  lüğət  tərkibinin  zənginləşməsində,  ədəbi-bədii  dilimizin  yüksək  mövqeyə 

qalxmasında həmin dövrün klassiklərinin rolu böyükdür. Belə ki, Əfsəhəddin Hidayət, Kişvəri, Xətai 

Təbrizi, Rövşəni, Gülşəni, Şirazi, Həqiqi, Həbibi və digər ədiblərimiz əsasən ana dilimizdə yazmaqla 

Azərbaycan ədəbi dilinin inkişafında zəngin, keyfiyyətli bir mərhələnin yaranmasına xidmət etmişlər. 

Sadə, aydın, mənası hamı tərəfindən başa düşülən canlı dil faktlarından istifadə edilərək dövrün dilini 

daha  da  xəlqiləşdirmişlər.    Xalqın  danışıq  dilində,  həyat  tərzində  geniş  istifadə  olunan  leksik 

vahidlərin  ədəbi  dildə  ustalıqla  işlədilməsi,  əsl  Azərbaycan  sözlərinin  aparıcı  olması  bir  daha  onu 

təsdiqləyir  ki,  sənətkarlar  doğma  ana  dilinin  söz  xəzinəsinə  dərindən  bələd  olmuş  və  daima 

faydalanmışlar. 

XV  əsr  ədəbi  dilimiz  başqa  bir  səciyyəvi  cəhəti  ilə  diqqəti  cəlb  edir.  Bu  dövrdə  Qazi 

Bürhanəddindən  gələn  ənənəyə  əsasən,  qüdrətli  söz  ustaları  ilə  yanaşı,  şahların,  sultanların  da  öz 

doğma ana dilində gözəl əsərlər yaratmaları, xalq dili ilə xalq ruhunu vəhdətdə götürmələri dövr üçün 

xəlqilik  prinsipini  daha  da  dərinləşdirirdi.  T.Hacıyevin  fikrincə,  bu  işin  faydası  yalnız  o  deyil  ki, 

dövlət  başçısı  bədii  yaradıcılıqla  məşğul  olduğundan  onda  humanist  meyillər  yaranır,  müəyyən 

dərəcəyə qədər demokratizm aşkar olur. İşin başqa tərəfləri də var: 

ana dilində yazan sənətkarlar himayə olunurlar

hökümdarın  ana  dilində  yazdığını  görən  şairlər  Azərbaycan  dilində  yazmağa  xüsusi  cəhd 

göstərirlər.  

Belə  bir  imkan  Azərbaycan  dili  poeziyasının  auditoriyasını  böyüdür.  Azərbaycan  dili  əvvəllər 

saraya pəncərədən-bacadan süzülürdüsə, indi isə geniş qapıdan daxil olur (2, 238). XV əsrdə belə bir 

tarixi hadisə Qaraqoyunlu hakimi Mirzə Cahan şahın adı ilə bağlıdır. O, “Həqiqi” təxəllüsü ilə şeirlər 

yazmış, Azərbaycan dilində “Divan” yaratmış və üslubuna görə Nəsimi ənənəsini davam etdirmişdir. 

XV əsr ədəbi-bədii dilimizin sadəliyi, doğmalığı, kövrəkliyi daha çox diqqəti çəkərək,  özündən 

əvvəlki və sonrakı dövrlərdən seçilir. H.Araslı yazır: “Çox maraqlıdır ki, XV əsr şairlərinin dilindəki 

sadəlik XVI əsr sənətkarlarından fərqlənir” (1, s.314). Şübhəsiz ki, bunun səbəbi XV əsr Azərbaycan 

ədəbi  dilinin  yad  ünsürlərdən  xilas  olaraq,  ümumxalq  dilinə  arxalanması  və  öz  kökünə 

bağlanmasından  irəli  gəlirdi.  Həmin  dövrə  qədər  danışıq  dilində  mövcud  olub,  ancaq  məlum 

səbəblərdən  yazıda  əksini  tapmayan  qrammatik  göstəricilərin,  ifadə  vasitələrinin  yazı  dilinə  keçməsi 

ədəbi dilin canlı danışıq dili əsasında inkişafına təkan verirdi. 

Məqsədimiz  XV  əsr  yazılı  abidələrimizdə  geniş  şəkildə  işlədilən,  eyni  zamanda  xalq 

yaradıcılığından, xalq ruhundan süzülüb gələn dil faktlarını abidələrdən seçib bir araya getirməklə xalq 

düşüncəsini, mənəviyyatını əxz etmək və minilliklərdən süzülüb gələn dilimizin sadəliyini, gözəlliyini 

vurğulamaqdır.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

808



 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

XV əsr Azərbaycan ədəbi dilinin lüğət tərkibində rast gəlinən qədim türk mənşəli sözlərin geniş 

işləkliyi, zənginliyi müşahidə olunur: ağmaq – qalxmaq, alu – axmaq, dəli, aymaq – söyləmək, çizgin-

mək – dönmək, çələb – Tanrı, dərilmək – yığılmaq, dün – gecə, dəvləngəc – sarıköynək, ergürmək – 

çatdırmaq, əsən – sağ-salamat,  əkşi – turş,əsrük – sərxoş, ətmək – çörək, küpə - sırğa, sağış – hesab, 

sayru – xəstə, onarmaq – sağalmaq, pürlənmək – tumurcuqlanmaq,  tutuq – pərdə, tütün – tüstü, ülü – 

pay, us – ağıl, uvaq – balaca, uçmağ – cənnət, tamu – cəhənnəm, yancuq – pul qabı, yavuz – qəddar, 

yasağ – qanun və s. Bu leksik vahidlərin bir qismi zaman keçdikcə dilimizdən arxaikləşərək izsiz yox 

olmuş, digər qismi müasir ədəbi dildən çıxaraq dialekt və şivələrimizdə işləkliyini qorumuşlar.   

Fikri  yığcam  şəkildə,  sadə  dillə  çatdırmaq,  atalar  sözlərinə,  aforizmlərə,  xalq  deyimlərinə 

üstünlük  vermək,  cinaslardan  məharətlə  istifadə  etmək  o  dövr  şairlərinin  yaradıcılığının  xəlqiliyini, 

təbiiliyini daha da artırırdı. Kişvəri “Divan”ından seçilən nümunələrə nəzər salaq: 

Xəlq der ki, ol vəfasuzdur bir özgə yar dut

Ağrımaz barmağa əski sarə bilmən, neyləyim (3,63) 

Mən kim, ərirəm yüzüni görgəc nə əcəbdür, 



Kim gördi ki,bir yerdə ola atəş ilə mum (3, 56) 

Şami-hicrin sonrəsi sübhi-vüsal irür, bəli, 



Hər enişə bir yoxuşdur, bir yoxuşə bir eniş (3,32) və s. 

Yuxarıdakı nümunələrdə verilən “Ağrımaz barmağa əski sarə bilmən”, “Kim gördi ki,bir yerdə 



ola  atəş  ilə  mum”,  “Hər  enişə  bir  yoxuşdur,  bir  yoxuşə  bir  eniş”  atalar  sözləri  bu  gün  də  müasir 

Azərbaycan  dilində  azacıq  fonetik  dəyişikliyə  uğrasa  da,  işləkliyini  qoruyub  saxlamışdır.  Kişvəri 

yaradıcılığını izləyərkən belə nəsihətamiz atalar sözlərinə, məsəllərə tez-tez rast gəlinir. Bu da şairin 

dilinin canlı danışıq dili əsasında formalaşdığını bir daha vurğulayır. 

Bu baxımdan, XV əsr Azərbaycan ədəbi dilinin leksik tərkibini araşdırarkən ümumxalq dilinə xas 

olan sadəliyi, doğmalığı, ahəngdarlığı görmək mümkündür. Abidələrdə rast gəlinən lüğət vahidlərinin 

əksəriyyəti  müasir  ədəbi  dilimizdə  işlənsə  də,  sonrakı  inkişaf  mərhələlərində  bir  qismi  tamamilə 

istifadədən qalmış, digər qrupu isə dialekt və şivələrimizdə qorunmuşdur. XV əsr ədəbi-bədi dilimizdə  

xalq ifadələrinin, deyimlərin leksik tərkibi də dil baxımdan maraq doğurur. 

 

 

FEİLLƏRİN SUBSTANTİVLƏŞMƏSİ 

 

Mehriban MAHMUDOVA 

ADPU 



mahmudova.mehriban@list.ru 

AZƏRBAYCAN 

 

Feillərin  substantivləşməsi  prosesi  sifət  və  saylarda  olduğu  qədər  intensiv  olmasa  da,  yenə 



Azərbaycan dili üçün xarakterik bir hadisədir. 

Dünya dillərinin hər birində feil özünəməxsusluğu zənginliyi ilə digər söz qruplarından fərqlənir. 

Belə  fərqli  cəhətlərindən  biri  də  feillərin  substantivləşməsi  məsləsidir.  Məlumdur  ki,  feillər  növ, 

inkarlıq, təsirlik, tərz, təsriflənmə kimi kateqoriyalara malikdir. Həmin kateqoriyalar substantivləşmə 

prosesində  mühüm  rol  oynamır.  əksinə,  bu  zaman  öz  təsir  qüvvəsini  mühafizə  edir.  Substantivləşmə 

feillərdə feillik xüsusiyyəti bu kateqoriyalar əsasında daha da qüvvətlənir, saxlanılır. 

C.  Cəfərovun  da  qeyd  etdiyi  kimi  feilin  təsriflənən,  həm  də  təsriflənməyən  formaları 

substantivləşməyə  məruz  qala  bilir.  Lakin  təsriflənən  formalara  nisbətən  təsriflənməyən  formalar 

substantivləşməyə daha çox meyyllidir. 

İlk  növbədə,  feili  sifətlərdə  sifətə  məxsus  cəhətlər  də  özünü  göstərdiyi  üçün  sifətlərdəki 

substantivləşmə xüsusiyyəti də bu sözlərdə özünü daha çox göstərir. Bütün sifətlər kimi çox asanlıqla 

isimlərşir  və  cümlənin  müxtəlif  üzvləri  olur.  Eyni  qayda  ilə  feili  sifətlər  hərəkətlə  bağlı  əlaməti 

bildirdiyi və yanaşma əlaqəsində olduğu sözü (ismi) itirərkən, təyin olmaq xüsusiyyətini də itirir, aid 

olduğu sözün əlamətlərini daşımaq funksiyasını yerinə yetirməli olur. Substantivləşmə nəticəsində feili 

sifətlər  mübtəda  və  tamamlıq  ola  bilir,  isim  kimi  hallanır,  cəmlənir,  mənsubiyyətə  görə  dəyişir. 

Məsələn, 




Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə