Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə10/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   ...   6   7   8   9   10   11   12   13   ...   82

 
37 
Qərb  romantiklərindən,  xüsusilə  də,  Bayrondan  fərqli  olaraq, 
aşkar şəkildə özünün cəmiyyətə rəğbət bəsləmədiyini ifadə et-
mir. Cübran  Bayron  yaşantılarının  bütün  məcmusunu  –  qəhrə-
manın  cəmiyyətlə  əlaqələrinin  tamamilə  qırılmasını,  onun  cə-
miyyətə qarşı tam ümidsizliyini yenidən qələmə almır. Şəxsiy-
yət  və  cəmiyyət  probleminin  həllində  də  ərəb  yazıçısı  roman-
tizmin ifratçılığından, Qərb romantiklərinin subyektiv antropo-
sentrizmindən çəkinir. 
Cübranı  ingilis  romantikləri  ilə  müqayisə  edərkən,  biz 
dəfələrlə qeyd etmişdik ki, romantik pafos, hisslərinin coşğun-
luğu,  nifrət  və  ehtiras  yazıçıda  bir  qədər  mülayim  formada 
təsvir olunur. Yalnız onun yaradıcılığında son dərəcə kəskin və 
emosional səslənən antiklerikal motivlər istisna təşkil edir. 
İki mütləq başlanğıcın – xeyir və şərin əbədi birgə möv-
cudluğu və mübarizənin labüdlüyü və qanunauyğunluğu fəlsəfi 
mövzunun şərh olunduğu «İblis» hekayəsində müəllifin kəskin 
tənqidi xristian kilsəsinə qarşı yönəlmişdir. Hekayənin məzmu-
nu  aşağıdakı  kimidir:  ilahiyyatçı  alim  Samaan  kəndinin  kəna-
rında yaralardan can verən çılpaq bir varlığa rast gəlir. Bu, mə-
ləklərin döydüyü iblis imiş. İblis kim olduğunu Samaana etiraf 
edəndə, o, bu murdar ruha toxunmaqla özünü günaha batırmaq-
dan qorxaraq, nifrətlə geri çəkilir. Lakin iblis ilahiyyatçıya xa-
tırladır ki, özlərinin rifahı və təminatlı yaşayışına görə kilsə xa-
dimləri bu murdar qüvvənin mövcudluğuna borcludurlar: «Mə-
gər sənə, iltifatlı ilahiyyatçıya məlum deyilmi ki, iblisin varlığı 
onun düşmənlərini – din xadimlərini də doğurmuşdur? Bu qoca 
ifrit həm də dindarların cibindən gümüş və qızılı götürüb moi-
zəçi  keşişlərin  cibinə  qoyan  gözəgörünməz  əldir.  Məgər  sən 
hər şeyi bilən alim başa düşmürsən ki, səbəbin yox olması ilə 


 
38 
nəticə də yox olur. Sən mənim ölümümə necə razı ola bilərsən, 
axı mən ölsəm, sən də öz mövqeyini itirəcəksən, yaşayış vasi-
tələrindən  məhrum  olacaqsan,  arvadın  və  uşaqların  ac 
qalacaqlar». 
İblis ilahiyyatçıya başqa bir həqiqəti də açır: «Allaha qar-
şı duran qüvvə kimi iblis insanlara çox lazımdır, iblislə mübari-
zə fəallıq, təşəbbüskarlıq, enerji yaradır və bir sözlə, insanların 
maddi  və  mənəvi  həyatının  inkişafına  kömək  edir.  Mənim 
adım, dinin, elmin, sənətin və fəlsəfənin ətrafında fırlandığı bir 
oxdur. Məbədlər mənim kölgəmdə qurulmuşdur, məktəb və in-
stitutlar mənim sayəmdə ucaldılmışdır. Mən insanlarda iradəni 
doğuran  qətiyyətəm,  mən  ağıla  hiyləgərlik  bəzəyi  vuran  fiki-
rəm, mən insanların əllərini hərəkətə gətirən ələm». İblis  «bə-
şəriyyətin  saxlanması  naminə»  özünün  zəruri  olmasını  iddia 
edir:  «...Əgər  mənim  varlığım  yox  olarsa,  qorxu  da,  həzz  də 
yox olar. Onların yox olması ilə insan qəlbinin səy və ümidləri 
də kəsilər və həyat simləri qoparılmış gitara kimi mənasız, atıl-
mış və soyuq olar». 
Hekayənin  sətiraltı  mənasında  insandan  ayrılmış,  danıl-
maz həqiqət və əbədi qüvvə timsalında mövcud olan, barışma-
ğa və itaət etməyə məcbur edən, bununla da insanın azadlıqse-
vər  və  yaradıcı  ruhunu  buxovlayan  Allah  obrazı  dayanır.  Bu 
ideya  ingilis  romantiklərinin  də  bütün  yaradıcılığına  hopmuş-
dur. Onlar üçün insan özü ilahidir – dünyanın mərkəzidir, onun 
fəaliyyəti kainatın dərkinə və fəth edilməsinə yönəlmişdir.  
Daha  bir  mühüm  məsələ.  Cübranın  əsərində  tənqid  atəşi 
kilsə adətlərinə qarşı yönəldilmişdir. Cübran belə hesab edir ki, 
kilsə  insanın  zəiflik  rəmzidir,  o,  dünyanın  insana  düşmən  və 
sirlərlə dolu göründüyü, insanın isə özünü köməksiz, zəif hiss 


 
39 
etdiyi  zamanlarda  yaranmışdır.  Kilsə  insanların  cahilliyindən 
istifadə  edərək,  təbiətin  dərk  edilməmiş  qüvvələri  ilə  onlar 
arasında vasitəçi kimi çıxış edir. Antiklerikalizm – maarifçilik 
və  romantizm  ideyalarının  təsiri  altında  inkişaf  edən,  demək 
olar  ki,  bütün  məhcər  ədəbiyyatının  fərqli  cəhətidir.  Bu  cəhət 
«Suriya-Amerika  məktəbi»nin  Qərb  ədəbiyyatlarının  romantik 
məktəbləri ilə tipoloji yaxınlığını üzə çıxarır və eyni zamanda, 
onlar arasında mövcud olan qarşılıqlı əlaqələrə dəlalət edir. 
 «Kafir Xəlil»  hekayəsinin qəhrəmanı Xəlil hələ uşaqlıq-
dan monastırda tərbiyə edilmişdir. Onu orada insafsızcasına is-
tismar edirlər, o, aclığa,  işgəncəyə məruz qalır. Getdikcə Xəlil 
monarxların  yalan  danışdığını,  onların  özlərinin  də  Allaha 
inanmadıqlarını, məzlumların əməyi və alın təri hesabına yaşa-
dıqlarını başa düşməyə başlayır. Elə ki, Xəlil anladığı həqiqəti 
başqalarına söyləməyə başlayır, onu qışda ac və çılpaq şəkildə 
monastırdan qovurlar. Təsadüfən, iki yoxsul qadın – ana və qız 
–  Rəhil  və  Məryəm  onu  evlərinə  gətirirlər.  Onların  yaşadığı 
kənddə  keşiş  və  müsəlman  şeyxi  onların  insanlıq  ləyaqətini 
alçaldırlar. Kənddə qalan Xəlil sakinlər qarşısında alovlu nitqlə 
çıxış  edir,  onları  keşişə  və  şeyxə  qarşı  ayağa  qalxmağa,  yeni 
həyat qurmağa çağırır:  «Məgər sizin aranızda şumladığınız və 
məhsulu yığdığınız torpağın sizə məxsus olduğunu bilən qoca-
lar  yoxdurmu?  Axı  şeyx  Abbasın  atası  onu  sizin  atalarınızın 
əlindən alıb. Məgər siz monarxların sizin babalarınızı aldadıb, 
onların tarla və üzüm bağlarını mənimsədiyi barədə eşitməyib-
siniz? Məgər siz din nümayəndələrinin və kübar əsillilərin sizi 
alçaltmaq  və  ürəklərinizi  qana  qərq  etmək  üçün  bir-birinə  kö-
mək etdiklərini bilmirsinizmi? Kəndlilər üsyan  edir və keşişlə 
şeyxi  kənddən  qovurlar.  Belə  başa  düşünmək  olar  ki,  bundan 


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə