Cübran X?lil Cübran



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə7/82
tarix16.08.2018
ölçüsü3,04 Mb.
#63535
1   2   3   4   5   6   7   8   9   10   ...   82

 
26 
dır, öz vətənində  yaddır, ümumiyyətlə bütün bu dünyada  yad-
dır», – deyə o, «Sulban» pyesində yazır. Elə bu fikir dəqiq şə-
kildə «Şairin ölümü – onun həyatıdır» adlı mənsur şeirində ay-
dın görünür. Gənc, istedadlı şair kasıb komada tənhalıqda acın-
dan  ölür,  çünki  «insanlar  ondan  üz  dönərmiş  və  unutmuşlar». 
«Əsrlər keçir, şəhərin sakinləri isə inamsızlıq və laqeydlik yu-
xusuna  dalmışdılar,  biliyin  şəfəqi  onların  üstünə  şəfəq  salıb 
oyatdıqda,  şairə  möhtəşəm  heykəl  ucaltdılar  və  onun  şərəfinə 
hər il təntənələr keçirməyə başladılar. Ah, insan necə də cahil-
dir!» – deyə Cübran haray çəkir. 
Şair mövzusunu Cübranda həmişə müəllifin etik və mə-
nəvi prinsiplərinin, onun dünyaya, insana və cəmiyyətə baxış-
larının açılışı müşayiət edir. Bu baxışlar da romantiklərin baxış 
və  inamları  ilə  yüksək  dərəcədə  səsləşir.  «Göz  yaşı  və  təbəs-
süm»  toplusunda  əhəmiyyətli  yer  tutan  gözəllik  və  məhəbbət 
mövzusu («Məhəbbətin həyatı», «Gözəllik», «Məhəbbətin taxtı 
önündə»,  «Xəyallar  ilahəsi»,  «Ürəyin  sirləri»,  «Gözəllik  nəğ-
məsi» və s.) və şair mövzusu sıx qarşılıqlı əlaqədədir, bir-birlə-
rini tamamlayır. 
Maarifçilərin  əksinə  olaraq  romantik  şair  ağılı  intuisiya 
ilə, hisslə birləşdirir, başqa sözlə, o, dünyanı ilhamla, «bədii şə-
kildə»  mənimsəyir,  varlıq  hadisələri  üzərindən  adilik  örtüsünü 
qoparır, onun arxasında saxlanan gözəlliyi üzə çıxarır. 
Cübran, gözəlliyi nə isə ümumi və ideal bir şey kimi mü-
əyyənləşdirir,  təbiət  kimi  insan  da  gözəlliklə  dolub  daşır.  Gö-
zəllik  adlı-sanlı  və  zəngin  insanların  imtiyazı  deyil,  o,  «bütün 
insanlığın  müqəddəs  mülkiyyətidir».  «Gözəllik  nəğməsi»ndə 
deyilir:  «Mən  –  səadət  eviyəm,  mən  –  sevinc  mənbəyiyəm, 
mən  əmin-amanlığın  başlanğıcıyam...  Mən  şairlərin  ilhamçısı, 


 
27 
sənətkarların rəhbəri, musiqiçilərin müəllimiyəm.... mən körpə 
gözlərinin baxışıyam....  Mən – həqiqətəm, ey insanlar! Mən  – 
həqiqətəm.... və bu sizə məlum ola bilənlərin ən yaxşısıdır! » 
«Gözəllik»  mənsur  şeiri  də  bu  fikrə  həsr  olunmuşdur: 
«Ey, siz ixtilaf zülmətində məhv  olanlar,  güman girdablarında 
boğulanlar! Axı, gümanları inkar edən, şübhələri qovan həqiqət 
və sizi yalanın zülmətindən qoruyan parlaq işıq gözəllikdədir». 
Cübran  üçün  gözəllik  həyatın  özəyidir,  mahiyyətidir,  ali  və 
əbədi həqiqətidir. O, təbiəti gözəlliyin təcəssümü və rəmzi he-
sab edir. Cübran deyir: «Gözəllik – bu bütün təbiətdir». Gözəl-
likdən  həzz  almaq  təbiətin  cazibəsi  qədər  təbiidir.  «Baharın 
oyanışına  və  səhərin  açılmasına  diqqətlə  baxın,  –  axı  gözəllik 
baxanların nəsibidir. Quşların nəğməsinə, bulaqların xışıltısına, 
çayların şırıltısına qulaq asın, – axı gözəllik dinləyənlərin nəsi-
bidir».  Gözəllik  məhəbbət  və  xeyir  kimi  mənəvi  anlayışlardan 
ayrılmazdır: «Cisminizi məbəd kimi gözəlliyə həsr edin, ürəyi-
nizi qurbangah kimi məhəbbətə həsr edin, – axı gözəllik ona si-
tayiş  edənlərin  əvəzini  verir».  Gözəlliyin  qavramı  insanı  yük-
səldir  və  nəcibləşdirir,  onu  xeyirxahlığa  və  təmənnasızlığa 
qovuşdurur. 
Romantiklərdə gözəllik və məhəbbət şairin ürəyini və tə-
xəyyülünü  işıqlandıran  mənəviyyat  nurudur.  Emersona  görə, 
şair – «kainatın nəfəsindən titrəyən «Eol arfasıdır», o, əşyalara 
ad verir və gözəlliyin vasitəçisi olur», – deyə Emerson yazır. 
Gündəlik qayğılarla yaşayan insanlar çox zaman gözəlli-
yin yanından ötüb keçirlər, şairin borcu onların diqqətini gözəl-
liyə  yönəltməkdir,  çünki  gözəllik  –  həqiqətin  timsalıdır  («Xə-
yal ilahəsi»). Buna görə, mənəvi dəyərlər sistemində gözəlliyə 
ən yüksək yer ayrılır. 


 
28 
Cübran yaradıcılığında şair mövzusunun başqa bir aspek-
ti – romantik şəxsiyyəti, onun rolunu, ona olan inamı yer üzün-
də  yüksəklərə  qaldırmaqdır.  İ.F.Volkov  yazır:  «Məhz  roman-
tizm ədəbiyyat üçün yalnız özünün fərdi xüsusiyyətlərinin tək-
rarsızlığı  mənasında  deyil,  həm  də  öz  xarakterinin  dərin  məz-
mununa  görə  dəyərlərə  malik  olan  şəxsiyyəti  açdı  və  bununla 
sənəti əhəmiyyətli dərəcədə real insan həyatı ilə yaxınlaşdırdı». 
Dünyanı  romantik  şəkildə  qavrayan  şəxsiyyət  mövzusu 
bütöv  bir  silsilə  mənsur  şeirlərdə  açılmışdır:  «Keçmişin  şəhə-
ri»,  «Kor  qüvvə»,  «Günəşin  altında»,  «Səadət  nəğməsi»,  «İn-
san nəğməsi» və s. 
«Kor qüvvə» şeirində azadlığa çıxan kortəbii qüvvə zəif 
insanın üzərinə atılır və onun əlləri ilə  yaradılan hər şeyi dağı-
dır:  «...Kədərli  qəlb  uzaqdan  bütün  baş  verənlərə  baxır,  düşü-
nür  və  iztirab  çəkirdi:  o,  insanın  təbiət  qüvvələri  qarşısında 
gücsüzlüyü barədə düşünürdü və fəlakətə məruz qalanlarla bir-
gə iztirab çəkirdi...  Lakin bütün  bu dəhşətli  fəlakətlər və bəd-
bəxtliklər içində mən nəhənglər kimi dayanıb torpağın səfehli-
yinə  və  təbiətin  qəzəbinə  istehza  edən  insanın  ilahiliyini  gör-
düm.... o, əbədiyyət himni oxuyurdu: «Qoy torpaq ona aid olan 
hər  şeyi  götürsün,  mənim  ki,  nə  sonum,  nə  hüdudum  var!» 
Şair bütün kortəbii qüvvələrə meydan oxuyan insanın gücünü, 
onun ruhunun məğlubedilməz qüvvəsini qürurla dərk edir.: 
«Günəşin altında» mənsur şeirində Cübran «Hər şey fani-
dən fanidir» Bibliya kəlamını epiqraf götürür. Süleyman padşa-
hın «mən günəşin altında edilən bütün işləri gördüm – hər şey 
fani və ruhun əzabıdır», – sözləri şairə «zəifliyin və ümidsizli-
yin püskürdüyü» sözlər kimi gəlir, çünki həyatda məna var, eh-
tirassızlıq  isə  laqeyidliyə  bərabərdir.  Lakin  insanlar  gözəl  ola-


Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə