D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   20   21   22   23   24   25   26   27   ...   93

73
Folklor, mifologiya, etnoqrafiya
dir. Bu eposda üç dəfə xatırlanıb: “Tacirlər Baybörənin oğluna bir 
dəniz qulunı, boz ayğır aldılar”. “Yigidin gözi bir dəniz qulını boz 
ayğırı tutdu”, “Bağdı gördi kəndümin  dəniz qulunı, Boz ayğır bunda 
otlanıb,turar”. 
Qırat  da,  dürat  da  dəniz  qulunundan  törəmədir.  Beyrəyin  Boz 
ayğırından fərqli olaraq onların əmələ gəlməsi bədii lövhələrlə əks 
olunur.  “Dəryadan iki ayğır at çıxdı. Atlar gəlib naxıra qarışdılar. İki 
madyana yaxınlaşandan sonra yenə qayıdıb dəryaya girdilər. Alı kişi 
nə qədər ilxıçılıq eləmişdi belə şey görməmişdi” (8, səh. 5) 
Qaçaq Nəbinin də atı adi deyil, bozqır at nəslindəndir. Dəryadan 
çıxmış madyanla çöl ayğırından törəyib. ( 9, səh. 16)
Şirinin Şəvdizi də  sirli, sehrlidir. O, süvariyə oxşar qara daşla 
Rəmgilə çölündən gələn madyanın dölündən yaranıb. 
Kilsənin altında var bir mağara,
Orda süvaritək bir daş-qap-qara,
Rəmgilə çölündən-o uzaq yoldan,
Döl tutmağa gəlir ora bir madyan.
Gəlir yüz ağacdan duyub o yeri,
Sürünüb ilantək girir içəri.
Qızğın bir şəhvətdən gələrək hala,
Sürtünür o daşa çox ehtirasla.
Allahın əmriylə döl tutur ondan,
Allah əmridir ki, sən buna inan!
O döldən törəyən hər yeni daylaq
Vaxtdan yüyrək olur, yeldən qaçaraq.
O ağıllı keşiş söylədi-hətta,
O daşın dölüdür bu Şəvdiz at da. (2, səh. 68) 
Qıratın, Düratın böyüməsində də sehirli aləm var. Alı kişi onları 
xüsusi nəzarətdə saxlayıb yetişdirir. “Tövlədə hər day üçün qırx göz-


74
DƏDƏ QORQUD ARAŞDIRMALARI
lü bir axur qayırarsan. Atların qırx günlük arpasını, samanını həmin 
bu axurlara da dolduracaqsan... zümrüd bulaqdan tövlənin içərisinə 
bir arx salacaqsan hər axurun yanında da balaca bir çarhavuz tikəcək-
sən. Atlar qirx gün burada yeyib-içib bəslənəcəklər” (8, səh. 8). Alı 
kişi dedikləri hazır olandan sonra Rövşənə tapşırır:  tövləyə nə işıq 
düşə, nə də atlara bəni-insan gözü baxa. Otuz doqquzuncu gün Ko-
roğlu səbirsizlik göstərib bir oyuq açıb ordan içəri baxır. Sağ axurda-
kı atın çiyinlərində alov kimi yanan iki qanad görür, sol axurdakı ata 
baxır onda qanad görməyib yenidən sağ tərəfə baxanda heyrətə gəlir. 
Sağ tərəfdəki atın qanadı qeyb olmuşdu. Atasından axura baxmağı-
nı gizlətməyə çalışsada Alı kişi atları yoxlayanda onlara bəni-insan 
gözünün baxdığını bilir. Atların xarici görünüşləri də qeyri-adidir. 
Sol axurdakı uzun caydaq, çəkmə sağrılı, nazik ortalı. Sağ tərəfdəki 
at gözəl görünüşlü, iri başlı, dolu gözlü, qarabirçəkli, uzun boyunlu, 
tökmə döşlü, yoğun, enli sağrılı bir atdı. Alı kişi atları sınaqdan ke-
çirir. Sınaqdan yaxşı çıxan sağ axurdakı at olur. Alı kişi onun adını 
Qırat, sol axurdakı nisbətən zərif atın adını isə Dürat qoyur. Qorxulu 
səfərlərə, düşmən üstünə qalalar almağa Qıratla getməyi və Qıratın 
onu hər bəladan qurtaracağını söyləyib , onun qədrini bilməyi, ca-
nından əziz, göz bəbəyi kimi qorumagı tövsiyə edir.
Sağ axurdakı atın çiyinlərində alov kimi yanan, qızıl kimi parıl-
dayan qanadlarının olması da bununla bağlıdır. Türk mifologiyasına 
görə atın yel qanadlıdır, sürətli uçuşu ilə xəyalda ona çatmır. Xızır 
peyğəmbər bir göz qırpımında mənzil başına çatır. Qəhrəmanın atı 
elə yüyrək olur ki, düşmən nə qədər  qovsa da ona çata bilmir. Uçu-
rum dağları quş kimi sıçrayır. 
“Qırx nəfər kafirlər atlandılar. Ardınca düşdilər, qov getdilər yet-
mədilər, döndilər ”. (1,səh 60). Dədə Qorqud Banuçiçəyi Beyrəyə 
istəmək təklifini alanda deyir: “Dəlü Qarçar qız qardaşını diləyəni 
öldürər.  Bari Bayındar xanın tövləsindən iki şahbaz yükrək at gətü-
rün. Bir Keçi başlı Keçər ayğırı, bir  Toğlı başlu Turı ayğırı. Nagah 


75
qaçma-qovma olarsa, birisini binəm, birisini yedəm”  (1, səh. 55)   
Dədə Qorqud Dəli Qaçardan qaçanda yolda Toğlu başlu Turu ayğır 
yorulduğundan  Keçi başlu Keçərə sıçrayıb minir. Toğlu başlı Turu 
ayğır, Keçi başlı Keçər ayğır və Qırat, Dürat. Dastanda Qırat Keçi 
başlı Keçər ayğır kimi güclü, Dürat isə Toğlu başlı Turu ayğır kimi 
zəif təsvir olunmuşdur.  Demək olar ki,Dədə Qorquddakı bu atlar ad-
larını dəyişmiş Qırat, Dürat adları ilə öz soylarını Koroğluda davam 
etdirmişlər. Zaman dəyişdikcə keçi başlı Keçər ayğır, Qırata Toğlu 
başlı Tur ayğır, Dürata ötürülmüşdür. 
“Qırat  dörd  ayağını    yığıb    qızılquş  kimi  sıçradı,  uçurumun  o 
tərəfinə düşdü, özü də elə sıçradı ki, Koroğlunun başından papağı da 
tərpənmədi.” 
“Ala gözlü boz atım, quş kimi uç, kovun ətəyinə düş”. Boz at 
ayaqlarını yerə döydü, fınxırıb bərkdən kişnədi. Boz at bir neçə dəfə 
atılıb düşəndən sonra özünü palantökən kovundan aşağı saldı” (9, 
səh. 27).
Şirinin də atı yel qanadlıdır, xəyaldan iti tozuna külək çatmaz, 
tufandan qorxmaz.
Bir at bağlanıbdır sərtövləyə tək,
Onun tozuna da çatmaz heç külək,
Xəyaldan tez gedər qalxsa dördnalla,
Qorxmur sona kimi tufandan əsla,
Yerindən sıçrasa günəşə sarı,
 Yeddi qatlı göydən qalxar yuxarı,
 Qalar dırnağının daşlarda izi,
 Banbuq quyruğu ilə yarar dənizi
 Səhərtək oyaqdır, xəyal yerişli.
 Gecə quştək huşyardır, zaman gərdişli,
 Rəngi, şəvə rəngi, Şəbdizdir adı.
 Şirin İshaq kimi sevir o atı.


76
DƏDƏ QORQUD ARAŞDIRMALARI
 Ayaqlarında var qızıl zənciri,
 O, qızıl zəncirin olmuş əsiri,
 Nə Şirindən şirin insan mən gördüm.
Nə Şəbdizdən qara bir köhlən gördüm.                                                          
 
 
 
 
( 2, səh. 67)
Allahyarı öldürüb geri qayıdanda Allahyarın adamları Cahandar 
ağanın arxasınca düşsələr də lakin ona çata bilməyib geri qayıdırlar. 
Cahandar ağa “Allahyarın kəndində qoçaq adam yoxdur” - deyir.
Oğuz igidlərinin atı sahibinin dostuna dost, düşməninə düşmən-
dir. Aruz Beyrəyi çağırıb Qazan xandan üz döndərməyə onunla birgə 
olmağa razı salmaq istəyəndə Beyrək razılaşmayıb Qazan xana dö-
nük çıxmayacağını bildirir. 
Mən Qazanın nemətini çox yemişəm,
 
 
bilməzsəm, gözümü tutsun!
 Qaracıqda Qazlıq atına çox minmişəm,
 
 
bilməzsəm, tabutum olsun!
Yaxşı qaftanlarını çox geymişəm,
 
 
bilməzsəm, kəfənim olsun!
 Böyük, geniş otağına çox girmişəm,
 
 
bilməzsəm, zindanım olsun!
 
Beyrək  Boz ayğırı deyil Qazan xanın Qazlıq atını minərdim de-
mişdir: Artıq Aruza ona düşmən olduğunun bəyanatını verir.  
Aruz, mən bilsəydim bu niyyətini, 
Qaracıqda Qazlıq ata minərdim!
 Əynimə bərk dəmir donu geyərdim!
 Böyük, iti polad qılınc bağlardım!
 Öz alnıma parlaq zireh vurardım!


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə