D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   22   23   24   25   26   27   28   29   ...   93

81
Folklor, Mifologiya, Etnoqrafiya
Xoşbəxt Əliyeva 
«Dədə Qorqud elmi-tədqiqat laboratoriyası»nın
«Folklor-Etnoqrafiya-Mifologiya» bölməsinin 
böyük elmi işçisi
«DƏDƏ QORQUD KİTABI»NIN ƏNƏNƏLƏRİ
ŞİFAHİ VƏ YAZILI ƏDƏBİYYATDA
Dünya ədəbiyyatınin şah əsərləri sırasında yer alan «Kitabi-Də-
də Qorqud» eposu da ölməz bədii abidələrdən biridir. Əsrlər keç-
dikcə, bu sənət incisinin qiyməti, bədii dəyəri daha da artır, xalqın 
öz soykökünü, keçmişini, tarixi kimlik və qəhrəmanlıq salnaməsini 
öyrənmək üçün əsas milli-mənəvi qaynağa çevrilir. Bu unikal qay-
naqda xalq öz mifoloji-tarixi dəyərlərini, dünya və insan haqqında 
düşüncələrini,  folklor  təfəkkürünü  nümayiş  etdirir.  Elə  buna  görə 
də «Kitabi-Dədə Qorqud» dünya sivilizasiyasının, «İliada», «Odis-
seya», «Nibelunqlar haqqında nəğmə», «Alpamış», «Manas» və s. 
kimi möhtəşəm ədəbi-tarixi abidələri ilə yanaşı durur.
«Dədə  Qorqud»  dastanlarının  Azərbaycan  xalqının  ən  qədim 
ədəbi-tarixi qaynaqlarından olduğu elm aləmində çoxdan qəbul edil-
mişdir. Dastanı həm də Oğuz kökənli xalqların müştərək, ortaq eposu 
hesab etmək mümkündür. «Dədə Qorqud» eposu oğuzların Şərqdən 
Qərbə, Mərkəzi Asiyadan Kiçik Asiyaya hərəkəti - axını dövründə 
Qərbə gətirilmiş süjetlər məhz Azərbaycanda yenidən formalaşmalı 
olmuşdur.
Dastanda təsvir edilən hadisələr, Azərbaycanın VII-XI əsrlər ta-
rixi ilə sıx bağlıdır, burada əksər tədqiqatçıların doğru qeyd etdiyi 
kimi, Azərbaycan toponimiyasının elementləri çox güclüdür və ən 
əsası isə əsər Azərbaycan türkcəsində yazılmışdır. Azərbaycan xalqı-
nın mənşəyi məsələsini öyrəndikdə ən etibarlı mənbə kimi «Kita-


82
DƏDƏ QORQUD ARAŞDIRMALARI
bi-Dədə Qorqud» dastanına müraciət olunur.
XX əsrin əvvəllərində dastana maraq və diqqət daha da artmışdır. 
Dastanın ilk tədqiqatçılarından olan H.Araslının, Ə.Dəmirçizadənin, 
Bəkir Çobanzadənin, Əmin Abidin, M.Təhmasibin xidmətləri əvəz-
sizdir. Xalq şairi Səməd Vurğun hələ 30-cu illərin sonlarında eposun 
təsir  gücünü  vurğulayaraq  yazırdı:  «Nizami  yaradıcılığında Azər-
baycan xalqının olduqca zəngin folklorundan geniş istifadə etmişdir. 
Nizaminin çox əsərlərində təsiri görünən məşhur Azərbaycan xalq 
eposu «Kitabi-Dədə Qorqud» hələ XI əsrdən bəri şöhrət qazanmış-
dır» (18, 108) 
Nizami  Gəncəvi  yaradıcılığının  Azərbaycanda,  xalqla,  onun 
adət-ənənəsi, mədəniyyəti, etnoqrafiyası, mifologiyası ilə bağlı ol-
ması  haqqında  nə  qədər  deyilsə,  nə  qədər  yazılsa,  yenə  də  azdır. 
Çünki  qüdrətli  zəka  sahibi  dünyanı  heyran  qoyan  misilsiz  əsərlər 
yaratmışdır. Nizami Gəncəvi həmişə xalqını sevmişdir. O, xalqının 
qəhrəmanlıq göstərən şəxsiyyətləri haqqında yaranan əfsanə və rə-
vayətlərindən, hikmətli atalar sözü və məsəllərindən geniş istifadə 
etmişdir. Şair əsərlərində mənşə etibarilə türk-oğuz-qıpçaq qəbilələ-
rindən  olan  qəhrəmanlara  üstünlük  vermişdir.  Bu  qəhrəmanlar  ox 
atan, at minən, qılınc oynadan, ağıllı və dərrakəli alp və ərlər kimi 
təsvir edilirlər. Şairin xəlqiliyi, onun tarixə açıq gözlə baxması, özü-
nün türk-oğuz qəbiləsinə mənsub olması ilə bağlı idi. Nizami Gəncə-
vinin qan yaddaşında Ozan Dədə Qorqudun ruhu olub. Dədə Qorqud 
igidlərin adını verən, yaşını isə Allahdan istəyən, həmişə dastan da-
nışan el ağsaqqalı olub. Nizami Gəncəvi dastan danışan ozan Dədə 
Qorqud kimi bəşər ədəbiyyatına gözəl dastanlar bəxş etmişdir.
Nizami Gəncəvi «Kitabi-Dədə Qorqud» dastanlarının adını heç 
bir  əsərində  çəkməsə  də,  dastandan  xeyli  faydalanmış  və  istifadə 
etmişdir. «Dədə Qorqud» boylarının Nizami Gəncəvi əsərlərindəki 
izləri və təsiri, oxşar süjetlər hər an diqqəti cəlb edir. «Kitabi-Dədə 
Qorqud»  boylarında  əksər  qəhrəmanlar  qələbə  qazandıqdan  sonra 


83
Folklor, Mifologiya, Etnoqrafiya
Dədəm  Qorqud  gəlib  boy  boylayır,  söy  söyləyir.  Bu  ənənə,  ədəbi 
forma  yalnız  «Dədəm  Qorqud»  boylarına  məxsusdur. Azərbaycan 
nağıllarında bu xüsusiyyət yoxdur. Lakin Nizami Gəncəvinin «Yed-
di gözəl» əsərindəki «Ərə getmək üçün şərt qoyan qızın nağılı»nda 
bu motivə rast gəlirik. Əsərdə deyilir: «Şahzadə şəhərin qapısından 
asılmış şəkili çıxarır, onu bükür və nökərlərindən birinə verir. Asıl-
mış bütün başları acıqlı halda endirir və ailələrinə verir. Hamı ona 
«afərin» söyləyir. Başları bədənləri ilə birgə dəfn edirlər. O, alqışlar-
la evə qayıdır və mütrüb çağırıb, nəğmə oxutdurur.
O, minlərlə alqışla evə qayıtdı,
Mütrüb gətirib, nəğmə ucaltdı. (13, 190)
Dədə Qorqud başbilən, ağsaqqal, pir, ata olmaqdan başqa, saz 
və  söz  ustasıdır.  Nizami  Gəncəvinin  əsərdə  işlətdiyi  mütrüb  sözü 
çalar, həm də oynayan mənasında verilmişdir. Mütrüb Nizami Gən-
cəvi dövründə saz sənətində mahir olduğu üçün məhz qopuz çalan 
«ozan» deyil, «mütrüb» işlədilmişdir. Deməli, Nizami Gəncəvi xalq 
adət-ənənəsini dərindən bildiyinə görə bu motivi əsərinə əlavə et-
miş, bununla da bir daha xalqla bağlı olduğunu göstərmişdir.
«Kitabi-Dədə Qorqud» dastanında təsvir olunan xalq ənənələri 
Nizami  Gəncəvinin  «Ərə  getmək  üçün  şərt  qoyan  qızı  nağılı»nda 
da eyni ilə xalqın toy-düyün adətləri, zəngin ziyafət məclislərinin 
təsviri verilmişdir. Şair xalqın mədəniyyətinə bələd olduğu üçün yeri 
gələndə həmin mərasimlərdən geniş istifadə etmişdir.
«Kitabi-Dədə Qorqud» dastanında «Salur qazanın evinin yağma-
lanması  boyu»nda  Qaraca  çoban  və  Qazan  xətti  daha  çox  diqqəti 
cəlb edir. Dastanda Qazan xan Qaraca çobana deyir ki, «Allah mə-
nim evimi qurtaracaq olarsa, səni əmiraxur eləyərəm». Boydan gö-
ründüyü kimi, Qazan xan Qaraca Çobana xalqın etimadını qazan-
mış, cəsur, bacarıqlı şəxsiyyət kimi hörmət edir.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə