D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   32   33   34   35   36   37   38   39   ...   93

114
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Təpəgözün yunan mifologiyasına yad bir obraz olduğu aşağıdakı 
şərtlərlə əsaslandırılır. a) Şərq .yunan şeiriyyətini tanımamışdır və 
Homerin əsərlərini tərcümə edə bilmələri mümkün deyil. Tərcümə 
edilsə  də  anlaşılan  olmayacaqdır.  Çünki Asiya  dilləri  bunun  üçün 
lazım  olan  ifadələrdən  məhrumdur.b)  Oğuz  Təpəgözünün  doğu-
mu, ölümü, bütün həyatı təfsilatı ilə verilir. Polifem obrazında isə 
bu cəhətdən çatışmamazlıqlar var. c) Bu süjetin yunanlara keçməsi 
Homerin Kiçik Asiyaya səyahəti zamanı Təpəgözün əfsanəsini eşit-
mişdir və Polifemin həyatını ondan almışdır. 
Belə ki, birinci şərtə uyğun olaraq əgər şərq yunan şeiriyyətini 
tanımamışsa deməli bu mifoloji obraz yunanlara məxsus obraz ol-
saydı şərqlilərdə bu obraza rast gəlinməsi mümkün olmazdı. İkinci-
si yunanlarda obrazın yaradılışı haqqında heç bir bilgi verilmədiyi 
halda oğuz təpəgözündə bu haqqında bu sözləri demək mümkündür. 
Və nəhayət ki, Homerin Asiyaya səyahəti zamanı təpəgöz əfsanəsini 
eşitməsi məsələyə daha da aydınlıq gətirir.
Burada əsas diqqət çəkəcək məqam Təpəgözün yaranışının epos-
da bütövlükdə verilməsi, Polifeminsə ümümiyyətlə doğumu ilə bağlı 
bəhs edilməməsidir. Miflərlə bağlı tədqiqatlarda qeyd olunur ki, do-
ğulması, yaranması nə qədər qəribə, təzadlı görünsə də hər bir dünya 
detalının  mənşəyinin  verilməsi  vacib  şərtdir.  Həmin  detala  əsasən 
qeyd olunur ki, Təpəgöz ilkin olaraq Azərbaycan türkləri tərəfindən 
yaradılan mifik obrazıdır. “Qəti şəkildə deyə bilərik ki, Təpəgöz il-
kin olaraq, Azərbaycan türkləri tərəfindən yaradılan mifik obrazdır. 
Ona  görə  ki,  meydana  gətirilmə  səbəbi  göstərilir  və  xəyanətə  xə-
yanətlə ödəşmə funksiyasını yerinə yetirir. Səbəb nəticəni doğurur. 
Başqa sözlə Sarı Çobanın tanrı adamına – pəri qıza tamah salıb əl 
uzatması səbəbdir. Təpəgözün oğuz elinin başına bəlalar açması isə 
həmin səbəbin (xəyanətin) nəticəsidir” [4,35].
Təpəgözün eyni olan Siklopun kökü göstərilmir, deməli, mifik 
detalın  mənşəyi  –  yaranma  səbəbi  yoxdur.  Siklop  yaradılışsız,  bi-


115
çimlənməmiş halda bütövlükdə elin deyil Odisseyin qarşısına çıxa-
rılır. Qəzəblənmiş dəniz allahı Poseydonun şəxsi narazılığına görə 
insana  cəza  vermək  silahına  çevirilir.  “Siklopda  miflərə  xas  olan 
yaradılış və gerçəklik arasında səbəb-nəticə əlaqəsi yoxdur. O, tə-
sadüfən düşdüyü mifik zamanda və məkanda yoğurulmur, bişirilmiş 
halda hardansa gətirilir. Siklop yunan miflərində qəribdir ” [4, 36].
Azərbaycan türklərinə məxsus mifoloji obraz olan Təpəgöz yarı 
mifik, yarı real mənşəyə malikdir. Mifikliyi pəri anasında, reallığı 
isə atası Sarı Çoban hesab olunur. Ona qalib gələn Oğuz qəhrəmanı 
Basat da eynən Təpəgöz kimi yarı mifik (aslanla bağlılığı) yarı real 
(Aruz qocanın oğlu) mənşəyə malikdir. Təpəgözə qalib gəlmək məhz 
bu səbəbdən də Basata nəsib olur. Oğuz elindən Təpəgözlə danışığa 
da mifik mənşəyə malik biri - Dədə Qorqud gedə bilir. Bu motivlərin 
hər biri digərinin tamamlayıcısıdır və heç də təsadüfi deyil.
Nağıl və dastanların ortaq mifik obrazlarından olan Təpəgöz ob-
razının mənşəyi birbaşa və dolayı yollarla nağıllarda da qorunub sax-
lanılmışdır. “Kəlləgözün nağlı” nda [1,144]. İllərcə övlad həsrətində 
Padşah, vəzirin məsləhəti ilə nəzir-niyaz payladıqdan sonra övladı 
dünyaya gəlir. Uşağın adı Aslan qoyulur. Bir gün anası uşağı bağa 
gəzməyə çıxarır və bu zaman bir pələng uşağı oğurlayır. ( bu uşağın 
sakral mənşəyə bağlılığı həm möcüzəli şəkildə doğulmasında, həm 
də Pələng tərəfindən bəslənməsində özünü göstərir ) Şahın adamları 
uşağı nə qədər axtarsalar da nəticəsiz qalır. Evə qayıdarkan palaza 
bükülmüş, kəlləsində tək gözü olan bir oğlan uşağı tapırlar. Nağılda 
kəlləgözün əcdadı div olduğu bildirilir. Aslan o zaman gəlib çıxır 
ki, bir qızı Kəlləgözə nahar aparırlar ( adətən nağıl süjetində qızları 
suyun başını kəsmiş əjdahalara aparırlar), Kəlləgöz divlər kimi Asla-
nın iyini duyub çölə çıxır. (xtonik varlıqlar insanları qoxu vasitəsilə 
tanıyırlar-“Adam-badam iyisi gəlir, yağlı badam iyisi gəlir”).
Bir  sıra  türk  xalqlarında  isə  Təpəgöz  adi  ilə  bağlı  əfsanələrə 
Təpəgözün qızı və ya bacısı deyilən, bəzən də arvadı qismində çıxış 
Folklor, mifologiya, etnoqrafiya


116
DƏDƏ QORQUD ARAŞDIRMALARI
edən Dəmirdırnaq (Jesdırnaq) motivi də əlavə olunmuşdur. “Dəmir-
dişin nağlı”nda şahın üç övladı olur. Onlardan birinin dişləri dəmir-
dən ibarət olur. Əlinə keçəni yeyir və nəhayət digər təpəgözlə bağlı 
süjetlərdə olduğu kimi o da meşədə yaşamalı olur. Atasını yeməyə 
çalışdığı zaman şah digər iki oğlunu çağırır. Həmin iki oğlanın şir 
olduğu bildirilir. Şirlər dəmirdişi parçalayır. Ata onun qanı bulaşan 
yarpağı cibinə qoyur. Həmin qanlı yarpaq dilə gəlib atasına xeyli var 
dövlət qazandırır.
Ümümiyyətlə,  dünya  mifoloji  sistemlərində  obrazların  başqa 
xalqlardan alınması təcrübəsi mövcuddur. Hər hansı mifik obraz və 
hadisələr mifik zamanından sonra, yəni ilkin təsəvvürdəki aktuallı-
ğını səbəbi məlum olduqdan sonra itirir. Reallıqla, gerçəkliklə əlaqə-
sini  itirdikdən  sonra  bədii  sənət  nümunəsinə  çevirilərək  folklorun 
müxtəlif janrlarının tərkibində yaşayır.
Ədəbiyyat
1. Azərbaycan dastanları. Beş cilddə. Bakı ,”Lider” nəşriyyatı, 2005 .
2. Azərbaycan folkloru küliyyatı (Nağıllar). Bakı, ”Səda” nəşriyyatı, 2006
3. Bəydili (Məmmədov) Cəlal. Türk mifoloji sözlüyü. Bakı, Elm, 2003, 418 s.
4. Kitabi-Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər. Bakı, “Öndər nəşriy-
yatı”, 2004
5. Qafarlı Ramazan. Mif və nağıl. Bakı, 2002.
6. Nəbiyev Azad. Azərbaycan xalq ədəbiyyatı. II cilddə,I cild, Bakı, “Çıraq” 
2009.
7. Sultanlı Əli. Kitabi Dədə Qorqud və qədim Yunan dastanları. Bakı, Elm, 
1998.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə