D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   29   30   31   32   33   34   35   36   ...   93

104
DƏDƏ QORQUD ARAŞDIRMALARI
bədii sözdə reallaşdırmışdır. Kino-dastanda “Kitabi-Dədə Qorqud” 
eposunun  bir  neçə  boyundan  istifadə  olunmuşdur:  bunlar  əsasən 
“Dirsə xan oğlu Buğacın boyu”, “Salur Qazanın evinin yağmalandı-
ğı boy”, “Bayburanın oğlu Bamsı Beyrəyin boyu”, “Basatın Təpəgö-
zü öldürdüyü boy”, “Salur Qazanın dustaq olub oğlu Uruzu çıxardığı 
boyu” əhatə edir. Lakin bu boylar heç də bütünlüklə kino-dastana 
köçməmişdir. Anar ayrı-ayrı boyları və onların qəhrəmanlarını bir 
yerə  toplamış,  boylarda  təsvir  olunan  və  məqsədinə  müvafiq  ha-
disələri vahid süjet ətrafında birləşdirmişdir. Əsərdə bir neçə prob-
lem xüsusilə qabardılır: bunlardan biri oğuz tayfalarının birliyi ide-
yasıdır, ikincisi ölüm və həyat problemidir, üçüncüsü qəhrəmanlıq 
və sevgi problemidir. Bu problemlərin üçü də kino-dastanda öz bədii 
həllini  tapmışdır.  Əsərin  başlanğıc  hissəsində  Oğuz  ellərinin  ağır 
günü təsvir edilir. “O gün Oğuz ellərinin ağır günüydü. Oğuz oğulla-
rı bir-birinə qarşı qalxmışdı. Dost-dostla, qohum-qohumla cəng edir-
di. Qardaş qardaşdan. Ata oğuldan ayrılmışdı. Bu qanlı qada Oğuz 
elinin başına hardan gəlmişdi? Deməklə qurtarmaq olmaz” (2, 415).
Anarın əsərində Oğuz ellərinin – Oğuz qəbilələrinin artıq bir-bi-
rinə yağı kəsildiyi, bir-birinin qanına susadığı məqamdan başlayır. 
El ağsaqqalı, yurdun müdrik bilicisi Dədə Qorqud da bu qırğını sax-
lamağın qarşısında acizdir, ona məhəl qoyan, qulaq asan yoxdur. Heç 
vaxt Dədə Qorqudun bir sözünü iki eləməyən igidlərin ağılları çaşıb, 
nə etdiklərini bilmirlər. Əsərdə Oğuz ellərinin vahid birliyini, bir-bi-
rinə həyan olduqlarını nümayiş etdirən səhnələr çoxdur. Əsərin əv-
vəlində xanlar xanı Bayandır xan buyruq verir ki, uca dağın başında 
tonqal qalasınlar. Bu zaman Dədə Qorqudun səsi gəlir: “Oğuz elinin 
adəti vardı. Oğuz igidlərini, xatunlarını şənliyə, toya çağıranda Uca 
dağın başında bir tonqal qalanırdı. Başqa dağlardan bu alovu görüb 
orda  da  tonqal  qalayırdılar,  bütün  el-oba  bilərdi,  geyinib,  bəzənib 
şənliyə gələrdi. İki tonqal qalayanda bilərdilər ki, elin başında qəza 
var, təhlükə var, düşmən basqını gözlənir, onda da igidlər yaraqlanıb 


105
yığılardı” (2, 421).
Buradan  görünür  ki, Anar  boylardakı  ictimai-siyasi  mənzərəni 
çox aydın görür. “Dədə Qorqud” dastanında Oğuz ellərinin bəzi qə-
bilə birləşmələri var ki, onlar öz adət-ənənələrində sərbəstdir. La-
kin bu qəbilələrin birinə hücum edildikdə dərhal başqa bir qəbiləyə 
köməyə gəlir.
Xalq yazıçısı İsmayıl Şıxlı yazırdı: “Anar “Dədə Qorqud” oğuz-
larının başqa oğuzlardan fərqli olduğunu öz adət, psixologiya, əxlaq, 
ailə münasibətləri, məhəbbət və sədaqət anlayışları ilə seçildiyini, 
bizim torpaqda ta qədimdən yaşadıqlarını, bir sözlə, özümüz və kö-
kümüz olduğumuzu, bəzi bədxahlarımızın dediyi kimi, heç yerdən 
buraya  gəlmədiyimizi,  elə  burada  kök  atıb  bitdiyimizi  sübut  edir. 
“Dədə  Qorqud”  bizimdir,  onun  oğuzları  isə  əcdadımızdır,  özü  də 
Azərbaycan torpağında eramızdan çox-çox əvvəl, bəlkə də qədim-
dən, qədim vaxtlardan yaşamışlar.” (17, 30)
Qəbilələrin  həyat  tərzi  bir-birinə  çox  bənzəyir,  belə  ki,  onlar 
əsasən əkinçilik və maldarlıqla məşğul olur, qoyun, mal, at, dəvə sü-
rüləri saxlayırdılar. Lakin dastanda bütün bunlar o qədər də əhəmiy-
yət kəsb etmir, əsas diqqət qəhrəmanların şücaət və igidliyinə, ov 
səhnələrinə  verilir. Ancaq  qəbilə  başçıları  arasındakı  münasibətlər 
də dastanda mühüm yer tutur və Anar dastandan gələn bu motivi öz 
əsərində əsl sənətkarlıqla mənalandıra bilmişdir. Bayandır xanın son 
anlarını təsvir edən yazıçı oğuz birliyinin sarsılmasını da o gündən 
başlayır.
“Bayındır xan deyirdi:
– İgidlər, son sözümü dinləyin, vəsiyyətimi bilin, lazımdır ki, mən 
öləndən sonra məmləkət pozulmasın, xaniman dağılmasın, yağılar 
elimizi başsız görüb üstümüzə ayaq açmasınlar. Lazımdır ki, taxt-ta-
cıma bir alp igid sahib olsun.
Alp Aruz son dərəcə böyük gərginliklə dinləyirdi. Bayandır xan 
sözün bitirdi:
Folklor, mifologiya, etnoqrafiya


106
DƏDƏ QORQUD ARAŞDIRMALARI
– Taxt-tacımı kürəkənim Salur oğlu Qazana vəsiyyət edirəm, - 
dedi.
Alp Aruzun biğlarından qan dammağa başladı” (2, 436).
Oğuz daxilində münaqişə də elə bu səbəbdən başlayır. Qazanı 
aparıb Bayandırın taxtında əyləşdirəndən sonra Alp Aruz – Bayandır 
xanın  vəziri  basqınçı  köçəri  tayfanın  başçısı  Qıpçaq  Məliklə  gizli 
ittifaq bağlayır. Qıpçaq Məlik bu təklifi qəbul edir. Beləliklə, qəbilə 
başçıları arasında nifaq düşür. Alp Aruz Qıpçaq Məlikin hələ fürsət 
gözlədiyini, tələsmədiyini görüb başqa tədbirə əl atır. Qazanın daya-
ğı-dirəyi Beyrəyi  aradan götürür. “Kitabi-Dədə Qorqud” dastanında 
“Bayburanın oğlu Bamsı Beyrəyin boyu”ndakı Beyrəyin oğurlanma 
səhnəsi Anarın əsərində də təkrar olunur. Beyrək Bayburd hasarının 
xaqanı Qara Arslanın əsirinə çevrilir. Qara Arslan obrazına “Bamsı 
Beyrək” boyunda rast gəlmirik. Dastanda Beyrəyi əsir götürən kafir-
lərdir ki, Parasarın Bayburd hasarında yaşayırlar.
Anar Beyrəklə bağlı “Dədə Qorqud” dastanında olmayan Des-
ninə Xatun obrazına müraciət edir, daha doğrusu, dastanda “kafir bə-
yinin bir bikr qızı” burada Desninə Xatunla əvəz edilmişdir. “Dədə 
Qorqud” dastanında həmin qız Beyrəyi sevir, hər gün Beyrəyi gör-
məyə gəlir. Burada isə Desninə Xatun Qara Arslanın arvadıdır. Des-
ninə Xatun Beyrəyin atıldığı dərin quyuya düşür, qəbirlərdən birinə 
yanaşır, özüylə ət, süd, cürbəcür ləziz yeməklər, şərab gətirir, hamı-
sını qəbrin yanına düzür, sonra qəbri örtərək çıxıb gedir. O, çıxıb 
gedəndən sonra Beyrək həmin yeməkləri yeyir.
Beyrəklə  bağlı  “Kitabi-Dədə  Qorqud”  dastanında  olmayan  bir 
epizod da diqqəti cəlb edir. Dastanda Selcan Xatun “Qanlı Qoca oğlu 
Qanturalı  boyu”ndadır. Anarın  əsərində  isə  Selcan  Xatun  adlı  qız 
dastanda olduğu kimi Sarı donlu Qara Arslan xaqanın qızıdır. Xaqan 
şərt qoyub ki, qızına elçi düşənlər onun aslanı, buğası və erkək dəvə-
si ilə döyüşsün. Hələ bu üç əjdahanı basan olmayıb. Beyrək bu əj-
dahaları basır və xaqan “Qızı bu igidə verdim deyir”. Amma Beyrək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə