96
DƏDƏ QORQUD ARAŞDIRMALARI
qırx incəbelli qızla Burla xatunu, oğlu Uruzu dustaq aparması təsvir
edilir. Əsas ideya talançılığın pislənməsidir.
Poema Salur Qazanın yaşadığı obanın təsviri ilə başlayır:
Sonsuz Oğuz
Düzləridir.
Dədə Qorqud keçən yerlər
Mərmər donlu
Sal qayalar
Məxmər otlu
Çəmən yerlər
Bu düzlərdə məclis qursan,
Ulduzlara səsin düşər.
Nəğmə deyən xoş küləklər
Şiş dağların nəfəsidir. (7, 62)
N.Xəzrinin istedadı bütün çalarları ilə «Dədə Qorqud» dasta-
nının deyim tərzindən qətiyyən uzaqlaşmır. Həmin ritmi və poetik
ahəngi saxlamağa çalışır. Məsələn, Burla xatunun çayla söhbəti buna
ən bariz misal ola bilər:
Pırıl-pırıl uçan suyum,
Uçan suyum,
Daşan suyum.
Böyük-böyük gəmilərə
Məğrur qanad taxan suyum,
Şahbaz atlar əyilərək,
Qurtum-qurtum içdi səndən.
Qara saçlı başım qurban,
Ağ köpüklü suyum, sənə,
Göyərçintək sən qanad aç,
Mən dərdimi deyim sənə. (7, 65)
97
«Yuxuda bir ana gördüm» adlı ikinci yuxu bütünlükdə Burla xa-
tun obrazının bir ana kimi keçirdiyi ağrılı-acılı hisslərə, duyğulara
həsr olunub. «Kitabi-Dədə Qorqud» dastanındakı hadisə poemada
təkrar olunur. Ancaq Nəbi Xəzri ana ürəyinin nə iztirablar keçirdiyi-
ni və daxili sarsıntılarını daha qabarıq nəzərə çatdırır.
«Yuxuda bir çoban gördüm» üçüncü yuxu belə adlanıb. Bu bö-
lüm Qaraca çobanın düşmənlə vuruşunu əks etdirir. Burada N.Xəzri
poeziyasına xas olan bədii təsvir ustalığı, obrazın gücünü, əzəmətini
bariz nəzərə çatdırmışdır.
«Yuxuda bir ana gördüm» dördüncü «yuxu» isə poemada təsir
gücü və emosionallığı ilə yaddaqalan bölümdür. Burada ana ilə oğu-
lun son söhbəti təqdim olunur. Ana başa düşür ki, sabah oğlunun
ətindən doğrayıb onun da qarşısına qoyacaqlar. Bu zaman Uruz ana-
sına deyir:
Mənim təkcə bir arzum var,
Son anımda
Öz yanımda
Mən anamı igid görüm,
məğrur görüm.
Mən anamı
Min kişiyə əvəz görüm. (9, 84)
Beşinci və altıncı «yuxu»lar Salur Qazanın qəhrəmanlığından
bəhs edir. «Kitabi-Dədə Qorqud» dastanında olduğu kimi, Salur Qa-
zan düşməni məğlub edib Burla xatunu və oğlunu xilas edir. Nəbi
Xəzri boydakı hadisəyə heç bir müdaxilə eləmir. Lakin poemanı
müasir şeirin poetik təfəkkürünün imkanları ilə yenidən canlandır-
mışdı.
«Kitabi-Dədə Qorqud»un bir boyu «Salur Qazanın evinin yağ-
malanması boyu» poeziyada öz layiqli yerini tapdı. Nəbi Xəzri
Azərbaycan ədəbiyyatında Dədə Qorquda müraciət edən ən ardıcıl
Folklor, mifologiya, etnoqrafiya
98
DƏDƏ QORQUD ARAŞDIRMALARI
bir müəllif kimi diqqəti cəlb etdi və rəğbətlə qarşılandı. Nəbi Xəz-
rinin «Torpağa sancılan qılınc» dramatik poeması və «Burla xatun»
mənzum dramı onun dramaturgiyada «Kitabi-Dədə Qorqud» dastan-
larına müraciətinin uğurlu nəticələri oldu. Bu poemalar öz yüksək
şeiriyyəti və bədii kamilliyi ilə diqqəti cəlb etdi. Nəbi Xəzri «Ki-
tabi-Dədə Qorqud» boylarındakı vətənpərvərlik, ana məhəbbəti,
yurd sevgisi onu daha çox özünə cəlb etmiş və birdən-birə bir şa-
irin qələmindən eyni mövzuda üç əsər meydana çıxmışdır. Əlbəttə,
bu əsərlər arasında bir-biri ilə sıx bağlılıq və eyni zamanda fərqli
cəhətlər diqqəti cəlb edir. Belə ki, «Əfsanəli yuxular»la «Torpağa
sancılan qılınc» arasında müəyyən oxşarlıqlar var. Ən əsası odur ki,
Nəbi Xəzri demək olar ki, boydakı hadisələri həm poemada, həm də
pyesdə olduğu kimi saxlamışdır. Poemada olan surətlərə biz pyesdə
də rast gəlirik, yalnız cüzi dəyişikliklər nəzərə çarpır.
Nəbi Xəzrinin «Torpağa sancılan qılınc» pyesi səkkiz şəkildən
ibarətdir. Bu pyesdə müəllif vətənpərvərlik mövzusunu ön plana
çəkmişdir. Təsadüfi deyil ki, əsər Dədə Qorqudun bu sözləri ilə baş-
layır:
Eşidin insanlar, sizə sözüm var,
Bu dağda, bu daşda mənim izim var.
Elin pir oğluym mən Dədə Qorqud,
Xalqımla uluyam mən Dədə Qorqud. (8, 116)
Pyesdə müasirlik xətti çox güclüdür. Bu xətt təkcə vətənpərvərlik
və ana məhəbbəti kimi əbədi mövzuların bu gün də müasir səsləşmə-
sidir. Pyesin bir yerində Şöklü Məlik deyir:
Tanrı, Azərbaycan necə torpaqdır,
Bu necə tayfadır, bu necə xalqdır!
Millət görməmişəm bu millət kimi.
99
Udur yalanı da həqiqət kimi.
Axirət dünyası bu günmü, tanrı,
Bunlarla bacarmaq mümkünmü, tanrı! (8, 155)
«Kitabi-Dədə Qorqud» dastanında heç bir boyda Azərbaycan
adı çəkilmir. Məlumdur ki, bu dastanın əsas iştirakçıları Azərbaycan
xalqının söykökündə böyük rol oynamış oğuz tayfalarıdır. Qədim
oğuz tayfaları ilə sonradan formalaşmış xalqlar arasında təbii və qı-
rılmaz əlaqə mövcuddur. Nəbi Xəzri bu mənada xalqımızın tarixi
yolunun başlanğıcında məruz qaldığı problemlərə müraciət etmişdir.
Şair belə bir fikri də aşılayır ki, Azərbaycan xalqının əsrlər boyu qo-
ruyub saxladığı mənəvi keyfiyyətlər ilkinlikdən-başlanğıcdan-kök-
dən gəlir. Dastanda Qazan xan öz dəstəsi ilə hücuma keçib Şöklü
Məlik üzərində qələbə qazanır.
«Kitabi-Dədə Qorqud» dastanında deyilir: «Qazan bəyin qardaşı
kafirin tuğu ilə sancağını qılıncladı, yerə saldı. Dərələrdə, təpələrdə
kafirə qırğın gəldi. Leşinə quzğun uyuşdu. On iki min kafir qılıncdan
keçdi. Beş yüz Oğuz yigitləri şəhid oldu. Qaçanı Qazan bəy qovma-
dı, aman deyəni öldürmədi. Qalın Oğuz bəyləri toyum oldu. Qazan
bəy ordusunu, oğlanını, uşağını, xəzinəsini aldı, geri döndü. Altun
taxtında yenə evini tikdi. Qaracıq çobanı əmiraxur elədi. Yeddi gün,
yeddi gecə yemə-içmə oldu. Qırx baş qul, qırx qırnaq oğlu Uruz ba-
şına azad elədi. Cilasın qoç yigidlərə qalaba ölkə verdi. Şalvar, cüb-
bə, çuxa verdi». (12, 41)
Nəbi Xəzrinin «Torpağa sancılan qılınc» pyesində isə final səh-
nəsində Qazan xan Şöklü Məliki öldürmür. Budur Qaraca çoban
Şöklü Məliki tutub gətirir. Qazan xan Şöklü Məliklə üz-üzə gəlir,
onlar döyüşür və qılınc Şöklü Məlikin əlindən düşür, Qazan xan dö-
yüşü saxlayır. Bundan sonra Qazan xan Şöklü Məliki hamının gözü
qarşısında qılıncla şaqqalaya bilərdi. Lakin o, böyük alicənablıq
göstərərək deyir:
Folklor, mifologiya, etnoqrafiya