125
yət qarşısında qalan qəlbini ziyafətdəkilərə oxudurdu.
Onun əymə və qövsi qaşları tez-tez qalxır, alnının biri digəri
üzərindəki qırışıqları da kaman şəklini alaraq; qəhrəmanın intiqam
hissləri bəslədiyini andırırdı, bütün çətinlikləri su kimi içən qəhrə-
man indi hər bir hərəkətlə böyük çətinliklərə təsadüf etdiyini anla-
dırdı” [3,34].
“Dumanlı Təbriz” əsərinin dili,üslubu bədiilik baxımından ma-
raqlı nümunələrlə zəngindir. Ədib ayrı-ayrı surətlərin daxili aləmini
göstərmək üçün maraqlı bədii priyomlar seçir. İnqilaba mənfi mü-
nasibət bəsləyən tacir, rühani, mülkədar və burjuaziya nümayən-
dələrinin siması əsərdə onların öz sözləri ilə ifşa edilir.
“Hərgah torpaq bizimdirsə, mən çox yaxşı tanıyıram. Bizdən heç
bir şey çıxmaz. Verək urusa, ingilisə, qurtarsın getsin.Yoxsa belə
getsə torpaq və mülk saxlamaq da mümkün olmayacaq”.
“Allah özü cəzasını verəcək. Nəyimə lazımdır məşrutə? Bir
şey ki, Quranda da yoxdur…kimin nəyinə lazımdır” [3,18]. Belə-
liklə, tacir, mülkədar və din xadiminin söylədiyi bu sözlər onların
vətənpərvərlik, milli qürur hissindən məhrum olduğunu,cılız təbiə-
tini açıb göstərir.
Yazıçı surətin daxili aləmini açmaq üçün bənzətmələrdən də
bacarıqla istifadə edir. Tacir Məşədi Kazım ağanın anbarı möhür-
lənən zaman onun keçirdiyi vəziyyəti yazıçı belə təsvir edir: “Göz
qapaqları bir-birindən güclə aralanırdı. Kirpikləri bir-birinə qarışıb
bütün vücudu ölüşgəmiş, əndamı quru alma kimi büzüşmüş, sanki
həyat ona bir kərə “Məndən ümidini kəs!” söyləmişdir” [3,200].
Əsərin bədii dili yazıçının təsvir olunan dövrə, mühitə, xalq di-
linə münasibətini, obrazları fərdiləşdirmək üçün dialektlərdən is-
tifadə məharətini etməsini aydın görürük. İran kübarlarına məxsus
danışıq tərzi əsərdəki bir sıra surətlərin dilində özünü büruzə verir.
Sərdar Rəşidin nitqini nəzərdən keçirək:
“Mərhəmət buyurubsunuz, həqiqətdə sizin təşrifiniz bizi məsud
Folklor, mifologiya, etnoqrafiya
126
DƏDƏ QORQUD ARAŞDIRMALARI
buyurdu. Bu gün mənim həyatımda ilk şadlıq günüdür ”.
Bu cümlələrdəki “Mərhəmət buyurubsunuz”, “təşrif”, “məsud
buyurdu” kimi ifadələr İran kübarları üçün səciyyəsi olan sözlərdir.
Sərdar Rəşid öz danışığında və məktublarında dindar bir müsəlman
kimi qəliz fars, ərəb sözləri və tərkibləri də işlədir.
Romanın birinci hissəsində iki tacirin söhbətində İran tacirlərinin
inqilaba nə məqsədlə qoşulduqları da nəzərdən yayınmır. Müəllif
aşağıdakı mükalimə vasitəsilə bu məqamı qabarıq nəzərə çatdırır:
- Ağa, inqilab demirsən, buyur gəl,eyliyax da…
- Eyliyax da
Namazımı da qılacağam, orucumu da tutacağam, ticarətimi də
eyliyacağam, inqilabımı da eyləyəcağam. Amma bəşərtəha, bəşü-
rutəha!
- Məhkəmə də gedəcəyəm,inqilabımı da eyləyəcağam. Amma
bəşərtəha, bəşürutəha!
Tarazıma, daşıma, daxalıma ki, toxundun, daha mən yoxam.
- Bərəkallah! Qəndimə, çayıma, dükanıma, arşınıma ki, toxun-
dun, daha mən yoxam.
Tacir psixologiyasını, əhval-ruhiyyəsini, inqilaba münasibətini
göstərmək üçün bu mükalimələr kifayətdir. Misal gətirdiyimiz bu
parçada həm də müəllif təbrizlilərin danışığını da təbii və inandırıcı
vermişdir.
Ədib müəyyən bir surəti səciyyələndirmək, tipikləşdirmək, onun
nitqini fərdiləşdirmək, yerli koloriti artırmaq üçün məhəlli sözlər-
dən, şivələrdən də bacarıqla istifadə etmiş, həmiçinin təbrizlilərin
bəzi dialekt xüsusiyyətlərini göstərmişdir: “Belə ha,hökumətə ilişir,
müctəhidə ilişir,məzhəbə ücəşir,imama peyğəmbərə bədəlax atırı,
axırda da tora düşiri” [3 , 62].
Müəllif təbrizlilərin bəzi rus sözlərini təhrif etdiklərini də nəzərə
çarpdırır:
“Başınıza and içirəm,inanın,bunların hamısı falşivədir. Bunların
127
hamısı urusları məmləkətdə gətirməkdən ötrü idi” [3 , 6].
Romanda işlədilən bədii təsvir vasitələri də maraqlıdır. Əsərdə
təsvir olunan inqilabi-siyasi hadisələrlə əlaqədar həmin hadisələrin
məzmununa uyğun olan təşbehlər işlədilir. Məsələn: “Sərçələr isti-
sinin şiddətindən budaqların kölgəsinə çəkilmiş, dumanlı Təbrizin
ictimai və siyasi həyatı kimi mürgüləyirlər. Əyri-üyrü yollar Təbriz
xalqının əqidəsi kimi bulanıq idi” [ 3, 222].
Bu cümlələrdə müəllif bir tərəfdən inqilabçı Təbrizin ağır vəziy-
yətini təsvir edir, digər tərəfdən, cürbəcür zümrələrə mənsub adam-
ların müxtəlif əqidələrə malik olmasını göstərir.
Bu təsbihlərdə bənzətmələr insan təbiətindən xarici aləmə keçir.
M.S.Ordubadi təşbehlərin təsvir edilən hadisələrə uyğun olması-
na xüsusi diqqət yetirən yazıçılardandır.Məsələn, “ Hacı Səməd xan
əyilən başlardan düzəlmiş canlı hasarın arasından gedib həyətə gir-
di...” [4 , 85].
Yazıçı bədii təzaddan da geniş istifadə edir. Məsələn: “Qədəmlər
irəli atılmaq istəsə də, ürəklər geriyə dönməyə məcbur idi.”,“Məncə
o işıqlar son işıqlar, bu qaranlıq isə yeni ayaq basdığımız dünyanın
ilk qarandığıdır” [3 , 31].
Əsərdə hadisələrin mahiyyətini əks etdirmək üçün aforizmlər-
dən məharətlə istifadə edilmişdir: “Həyat acı toxumlu şirin mey-
vələrə bənzəyir.” [4,26], Mahru deyir -“Bu evdə məhv olan cavanlıq
günlərimin təziyyəsini saxlamışam” [4,58].
M.S.Ordubadi fikrin daha təsirli, aydın ifadəsi üçün bədii təkrirə
də yeri gəldikcə müraciət edir. Nina Əbülhəsən bəyə deyir: “Mən
sizi müəyyən bir tərəfdə görmək istəyirəm. Az qüvvətin tərəfində.
Az bir qüvvətlə çoxlara qarşı mübarizə aparanların tərəfində, Sət-
tarxanın tərəfində” [3,56].
Romanda peyzajın-təbiət təsvirlərinin də öz yeri var. Bu təbiət
təsvirləri əsərin ümumi ruhuna uyğun olub yazıçının fikir və ide-
yalarının bariz ifadəsinə çevrilir. Məsələn: “Ucən yayasından əsən
Folklor, mifologiya, etnoqrafiya
Dostları ilə paylaş: |