136
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Tarixin ədəbiyyata inteqrasiyası elmi prinsiplərə əsaslanır.
Elmi prinsiplər Həsənzadənin dramaturgiyasında ədəbiyyatla tarixin
əlaqəli tədqiqi və təhlili zamanı alınan nəticə ilə müəyyənləşib.
N.Həsənzadə “Atabəylər” dramı ilə qədim Səlcuqların döv-
lətçiliyini, “Pompeyin Qafqaza yürüşü ” ilə Antik dövr mövzusu-
nu Azərbaycan teatr səhnəsinə gətirən ilk dramaturqdur. “Atabəy-
lər” Azərbaycan ədəbiyyatında mənzum dramaturgiyanın da, tarixi
dramların inkişafında da mühüm sənət hadisəsi saylmağa layiqdir.
XX əsrin 80-ci illərində yazılmasına baxmayaraq, bu əsərdə ideo-
loji təmayüllər deyil, dövlətçilik maraqlarının və milli mənafelərin
əks etdirilməsi zamanına görə müəllifin vətəndaşlıq cəsarətinin və
uzaqgörənliyinin ifadəsi idi. “Atabəylər” geniş mənada Azərbaycan
milli dövlətçilik ideyasının dramıdır. N.Həsənzadə hələ müstəqillik-
dən qabaq yazdığı bu əsərdə Atabəylər dövlətinin simasında Azər-
baycanda müstəqil dövlət qurub yaratmağın mümkünlüyünü diqqət
mərkəzinə çəkmişdir.
Görkəmli dramaturq N.Həsənzadə yazdığı dram əsərlərində elə
problemlərə toxunmuşdur ki, bunlar təkcə ədəbiyyatçıları deyil,
həm də tarixçiləri, bütün ictimaiyyətimizi maraqlandırır, düşündü-
rür. Məsələlərin qoyuluşunda və bədii həllində şairin orijinallığı, ha-
disələrə müasirlik nöqteyi-nəzərindən yanaşması özünü göstərmək-
dədir. Şairin dramlarında vətənpərvərlik, qəhrəmanlıq, milli ləyaqət
kimi yüksək insani keyfiyyətlər ön plana çəkilir. N.Həsənzadənin
dramları mövzusundan asılı olmayaraq həm lirizmə, həm epizim,
həm də dramatizm poetik məntiqə malikdir.
Nəriman Həsənzadə müdrik insandır, filosof şairdir. N.Həsən-
zadə hər iki əsəri tarixi mövzuda yazmasına baxmayaraq “Atabəy-
lər”(1981) tarixi dramatik, “Pompeyin Qafqaza yürüşü”nü isə tarixi
xronika adlandırıb. Hər iki adı belə aydınlaşdırmaq olar: Tarixi xro-
nika-sadəcə olaraq tarixin müəyyən ardıcıllıqla, cəmiyyət daxilində
enən və qalxan hadisələrinə, cəmiyyətin daxili ziddiyyətlərinə heç
137
bir şey əlavə etmədən göstərməkdir. Burada bədiilik tarixə ancaq sı-
ğal verə bilər, onun məna və məzmununa hərəkət trayektoriyasına
toxunmaq səlahiyyətinə malik deyildir. əgər toxunsa konflikt tarixi-
liyini itirəcək “Atabəylər”də Atabəy Cahan Pəhləvanın ölümündən
sonra Qızıl Arslanın hakimiyyətə gəlməsi, saray çəkişmələrində
İnanc xatunun rolu tarixi xronikada faciədir.
Dramatik xronika- insanın təbiətlə və ictimai mühitlə əlaqəsini
ictimai həyatdakı, həmçinin ayrı-ayrı adamların həyatındakı dialek-
tik prosesləri və ziddiyyətləri müəyyən edən və ümumiləşdirən este-
tik kateqoriyadır. Dramatizm cəmiyyətin irəliyə doğru tarixi inkişafı
prosesində təzahür edir.
N.Həsənzadə ictimai həyat hadisələrini, cəmiyyətin öz daxilində
baş verən ziddiyyətləri xronikal qaydada, ardıcıllıq prinsipinə riayət
etməklə dramatik qanunlara xələl gətirmədən “Atabəylər” və “Pom-
peyin Qafqaza yürüşü” mənzum dramlarında: Atabəy Məhəmməd,
Qızıl Arslan, Toğrul, İnanc xatun, Pompey, Alban çarı Uruz, İberiya
knyazı Atrak, II Tiqran və başqa obrazların simasında ümumiləşdirib
göstərmişdir. “Atabəylər” və “Pompeyin Qafqaza yürüşü” xronikal
tarixi əsərlər olsa da, onlar müstəqil yaradıcılıq ehtirasından doğul-
muşdur.
“Atabəylər”də tarix ardıcıllıqla vahid bir dövlət- Azərbaycan
dövləti yaratmaq strukturu çərçivəsində göstərilmiş, ziddiyyətlər
obrazların tarixən bir-birinə münasibəti zamanı, bəzən mülayim,
bəzən gərgin, bəzən də sərt olmuşdur. “Pompeyin Qafqaza yürüşü”
dramatik xronika olduğuna görə, hər obrazın xarakterindən doğan
dramatizm tarixin gərgin situasiyaları ilə bağlıdır:
Ariman (Erməni- S.M.) hökmdarı II Tiqranla oğlu arasındakı
ziddiyyətlər, Alban çarı Uruza və İberiya knyazı Artaka II Tiqranın
xəyanət etməsi, tarixdə qalan bu dramatik xronikanın məzmununda
saxlanılan ziddiyyətdir., dramatik ziddiyyətdir, tarixdə olduğu kimi-
dir, burada dramaturqun bədii təfəkkürünü işə salıb uydurma konf-
Folklor, mifologiya, etnoqrafiya
138
DƏDƏ QORQUD ARAŞDIRMALARI
likt yaratmasına, elə böyük ehtiyac olmur. Bu cəmiyyətin özünün
yaratdığı hadisələrin dramatizmidir. Belə əsərləri təhlil edərkən xro-
nikallıqda adları çəkilən insanlar haqqında qısa məlumat verilməli-
dir ki, onların xarakterləri, mövqeləri, yaşadıqları ictimai mühitin
onlara nə dərəcədə təsir edib-etmədiyi aydınlaşsın.
İki hissə və on altı şəkildən ibarət “Pompeyin Qafqaza yürüşü”
adlı dramatik xronikal əsərinin hər bir hissəsi səkkiz şəkildən ibarət-
dir. Əsərin I hissəsi II hissəyə hazırlıq məqamındadır. Roma qoşun-
larının Qafqaza yürüşünün qarşısını almaq üçün Alban, İberiya və
Ariman çarları Pompeyin işğalçı ordularına qarşı birləşib dövlət və
millətlərini qorumaq üçün and içirlər. II hissədə Uruz, Artak və II
Tiqranın xarakteri açılır.
Sitayiş eyləyir insan həmişə,
batan günəşə yox, çıxan günəşə! (1,195).
Bu sözləri deyərək o, Roma sərkərdəsinin qarşısında əyilib diz
çökür. “Böyük Ermənistan” hökmdarının bu vəziyyətini təsvir edən
Antik yunan tarixçisi Plutarx yazır ki, şahdan ötrü bundan rüsvayçı
şey yoxdur. (Plutarx. Soçinenya. İzdatelstvo “Xudojestvennaya lite-
ratura”, M., 1983 q, str. 232)
Bu dramatik xronika vasitəsilə müasir dövrə gəlib çıxan konflikt
tarixi konfliktdir. II Tiqran andına xilaf çıxmış, gizlindən Pompe-
yin çadırına getmiş, satqınlıq etmişdir. Bu barədə İberiya çarı Artak
Uruza deyir: “Böyük Ermənistan” eşqilə Tiqran, xəcalət çəkməyir
satqınlığından”.
Birinci hissənin birinci şəkli Çaparın bu sözləriylə başlayır.
Qazın, bu torpağı, hər qatı qandır,
Hər uçuq başdaşı bir qəhrəmandır (1,189).
Dostları ilə paylaş: |