Daş DÖVRÜ haqqinda biLİNMƏYƏNLƏR



Yüklə 362,05 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix11.04.2018
ölçüsü362,05 Kb.
#37758
1   2   3   4   5   6   7   8   9   ...   14

Düşünən İnsan, Sentyabr 2016

Düşünən İnsan, Sentyabr 2016

11

Metalların paslanıb çürüməsi

Mis filizinin metala çevrilməsi üçün filiz 

alovlanan odla təmas etməlidir. Misin əridilərək 

ayrılması üçün lazım olan temperatur 1084.50 

C dərəcə təşkil edir. Bu zaman alova hava 

axınını təmin edən cihaz və ya körükdən 

istifadə edilməlidir. Misin emalı ilə məşğul 

olan bir cəmiyyətin bu temperaturu ala 

bilməsi üçün soba düzəltməsi, bundan əlavə, 

bu sobada lazım olan puta, maşa kimi alətlərin 

də düzəldilməsi şərtdir. Burada sadəcə misin 

emal edilməsi üçün lazımı əsas təchizatlar qısaca 

verilmişdir. Daha sərt tuncun əldə edilməsi 

üçün misin qalay, sink və digər elementlərlə 

qarışdırılması isə bundan da mürəkkəb bir işdir. 

Çünki hər metal üçün fərqli emal üsulu tətbiq 

edilməlidir. Bütün bunlar metalı emal edən, 

qarışıqlar əldə edən, filiz çıxarma ilə məşğul 

olan cəmiyyətin dərin biliyə sahib olduğunu 

göstərir. Bu dərəcədə dərin biliyə sahib olan 

insanların dəmiri tapmadıqlarını iddia etmək 

isə məntiqli və tutarlı bir izah deyil.

Düşünən İnsan, Sentyabr 2016



12

Düşünən İnsan, Sentyabr 2016

www.dasdovru.elmisaytlar.com

Təkamülçülərin iddiası ilk insanların guya yarı 

meymun varlıqlar olduğu, müəyyən zaman içərisində 

fiziki qabiliyyətləri ilə birlikdə zehni qabiliyyətlərinin 

də inkişaf etdiyi, müəyyən bacarıqlar qazandığı, 

mədəniyyətin bu minvalla təkamülə məruz qalaraq 

inkişaf etməsidir. Elmi sübutlara əsaslanmayan bu 

iddiaya görə, uydurma əcdadlarımız (ibtidai insanlar) 

heyvanabənzər həyat tərzi keçiriblər, insanlaşdıqca 

mədəniləşmiş və zehinləri inkişaf etdikcə mədəni 

irəliləyiş əldə etmişdir. Bədəni tamamilə tüklərlə 

örtülü, üzərində heyvan dərisi geyinmiş, ocaq 

qalamağa çalışan, bellərində ovladıqları heyvanlarla 

birlikdə çay kənarı boyu yeriyən, mağaraların içində 

xırıltılı səslər çıxararaq bir-biriləri ilə ünsiyyət 

qurmağa çalışan insan səhnə mizanı da elmilikdən 

uzaq iddianın ortaya atdığı hekayələrdən ibarətdir.

Fosil qeydləri bu hekayəni dəstəkləmir. Elmi 

məlumatların göstərdiyi nəticə insanın insan olaraq 

yoxdan var olduğu gündən etibarən də insana xas 

olan həyat tərzi keçirmiş olmasıdır. Arxeoloji tapıntılar 

da təkamülçülərin tərtib etdiyi xronologiyanı heç 

Mədəni 

tərəqqi 


təkamül 

prosesinin 

həyata

keçdiyini 



göstərmir


13

Düşünən İnsan, Sentyabr 2016

bir halda dəstəkləmir. Təkamülçülərin insanların 

təzə-təzə danışmağı öyrəndiklərini dedikləri dövrə 

aid olan arxeoloji qazıntılar əslində insanların 

mətbəxlərinin olduğunu, ailə həyatı yaşadıqlarını 

göstərir. Təkamülçülərin daş dövrü olaraq iddia 

etdikləri dövrlərdə beyin əməliyyatlarının həyata 

keçirildiyi meydana çıxmışdır. Yenə təkamülçülərin 

insanların incəsənətdən bixəbər olduqlarını dedikləri 

dövrlərə aid qazıntılarda isə bəzək əşyaları və boya 

üçün xam maddələr tapılmışdı.

Bütün bu misalların nümayiş etdirdiyi həqiqət 

tarixin heç bir dövründə ibtidai və heyvanabənzər 

həyat tərzinin mövcud olmamasıdır. Təkamülçülərin 

irəli sürdüyü kimi, daşı daşla yonaraq, daşdan 

taxtadan başqa heç bir alətdən istifadə etmədən 

mədəniyyətdən kənar bir həyat olmamışdır. Hər 

dövrdə iman edənlər insan kimi yaşamışdır. Hər 

dövrdə insana yaraşan geyimlər olmuş, insan üçün 

münasib boşqablar, qablar, qaşıqlar, çəngəllərdən 

istifadə edilmiş, insana xas mühitdə oturmuş, yeyib-

içib söhbət etmişlər. İnsan üçün münasib olan tikililər 

inşa etmiş, sənət əsərlərini meydana gətirmişlər. 

Həkimlər, müəllimlər, dərzilər, mühəndislər, 

memarlar, incəsənət xadimləri olmuş, cəmiyyətdə 

 

intizam təmin edilmişdir. 



Əlbəttə ki, tarix boyunca texnoloji irəliləyiş də 

olmuş, insanların bilik  səviyyələri artdıqca texnoloji 

dəyişikliklər olmuş, yaşanan mühitin şərtlərinə 

uyğun olaraq yeni cihazlar düzəldilmiş, elmi ixtiralar 

olmuş, mədəni dəyişikliklər yaşanmışdır. Lakin 

bəşər tarixində yaşanan bilik səviyyəsi və texnoloji 

tərəqqi təkamülün prosesinin yaşanmış olduğunu 

ifadə etmir. 

Biliyin daima artması adət edilmiş haldır. Bir 

insanın sahib olduğu bilik səviyyəsi məktəb dövründə 

fərqli, universitet illərində isə tamamilə fərqlidir. 

Bir insanın həyatı boyu bilik səviyyəsini artırması 

onun təkamül prosesinin içində olması və özü-özünə 

yaranan təsadüflərin təsiri ilə inkişaf etmiş olması 

demək deyil. Buna bənzər hal insanların həyatına 

da tətbiq edilir. İctimai həyatda da ehtiyaclar 

səbəbindən yeni kəşflər, ixtiralar edilir, yeni 

mexanizmlər icad edilir, başqa bir insan isə həmin 

mexanizmləri daha da mükəmməlləşdirir. Daima 

mədəni tərəqqi yaşanmaqdadır. Lakin bu, təkamül 

prosesi demək deyil.  



14

Düşünən İnsan, Sentyabr 2016

www.dasdovru.elmisaytlar.com

Düşünən İnsan, Sentyabr 2016

Darvinizmin 

iddiası insanın və 

bilavasitə sahib olduğu mədəniyyətin 

ibtidai formadan aliyə doğru inkişaf etməsidir. 

Lakin arxeoloji qazıntılar bəşər tarixinin ilk 

günlərindən etibarən cəmiyyətlərin çox qabaqcıl 

mədəniyyətə sahib olduğu dövrlər olduğu kimi, 

çox geridə qalmış mədəniyyətlərin mövcud 

olduğu dövrlərin də olduğunu göstərir. Hətta 

əksər hallarda çox zəngin sivilizasiyalarla eyni 

dövrdə geridə qalmış mədəniyyətlər də olmuşdur. 

Tarix boyu eyni dövrdə yaşayan cəmiyyətlərin 

əksəriyyətinin texnoloji və sivilizasiya səviyyəsi, 

sosial və mədəni strukturu eynilə bugünkü gündə 

olduğu kimi, bir-birindən fərqlənmişdir. Məsələn, 

hal-hazırda Şimali Amerika qitəsi tibdə, elmdə, 

memarlıqda və texnologiya sahəsində olduqca 

inkişaf etməsinə baxmayaraq, Cənubi Amerikanın 

müxtəlif bölgələrində texnologiya baxımından 

olduqca geridə qalmış, müasir dünya ilə heç bir 

əlaqəsi olmayan xalqlar yaşayır. Dünyanın bir çox 

yerlərində xəstəliklərə ən müasir təsvirli texnika 

və analizlərə əsasən diaqnoz qoyularaq son dərəcə 

müasir şərtlərdə müalicə edildiyi halda, digər 

yerlərdə də xəstəliklərin guya şər qüvvələrin təsiri 

ilə meydana gəldiyinə inanaraq yalançı şər qüvvələri 

qovmaq üçün ayinlər keçirməklə müalicə edənlər 

var. E.ə. 3000 il əvvəl yaşayan qədim misirlilər

hindu xalqları kimi cəmiyyətlər 

hər baxımdan hal-hazırda yaşayan bu 

qəbilələrlə -hətta bu qəbilələrdən irəlidə olan bir 

çox xalqlarla- müqayisə edilməyəcək dərəcədə 

yüksək mədəniyyətə sahib idilər. Minlərlə il əvvəl 

yaşayan cəmiyyət 20-ci əsrdəki bir cəmiyyətdən 

daha da irəliyə gedə bilmişdir. Bu da bizə tarixin 

axınının təkamül prosesi  içərisində meydana 

gəlmədiyini, yəni tarix boyu ibtidai cəmiyyətdən 

mədəni cəmiyyətə doğru bir irəliləyişin olmadığını 

göstərir. 

Əlbəttə ki, tarixi proses içərisində hər sahədə 

böyük irəliləyişlər qeyd edilmiş, elm və texnologiyada 

böyük nailiyyətlər əldə olunmuşdur. Lakin bu 

dəyişiklikləri təkamülçülər və materialistlərin iddia 

etdiyi kimi, təkamül prosesi olaraq xarakterizə 

etmək ağıllı və elmi yanaşma deyil. Mədəniyyətin 

zənginləşməsi və təcrübə toplamaq sayəsində 

texnologiya və elm kimi sahələrdə daima bir 

irəliləyişin olması əsas məsələdir. Lakin burada vacib 

məqam budur ki, müasir insanla minlərlə il əvvəl 

yaşayan insan arasında zəka və bacarıq baxımından 

heç bir fərq yoxdur. 20-ci əsrdəki insanların beyin 

həcmi və zəkası daha çox inkişaf etdiyi üçün daha 

çağdaş sivilizasiyaya malik olduğumuz fikri təkamül 

nəzəriyyəsinin təlqin edilməsi nəticəsində əmələ 

gələn səhv nəzər nöqtəsidir. Halbuki, bugünkü 

gündə belə, müxtəlif bölgələrdə yaşayan xalqların 

fərqli dərrakələri və mədəniyyətləri ola bilər. 

Məsələn, bu gün Avstraliyadakı bir aborigenin 

ABŞ-dakı bir alimin sahib olduğu biliyə malik 

SİVİLİZASİYALAR




Yüklə 362,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə