Daş DÖVRÜ haqqinda biLİNMƏYƏNLƏR



Yüklə 362,05 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix11.04.2018
ölçüsü362,05 Kb.
#37758
1   2   3   4   5   6   7   8   9   ...   14

bilməzdi. Üzərilərindəki bəzəklər daş sürtülərək 

əmələ gələ bilməzdi. Bəhs edilən tarixi əsərlərin 

düzgün olması onların düzəldilməsi üçün dəmir, 

polad və digər metallardan düzəldilmiş alətlərdən 

istifadə edilmiş olmasının labüdlüyünü göstərir. 

 Bir çox arxeoloq və alimlər sözü gedən tarixi 

əsərlərin və ya qalıqların təkamülçülərin iddia 

etdiyi şəraitdə düzəldilə bilməyəcəyini sübut etmək 

üçün sınaq keçirmişdi. Məsələn, 11 min il bundan 

əvvəl inşa edilmiş olması təxmin edilən Göbəkli 

Təpədə tapılan blok daşlar üzərindəki işləmələrin 

hansı üsulla işləndiyini araşdıran prof. Klaus 

Şmidt (Klaus Schmidt) belə bir sınaq keçirmişdir: 

təkamülçülərin həmin dövrdə istifadə edildiyi iddia 

edilən daşları işçilərə verərək qayaların üzərinə 

bənzər qabartmaların çəkilməsini tələb edilmişdir. 

Qayaları daşla formaya salmağa çalışan işçilər 2 saat 

ərzində fasiləsiz işləmələrinə baxmayaraq, qaya 

üzərində sadəcə anlaşılmaz cizgilər çəkə bilmişlər. 

 Buna oxşar sınağı hər bir kəs öz evində 

də keçirə bilər. Əlinizə qranit kimi sərt bir 

daş alın, bundan 100 min il əvvəl yaşamış 

insanların düzəltdikləri mizraq uclarını 

düzəltməyə çalışın. Lakin bunun üçün 

əlinizdə yalnız həmin qranit parçası və bir 

daşdan başqa heç nə olmasın. Belə bir 

vəziyyətdə bunu necə bacara bilərsiniz? 

Tarixi tapıntılardakı kimi mükəmməl itilikdə, 

simmetrik və dəqiqliklə düzəlmiş alət 

meydana gələcəkmi? Daha da dərinə getsək, 

1m2ölçüdə bir qaya alıb üzərinə heyvan şəkli 

oymağa çalışın. Qayaya əlinizdəki daşla 

vuraraq necə nəticə əldə edə bilərsiniz? 

Aydın görünür ki, polad və dəmirdən 

düzəldilmiş vasitəçi material olmadan nə 

sadə mizraq ucunu düzəldə bilərik, nə də 

bir daş işləməsini işləyə bilərik.

8

Düşünən İnsan, Sentyabr 2016



www.dasdovru.elmisaytlar.com


Bu halda, unutmamalıyıq ki, istifadə edilən daşı 

kəsən və forma verən alətlərin düzəldilməsi də ayrıca 

bir peşə sahəsidir. Yeyə, ling, rəndə və digər alətlərin 

hazırlanması üçün lazımi əsas materiallar olmalıdır. Bu 

isə həmin əsərlərin meydana gəldiyi dövrün şərtlərinin 

olduqca qənaətbəxş və mütərəqqi olduğunu göstərir. 

Yəni təkamülçülərin sadə daş alətlərdən istifadə 

edildiyi, texnikanın və texnologiyanın olmadığı iddia 

edilən “qədim daş dövrü” sadəcə bir cəfəngiyatdan 

ibarətdir, həqiqətdə isə belə bir dövr olmamışdır. 

Həqiqətən də, artıq bir çox təkamülçülər 

də arxeoloji qazıntıların darvinizmi müdafiə 

etmədiyini qəbul edir. Təkamülçü arxeoloq Riçard 

Liki arxeoloji tapıntıların xüsusilə də daş alətlərin 

təkamül nəzəriyyəsi ilə izah edilməsinin mümkün 

olmadığını belə etiraf etmişdir:



“Əslində, darvinist nəzəriyyəsinin əsassızlığı arxeoloji 

qeydlərdə qəti şəkildə öz təsdiqini tapmışdır. Əgər 

darvinist yönlü təqdimat doğru olsaydı, bu halda, 

həm arxeoloji qeydlərdə, həm də fosil qeydlərində iki 

ayaqlı olmağın, texnologiyanın və inkişaf edən beyin 

ölçülərinin dəlillərini müşahidə etməli idik. Tarixdən 

əvvəlki qeydlərin tək bir istiqaməti belə bu nəzəriyyənin 

əsassız olduğunu göstərmək üçün kifayət edir: daş 

alətlər”.

2

1. Paul Bahn, Arxeologiyanın ABC-si, səh.16; Burak Eldem, 2012: 



“Mardukla görüş”, “İnkılap” Nəşriyyat, İstanbul, 2003, səh. 23

2. Richard Leakey, The Origin of Humankind, Basic Books, New York, 

1994, səh. 12

9500 illik obsidian bilərzik (Aşıklı Höyük, Türkiyə)

Mail Online: “Araşdırmalar onu göstərirki, bu bilərzik yüksək ixtisaslaşdırılmış istehsal texnikası ilə 

hazırlanmışdır. Aparılan təlillərə əsasən bilərziyin mükəmməl nisbətli əyriliyə malik olduğu müəyyən 

edilmişdir. Halqanın mərkəzi simmetriyası mikrometr səviyyəsində dəqiqliyə malikdir. Bilərziyin səthi 

şüşə kii hamardır..Buda da nanometr səviyyəsində mürəkkəb cilalama texnikasını tələb edir, hansı ki, 

bu keyfiyyət müasir teleskopların linzalarındakı səth keyfiyyətinə bərabərdir”.



 Digər tərəfdən daşların kəsilməsində, düzəldilib 

formaya salınmasında istifadə edilən dəmir 

və polad materiallarının günümüzə qədər 

qalmaması da son dərəcə təbiidir. Təbii şəraitdə 

xüsusən də rütubətli və turş mühitdə, bütün metal 

materiallar oksidləşərək çürüyüb dağılır və məhv 

olur. Qalan isə məhv olması daha uzun sürən daş 

parçaları qalır. Bu daş parçalarına əsaslanaraq 

həmin dövrün insanlarının sadəcə daşdan istifadə 

etdiklərini irəli sürmək isə elmi yanaşma deyil. 

9

Düşünən İnsan, Sentyabr 2016



Düşünən İnsan, Sentyabr 2016


10

Düşünən İnsan, Sentyabr 2016

əkamülçülər tarixi dövrlərə ayıran 



zaman tapdıqları tarixi əsərləri 

nəzəriyyələrinə uyğun gələn 

formada, doqmalarına uyğun şəkildə şərh edərək 

dəyərləndirirdilər. Tunc əşyalar tapdıqları zaman 

həmin dövrü tunc dövrü adlandırır, dəmirin 

isə bizə daha yaxın dövrdə istifadə edilməyə 

başladığını qeyd edirlər. Metalların ən qədim 

mədəniyyətlərə məlum olmadığını iddia edirlər. 

Halbuki, yuxarıda da qeyd etdiyimiz kimi, 

dəmir, polad və bir çox metal daha tez oksidləşir 

və aşınır. Daşla müqayisədə çox qısa bir müddət 

içərisində çürüyüb yox olurlar. Oksidləşməsi 

çətin olan tunc kimi metallar isə digər metallarla 

müqayisədə daha uzun müddət qoruna bilir. 

Belə olan halda, tuncdan düzəldilmiş əsərlərin 

daha qədim tarixli olması, dəmirdən düzəldilmiş 

əsərlərin isə daha cavan olması son dərəcə təbiidir. 

Bundan əlavə, tuncu əldə etməyi bilən bir 

cəmiyyətin dəmiri tanımadığını irəli sürmək, tuncu 

əldə edəcək biliyə və texniki imkanlara malik 

olan bir cəmiyyətin digər metallardan istifadə 

etmədiyini iddia etmək məntiqli bir şərh deyil. 

 Tunc misə qalayın, arsenin və stibiumun 

qatılması və bir az da sinkin əlavə edilməsi ilə 

əldə edilir. Tuncu əldə edən insan, əvvəlcə, mis, 

qalay, arsen, sink və stibium kimi elementlərin 

kimyəvi xassələrinə bələd olmalıdır, bunların 

hansı dərəcədə əridilməli olmasını bilməlidir, 

lazımi əritməni həyata keçirə biləcək və qarışıq 

əldə edə biləcək sobaya və ləvazimatlara sahib 

olmalıdır. Sadalanan bu məlumatlardan xəbərsiz 

olan bir insanın uğurlu bir qarışıq əldə etməsi 

olduqca çətindir. 

Məsələn, mis filizləri yaşlı və sərt qayalarda 

kristal və toz şəklində mineral kimi rast gəlinir. 

Misdən istifadə edən cəmiyyətin, əvvəlcə, 

qayalarda toz şəklində rast gəlinən filizi tanıya 

biləcək savada sahib olması lazımdır. Daha sonra 

əldə etdiyi misi yerin altından çıxarmaq üçün 

mədən inşa etməli, xam filizi qayadan söküb 

çıxarda bilməli və yerin üstünə daşıya bilməlidir. 

Bütün bunların daş və taxta alətlərlə icra edilə 

bilməyəcəyi açıqdır. 

TƏKAMÜLÇÜLƏRİN

UYDURMA XRONOLOGİYASI

www.dasdovru.elmisaytlar.com




Yüklə 362,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə