Daş DÖVRÜ haqqinda biLİNMƏYƏNLƏR



Yüklə 362,05 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix11.04.2018
ölçüsü362,05 Kb.
#37758
1   2   3   4   5   6   7   8   9   ...   14

15

Düşünən İnsan, Sentyabr 2016

Düşünən İnsan, Sentyabr 2016

Düşünən İnsan, Sentyabr 2016

olmaması onun zəkasının və ya 

beyninin kifayət qədər inkişaf etmədiyini 

göstərmir. Çox ağıllı olmasına baxmayaraq, bu 

cür qəbilə içində doğulub həyatını sürdürən, 

hətta elektrikin varlığından belə xəbərsiz olan 

bir çox insan vardır. Bundan əlavə, müxtəlif 

əsrlərdə müxtəlif ehtiyaclar yarana bilərdi. 

Məsələn, hal-hazırkı dövrdə moda anlayışı ilə 

misirlilərin moda anlayışının eyni olmaması bizim 

mədəniyyətimizin onlarınkından daha mütərəqqi 

olduğunu göstərməz. 20-ci əsrdə mədəniyyətin 

əlaməti göydələnlər ikən, qədim Misir dövründə 

sivilizasiyanın göstəricisi ehramlar və sfinkslər idi.

Əldə edilən tapıntıların hansı nöqteyi-nəzərdən 

dəyərləndirilmiş olması məsələsi çox böyük 

əhəmiyyət kəsb edir. Tapıntıların guya təkamülə 

məruz qalması barədə ön mühakimə  ilə hərəkət 

edən bir insan əlinə keçən istənilən məlumatı həmin 

fikrə uyğun olaraq qiymətləndirəcək. Beləliklə də 

uydurma hekayələrlə öz fikrini müdafiə etməyə 

çalışacaq. Tapdığı tək bir sümük parçasının əsasında 

həmin bölgədə yaşayan insanların hisslərini, 

məişətlərini, ailə quruluşları, sosial əlaqələri kimi 

bir çox xırdalığı ön mühakiməyə əsasən təqdim 

edəcəkdir. Həmin sümük parçasından həmin 

dövrdə yarı dik dura bilən, bədəni tüklərlə 

örtülmüş, xırıltılı səslər çıxaran, daş alətlərdən 

istifadə edən insanların yaşadığı barədə qənaətə 

gələn insan elmi dəlillər bunu göstərdiyi üçün 

deyil, ideologiyası bunu tələb etdiyi üçün belə 

bir hekayə danışmaqdadır. Çünki əldə edilən 

məlumatlar 

həqiqətdə belə 

bir mənzərəni təkzib edir. Bu 

uydurma mənzərə darvinist konsepsiyanın 

şərhləri ilə meydana gəlmişdir.

Müasir dövrdə tapdıqları fosil qalıqlarına, 

yonulmuş daşlara, mağara divarlarına çəkilmiş 

şəkillərə baxaraq həmin dövr haqqında xırdalıqları 

ilə şərhlər verən bəzi arxeoloqların vəziyyəti də bu 

misaldan çox da fərqli deyil. Buna baxmayaraq, 

əllərində olan dəlilləri ön mühakiməyə əsasən bir 

yanaşma ilə qiymətləndirərək guya ibtidai insanın 

demək olar ki, həyatının hər anına dair hekayələr 

yazan təkamülçülərin qondarma təsvir və nağılları 

bir çox jurnal və qəzet səhifələrini bəzəyir. 

Təkamülçü alimlər əllərində heç bir dəlil 

olmadan bu cür ssenarilər uyduraraq öz iddialarını 

sübut etməyə çalışsalar belə, rast gəldikləri hər 

tapıntı qərəzli olaraq qiymətləndirilmədiyi zaman 

onlara bəzi həqiqətləri çox açıq şəkildə göstərir. 

Bunlardan biri odur ki, insan mövcud olduğu 

ilk gündən insandır. İnsanın zəkası, sənətkarlıq 

və estetik bacarığı kimi xüsusiyyətləri tarixin 

hər bir dövründə eyni olmuşdur. Keçmişdə də 

təkamülçülərin iddia etdikləri kimi ibtidai, yarı 

heyvan yarı insan olan məxluqlar deyil, bizim kimi 

düşünən, danışan, sənət əsərləri meydana gətirən, 

mədəni və əxlaqa sahib olan insanlar yaşamışdır.



16

Düşünən İnsan, Sentyabr 2016

www.dasdovru.elmisaytlar.com

Çırağan sarayının 

yanğından sonra dizayn 

ve dekorasyası məhv 

olmuşdu. Sarayı bu halı 

olə qiymətləndirən bir 

şəxs nə zamansa bunun 

çox ehtişamlı olduğunu 

tam olaraq nəzərində 

canlandırmaya bilər 

Aşağıda Çırağan sarayının 

bərpa edilib, dekorasiyasının 

tamamlanmış halı görsənir.



17

Düşünən İnsan, Sentyabr 2016

Düşünən İnsan, Sentyabr 2016



www.dasdovru.elmisaytlar.com

MAĞARALARDAKI

İNCƏSƏNƏT

Təkamülçülər guya meymunabənzər insanların Avropada bundan təqribən 30-40 min il 

əvvəl, Afrikada bir az daha qədim dövrdə ani keçid dövrü yaşadıqlarını, beləliklə də, birdən-birə 

müasir insanlar kimi düşünmək və istehsal etmək qabiliyyəti qazandıqlarını irəli sürürlər. Çünki 

həmin dövrə aid arxeoloji tapıntılar təkamül nəzəriyyəsi ilə açıqlanması mümkün olmayan 

dəlillərdir. Darvinist bir iddiaya görə, təxminən 200 min il ərzində dəyişməmiş qalan daş alət 

texnologiyasının yerini birdən birə daha inkişaf etmiş və sürətlə inkişaf edən əl sənəti texnologiyası 

tutmuşdur. Guya bir müddət əvvəl ağacdan yerə düşən və müasirləşməyə başlayan xəyali ibtidai 

insan birdən-birə mahir qabiliyyətlər əldə etmiş, mağara divarlarını oyaraq və ya rəngləyərək 

heyranedici rəsmlər çəkməyə başlamış, boyunbağı, gərdənlik kimi olduqca estetik bəzək əşyaları 

düzəltmişlər. Bəs nə oldu ki, belə bir inkişaf yarandı? “Yarı meymun ibtidai varlıqlar” hansı 

səbəbdən və necə birdən birə incəsənətə meyil göstərdi? Təkamülçü alimlər bunun necə həyata 

keçdiyini heç cür izah edə bilməzlər, lakin bir neçə fərziyyə irəli sürürlər. Təkamülçü Rocer Levin 

(Roger Lewin) darvinistlərin bu mövzuda keçirdiyi sıxıntını “Müasir insanın mənşəyi” kitabında 

bu sözlərlə ifadə edir: “Hələ də natamam olan arxeoloji qeydlərin hər baxımdan qeyri-müəyyən 

olmasına baxmayaraq, alimlər bu sualı fərqli şəkildə cavablandırırlar”.

1

Şove mağarası, 8 ayaqlı Bizon. Fransa, 36.000 il



Düşünən İnsan, Sentyabr 2016

18



19

Düşünən İnsan, Sentyabr 2016

Düşünən İnsan, Sentyabr 2016

Arxeoloji tapıntıların göstərdiyi həqiqət isə 

insanın var olduğu gündən etibarən mədəni 

anlayışa sahib olmasıdır. Bu anlayış çərçivəsində 

bəzən inkişaf, bəzən kəskin dəyişikliklərin baş 

verməsi mümkündür. Lakin bu təkamül prosesinin 

baş verməsi deyil, mədəni inkişafın və dəyişikliyin 

baş verdiyi mənasına gəlir. Təkamülçülərin 

“ani dəyişiklik” kimi adlandırdıqları incəsənət 

əsərlərinin ortaya çıxması da bioloji (xüsusən də 

zehni qabiliyyət) kimi insanın inkişafını göstərən 

bir vəziyyət deyil. Həmin dövrdə yaşayan insanlar 

bəzi ictimai dəyişikliklərə məruz qalmış ola bilər, 

incəsənət və istehsal anlayışları dəyişmiş ola bilər, 

lakin bu məlumatlar insanın ibtidaidən müasirliyə 

keçid yolu keçdiyini göstərən dəlillər deyil.

Qədim insanların özlərindən sonra qoyduqları 

arxeoloji izlərlə təkamülçülərə görə mövcud 

olmalı anatomik və bioloji izlərin bir-biriləri ilə 

uyğunsuzluğu da darvinizmin bu mövzudakı 

iddialarını bir daha əsassız edir. (Darvinizmin 

əsas iddiası olan insanın uydurma şəcərəsini 

elmi cəhətdən alt-üst edən məlumatlar üçün 

bax: Harun Yəhya, “Həyatın gerçək mənşəyi”) 

Təkamülçü iddiaya görə, insanın mədəni inkişafı 

bioloji inkişafı ilə düz mütənasib olmalıdır. 

Məsələn, insanlar əvvəlcə sadə cizgilər vasitəsi 

ilə sənətkarlıq qabiliyyətlərini nümayiş etdirməli, 

daha sonra isə həmin cizgilər daha da inkişaf 

etməli, bu cizgilər yavaş-yavaş inkişaf edərək 

sənətkarlığın zirvəsinə ucalmalıdır. Halbuki, bəşər 

tarixinə aid tapılmış ilk sənət izləri bu fərziyyəni 

bünövrəsindən zədələyir. Sənətkarlıq tarixinin ilk 

nümunələri kimi qəbul edilən mağara rəsmləri, 

oymaları və qayaüstü relyeflər həmin dövrdə 

yaşayan insanın çox yüksək səviyyəli sənətkarlıq 

qabiliyyətinə sahib olduğunu göstərir. Mağaralarda 

tədqiqatlar aparan alimlər həmin rəsmləri 

incəsənət tarixinin ən əhəmiyyətli və dəyərli 

işlərindən biri olaraq dəyərləndirir. Rəsmlərdəki 

kölgə effektləri, perspektiv təsvirdən istifadə və 

zərif cizgilər, relyeflərdə ustalıqla əks etdirilən 

dərinlik hissi, oymalarda günəş işığının düşməsi 

ilə meydana gələn oynamalar, təkamülçülərin 

izah edə bilməyəcəyi xüsusiyyətlərdir. Çünki 

bunlar darvinist iddiaya görə, çox sonrakı dövrdə 

meydana gəlməli bir tərəqqidir. 

Qobustan, Yallı rəqsinin təsviri, 15.000 il 




Yüklə 362,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə