DaxiLDİR: “qeydsiz-şƏrtsiz bəRAƏt istəyirəM!” Son söZ səh. 1-17



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə24/25
tarix15.07.2018
ölçüsü1,36 Mb.
#56024
1   ...   17   18   19   20   21   22   23   24   25

 

46 


Bundan  heç  10  gün  keçmir  ki,  kollektivim  real  hədə-qorxu  zəngləri  alır.  Anar  Mahmudoğlu,  ailəsi, 

Kamran Zamanlı hədə-qorxuya məruz qalır və mən əminəm ki, bunun da izi sabiq deputata çıxır. 

Həmin G.Əhmədova bunlarla da kifayətlənmir. Öz təsirində olan mətbu qurumlarda, məxsusən özünün 

baş  redaktoru  olduğu  “Mərkəz”  qəzetində  haqqımda  ən  təhqiramiz  yazılar  yazdırır  və  onu  pul  verib 

reklam müqaviləsi bağladığı  saytlarda reklam  etdirir. Bu  yazılarda nələr  yox idi. Özüm,  ailəm  ən ağır 

ifadələrlə təhqir olunur.  G.Əhmədova bunu Səbuhi  Abbasov adlı birinin adı  və qələmi  ilə edir, amma 

hiss olunur ki, bu yazılardan bəzilərini özü yazıb. 

G.ƏHMƏDOVA E.ABDULLAYEVI ŞANTAJ EDIR 

 Ölkəni  və  dünya  ictimaiyyətini  şoka  salan  son  rüşvət  videosu  ilə  Gülərin  şantajının  daha  önəmli  bir 

detalı  ortaya  çıxdı.  Onu  deputat  seçdirmək  üçün  nə  az,  nə  də  çox  1.000.000  dollar  pul  tələb  edirdi 

deputat. Daha 1.000.000 dolları isə itgin düşən qardaşını axtarıb tapmaq üçün. Həmin videoda aydınca 

görünür  ki,  G.Əhmədova  E.Abdullayevi  şantaj  edir,  ona  hədə-qorxu  gəlir,onu  fiziki  cəhətdən  məhv 

etməklə hədələyir. Çox qəribədir ki, bu fiziki cəhətdən məhv etmək məsələsini biz artıq mənim həbsim 

məsələsində  də  gördük.  İnsanı  məhv  etmək  və  onu  ortadan  götürmək  G.Əhmədovada  sanki  adətdir. 

Gülər  israrla  “oğlanlarım  Əvəzi  öldürə  bilərdi”  deyir.  Orada  E.Abdullayevə  də  eyni  şeyləri  deyir: 

“Çaşanı bilirsən nə edirlər?”

 

G.ƏHMƏDOVA BMT-NI ŞANTAJ EDIR 

E.Abdullayev olayından sonra müxtəlif iddialar meydana çıxdı. BMT-nin Bakı ofisində çalışan bir nəfər 

10 il əvvəl baş vermiş olayı xatırlatdı və yazdı. Onun dediyinə görə, G.Əhmədova yediyi 10.000 dolların 

hesabını tələb edəndə BMT-nin Bakı ofisinin rəhbərini və təmsilçisini təhqir edib və onları şantaj edib. 

Hesabat  soruşan  BMT  işçilərinə  hədə-qorxu  gəlib  və  beləcə  də  deyib:  “Siz  bilirsiniz  mən  kiməm? 

Başınıza nə oyun açaram?”. Bu üslubu adətən mafiya üzvləri istifadə edir. Diqqət edin, mənim işimdə də 

G.Əhmədova deyir: “Ona başa salmaq istəyirdim ki, mən sənin səsini yazmışam, otur yerində”. Üslub 

eynidir. Bu qadın şantaj və hədə-qorxuda sərhəd tanımır. Onun üçün universitet rektoru da eynidir, BMT 

təmsilçisi  də,  baş  redaktor  da.  O,  adamları  qorxutmaqdan  çəkinmir,  bu  da  E.Abdullayevin  qardaşı 

M.Abdullayevin oğurlanmasını və biryolluq itməsini yada salır… 

Xatırladım ki, E.Abdullayev deyir ki, qardaşının oğurlandığı 2003-cü il oktyabrın 13-nün sabahı günq 

ü, oktyabrın 14-də G.Əhmədova onun ofisinə  gəlib  və öz xidmətini  təklif edib.  Deməli,  G.Əhmədova 

həm də adam oğurluğu ilə məşğul olan dəstənin üzvüdür. 



G.ƏHMƏDOVA YAP-I ŞANTAJ EDIR… 

HÖKUMƏTI TƏHDID EDIR… 

 Həmin  G.Əhmədova  heç  nədən  çəkinmədən  mənsub  olduğu,  özünü  əsgəri  adlandırdığı  Yeni 

Azərbaycan  Partiyasını  şantaj  etdi.  Təkcə  onu  tənqid  edən  partiyadaşları  ilə  kifayətlənmədi,  YAP-ın 

icraçı katibi Əli Əhmədova öz facebook səhifəsində “xoruz baba” yazdı. “Banladı, hinə soxdular”dedi 

G.Əhmədova. O, bu açıqlaması ilə öz saytında mənim haqqımda yazdırdığı təhqiramiz üslubu təkrarladı. 

Təhqir, böhtan, şər sanki  onun həyat  tərzidir. Və bu işdə Gülər sərhəd tanımır. O, hətta “ağzını açsa” 

İlham Əliyevi, Mehriban Əliyevanı da şərləyər. Zatən “Fransa-Azərbaycan” Dostluq qrupundakı yerini 

M.Əliyevaya  tərk  edəndən  sonra  onun  əleyhinə  kampaniya  apardığını  bilənlərdən  biri  də  mənəm. 

Mənim  redaksiyama  qadın  əxlaqına  yaraşmayacaq  alçaqlıqla  səsimi  yazmağa  gələndə,  etdiyimiz 

söhbətdən  də saxta ekspertiza Mehriban xanım haqqında işlətdiyi cümləni çıxarıb. Orada mən Nigarın 

M.Əliyevaya müraciət edəcəyini dedim. Gülər cavabında: “Mən Mehriban, İlham hərləmirəm” demişdi. 

Onun  stili  budur.  Kişilərdən  çox  içər,  kişilərdən  çox  sərxoş  olar  və  kişiləri  utandıracaq  həddə  söyüş 

söyər. Bilənlər bilir... 




 

47 


G.Əhmədovanın  saçlarını  düzəltdirdiyi  bərbərin  yanında  İlham  və  Mehriban  Əliyevaların  əleyhinə 

danışdıqlarını  isə  mətbuatda  çoxdan  yazıblar.  Onu  da  yazıblar  ki,  Moskvada  fəaliyyət  göstərən  falçı 

Zirəddin Gülərin dostlarından biridir və o, Gülər üçün İlham və Mehriban Əliyevaların kabinetində olan 

şəkillərinin  arxasına  dua  yazıb  yerləşdirib.  Yəni  Gülərin  cəsarəti  sonsuzdur  və   onun  “ağzımı 

açdırmayın”  hədəsi  birbaşa  hakim  ailəyə  də  ünvanlana  bilər.  Ona  görə  ki,  özünü  çox  imtiyazlı  hesab 

edir.  İ.Əliyevin  onu  Moskvada  necə  müalicə  etdirdiyini  və  bunun  üçün  60  000  dollar  xərclədiyini 

çoxlarına danışıb.  

Bütün siyasi ömrünü şantaj, hədə-qorxu, üzədurma ilə keçirən YAP Siyasi Şurasının üzvü, təxminən 10 

ciddi  vəzifə  daşıyan,  Respublika  Uşaq  Təşkilatının  sədri,  YAP-ın  15  illik  deputatı  Gülər  Əhmədova 

haqqında ən doğru sözləri bu ölkəni və YAP-ı idarə edənlər, YAP-ın orqanı “Səs” deyib. Nə deyiblər 

onlar? 

YAP-ÇILAR GÜLƏR ƏHMƏDOVA HAQQINDA NƏ DEYIRLƏR? 

 Özünü qorumaq üçün pulyığanını qurban verməyə məcbur olan PA rəhbəri R.Mehdiyev:  

“Dələduzdur”. 

YAP icraçı katibinin müavini Siyavuş Novruzov: “...G.Əhmədova YAP-ın sədr müavini - icra katibi Əli 

Əhmədov  haqqında  bəzi  şeylər  yazır.  İnsan  özünü  bir  tərəziyə  qoymalıdır  ki,  kim  kimdir,  mən  kimin 

haqqında  nə  yazıram,  hansı  hallarda  bu  söhbətləri  mən  apara  bilərəm.   YAP-ın  sədr  müavini  Əli 

Əhmədovun  fikrinə  şərh  verməyə  birinci  qabiliyyət,  ikinci  düzlük  lazımdır.  Bu  keyfiyyətlərə  malik 

olmayan insanlar özlərini ortaya atmasınlar. 

...  Burada  dələduzluq  məsələsi  var.  Bu  dələduzluq  məsələsi  də  prokurorluq  orqanları  tərəfindən  ciddi 

şəkildə  araşdırılmalıdır,  qanun  tələb  etdikdə  həbs-qətimkan  tədbirləri  də  seçilməlidir.  Fikrimcə,  artıq 

həmin addımların atılması  gözlənilən ərəfədəyik. Artıq kimlərsə axtarışa verilməlidir. Ortada fakt var. 

Bu fakta əsasən də rüşvət verən və rüşvət alan tərəflər- hər ikisi məsulliyyətə cəlb olunmalıdır...  

İki dələduzun hansısa addımları atmasından şantaj kimi istifadə  etməyə çalışanlar da tapılır. Onsuz da 

beynəlxalq  aləmdə  ədalətsizlik  mövcuddur  və  bundan  da  ölkəmizə  qarşı  istifadə  olunmasına  şərait 

yaradırlar”.  

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, YAP-ın qurucularından olan Eldar İbrahimov:  

“ Yeni Azərbaycan Partiyası G.Əhmədovanı öz sıralarından tezliklə çıxarmaq məsələsini həll etməlidir.  

Hansısa  qüvvələrə  söykənərək  belə  ifadələr  işlədir.  Ona  görə  də  bu  məsələ  ilə  bağlı  konkret  qərar 

verməyin vaxtıdır.  

Mən  yalnız  onu  deyə  bilərəm  ki,  G.Əhmədovanın  E.Abdullayevlə  olan  videosuna  baxanda  burada 

hüquq-mühafizə  orqanına  ehtiyac  qalmır.  Onlar  bir-birilərinin  kim  olduqlarını  danışıqlarında  açıq 

şəkildə bildirirlər. 

Mən  yalnız  onu  deyə  bilərəm  ki,  hələlik  partiyadan  kənarlaşdırılmaması  bəlkə  də  onda  müəyyən 

arxayınçılıq  yaradır  və  o,  bundan  istifadə  edərək,  YAP-ın  rəhbərliyinə  qarşı  böhtan  və  təhqir  dolu 

ifadələr işlədir. Hesab edirəm ki, G.Əhmədovanın tezliklə YAP-dan çıxarılma məsələsi həll edilməlidir. 

Eyni zamanda prokurorluq orqanları G.Əhmədova barədə həbs-qətimkan tədbiri seçməlidir.” 

YAP  icraçı  katibi  Ə.Əhmədov:  “G.Əhmədova  dələduzluq  edib  və  Yeni  Azərbaycan  Partiyasını  Milli 

Məclisdə təmsil etmək hüququnu itirib. Belə fəaliyyətlər YAP-a ləkədir”.  

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli:  



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə