Демо Сонэ Плайбажк



Yüklə 5,52 Mb.
Pdf görüntüsü
səhifə35/240
tarix26.01.2018
ölçüsü5,52 Mb.
#22585
1   ...   31   32   33   34   35   36   37   38   ...   240

~ 78 ~ 

 

çatdırmağa  nail  oldu.  Iranda  şah  əleyhinə  əsən  bu  qasırğa  nəhayət,  şahı 



süpürüb atdı və Xomeyni qalib sərkərdə kimi 1 fevral 1979-cu ildə Irana daxil 

oldu. Fanatik kütl

ənin ekstaz vəziyyətindən istifadə  edən  mollalar  onları 

Tehrandakı  Amerika  sefirliyinə  hücuma yönəltdi. Və  nəticədə  səfirliyin 66 

nümay

əndəsini girov götürərək, Amerika ilə bütün diplomatik əlaqələri kəsdi. 



Xomeyni hökum

əti təkcə Amerika ilə deyil, keçmiş Sovet Ittifaqı, Iraq 

v

ə neft ixrac edən bütün ərəb dünyası ilə də vəziyyəti gərginləşdirdi. Bundan 



istifad

ə  edən  Sovet  Ittifaqı  «bulanıq  suda  balıq  tutan  mahir  ovçu  kimi» 

Əfqanıstanı işğal etdi. Irandan çıxarılan Amerika isə fürsəti əldən verməyərək, 

Sovet  silahı  ilə silahlanmış  və  Sovet  Ittifaqının  nüfuz  dairəsində  olan Iraqla 

yaxınlaşmağa  və  Iraqın  macərapərəst lideri Səddam Hüseyinlə  iş  birliyi 

qurmağa nail oldu. 

Bir  zamanlar Israill

ə aralarından su keçməyən Fransa da yeni fürsətlər 

olduğunu sezərək, Iraqa yaxınlaşdı. Dərdi neft və bu neftdən gələn gəlirlər idi. 

1970-ci ill

ərdən  əsas silahlarını  keçmiş  Sovet  Ittifaqından  alan  Iraq 

Israilin nüv

ə silahı istehsal etdiyini öyrənincə hərəkətə gəldi və neft şokunun 

doğurduğu iqtisadi krizisi nəzərə alaraq, Fransa ilə yaxınlaşmağa çalışdı. 

Bu m

əqsədlə Səddam Hüseyin 1975-ci ilin sentyabr ayında Fransa baş 



nazirinin d

əvəti ilə Parisə getdi.Üfüqdə milyardlarla franklıq işi görən Fransa 

hökum

əti çox keçmədən Iraqa raketlər, vertolyotlar, müdafiə  üçün elektron 



avadanlıqlar  və  bir nüvə  reaktoru  üçün  ehtiyac  duyulan  avadanlığı  satmağa 

başladı. 

Ərəb dünyasının  lideri  olmağa  can  atan  Səddam Hüseyn nüvə 

reaktorunun h

ələ təməli atılmamış gələcəkdə görüləcək işi dünyaya duyurdu. 

Bir jurnalist

ə verdiyi müsahibəsində, Fransa ilə yaxınlaşmalarını «Ərəb atom 

bombası istehsalı yolunda qəti addım atdı» - kimi dəyərləndirmişdir. 

Fransa m

ətbuatı  da  Fransa-Iraq  iş  birliyini  gizlətməmiş,  bundan  Ərəb 

dünyasının  simpatiyasını  qazanmaq  üçün  yararlanmışdır.  Beləliklə, nüvə 

reaktoru  istehsalına  başlamadan  həm Iraq, həm də  Fransa reklamdan 

yararlanmağa çalışmışlar. 

1977-ci ild

ə  Fransaya  Italiya  da  qoşuldu  və  əlli  milyon  dollarlıq  bir 

müqavil


ə  bağlayaraq  Iraqda  plutonium  əldə  etmək  üçün  işlədilən nüvə 

avadanlığının test edilməsi üçün laboratoriya qurdular. Bu işdə Almaniya da 

geri qalmayaraq, Iraqda kimy

əvi  və  bioloji silah zavodları  qurmaq  üçün 

texnoloji avadanlıqlar göndərdi. 

Iraqın  fəaliyyətini  yaxından  izləyən  Amerika  Iraqı  terroru  dəstəkləyən 

ölk

ələr  siyahısına  daxil  etdi.  Lakin  Xomeyninin  ortaya  çıxması  və  irəli 



sürdüyü sonsuz t

ələblər  Amerikanın  Iraqla  bağlı  qərarlarında  köklü 




~ 79 ~ 

 

d



əyişikliklərə  yol  açdı.  Bunun  ilk  göstəricisi isə  Iraqın  etdiklərinə  Reyqan 

hökum


ətinin  göz  yumması  oldu.  Üstəlik  Ağ  Ev  yetkililəri Iraqa silah 

gönd


ərilməsi  haqqında  qərar qəbul etdilər. Və  dünya  duymasın  deyə, Iraq 

t

əyyarəçilərini Iordaniya hərbi geyimində Amerikada yetişdirdilər. 



Amerika v

ə  Avropa müttəfiqləri Səddamı  şirnikləndirərək,  onu  Ərəb 

dünyasını  qurtaracaq  biricik  lider  kimi  təqdim etdilər və  onu  Iranla  savaşa 

sövq etdir

ə bildilər. 

S

əddam Hüseyn Iran ordusunun təcrübəli zabitlərinin  şahla  birlikdə 



ölk

əni tərk etməsindən, Xomeyninin Amerika, onun Avropa və  Ərəb 

mütt

əfiqlərinə qarşı olmasından və qapısından ayrılmayan silah tacirlərindən 



c

əsarət alırdı. 

Bu q

ədər güc və dəstəyə arxayın olan Səddam Hüseyn Müharibənin bir 



neç

ə gündə qələbə ilə nəticələnəcəyinə əmin olaraq, 20 sentyabr 1980-ci ildə 

Irana hücum etdi. 

F

əqət, bəlli  olduğu  kimi  «Qonaq  umduğunu  yeyə  bilmədi».  Əvəzində 



Iraq bütün müharib

ə dövründə çoxlu insan itgisi və milyardlarla dollar, Iran 

is

ə milyonlarla gənc itirərək, Iraq və Iran xalqlarını səfalətə sürüklədilər. Belə 



ki,  müharib

ənin  əvvəlində  yetmiş  milyard  dollar  ehtiyatı  olan  Iraq 

müharib

ədən iki yüz milyard dollar borcla çıxdı. 



Neft  dollarları  Şərqdən Qərbə  bir  işıq  seli  kimi  axmağa  başladı.  Bu 

dolların böyük bir qismi süni yaradılan «Qara bazar»da xərcləndi və xərclənir. 

Buraya narkotik madd

ə  paralarını,  kirli  savaşların  kirli  gəlirlərini, üçüncü 

dünya ölk

ələrini idarə edən Qərb banklarının qurduğu şəbəkələri, rüşvətləri də 

əlavə  etsək, «Vətənsiz  para»ların  haraya  xərcləndiyi  haqqında  təsəvvür 

yaranır. 

Iraq-

Iran  savaşının  ən  böyük  ağrısını  isə  Güney Azərbaycan türkləri 



ç

əkdi. Bu savaş təkcə milyonlarla Azərbaycan türkünün məhv olması ilə deyil, 

h

əm də  onların  milli  müqavimətinin, milli gücünün, daxili enerjisinin 



müv

əqqəti olaraq zəifləməsi ilə nəticələndi. 

Fars  şovinistləri hələ  Imam Hüseynin qətlə  yetrilməsindən sonra 

ərəblərdən tarixi qisas almaq məqsədilə anası fars olan Imam Zeynalabdinin 

sağ qalmasından istifadə edərək, xilafəti ələ keçirməyə can atmış, lakin buna 

nail ola bilm

əmişlər. 

Daha sonra Firdovsinin heç bir tarixi fakta söyk

ənməyən və  yalnız 

mifl


ər əsasında uydurduğu «Şahnamə» əsəri, XIV əsrdə türk hakimiyyəti və 

Islam dinin

ə qarşı Nübuvvət, Imamət və Üluhiyyət ideologiyasını, XIX əsrdə 

meydana  çıxan  və  Ourana qarşı  «əl-Bəyan» əsərini qoyan Babilik və  ondan 




Yüklə 5,52 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə