Демо Сонэ Плайбажк



Yüklə 5,52 Mb.
Pdf görüntüsü
səhifə41/240
tarix26.01.2018
ölçüsü5,52 Mb.
#22585
1   ...   37   38   39   40   41   42   43   44   ...   240

~ 90 ~ 

 

3) Bütün Iranda hakimiyy



ətin Türklər tərəfindən idarə  olunması  və 

Quzey Az


ərbaycanın  da  bu  dövlətə  birləşdirilməsini istəyənlər və  bu yöndə 

çalışanlar; 

4) Güney Az

ərbaycanın  müstəqillik  qazanması,  Güney  Azərbaycan 

Demokratik Respublikasının yaranmasını istəyənlər və bu yöndə çalışanlar. 

Göründüyü kimi bunlardan ikisi milli muxtariyy

ətə, biri tam 

müst


əqilliyə, biri isə imperiyaya əsaslanır və hətta Quzey Azərbaycanı da bu 

imperiy


anın  tərkibində  görmək istəyir. Bunlardan üçü Milli müqəddəratın 

t

əyini ilə  bağlı  bir-birini  ardıcıllıqla  məntiqi  baxımdan  tamamlayan  inkişaf 



prosesidir v

ə demək olar ki, XX əsrin birinci yarısında bunlardan birinci və 

ikincisi bu v

ə  ya digər dərəcədə  əldə  edilmişdi.  Fəqət  onlar  dayanıqlı 

olmadığından  fars  şovinizmi  və  xarici müdaxilə  nəticəsində  minlərlə  şəhid 

ver


ərək sonda məğlubiyyətə düçar edilmişlər. Güney Azərbaycanda olan milli 

inqilabların  ən böyük tələbi milli dil və  Azərbaycan  əyalətlərinin iqtisadi 

c

əhətdən  inkişaf  etdirilməsi  uğrunda  mübarizə  təşkil  etsə  də,  Iranın  fars 



şovinistləri bunu bir siyasi məsələ  kimi qəbul  etmiş  və  xarici  ağalarının 

birbaşa  müdaxiləsi ilə  bunları  beşiyindəcə  boğmuşlar.  Indi  də  Güney 

Az

ərbaycanla  bağlı  bu  cərəyanın  tərəfdarları  tarixdən ibrət dərsi almayaraq 



yen

ə  də  Iranda federasiya və  bu  federasiyanın  tərkibində  Azərbaycanın 

Güneyin

ə  milli Muxtariyyət verilməsi tələbi ilə  çıxış  edirlər. Bu Güneyli 



qardaşlarımız  və  onların  Quzeyli  tərəfdarları  federasiyaya  ümid  bağlayır  və 

h

ətta sübut etməyə  çalışırlar  ki,  dünyanın  super  dövləti  olan  ABŞ  da  bu 



ideyanı dəstəkləyir. Ilk baxışda federasiya çox cazibədar və hətta mütləq həll 

olunası bir məsələ kimi görünür. Bu federasiya tərəfdarları unudurlar ki, bütün 

h

əyatını  Iranda  Islam  inqilabına  sərf  etmiş  Şəriətmədarinin istədiyi və 



d

əfələrlə  vəd edilən məhdud muxtariyyəti belə  Azərbaycan Türklərinə 

verm

ədilər və  fürsət  düşən  kimi  Şəriətmədarini və  onun tərəfdarlarını 



şərlədilər və ABŞ-la gizli əlaqədə ittiham edərək «Müsəlman Xalq Partiyası» 

nı  qanundan  kənar  elan etmiş  və  özlərini də  məhv  etmişlər. Bütün bu tarixi 

faktları  bilən ümummilli lider Elçibəy göstərirdi ki, «Iranda demokratik 

federasiya yaranarsa (bel

ə) onun ömrü uzun olmayacaq. Ya tamamilə 

dağılacaq, ya da yenidən diktaturaya çevriləcəkdir». 

Ən qəribəsi budur ki, Elçibəyin sağlığında bizim tanıdığımız Quzeyli və 

Güneyli b

əzi siyasətçilərimiz, hətta Elçibəyin  yaxınları  kimi  tanınanlar 

istiqlalçı kimi tanındıqları halda bu gün Güney Azərbaycan məsələsinə xarici 

dövl

ətlərin «pəncərəsindən» baxmağa başlayıblar. Bu «pəncərədən» baxanda 



is

ə  Güney Azərbaycanın  müstəqilliyi  görünmür.  Onların  gözündə  görünən 

Iranda rejim d

əyişikliyi  və  ya  ən  yuxarısı  Iranın  federallaşmasıdır.  Bunlar 




~ 91 ~ 

 

federalistl



ər adlanır. Bəziləri hətta öz siyasi karyeraları xatirinə bu məsələyə 

d

ə  loyal  yanaşırlar.  Belələri  sanki  böyük  mücahid  Şeyx  Məhəmməd 



Xiyabaninin «And olsun şərəfimə! Istiqlalı olmayan bir millət yaşaya bilməz. 

Ey qeyr


ətli Azərbaycan Türkləri! Ey azadlığın qorxu bilməyən qəhrəmanları! 

Ey öyülm


əyə  ehtiyacı  olmayan  igidlər! Sizlərdən  düşmənlərinizə  qarşı 

mücadil


ə, cəsarət və qeyrət istənilir». 

Dem


əli, tarix özü bizlərə diktə edir ki, Güneyli qardaşımız Rəhman bəy 

Əsədullahinin dediyi kimi; «Bəziləri  düşünür  ki,  Iranda  demokratiya  olarsa, 

federativ dövl

ət yaranacaq və  farslar özləri Azərbaycana milli hüquqlar 

ver

əcək. Bu cəfəngiyatdır… Yalnız istiqlaliyyət yolu ilə milləti qorumaq olar. 



N

ə  qədər ki, Güney Azərbaycan müstəqil deyil, biz çətinliklərdən xilas ola 

bilm

əyəcəyik». 



Iranın  parçalanmasının  əleyhinə  olan özlərini  ən  praqmatik  adlandıran 

Irançı  Türklər dünyada və  Güney Azərbaycanda gedən prosesləri özlərinə 

m

əxsus dəyərləndirərək Istiqlal əleyhinə  çıxmalarının  səbəblərini 



əsaslandırarkən belə  fikirlər irəli sürürlər ki, tarixən uzun müddət Türklərlə 

farslar bir yerd

ə  və  hətta bir vahid dövlətdə  yaşadıqlarından  onların  adət-

ənənələrində, ümumi dəyərlərində  yaxınlıq  və  bəzi hallarda eynilik 

mövcuddur. H

əmçinin Türk-fars, fars-Türk  nigahları  əsasında  müəyyən 

qruplar  formalaşıb  və  ən  başlıcası,  Azərbaycan Türklərinin böyük bir qismi 

Iranın  müxtəlif  ərazilərinə  köçmüş  və  köçürülmüşlər. Güney Azərbaycan 

Irandan ayrıldığı təqdirdə bu soydaşlarımızın taleyi necə olacaq? 

Ilk  baxışda  göstərilən bu arqumentlər  əsaslı  sayıla  bilər. Lakin bütün 

bunlar Iranın ərazi bütövlüyünü müdafiə edən fars şovinizminin dəyirmanına 

su tökm


əkdən  başqa  heç  nəyə  yaramır.  Belələrinə  cavab olaraq Elçibəy 

göst


ərirdi ki; «Bu necə  vətəndir, necə  qardaşlıqdır,  nə  cür birlikdir, necə 

insanlıqdır  ki,  30  milyon  Türkün  öz  dilində  məktəbi  yox, mədrəsəsi yox, 

s

ərbəst mədəni ocaqları yox, azad mətbuatı, ana dilli radio-televizyası yoxdur. 



N

ə  üçün  30  milyonluq  Türk  xalqı  fars  namizədlərinə  səs verməlidir?… Bu 

gün Iran parlamentind

əki Türk deputatlar tələb edə  bilərlərmi ki

Az

ərbaycanda Türk dilində  məktəblər  açılsın?  Xeyr,  edə  bilməzlər.  Əks 



t

əqdirdə başlarına min bir oyun açılar… Bütün bunlar Iran fars şovinizminin 

imperiya siyas

ətidir». 

H

əmçinin belələrinin  sadaladıqları  soydaşlarımız  Güney  Azərbaycan 



Türkl

ərinin heç beş faizini də təşkil etməzlər. O beş faizə doxsan beş faizi və 

ana V

ətəni qurban vermək olarmı?! 



Başqa  bir  qrup  Iranda  yalançı  Pəhləvilərə  qədər tarixən  olduğu  kimi 

Türkl


ərin hakimiyyətini istəyir və  «Iran Türklərindir və  hakimiyyət də 


Yüklə 5,52 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə