75
fikrinin formalaşmasında böyük rolu olmuşdur. Bakı şəhər
bələdiyyəsi tərəfindən
jurnala siyasi mövzuda məktub,
felyeton, mükalimə, teleqram, şəkil və s. materiallar dərc
etməyə icazə verilmişdi.
Hələ özünün 1-ci nömrəsində yazdığı kimi, “dünyanın
... şuluq vaxtında ərsəyə gələn”
36
jurnal öz dövrünün siyasi
hadisələrini (1917-ci il fevral burjua inqilabı və s.) tam
obyektivliklə işıqlandıra və qiymətləndirə bilməsə də, bəzi
güclü ölkələrin mütləqiyyət üsuli-idarəsinə qarşı kəskin
çıxışları, “azadlıq”, “hürriyyət”, “ədalət”, “müsavat” və s.
Anlayışlarla bağlı nümayiş etdirdiyi mövqeyi ilə diqqəti
cəlb edir. Hətta jurnalda fevral burjua inqilabından sonrakı
dövrdə seçki sistemindəki gülünc vəziyyət də istehza ilə
tənqid edilir.
“Tuti”də çap olunan mükalimələr həm o dövrdəki
ideoloji fəaliyyətin istiqamətlərinin müəyyən
edilməsinə,
həm də siyasi əhəmiyyəti olan problemlərin (o cümlədən,
beynəlxalq) mahiyyətinin açılmasına şərait yaradır. “Molla
ilə Molla Günə” arasında olan söhbət fikrimizi təsdiq edir:
“Molla Günə: - Xəbərin var, molla əmi?
Molla: - Nədən?
Molla Günə: - Hacı Vilhelm İstambula gəlir ki,
panislamizmi düzəltsin!
Molla: - Panislamizmi nədir?
Molla Günə: - Panislamizm, yəni “ittihadi-islam. Başa
düşdünmü?
Molla: - Başa düşdüm, ancaq qanmadım nə üçün
...”
37
.
Bu mükalimədə həm Almaniyanın islam dini ilə bağlı
yeritdiyi siyasət, həm də müsəlman ölkələri arasında olan
ziddiyyətlər öz əksini tapır.
36
“Tuti” jurnalı, dekabr 1914-cü il, № 1.
37
“Tuti” jurnalı, 15 noyabr 1915-ci il, № 44.
76
Jurnal imperialist dövlətlərin qəsbkarlıq
siyasətinin
ifşa edilməsinə, bu siyasətin mürtəce xarakterinin xalqa izah
edilməsinə çalışırdı. “Şeir-meir” (Ə.Razi) və “Keyfim
gələndə” (C.Bünyadzadə) başlıqlı felyetonlarda
müstəmləkəçilik siyasəti ciddi tənqid atəşinə tutulur
38
.
Jurnal 14 yanvar 1917-ci il tarixli sayında yazırdı:
“Bu günkü cahan davasında ən çox fayda aparan məmləkət
Amerika cümhuriyyətidir. İki ilyarımlıq davada bu
məmləkətə 30 milyard dollardan artıq qızıl gəlmişdir. Bu isə
bütün dünyadakı qızılın üçdə biri olur. Bu məmləkətin
həmin dava münasibətilə günü-gündən sərvəti artır”
39
.
Mürəkkəb ictimai-siyasi bir şəraitdə buraxılan “Tuti”
jurnalı cəmiyyətdəki sosial-siyasi
problemləri də cəsarətlə
tənqid edir və bu problemlərin həlli üçün cəmiyyətin
əsasında müvafiq dəyişikliklərin edilməsinin vacibliyini
diqqətə çatdırırdı.
Öz ideya-siyasi istiqamətinə görə “Molla Nəsrəddin”ə
çox yaxın olan, onun siyasi xəttini cəsarətlə müdafiə edən
və prinsiplərinə uyğun fəaliyyət göstərən
“Zənbur”
satirik
jurnalı (1909-1910-cu illərdə
Bakı
şəhərində nəşr
olunmuşdur) Yaxın Şərq ölkələrinin həyatını, xüsusilə də
Türkiyə və İranda baş verən
ictimai-siyasi prosesləri, Qərb
ölkələrinin regiondakı maraqlarını diqqətlə izləyir,
yeritdikləri siyasətin həqiqi mahiyyətini izah edən maraqlı
məqalə və şəkillər dərc edirdi.
Çar Rusiyası və İngiltərənin üzərində “zayom” sözü
yazılmış gözəl qadın surətində təsvir olunmuş əjdahanın
üstündə oturmaları, Almaniyanın da dırmaşıb orada özünə
yer axtarması şəkli bu ölkələrin İrana “yardımı”nın əsl
məğzini açır
40
. Başqa bir şəkildə Məhəmmədəli sahın qanlı
38
“Tuti” jurnalı, 22 iyun 1917-ci il, № 20.
39
Axundov N. Azərbaycan satirik jurnalları (1906-1920-ci illər). Bakı,
1968, səh.99.
40
“Zənbur” jurnalı, 26 fevral 1910-cu il, № 5.
77
əllərini yuması, İngiltərənin onun əlinə su tökməsi,
Rusiyanın şaha sabun verməsi, Türkiyənin isə ona dəsmal
uzatması təsvir olunur
41
.
Jurnalda çap olunmuş “İstambulda iğtişaş”
42
, “1905-ci
ilə qədər” və
“1905-ci ildən sonra”
43
, “Məşrutə mərəzi”
44
,
“Lyaxov və Məmmədəli”
45
adlı şəkillər də dövrün siyasi
proseslərini izləmək baxımından diqqəti cəlb edir.
Ümumiyyətlə, birinci
dövrdə nəşr olunan qəzet və
jurnalların materialları ilə tanışlıq belə bir nəticəyə gəlməyə
əsas verir ki, həm informasiya qıtlığı, həm də çar rejiminin
ciddi senzurası milli mətbuatda xarici siyasət və beynəlxalq
həyat problemlərinin müstəqil şəkildə işıqlandırılmasına
imkan vermirdi. Lakin bu dövrün qəzet və jurnalları satira
üslubundan istifadə edərək, əsasən də kiçik informasiya
materiallarında və satirik şeirlərdə birinci
dünya müharibəsi,
Rusiyanın bu müharibədə iştirakı, yeritdiyi müstəmləkəçilik
siyasəti, xarici ölkələrlə qarşılıqlı münasibətləri və bütün bu
proseslərin Azərbaycana təsiri məsələlərini, həmin dövrdə
yaşayan insanların dünyagörüşlərnə və dünyanı dərketmə
səviyyələrinə uyğun tərzdə əks etdirməyə nail olmuşlar.
İkinci dövr 1918-1920-ci illəri əhatə edir. Bu dövr
Yaxın Şərqdə ilk demokratik dövlət olan
Azərbaycan
Demokratik Respublikasının
(
Azərbaycan Xalq
Cümhuriyyəti) yaranması və mövcudluğu ilə bağlıdır. ADR
27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli
Şurası tərəfindən
bəyan edilmiş, İrəvan şəhəri və
quberniyanın əraziləri ermənilərə güzəştə gedildikdən sonra
1918-ci il mayın 28-də özünün müstəqilliyini elan etmişdir.
41
Yenə orada, 8 may 1909-cu il № 9.
42
Yenə orada, 10 aprel 1909-cu il, № 5.
43
Yenə orada, 16 iyun 1910-cu il, №25.
44
Yenə orada, 7 aprel 1909-cu il, № 6.
45
Yenə orada, 22 may 1909-cu il, №11.
78
Azərbaycan Xalq Cümhuriyyəti özünün ikiillik
fəaliyyəti dövründə mətbuatın inkişafına da xüsusi diqqət
yetirmişdir. Həmin
dövrdə söz və mətbuat azadlığını təsbit
edən bir sıra hüquqi sənədlər qəbul edilmişdi. Xüsusilə də,
1919-cu ilin oktyabr ayında qəbul olunmuş “Mətbuat
haqqında nizamnamə” sosial və siyasi yönümündən asılı
olmayaraq, bütün mətbu nəşrlərin normal fəaliyyət
göstərməsi üçün demokratik şərait yaratmışdı.
Azərbaycan hökuməti rəsmi mətbuat orqanının
yaradılması məqsədilə 1918-ci il sentyabrın 3-də
“Azərbaycan” qəzetinin nəşri ilə bağlı qərar qəbul edir.
Qəzet Azərbaycan və rus dillərində əvvəlcə Gəncədə, 1918-
ci ilin 15 sentyabrında Xalq Cümhuriyyəti hökuməti Bakıya
köçdükdən sonra isə paytaxtda çap edilirdi. Qəzetin
Azərbaycan variantının
redaktoru Ceyhun və Üzeyir
Hacıbəyli qardaşları, rusca nəşrin redaktoru isə Şəfi bəy
Rüstəmbəyli idi.
1919-20-ci illərdə Bakı, Gəncə və digər şəhərlərdə
129 qəzet və jurnal (“Açıq söz”, “Bəsirət”, “Kaspi”,
“İttihad” və s.) nəşr olunurdu. Bu qəzet və jurnallar azadlıq
ideyalarının inkişaf etdirilməsi, müstəqilliyin
möhkəmləndirilməsi prosesində fəal iştirak edirdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi
“İstiqlaliyyət bəyannaməsi”ndə AXC-nin bütün millətlərlə,
xüsusilə qonşu olduğu millətlər
və dövlətlərlə mehriban
münasibətlər yaratmaq əzmində olması öz əksini tapır.
Bəyannamənin bu bəndi AXC-nin xarici siyasət
strategiyasını müəyyən edir. AXC-nin daxili və xarici
siyasətinin əsasını hürrüyyət, sülh və demokratiya təşkil
edirdi.
Bu dövrdə regionda olduqca mürəkkəb geosiyasi
şərait mövcud idi. Çarizmin devrilməsi ilə Qafqazda
müstəqil dövlətlər yaranmışdı. Birinci Dünya müharibəsi
başa çatdıqdan sonra iri dövlətlər dünyanı yenidən