159
əhəmiyyətindən danışarkən Frebel qeyd edir ki, 3 yaşa qədər uşaqlar artıq əşya
haqqında, onun xarici forması, quruluşu, bərkliyi, yumşaqlığı, rəngi, həcmi haqqında
müəyyən biliklərə yiyələnmiş olurlar. Bu hədiyyənin vasitəsilə uşaqlar əşyanın daxili
quruluşunu, onun hissələrə ayrılması, hissələrdən tamın əmələ gəlməsi kimi yeni
məlumatlara yiyələnirlər. Adətən, uşağa ona verilən oyuncağın xaricini öyrəndikdən
sonra onun daxili ilə maraqlanır, onu sökür, içərisinə baxmaq istəyir, belə olduqda
oyuncağı uşaq sındırır, yenidən düzəldə bilmir. Bu baxımdan uşaqlara bu hədiyyənin
verilməsi zəruridir. Çünki uşaq əvvəl top və kürə ilə qapalı əşyanı öyrənir, üçüncü
hədiyyədə isə uşaqlar əşyanın davamlılığını, qoyanda dura bilən olduğunu, söküb-
yığmağın asan olduğunu öyrənirlər. Üçüncü hədiyyənin mahiyyəti ondan ibarətdir ki,
uşaq burada yeni bilik alır.
Dördüncü hədiyyə - səkkiz hissəyə bölünmüş kərpicdir. Bu hədiyyənin
köməkliyi ilə uşaqlar uzun, enli, hündür sözlərinin mahiyyətini dərk edir, sahə,
məkan, həcm təsəvvürünə yiyələnirlər. Düzbucaqlı, dördbucaqlı, bərabərlik sözlərinin
mahiyyətini anlayırlar.
Beşinci hədiyyə - iyirmi yeddi hissəyə bölünmüş kubikdir. Iyirmi biri
bütövdür, üçü-dördü kiçikdir, üçü kəsikdir. Bu kubiklərin köməkliyi ilə uşaqlar üç
yüzə qədər fiqur düzəldə bilərlər.
Altıncı hədiyyə - iyirmi yeddi hissəyə bölünmüş kərpicdir. Bunlardan uşaq
bağçasında tikinti materialı kimi istifadə olunur.
F.Frebel uşaqları yaş dövrlərinə bölmüş və bütün oyun və məşğələləri bu yaş
bölgüsü əsasında işləmişdir. O, yaş dövrlərini aşağıdakı kimi bölmüşdür:
1. Körpəlik dövrü – 2-3; 2. Məktəbəqədər dövr – 3-7; 3. Erkən yaş – 7-10;
4.Yeniyetməlik dövrü – 11-15.
O, deyirdi ki, hər bir dövrdə uşağın inkişafı üçün zəruri olan materiallar
olmalıdır. Uşaq aləmi iki yolla – emprik şəkildə, xarici hiss orqanları və hərəkətin
köməyi ilə təcrübədə dərk edir. Təcrübə insanın daxili aləmini oyadır.
Fridrix Frebelin məktəbəqədər tərbiyə nəzəriyyəsi hələ öz dövründə o qədər
də başa düşülməmişdi. Hətta, Almaniyada uşaq bağçalarının açılması qadağan
edilmişdi. Frebelin yaradıcılığı ölümündən sonra geniş yayılmışdır və öyrənilmişdir.
Frebelin yaradıcılığı və fəaliyyəti haqqında dostu Middendorf demişdi: “Frebel
160
yorulmadan, öz mənafeyini güdmədən işləmişdir. O, uşaqlıqda insanlığın təbiətini
oxumuşdu. O, insanın kamilləşməsi üçün çalışmışdı”. F.Frebelin ideyaları
İngiltərədə, Fransada, Amerikada, Rusiyada, Zaqafqaziyada Frebel cəmiyyətləri
tərəfindən geniş yayılmışdır. Bu cəmiyyətlər uşaq bağçaları açılmasında,
məktəbəqədər tərbiyə mütəxəssisləri hazırlamaqda xeyli iş görmüşdür. XIX əsrdə
Frebel sistemi ilə işləyən bağçalar çox idi.
Fridrix Frebel bütün ömrünü məktəbəqədər uşaqların tərbiyəsi işinə sərf
etmiş, uşaq bağçaları yaratmışdır. O, uşaq bağçasında aparılan işin məzmununu və
metodikasını işləmişdir.
Məktəbəqədər yaşlı uşaqların inkişafı və tərbiyəsi haqqında klassik rus
pedaqoqlarından Konstantin Dmitriyeviç Uşinski, Y.N.Vodovozova, K.L.Şleger,
Y.İ.Tixeyeva, A.S.Makarenko, N.K.Krupskaya, A.V.Suxomlinski və b., eyni
zamanda italyan pedaqoqları Mariya Montasori, fransız Palina Kerqomar, polyak
pedaqoqu Y.A.Korçaqın ideyaları bu baxımdan maraq doğurur.
4. K.D.Uşinskinin (1824-1870) pedaqoji sisteminin əsasını xəlqilik təşkil
edir. O, xalq yaradıcılığına, xalqın yaratdığı nağıllara, atalar sözlərinə, tapmacalarına
yüksək qiymət verir.
Uşinski məktəb təlimi və tərbiyə haqqında görkəmli nəzəriyyəçidir. O,
məktəbəqədər yaşlı uşaqların həyatında mühüm yer tutan əqli, əxlaqi, fiziki, əmək
tərbiyəsi, uşaq oyunları, oyuncaqlar haqqında danışmış, onların əhəmiyyətini yüksək
qiymətləndirmişdir. Buna görə də o deyirdi ki, uşaqlara müstəqillik vermək lazımdır
ki, onlar müstəqil olaraq öz güclərinə müvafiq olaraq işlər görsünlər. Odur ki, o, həm
tərbiyəçilərə, həm də valideynlərə müraciət edərək deyirdi: “Nə onlara heç bir mənası
olmayan, nə də onların gücünə müvafiq olmayan iş verin. Bunların hər ikisi uşaqlara
pis təsir edir”.
Uşinski də Komenskinin, Russonun, Pestalotsinin ardıcılı kimi təbiəti əsas
tərbiyə mənbəyi kimi götürür. “Təbiət insan tərbiyəsində ən güclü amildir” - deyir. O,
uşaqların əqlini inkişaf etdirir, onların duyğularına qüvvətli təsir edir. Onun fikrincə
təbiət hadisələrini müşahidə etmək, onları araşdırmaq, təbiətin sirlərini öyrənməyə
çalışmaq uşaqlarda bir sıra gözəl keyfiyyətlərin yaranmasına səbəb olur. Uşaq
vətənini, təbiətini, onun gözəl mənzərəsini, heyvanlar aləmini öyrənir, sevir.
161
Uşaqlarda ilk insani duyğular heyvanlara, bitkilərə münasibətdə formalaşır. Uşaq
psixologiyasını gözəl bilən Uşinski məhz buna görə kiçik yaşda uşaqlara təbiəti
sevdirməyi lazım bilirdi. O, uşaqlar üçün yazdığı hekayələrində də təbiət hadisələrini
təsvir edir, həmin hekayələrin uşaq qəlbinə etdiyi təsiri uzun illərdən bəri dərsliklərdə
həmin hekayələrin yaşamasında görür. Onun “Başını dik tutan kimdir”, “Qaraquş və
pişik”, “Dörd arzu”, “Yayda meşədə” və s. hekayələri uşaq qəlbinə güclü təsir edir.
Hər bir uşaq həmin hekayədən nəticə çıxarır. Uşinski bu hekayələrində mahir bir
rəssam kimi gözəl təbiət lövhələri yaradır.
O, uşaq oyununun elmi-psixoloji əsasını yaratmışdır. Oyun uşağın daxili
aləminə mürəkkəb həyat hadisələrindən daha təsirli iz buraxır. Oyunda uşaqlar
böyükləri görür, öz gücünü sınayır, müstəqil olur. Bir yerdə oynayan uşaqlarda ilk
ictimai münasibətlərin qarşılıqlı əlaqəsi yaranır. Oyunda uşaq həyat hadisələrini
olduğu kimi təqlid edir.
Uşinski böyük bir uzaqgörənliklə deyirdi ki, məktəbəqədər yaşlı uşaqların
həyatında xalq oyunları mühüm yer tutur. Bu oyunları toplayıb uşaqların istifadəsinə
vermək zəruridir. O yazır: “”Xalq oyunlarına diqqət yetirmək, onu zəngin mənbə
kimi axtarmaq, təşkil etmək, ondan güclü tərbiyə vasitəsi kimi istifadə etmək gələcək
pedaqoqların mühüm vəzifələrindən biri olmalıdır.
Uşaqların dünyagörüşünün, əxlaqi keyfiyyətlərinin yaranmasında, həyat
vərdişi qazanmaqda, uşaq fantaziyasına zəngin material verən bir vasitə kimi
oyuncaqların əhəmiyyətini göstərir.
Uşaqlar öz oyuncaqlarına ürəkdən bağlı olurlar. Uşaq köhnə kuklasının
gözəlliyini təsəvvüründə canlandırır, burnu, gözü, üzü çoxdan çevrilmiş kuklasını çox
sevir, nəinki təzə kuklasını. Təzə kukla birdən-birə uşağın sevimlisinə çevrilə bilmir.
Uşinski oyuncağın uşaq hissinə etdiyi güclü təsiri belə təsvir edir. “Əməliyyat
olunmalı olan bir uşağı xəstəxanaya gətirirlər. Uşaq özü ilə bərabər kuklasını da
gətirir. O, ağlayır, əməliyyat olunmağa qoymur, həkim onu dilə tutur. Başa salır ki,
əməliyyat olunmasan, kuklan öləcək. Bundan qorxan uşaq dərhal razılıq verir və
bütün ağrılara dözür”.
Uşinski uşaq oyunu ilə uşaq əməyinin vəhdətini göstərir. Həyatın başlanğıcı
olan əməyə uşaqları kiçik yaşdan alışdırmağı lazım bilir. Əmək həm də uşaqların
Dostları ilə paylaş: |