165
Pestalotsi 6 yaşlı uşaqların sinifdə olmalarını təklif edir. Onlar birlikdə xorla
oxuyur, səbət toxuyur və s. işlər görürlər.
Vodovozova daha sonra yazır ki, uşaq oyunlarına münasibət XVIII əsrdə həm
Qərbdə, həm də Rusiyada öz yerini tapdı. Frebel cəmiyyətə oyunun əhəmiyyətini,
faydasını başa saldı. Buna görə də o, uşaq bağçasının yaradıcısı adlanır.
Y.İ.Tixeyeva (1865-1941) düzgün olaraq qeyd edirdi ki, ana dili uşaqların
ailə tərbiyəsində, uşaq bağçasında, məktəbdə hələ layiqli yer tutmur, ana dilinin
inkişafı mədəniyyətinə hələ də az diqqət verilir. Bununla bərabər “dil tərbiyənin əsas
mövzusudur”; uşaqların dilinin inkişafı, ana dilinə məhəbbət, sağlam ədəbi zövqün
tərbiyə edilməsi – “ən başlıca və birinci dərəcəli mühüm işdir”. Ailənin, uşaq
bağçasının və məktəbin bu işdə əlbir olması tamamilə zəruridir. Uşaqlar ailə
tərbiyəsində erkən yaşlardan etibarən düzgün nitq vərdişləri almalıdır. Uşaqların
düzgün nitq inkişafında yaşlıların, xüsusilə anaların nümunəsi çox böyük rol oynayır.
Valideynlər və ailə üzvləri uşaqların eşitmə orqanlarına qulluq etməli, eşitmə
qabiliyyətinin inkişaf etdirilməsinə qayğı göstərməli, uşaqla düzgün danışmalıdırlar:
“Heç bir dilucu ilə danışmaq, uşağın dili ilə danışmaq lazım deyil. Uşaqla adi,
düzgün, lakin sadə dildə danışmaq lazımdır, başlıca olaraq, aramla, aydın və ucadan
danışılmalıdır”.
Ailədə qazanılmış nitq vərdişlərinə istinad edərək bunu cürbəcür üsul və
fəndlərlə genişləndirən və dərinləşdirən uşaq bağçası nitqin inkişaf etdirilməsində
ailənin etibarlı köməkçisi olmalıdır.
Tərbiyəçilər uşaqların nitqini inkişaf etdirmək üçün ana dilində şeriyyətin,
incəsənətin müvafiq olaraq ən yaxşı nümunələrindən istifadə etməlidir. “Canlı söz,
ifadəli nağıl, hekayə, hər an gözəl ifadə ilə, oxunan şer, xalq mahnılarımızın ahəngi
uşaq bağçasında və həmçinin ailədə hökm sürməli, uşaq qəlbini gələcək daha dərin
bədii qavrayışa hazırlamalıdır”.
Tixeyeva uşaq bağçası tərbiyəçiləri üçün uşaqların nitqini inkişaf etdirmək
məqsədilə oyunlardan, yapmadan, rəsm və başqa məşğələlərdən, xüsusən uşaqlarla
müsahibə keçirilməsindən necə istifadə edilməsi haqqında qiymətli metodik
göstərişlər vermişdir.
Uşaq bağçası şəraiti sevinclə bağlı olmalıdır. “Sevinc elə bir şəraitdir ki, bu
166
zaman uşağın fiziki və əxlaqi qüvvələri təravətli surətdə çiçəklənir, o, elə bir hissdir
ki, qüvvəni, ruhən gümrahlığı, müvəffəqiyyətə can atmağı birə on artırır, məhəbbət
və iltifata təhrik edir”. Oyunlar eyni zamanda ruhi və mənəvi qüvvələrin inkişaf
etdirilməsi vasitəsidir.
Uşaqlar təbii olaraq hərəkətlidir, fəaldır, onlar maraqları ilə qırılmaz surətdə
bağlı olan cürbəcür fəaliyyətdə, işlərdə özlərini göstərməyi sevirlər. Işlərin və
məşğələlərin keçirilməsi zamanı uşaqlar qiymətli adət və vərdişlər qazanır, əldə
etdikləri biliklər onların praktik həyatı ilə bağlanır.
“Azad tərbiyə nəzəriyyəsi” tərəfdarlarının əksinə olaraq Tixeyeva
məktəbəqədər yaşlı uşaqların inkişafında aparıcı rolu mütəşəkkil məşğələlərə
verməklə uşaq bağçasında məşğələlərin proqram və planlarının yaradılması zərurəti
və imkanı haqqındakı məsələləri müsbət cəhətdən həll etmişdir.
Tixeyeva məktəbəqədər yaşlı uşaqlarda nitq və təfəkkürün düzgün inkişaf
etdirilməsi üçün təlimin rolunun xüsusilə yüksək qiymətləndirirdi. Tixeyeva
məktəbəqədər yaşlı uşaqların tərbiyə işində təbiətin mühüm əhəmiyyətə malik
olduğunu qeyd edirdi: “Uşaqları təbiətin qoynunda və təbiət vasitəsilə tərbiyə etmək,
öyrətmək, böyütmək lazımdır”.
Y.İ.Tixeyeva uşaq bağçalarında yaxşı intizamın həyata keçirilməsini necə
təşkil etmək haqqında qiymətli göstərişlər vermişdir. Uşaq bağçada kollektivin bir
üzvüdür və o, kollektivin mənafeyinə və iradəsinə hörmət etməyi bilməli, öz
impulslarını və arzularını boğmağı bacarmalıdır. Uşaqlarla bu istiqamətdə gərgin,
uzunmüddətli və sistematik tərbiyə işləri aparılmalıdır. Uşaqların intizam
tərbiyəsində əsas vasitələrindən biri gücləri çatan əməkdir. Məcburi məşğələlər üzrə
işlərin müddəti uşağın yaşından asılı olaraq 5 dəqiqədən 20 dəqiqəyə qədər ola bilər.
Uşaqlar uşaq bağçasında rəsm, aplikasiya (yapma) işləri görməli, nəğmə oxumalı,
musiqini və uşaq bədii kitabçalarının qiraətini dinləməlidirlər və s. Hər şeydə
qaydanı, təmizliyi gözləmək, uşaqları həmin qaydalara əməl etməyə alışdırmaq elə
priyomlar sırasına daxildir ki, bunlarsız uşaqların sistematik tərbiyəsini düşünmək
olmaz.
Y.İ.Tixeyevanın ən böyük xidməti ondan ibarətdir ki, o, məktəbəqədər
tərbiyənin didaktik əsaslarını, uşaq bağçası ilə məktəbin tərbiyə işlərinin əlaqəliliyi
167
məsələlərini elmi cəhətdən işləyərək davam etdirmişdir.
Palina Kerqomar (1838-1925) Fransada xalq təhsilinin mütərəqqi xadimi,
məktəbəqədər tərbiyə nəzəriyyəçisidir. O, 1879-1917-ci illər arasında ana qucağı
məktəbləri üzrə müfəttiş işləmişdir. O, yalnız inspektor işləməklə kifayətlənməmiş,
məktəbəqədər tərbiyə müəssisələrində işləmək üçün tərbiyəçilər hazırlanmasına
xüsusi əhəmiyyət vermiş, bu məqsədlə kurslar təşkil etmişdir. Həmin kurslar indi də
onun adını daşıyır. Onun ən böyük əsəri “Fransada məktəbəqədər tərbiyə və uşaq
bağçaları” adlı ikicildlik əsərdir. Palina Kerqomar pedaqoji fəaliyyətə inspektor
işlədiyi dövrdən başlamışdır. Həmin dövr Fransada xalq maarifinin inkişafı məktəb
islahatları dövrünə təsadüf edir. Həmin islahatlarda yalnız məktəblərin deyil,
məktəbəqədər tərbiyə müəssisələrinin də təşkilinə xüsusi fikir verilirdi. 1881-ci il
islahatına əsasən dünyada ilk dəfə uşaq evləri maarif sisteminə daxil edildi. Uşaq
bağçaları və uşaq evləri dahi çex pedaqoqu Yan Amos Komenskinin şərəfinə “Ana
qucağı məktəbi” adlandırıldı. 80-ci illərin islahatına əsasən gündüz işləyən uşaq
müəssisələri açıldı, hər bir ailə istəsə uşağı oraya qoya bilərdi.
P.Kerqomar uşaqların əqli tərbiyəsinə yüksək qiymət verir və həmin məsələni
materialist baxımından izah edirdi. Kerqomara görə uşaqların dünyagörüşünü inkişaf
etdirmək üçün uşaqlar onları əhatə edən əşyaların adını, rəngini, faydasını
bilməlidirlər.
Kerqomar fikrin, ideyanın mənbəyini bizi əhatə edən həyatda görür, ətraf
aləmi dərk etməkdə hisslərə böyük əhəmiyyət verirdi. Çünki hiss üzvlərinin inkişafı
varlığın bütün inkişafına kömək edir. Beləliklə, xarici aləmlə duyğular vasitəsilə
ünsiyyətdə, təmasda olmaq nəticəsində nitq təşəkkül edir. P.Kerqomar deyirdi ki,
“Ana qucağı məktəbi”ndə uşaqları ən çox nə maralandırır, onlar nə ilə, necə
yaşayırlar? Onun fikrincə, uşaqlar bu dövrdə heyvanlar, bitkilər dünyası ilə
maraqlanır, yaşayırlar. Məsələn, uşaqlar ən çox balalarına süd verən pişiklə,
cücələrinə qayğı göstərən toyuqla maraqlanır. Onlar heyvanların neçə ayağı, dırnağı
olduğunu heç yada salmır. Kerqomara görə uşağın inkişafı təbii prosesdir. Uşağın
şəxsiyyəti yaşlı adamların rəhbərliyi altında formalaşır. Kerqomar yaradıcılığında
XVIII əsrdə fransız materialistlərinin, XIV əsr utopist sosialistlərinin ideyalarının
təsiri duyulur. O, uşaq bağçalarına ailə kimi baxır. O bildirirdi ki, eyni zamanda
Dostları ilə paylaş: |