Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   53

20 
 
 
Ekosistemlərin  fəaliyyət  göstərmələri  üçün  onlar  özündən  enerji 
ayırmaqla  maddələrin  dövrü  sistemi  ilə  əlaqədar  olmalıdırlar.  Ekosisiem 
eyni  zamanda  xarici  təsirə  müqavimət  göstərmək  qabiliyyətinə  malik 
olmalıdır.  Bu  mexanizmləri  açıqlamaq  üçün  ekosistemlərin  aşağıdakı 
struktur və digər xüsusiyyətləri ilə tanış olaq. 
Ekosistemin  blok  modeli.  Hər  bir  ekosistem  iki  blokdan  ibarətdir. 
Bunlardan  biri  canlı  orqanizmlərin  kompleks  şəkildə  qarşılıqlı  əlaqəsidir 
(biosenoz). İkinci, mühit blokudur (biotop və ya ekotop). Belə olan halda:  : 
Ekosistem = biosenos + biotop (ekotop) 
V.H.Sukaçev bloklar modelini aşağıdakı sxem şəklində vermişdir. 
 
 
 
Göründüyü  kimi  biogeosenoz  özündə  bütün  blokları  cəmləşdirir.  O 
cümlədən  bitki  aləmidə  biosenoza  daxil  edilir.  Bitki  aləminin  ekosistemdə 
mövcud  olmadığı  hala  rast  gəlmək  olar.  Lakin  belə  halda  bitkilərin 


21 
 
çürüntülərinin  sistemdə  iştirakı  mövcud  olur.  Deməli,  ekoşistem  zoosenoz 
və  mikrobosenozdan  ibarət  olaraq  maddələrin  dövrü  sistemini  yarada  bilər. 
Buradan belə bir neticə əldə etmək olar ki, «Hər bir biogeosenoz ekosistem 
adlandırıla bilər. Lakin hər bir ekosistem biogeosenoz adlandırıla bilməz». 
Biogeosenoz  və  ekosistemi  bir-birindən  zaman  faktoru  fərqləndirir. 
Lakin bununla belə bu məvhumlara sinonim kimi baxılmır. 
Ekosistemin növ strukturu. Növ strukturu dedikdə ekosistemi təşkil 
edən  növlərin  sayı  və  onların  sayları  arasında  olan  fərqlər  nəzərdə  tutulur. 
Ekosistemdə növlərin sayı haqqında dəqiq məlumat yoxdur. Bu ekosistemdə 
100-lərlə  kiçik  orqanizmlərin  olması  ilə  izah  olunur.  Növlər  müxtəlif 
olduqda  eksosistemdə  şərait  geniş  olur.  Növlərin  müxtəlifliyi  həmçinin 
eksosistemin  yaşından  asılıdır.  Yeni  yaranmış  ekosistem  yaşa  dolduqca 
onlarda  növlərin  sayı  artır.  Yüksək  dərəcədə  formalaşmış  ekosistemdə 
çoxluğu  təşkil  edən  növlər  dominantlar  adlandırılır  (latınca  dominantis  - 
hakim).  Dominantlarla  yanaşı  edifıkatlar  (latınca  edifıkator-inşaatçı)  da 
mövcuddur.  Bunlara  əsasən  mühiti  yaradan  növlər  aid  edilir.  Adətən 
dominant növ edifikator adlandırılır. Məsələn  küknar meşəsində küknar do-
minant olmaqla bərabər yaratdıqları mühitə görə edifikatordur. 
Növ  müxtəlifliyi  ekosistemin  ən  əsas  xüsusiyyətlərindən  biridir. 
Növlərin  müxtəlifliyi  sistemdə  dayanaqlığı  mühafizə  etmə  qabiliyyətinə 
malik  ola  bilər.  Azlıq  təşkil  edən  növlər  müəyyən  şərait  yarandıqda  öz 
saylarını artırıb mühitdə dominantlıq yaradırlar. 
Növ  strukturu  adətən  bitki  aləmində  onun  yarada  biləcəyi 
xüsusiyyətləri öyrənmək üçün istifadə olunur. 
Ekosistemin  «Trofiki»  strukturu.  Trofıka  yunanca  qida  deməkdir. 
Hər  bir  ekosistem  özündə  bir  neçə  trofiki  səviyyə  və  yaxud  bölmə 
cəmləşdirir.  Birinci  səviyyə  bitkilər  tərəfindən  yaradılan  səviyyədir.  Bu 


22 
 
səviyyə avtotrof və yaxud «produsent» adlandırılır. İkinci səviyyə heyvanlar 
tərəfindən yaradılan səviyyədir. Bu səviyyə heterotrof və ya «konsumentlər» 
adlandırılır. 
Axırıncı 
səviyyəyə 
ölmüş 
maddələrlə 
qidalanan 
mikroorqanizmlər və göbələklər daxildir. 
Trofık  səviyyələr  arasında  olan  qarşılıqlı  əlaqə  trofiki  zəncir  və  ya 
yem  zənciri  adlandırılır.  Bu  əlaqənin  əsas  xüsusiyyəti  maddələrin  dövrü 
sisteminin  yaradılmasından  və  onlarda  olan  üzvü  birləşmə  enerjisinin 
ayrılmasından ibarətdir. 
Ekosistemdə  orqanizmlərin  əlaqələri.  Həyatda  heç  bir  orqanizm 
ətraf  mühit  və  digər  orqanizmlərlə  əlaqəsiz  yaşaya  bilməz.  Orqanizmlər 
arasında  qarşılıqlı  əlaqə  onların  qidalanmaları  əsasında  yaraddır.  Buna 
görə də əlaqələr qida və ya «trofiki» əlaqə adlandırlır. 
Eyni  məkandan  yaşayış  üçün  istifadə  əlaqəsi  «trofik»  əlaqə 
adlandırılır.  Məsələn,  heyvan  və  bitkilorin  birgə  məskünlaşması.  Əgər  bir 
orqanizm  başqalarının  yayılmasında  iştirak  edirsə  bu  «forik»  əlaqə 
adlandırılır (toxum). 
Bir  orqanizm  tərəfındən  digərinin  məhsulları  istifadə  olunarsa  belə 
əlaqə «fabrik> əlaqəsi adlandırılır (yuvaların tikilməsi). 
Orqanizmlər arasında qarşılıqlı münasibətlər bir orqanizmin digəri 
ilə  təmasından  yaranan  əlaqələrdən  ibarətdir.  Riyazi  işarələrlə  bu  əlaqələr 
«+», «-» və «0» kimi qeyd olunur. 
Əgər qarşılıqlı münasibətlər hər iki tərəf üçün əlverişlidirsə (+,+) belə 
münasibətlər «simbioz» və ya «mutualizm» adlandırılır. 
Əgər qarşılıqlı münasibətlər bir tərəf üçün əhəmiyyətli (+) digər tərəf 
üçün ziyandırsa (-) onda bu münasibət «parazitizm» (+, -) adlandırılır. 
Hər iki tərəf üçün sərfəli olmayan qarşılıqlı münasibət (-,-) «rəqabət» 
adlandırılır. 


23 
 
Əgər  qarşılıqlı  münasibət  biri  üçün  əlerişli  digəri  üçün  fərq  etməzsə 
(+, 0) belə münasibətlər «kommensalizm» adlandırılır. 
Bir tərəf üçün sərfəsiz, digər tərəf üçün fərqi olmayan (-, 0) münasibət 
«amensalizm»  adlandırılır.  Hər  iki  tərəf  üçün  fərqi  olmayan  (0-0) 
münasibətlər «neytralizm» adlandırılır. 
 
2.4 Ekosistemin enerjisi 
«Enerji» termini altında fizikada görülən iş başa düşülür. 
Fizikanın enerjiyə aid bütün qanunları eyni zamanda bioloji sistemlərə 
aid edilir. 
Bütün canlı orqanizmlər doğulduğu  gündən enerji ayrılması  və enerji 
daşıması  prosesi  ilə  ömürlərini  başa  vururlar.  Bu  baxımdan  ekologiyanın 
əsas  məsələlərindən  biri  işıq  ilə  ekosistem  arasında  olan  əlaqəni 
öyrənməkdən ibarətdir. 
Yer  üzərinə  günəş  işığının  47%-i  gəlib  çatır.  Bu  işıq  axınının 
təxminən  yarısı  fotosintezin  əsasını  təşkil  edən  enerjidir.  Bu  dalğaların 
üzünlüğü  380-750  nm  təşkil  edir.  Bu  enerji  Fotosintetik  Aktiv  Radiasiya 
adlanır.  Güneş radiasiyasının 40%-ə  yaxınını  məhz bu  radiasiya  təşkil  edir. 
Qalan  spektir  ultra-bənövşəyi  və  infraqırmızı  radiasiyalara  aid  edilir  ki, 
bunlar da istilik effekti ilə əlaqədardır.    
Adətən bitkilər fotosintez üçün günəş radiasiyasının 1%-ə qədərindən 
istifadə  edirlər.  Bəzi  ekosistemlərdə  bu  rəqəm  3-5%-ə  qədər  çatır  (tropik 
meşələr, qarğıdalı tarlaları). 
Bitkilər  digər  orqanizmlərin  enerji  ilə  təminatçısı  hesab  edilir.  Enerji 
bir trofıki səviyyədən digərinə qida vasitəsilə keçir. Konsumentlər tərəfindən 
qəbul  edilən  qida  şəkilindəki  enerji  onun  həyatı  üçün  sərf  olunur.  Qəbul 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə