Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə54/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   67

Rayonun  ərazisinin  çox  böyük  hissəsi  dağlıq  olsa  da, 
dənizkənarı  hissə  turistləri  daha  çox  cəlb  edir  və  burada 
istirahətə gələnlərin 90 %-dən çoxu dincəlir.
Texnoloji  cəhətdən  burada  dağ  turizminin  praktiki  olaraq 
bütün  növlərinin  inkişafı  mümkündür:  trekkinq  və  piyada 
ekskursiyalar (hər yerdə);  qayaya dırmanma (Orlinnıy  qayaları); 
alpinizm  və  dağaçıxma  (Fişt  şəhəri 
Kardıvaç  gölü  rayonu); 
speleoturizm  (Alek  dağ  silsiləsi);  kayakinq  və  raftinq  (Mzımta 
çayı);  Kanoninq  (Mzımta  çayının  axınları);  cippinq  (Krasnaya 
polyana  qəsəbəsi);  mauntlayk  (Krasnaya  polyana  qəsəbəsi); 
idman  yönümlü  (Bıtxa  meşəpark  rayonu).  Rayonda  axtanş- 
xilasetmə  işləri,  turizm,  mauntbayk,  kayakinq  üzrə  milli  yarışlar 
keçirilir.
Dayanıqlı  qar  örtüyü  ilin  təqribən  3  ayı  ərimir.  Məlum 
olduğu kimi Açişxo şəhəri  Rusiya Federasiyasının ən «rütubətli» 
yerlərindən  (ildə  3200  mm  yağıntı  düşür)  biridir,  odur  ki,  onun 
aşağı  hissəsində,  Krasnaya  polyana  qəsəbəsində  dağ  xizək 
kompleksi  inkişaf  etdirilir.  Burada  dağ  xizək  turizminin  bütün 
növləri  təmsil  olunur:  müxtəlif mürəkkəblikli  vəziyyətdə  hazır­
lanmış  yolla  gəzinti,  yoldan  kənar  yerlərdə  gəzinti,  vertolyotla 
dağın  zirvəsinə  qaldırıldıqdan  sonra  oradan  enmə,  qarda yeriyən 
maşınlarla  gəzinti  və  s.  Həmçinin  dörd  növbəli  kanat  yollar 
fəaliyyət  göstərir.  Turizm  infrastrukturunun  inkişaf  səviyyəsi 
kifayət dərəcədə yüksəkdir.
Rayonun  nəqliyyat  üçün  əlverişliliyi  ölkədə  ən  yaxşı 
vəziyyətdədir.  Bütün  turizm  obyektləri  Adler  şəhərinin  hava 
limanından,  Soçi  şəhərinin  dəniz yolu,  dəniz və avtovağzalından 
avtomobil nəqliyyatı  ilə  iki  saatlıq  məsafədə yerləşir.
Kurort  dəri,  ginekoloji  xəstəliklər,  dayaq-hərəkət  aparatı, 
əsəb  sistemi,  tənəffüs,  qan  dövranı  orqanlarının  müalicəsi  üzrə 
ixtisaslaşır.  Əksər  sanatoriyalarda  adler  çöküntü  palçığı  ilə 
müalicə təklif olunur.
214_____________________ Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilalıyev
Gözəl  iqlimi  və  inkişaf  etmiş  turizm  sənayesi  sayəsində 
rayon  rusiyalı  idmançıların  (futbolçular,  velosipedçilər,  yüngül 
atletlər,  qayaya dırmananlar, dağ turistləri və  s.)  mövsüm qabağı 
hazırlığı və yarışlara hazırlaşdığı mərkəzə çevrilmişdir.
Rayonda  istirahət  müəssisələrinin  ümumi  sayı  -   135-dir.  Bu 
göstəriciyə  görə  diyarda  Tuapse  rayonundan  sonra  ikinci  yeri 
tutur.  Turist  tutumu  51553  yer  olub,  həmin  göstəriciyə  görə 
diyarda  birinci  yerdədir.  Belə  ki,  bu  rəqəm  Tuapsedən  1,5  dəfə, 
Federal  kurort  olan  Anapada  2  dəfə  çoxdur.  İstirahət  müəs­
sisələri əsasən sanatoriyalar (51) olub, tutumu  19  191  yerdir.
Bundan  sonra pansionatlar və istirahət bazaları  gəlir.  2000-ci 
ilin  məlumatına  görə  orta  turist  gəlmələri  47  %  təşkil  etmişdir 
ki, bu da diyarda 5-ci yer deməkdir.
Bütün  bunlar  imkan  verir  ki,  rayon  daxili  və  beynəlxalq 
ekoloji, çimərlik,  festival,  idman turizmində və sanatoriya-kurort 
müalicəsində  yeni  yüksək  inkişaflı  ixtisaslaşmış  kimi  təyin 
olunsun.
Mezorayonun  tərkibində  aşağıdakı  turizm  mikrorayonlarını 
və kurortları  ayırmaq olar:  Lazarevskiy,  Daqomısskiy,  Adlerskiy 
və Krasnopolyanskiy.
9.2.4.  Psebaysk potensial-turizm  mezorayonu
Turizmin  inkişafı  üçün  lazım  olan  şəraitə  malik  olan 
ərazilərin  potensial-turizm  rayonları  adlandırılmasını  nəzərə 
alaraq  Psebaysk  potensial-turizm  rayonu  ayrılmışdır.  Bir  sıra 
səbəblər  üzündən  burada  turizm  özünə  geniş  inkişaf  tapa 
bilməmişdir:  nəqliyyat  cəhətdən  əlverişsiz  olması,  böyük 
şəhərlərdən  və  nəqliyyat  magistrallarından  uzaq  olması,  sərhəd 
vəziyyəti,  turizm  infrastrukturunun  olmaması,  ərazinin  az  öyrə­
nilməsi  və  az tanınması.  Odur ki,  əvvəlcə  turizmin  inkişafı  üçün 
lazım olan təbii  şəraitinin xarakteri üzərində dayanaq.
Э. T. Əsgərov,  B. Ə.Bilalov,  Ç. G. Giilalıyev____________________ 215


216
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Gi'tlalıyev
Rayon  cənubda  Soçi  turizm mezorayonu  ilə,  qərbdə Maykop 
turizm  mezorayonu  ilə  və  şərqdə  Qaraçay-Çerkez  respublikası 
ilə həmsərhəddir.
Relyefin  orta  dağlıq və  yüksək dağlıq  xarakterli  olması  dağa 
çıxmanın  inkişafı  üçün  çox  yaxşıdır.  Burada  Krasnodar 
diyarının ən yüksək nöqtəsi olan Tsaxvoa dağı (3345,9 m) və bir 
sıra  digər  hündürlüyü  3000  metrdən  yüksək  olan  dağlar 
yerləşmişdir.  Rayonda  hündürlüyü  2765  metrdən  2995  m etrə 
qədər  olan  özfəaliyyətlə  məşğul  olan  turistlərin  kateqoriya- 
laşdırdığı beş aşınm  var (birinci  «A»-dan birinci  «B» kateqoriya 
mürəkkəbliyinə  qədər).  O  cümlədən  Krasnodar  diyarının  ən 
yüksək  aşırımı  olan  -   Krasnıy  oqon  (birinci  «B»  mürəkkəblik 
kateqoriyası, 2995 m) burada yerləşir.
Ən  çox  buzlaşma  22  km  uzunluğa  malik  olan  Tsaxvoa  dağ 
silsiləsi  rayonunda  (Tsaxvoa  buzlağı)  inkişaf  etmişdir.  Dağ 
silsiləsinin  yamacları  çox  sıldırım,  bəzi  yerlərdə  dik,  dərin 
kanyonlara parçalanmış haldadır.
Rayonda  öz  mənbəyini  Tsaxvoa,  Bezımyannaya  və  Malaya 
Jaba çaylarının götürdüyü çoxlu dağ gölləri var.
Burada həmçinin  şərq hissəsi Qaraçay-Çerkez respublikasına 
gedib çıxan Maqişo-Centu dağ qovşağı yerləşmişdir.  Maqişo da­
ğının  ən  yüksək  nöqtəsi  -   3160  metrdir.  Bolşaya  Jaba  çayı  və 
Psebay qəsəbəsi tərəfdən rayonun bu hissəsi Tsaxvoa dağ silsilə­
sinə  nisbətən  daha  əlverişlidir.  Umpır  və  Maqişo  aşırımlarından 
heyvanların keçməsi və turistlər üçün cığırlar vardır.
Beləliklə,  burada  dağ  turizminin,  alpinizmin  və  elmi 
turizmin  inkişafı  üçün  yaxşı  texnoloji  şəraitin  mövcudluğunu 
ehtimal  etmək  olar.  Rayon  demək  olar  ki,  tamamilə  Qafqaz 
dövlət  təbiət  biosfer  qoruğunun  (QDTBQ)  tərkibinə  daxildir. 
Odur ki, burada ekoloji turizmin inkişafı üçün ilkin şərait vardır.
Turizmin  inkişafı  üçün  fizioloji  şəraitin  mövcudluğu  da 
hələlik  az  məlumdur.  İyul  ayının  orta  temperaturu  +14°C, 
yanvar  ayınmkı  isə  -4°C-dir.  Orta  illik  yağıntıların  miqdarı  -
3200 mm-ə qədərdir.  Qar örtüyünün  orta  maksimal  yüksəkliyi -  
300 sm-ə qədər və daha yüksəkdir.
Burada dağ yerlərində bitən  gözəl çiçəkli  bitkisi olan radoden- 
dronun da olduğu alp və  subalp çəmənlikləri  üstünlük təşkil edir. 
Odur  ki,  belə  bir  mənzərənin  turistlər  və  ekspertlər  tərəfindən 
yüksək psixoloji-estetik qiymətləndirilməsini gözləmək olar.
9.3. 
Adıgey Respublikasının Maykop turizm 
mezorayonunda ekoturizmin inkişaf ehtiyatları və şəraiti
Maykop  turizm  mezorayonu  Adıgey  Respublikasının  eyni 
adlı  inzibati  rayonunun  hüdudlannda  yerləşmişdir.  Onun  sahəsi 
-  2800  km2-dır.  Rayon  zəngin  turizm  ehtiyatlarına malikdir.  Ən 
yüksək  nöqtə  -   Adıgey  Respublikasının  ən  yüksək  dağı  olan  -  
Çuquşdur  (3238,2  m).  Rayonun  cənub-qərbində  Qafqazın  ən 
qərbdə  olan  buzlaq  zirvəsi  Fişt  dağı  (2867  m)  yerləşmişdir. 
Rayon  qərbdə  Abşeron  turizm  mezorayonu,  cənubda  Soçi  və 
şərqdə  Psebaysk  potensial-turizm  rayonu  ilə  həmsərhəddir. 
Rayonun  ərazisində  rusiyalı  turistlərə  yaxşı  məlum  olan  nadir 
təbiət  obyektləri  -   Laqonaki  yaylası,  Bolşaya  Azişskaya 
mağarası,  Fişt-Oşten massivi  və digərləri yerləşmişdir.  Rayonun 
şərq  hissəsi  Qafqaz  dövlət  təbii  biosfer  qoruğunun  və  «Bolşoy 
Txaç»  təbii  parkının  tərkibinə  daxildir.  Laqonaki  yaylası  və 
Qafqaz dövlət təbii  biosfer qoruğunun qalan əraziləri  ilə birlikdə 
bu təbiət  obyektləri  «Qərbi  Qafqaz»  adı  altında YLTNESKO-nım 
Ümumdünya  Təbiət  Abidələri  Siyahısına  daxil  olmuşdur.  Bu 
təkcə  respublikanın  yox,  həm  də  Rusiya  Federasiyasının  ən 
məşhur müasir dağlıq turizm rayonlarından biridir.
Bu  yerlərin  turizm  mənimsənilməsi  XX  əsrin  30-cu  illərində 
başlamışdır.  İlk  «planlı»  adlanan,  yəni  mütəşəkkil  təşkil 
olunmuş  turistlər  üçün  Quzeripl  -   Krasnoya  Polyana  -   Soçi 
marşrutu  1936-cı  ildə  açılmışdır.  1956-cı  ildə  Laqonaki-Fişt-
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilahyev____________________ 217


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə