Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə62/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   67

əhatə  edir.  Rayon  erməni  işğalçıları  tərəfindən  1992-1993-cü 
illərdə  işğal  olunmuşdur.  İşğalçılar təkcə  insanlara deyil,  həm  də 
təbiətə-flora  və  faunaya  qarşı  soyqırım  həyata  keçirmiş  və  işğal 
faktı bu gün də  davam edir.
Yuxarı  Qarabağ iqtisadi-coğrafi rayonunun tərkibinə Ağdam, 
Şuşa,  Tərtər,  Xocalı,  Xocavənd,  Füzuli,  Cəbrayıl  rayonları, 
Xankəndi və  Şuşa şəhərləri  daxildir.
Rayon müxtəlif təbii  şəraitə və ehtiyatlara malikdir. Ərazinin 
çox hissəsini  Qarabağ  silsiləsi tutur ki,  bu da əsasən Mezozoyun 
vulkan  və  qismən  çökmə  suxur  qatlarından  təşkil  olunmuş  orta 
dağlığı  əhatə  edir.  Ziyarət  və  Böyük  Kirs  (2725  m)  yüksək 
dağlığa  aiddir.  Əhəng  daşı  qatlarından  əmələ  gəlmiş  təbii  qala 
sayılan  Şuşa  yaylası  və  Daşaltı  konyonu  buradadır.  Dağətəyi 
düzənlikdə quru  subtropik iqlim hakim olmaqla yağıntıların  illik 
miqdarı  400  mm-ə  çatır.  Dağlıq  ərazilər  isə  mülayim  dağ  iqlim 
tipində yerləşir və burada yağıntı  800 mm-ə qədər artır.
Yuxarı  Qarabağda  mineral  sulardan Turşsu və  Şırlan  sənaye 
əhəmiyyətlidir.  Şuşa  şəhəri  yaxınlığında  gözəl  İsa  bulağı  hər 
kəsi heyran qoyur.
Ağdam,  Tərtər  və  Füzuli  rayonlarının  bəzi  kəndləri  istisna 
olmaqla  bu  iqtisadi-coğrafi  rayonun  qalan  əraziləri  Ermənistan 
ordusu tərəfindən işğal edilmişdir.
10.8.  Aran  (Kür-Araz) turizm bölgəsi
Aran  (Kür-Araz) 
iqtisadi-coğrafi 
rayonunun  tərkibinə 
Yevlax,  Ağdaş,  Ucar,  Göyçay,  Kürdəmir,  Hacıqabul,  Zərdab, 
Bərdə,  Ağcabədi,  Beyləqan,  İmişli,  Saatlı,  Salyan,  Sabirabad, 
Biləsuvar,  Neftçala  inzibati  rayonları,  respublika  tabeliyində 
olan Mingəçevir, Yevlax və  Şirvan şəhərləri daxildir.
Bu  iqtisadi-coğrafi  rayonun  mühüm  təbii  sərvətlərindən  olan 
tuqay  meşələri  (Kür  və  Araz  çayları  boyu  ensiz  zolaq  şəklində 
uzanan)  çox  yerdə  qırılmışdır.  Quru  subtropik  iqlimi  olan  bu
_________ ____________ Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilalıyev
ərazi  bol  aqroiqlim  ehtiyatına  malikdir.  Lakin  bütün  rayon 
ərazisində  yağıntıların  illik  miqdarı  (200-300  mm)  mümkün 
buxarlanma  miqdarından  4-5  dəfə  azdır.  Burada  yazın  axırı  və 
yay ayları çox quraq keçir.
Hacıqabul  rayonu  Kür-Araz  ovalığındakı  bərəkətli  qədim 
Muğan  diyarının  və  Şirvanın  bir  hissəsini  tutur.  İqlimi 
yarımsəhra,  quru  və  isti,  qış  ayları  mülayim  keçir.  Bu  aylarda 
havanın  temperaturu  adətən  +6  °C-dən  aşağı  olmur.  Burada 
yağış  az  yağır.  Lakin  Kür  çayının  axarı  boyunca tuqay meşələri 
və kolluqlar var.
Xəzər  dənizinin  müəyyən  geoloji  dövrdə  təbii  çəkilməsi 
nəticəsində  yaranmış  Hacıqabul  gölü  bu  rayonun  ərazisindədir. 
Yaz  vaxtı  Kür  çayının  daşması  nəticəsində  gölün  sututar  sahəsi 
genişlənmişdir.  Dərinliyi  5  metrdən  çox  olmayan bu  göl  adətən, 
qışda  donmadığı  üçün  köçəri  nadir  quşların  qışlaması  və  su- 
bataqlıq  quşlarının  yuva  qurması  üçün  münasib  yer  kimi 
əhəmiyyətlidir.
Kürdəmir 
rayonu 
Bakıdan 
şimal-qərb 
istiqamətində 
Azərbaycanın  tarixi  vilayəti  olan  Şirvanda  yerləşir.  Burada yay 
isti  və  quraqlıq  keçir.  İqlimi  çöl  iqlimi  sayılır.  Burada 
özünəməxsus  flora  və  fauna  var.  Bu  ərazilər  tarixən  qışlaq 
yerləri  olmuşlar.
XX  əsrin  II  yarısında  neft  axtarışı  ilə  rayonun  Kür  çayına 
yaxın  yerlərində  -   Mollakənd  kəndi  yaxınlığında  qazılmış  neft 
quyusundan  çıxan və temperaturu +90°C-yə yaxın  olan  isti  su öz 
müalicəvi  xüsusiyyətləri  ilə bir çox xəstəliklərin dərmanı  olduğu 
üçün  burada  Kürdəmir  sanatoriyası  tikilmişdir.  Rayonun 
ərazisində  nəqliyyat  və  rabitə  qovşaqlarının  mövcudluğu, 
restoran,  kafe  və otellər turizmin inkişafına zəmin yaradır.
Yevlax  rayonu  Kür  çayının  sağ  sahilində  yerləşir  və  keçmiş 
Gəncə  xanlığının  ərazisi  olduğu  üçün  el  arasında  Gəncəbasar 
adlandırılır.  Ümumiyyətlə,  Gəncəbasar bölgəsi  Azərbaycanın bir
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev____________________ 247


Ə. T Əsgərov,  В. Ə.Bilalov,  Ç.C.Ciilalıyev
2 4 8
neçə  rayonunu  birləşdirir  ki,  onların  da  oxşar  coğrafi-iqlim 
şəraiti və müştərək tarixi vardır.
Bakıdan  280  km  məsafədə  yerləşən  və  rayonun  inzibati 
mərkəzi  olan  Yevlax  şəhəri  çoxsaylı  yolların  kəsişdiyi  ərazidə 
yerləşir.  Buradan  Mingəçevir,  Şəki,  Balakən,  Gəncə  və 
Xankəndi  şəhərləri  istiqamətində  birbaşa  yollar  gedir.  Təsadüfi 
deyildir ki,  bu yerlər XII  əsrə  aid yazılı  mənbələrdə  «Qarabağın 
qapısı» adlandırılmışdır.
Salyan  rayonu  Azərbaycanın  cənub-şərqində  yerləşir  və 
Lənkəran-Astara  regionunun  qapısı  sayılır.  Respublikanın  əsas 
çaylarından sayılan Kür çayı  rayonun  ərazisindən  axır.  Rayonun 
şərq hissəsi Xəzər dənizinin sahillərinə qovuşur.
1969-cu  ildə  Şirvan  ovalığının  səciyyəvi  bitki  kompleksinin 
qorunub  saxlanması  və  çoxaldılması  məqsədilə,  yarımsəhra  və 
sulu-bataqlıq ekosistemi  ilə  seçilən  ərazidə  Şirvan Dövlət Təbiət 
Qoruğu yaradılmışdır.
Kür-Araz ovalığının  cənub-şərqi  Şirvan  düzənliyində ümumi 
sahəsi  65580  ha  olan  xüsusi  mühafizə  olunan  təbiət  ərazisinin 
54373,5  hektarında 2003-cü ildə Bakı  şəhərinin Qaradağ,  Salyan 
və  Neftçala  rayonlarının  ərazilərində  yarımsəhra  landşaftının 
başlıca  komponentlərini,  Azərbaycan  Respublikasının  «Qırmızı 
Kitab»ına  düşmüş  ceyranları  və  o  ərazi  üçün  səciyyəvi  olan 
fauna  növlərini  qoruyub  saxlamaq,  ekoloji  monitorinqi  həyata 
keçirmək,  əhalini  ekoloji  maarifləndirmək,  turizm  və  istirahət 
üçün şərait yaratmaq məqsədilə Şirvan Milli Parkı yaradılmışdır. 
Hazırda  ovalığın  6232  hektarında  Şirvan  Dövlət Təbiət  Qoruğu 
və 4930 hektarında Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir.
Ərazidə  yayı  quraq  keçən  mülayim-isti  yarımsəhra  və  quru 
bozqır  tipli  iqlimi  hakimdir.  Burada  şərqdən  Xəzər  dənizi, 
şimaldan  Baş  Şirvan kollektoru,  bir sıra digər kollektorları,  Çala 
(Qızılqaz)  gölü  və  s.  olması,  onların  suyunun  qışda  donmaması 
bu yerlərdə yaşayan ceyranları  su ilə tam təmin  edir.  Bu həm də 
quşlar üçün çox əhəmiyyətlidir.
Milli  Parkda  qaraşoranlı,  şahsevdi  və  duzlaq-çoğanlı  yarım­
səhra  bitkiləri  və  çərənli-yovşanlı,  yovşanlı-efemerli,  yovşanlı, 
xos  təkli,  dənli-müxtəlif  otlu,  efemerli,  sahil  qumlu  və  çala- 
çəmən (dəvəotlu) bitki  formasiyaları daha çoxdur.
Şirvan  Milli  Parkında  suda-quruda  yaşayanların  4  növünə 
rast  gəlmək  olar.  Bu  heyvanlar:  Suriya  sanmsaqiyli  qurbağa, 
yaşıl  quru  qurbağası,  Kiçik  Asiya  ağac  qurbağası  və  göl 
qurbağasıdır.
Bu  yerlərin  heterofaunasmı  17  növ  sürünən  heyvanlar  təşkil 
edir  ki,  bunlardan  3  növü  tısbağa,  6  növü  kərtənkələ  və  8  növü 
ilanlardır.  Tısbağalar:  Aralıq  dənizi  və  ya  quru  tısbağası,  Xəzər 
tısbağası,  bataqlıq  və  ya  çay  tısbağasıdır.  Kərtənkələlər:  Xəzər 
gekkonu, koramal, cəld kərtənkələcik, rəngbərəng kərtənkələcik, 
zolaqlı  kərtənkələ,  zərif  ilanbaş  kərtənkələdir.  İlanlar:  kor  ilan, 
adi  suilam,  suilanı,  Zeytuni  təlxə,  qızılı  təlxə,  xaltalı  eyrenis, 
kələz ilan və cənubi Qafqaz gürzəsidir.
Parkda  230  quş  növü  qeydə  alınmışdır.  Belə  zənginlik  Milli 
Parkın  quşların  miqrasiya  yolunda  yerləşməsi  və  ərazisində 
quşların yaşayışı üçün biotoplarm müxtəlifliyi  ilə əlaqədardır.
Quşların  miqrasiyası  və  qışlama  dövründə  göllərin  və 
dənizin dayaz yerlərində əsasən yaşılbaş ördəklər,  fıtçi cüzə, boz 
ördək,  marek,  bizquyruq,  cırıldayan  cürə,  enliburun  ördək, 
flaminqo,  fısıldayan  qu,  qaşqaldaq,  dərin  su  sahələrində  isə 
qırmızıburun,  qırmızıbaş,  kəkilli  və  dəniz  dalğıcları,  güləyən 
ördək və digər ördək növləri var.
Yırtıcı  quşlardan  çay  qaraquşu,  ağquyruq  dəniz  qartalı,  çöl 
sarı,  adi  sar,  çöl  qartalı,  böyük  qartalça,  məzar  qartalı,  ütəlgi, 
şahin  və  s.  növlərə  az  da  olsa  rast  gəlinir.  Oturaq  quş  növü  olan 
turac  Milli  Parkın  cənub-qərb  və  cənub-şərq  hissəsində  çox 
kiçik sahələrdə yayılmışdır.
Şirvan  Milli  Parkının  ərazisində  məməli  heyvan  növlərindən 
ağdöş  və  qulaqlı  kirpilər,  itiqulaq,  bığlı,  cırtdan  və  Küli 
şəbpərələri,  ictimai  çöl  siçanı,  qırmızıquyruq  qum  siçanı,  boz
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G .Gülalıyev_____________ _______ 249


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə