Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə63/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   67

250
dovşan,  canavar,  çaqqal,  tülkü,  gəlincik,  safsar,  porsuq,  qamışlıq 
pişiyi,  çöl  pişiyi,  çöl  donuzu  və  ceyran  yayılmışdır.  Burada 
məməlilər  faunasının  özəyini  təşkil  edən  həmin  növlərdən 
ceyran,  safsar  və  çöl  pişiyi  respublikamızın  «Qırmızı  Kitab»ına 
daxil edilmişdir.
Salyan  rayonunda  rayon  mərkəzindən  5  km  məsafədə  A zər­
baycanın  çoxsaylı  palçıq  vulkanlarından  biri  olan  Babazanan 
vulkanı  yerləşir.  Bu  vulkandan  püskürən  palçığın  müalicəvi 
xassəsi  yay  aylarında  yerli  sakinləri  özünə  cəlb  edir.  Rayon 
mərkəzinə  çatmağa  az  qalmış  Daşgil  adlanan  ərazidə  dəniz 
sahilinin  yaxınlığında  daha  bir  palçıq  vulkanı  nəzərə  çarpır. 
Daşgil  yasaqlığı  da  burada  yerləşir.  Yasaqlıq  ov  mövsümü 
zamanı  su  quşları  ovlamaq,  kütüm,  sazan  və  Xəzər  dənizində 
yaşayan digər balıq növlərini ovlamaq üçün münasib yerdir.
Rayonda  enerji,  nəqliyyat  və  rabitə  infrastrukturları  yaxşı 
formalaşdırılmış,  çoxsaylı  restoran,  kafe  və otellər tikilmişdir ki, 
bütün  bunlar  regionda  ekoturizmin  inkişafına  gözəl  zəmin 
yaradır.
Ağcabədi  və  Beyləqan  rayonlarının  inzibati  ərazisində 
yerləşən Ağ göl  Milli  Parkı  Ağgöl  və  onun ətraf sahələrini  tutur. 
Milli  parkın  yaradılmasında  əsas  məqsəd  mühüm  su-bataqlıq 
ərazilərini,  həmin  əraziyə  xas  olan  yarımsəhra  landşaftını,  göldə 
və  onun  ətrafında məskunlaşmış  nəsli  kəsilmək təhlükəsi  altında 
olan  fauna  növlərini  qorumaq,  ərazi  üçün  xarakterik  olan  bəzi 
fauna  növlərini  keçmiş  ərazilərinə  reintraduksiya  etmək,  eləcə 
də  ətraf  mühitin  monitorinqini,  əhalinin  ekoloji  cəhətdən 
maarifləndirilməsini  və ekoturizmin inkişafını  təmin etməkdir.
Ağ  göl  respublikamızın  ən  məşhur  çöl-göl  ekosistemi  olub, 
köçəri  və  yerli  quşların  və  digər  heyvanların  məskunlaşdığı 
ərazilərdən 
biridir. 
Bu 
gölün 
qorunmasının 
beynəlxalq 
əhəmiyyəti  vardır.  Belə  ki,  göldə  adları  Beynəlxalq  Təbiəti 
Mühafizə  İttifaqının  «Qırmızı  Siyahı»sına  və  Azərbaycan
Ə. T. Əs gə r ov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev
251
Respublikasının  «Qırmızı  Kitab»ına  daxil  edilmiş  quşların 
məskunlaşması  ilə bağlıdır.
Ağ göl  mühüm  su -  bataqlıq  ərazisi  kimi  miqrasiya  edən  quş 
növlərinin  qışlama  yeri  olub,  «Əsasən  su  quşlarının  yaşama 
yerləri  kııııi  beynəlxalq  əhəmiyyəti  olan  sulu  -   bataqlıq  yerlər 
haqqında»  Ramsar  Konvensiyasının  «Ramsar  Siyahı»sına 
salınmışdır.
Gölün  qorunmasında ilk addım  1964-cü ildə 9173  ha  sahədə 
Ağ  göl  Dövlət  Təbiət  Yasaqlığı  yaradılarkən  atılmışdır.  1978-ci 
ildə  gölün 4400  hektara bərabər olan  su ərazisinə ciddi qorunma 
statusu verilmiş və Ağ göl Dövlət Təbiət Qoruğu yaradılmışdır.
2003-cü  ildə  Ağ  göl  Dövlət Təbiət  Qoruğunun  sahəsi  17924 
hektara qədər artırılmış və  ərazi Milli Park elan edilmişdir.
Milli  Parkın  ərazisində  yayı  quraq keçən yarımsəhra və  qoru 
bozqırların  mülayim-isti  tipi  hökm  sürür.  Belə  iqlim  şəraiti 
burada  quşlar  və  məməlilərin  məskunlaşması  üçün  əlverişli 
şərait  yaradır.  Gölün  suyunun  bəzən  donması  qış  aylarında 
quşların qışlaması üçün çətinliklər yaradır.
Ağ  göl  Milli  Parkında  quşlardan:  mərmər  cürə,  turac, 
bəzgək,  qara  leylək,  böyük  və  kiçik  qarabatdaqlar,  harayçı  və 
fısıldayan  qu  quşları,  M isir vağı,  çobanaldadan,  böyük su  fərəsi, 
sultan  toyuğu,  ərsindimdik,  qıvrımlələk  qutan,  ağquyruq  dəniz 
qartalı,  ağgöz  dalğıc,  adi  qızılqaz,  yaşılbaş  ördək,  qazlar  (boz, 
qaşqa və qırmızıdöş) və s.  məskunlaşmışdır.
Burada  suda-quruda  yaşayanlardan  yaşıl  quru  qurbağası, 
Kiçik  Asiya  qurbağası,  göl  qurbağasına;  sürünənlərdən  Aralıq 
dənizi  tısbağası,  Xəzər tısbağası, koramal,  zolaqlı kərtənkələ, adi 
suilanı,  qızıl  təlxə,  xaltalı  eyrenis,  gürzə;  bitki  növlərindən 
duzlaq  çoğam,  qışotu,  qamış,  şahsevdi,  sarıbaş,  qaraşoran, 
yovşan, qırtıc və s.  rast gəlinir.
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev


252
10.9.  L ənkəran-A stara turizm  bölgəsi
Astara,  Lənkəran,  Lerik,  Masallı,  Yardımlı  və  Cəlilabad 
rayonları  daxil  olmaqla  bir  iqtisadi  vahid  təşkil  etsə  də,  burada 
olan  hər  bir  rayonun  özünəməxsusluğu  vardır.  Bu  rayonlarda 
ekoloji  turizmin  inkişaf  perspektivləri  baxımından:  turizm 
infrastrukturunun  mövcudluğu,  nəqliyyat  əlverişliliyi,  təbii- 
tarixi  yerləri  və  s.  orada turizm  potensialını  aşkar etməyə  imkan 
verir.
Bu  bölgə  Azərbaycanın  cənub-şərqini 
əhatə  edərək, 
cənubdan İran İslam Respublikası  sərhədi  ilə,  qərbdən və  cənub- 
qərbdən  Talış  dağları,  şərqdən  Xəzər  (gölü)  dənizi  və  şimaldan 
Kür-Araz  ovalığı  ilə  hüdudlanmışdır.  Regionun  ümumi  ərazisi 
6,07 min km2-dir ki, bu da respublika ərazisinin 7 %-i deməkdir.
Xəzəryanı ovalıqda yerləşən Astara, Lənkəran, Masallı,  eləcə 
də  Cəlilabad  rayonlarında  özünəməxsusluğu  ilə  seçilən,  yayı 
quraq  keçən  və  ilin  digər  fəsillərində  yağıntılı  və  rütubətli  yan- 
subtropik 
iqlim  şəraiti  mövcuddur.  Orta  illik  temperatur 
+14,2°C-dir.  İlin  ən  soyuq  ayı  olan  yanvarın  orta  temperaturu 
+3,4°C,  ən  isti  ayı  olan  iyulun  orta  temperaturu  isə  +25,l°C-dir. 
Düzənlik  ərazilərdə  temperaturun  mənfiyə  düşməsi  hallarına 
daha  çox  yanvar  ayında  rast  gəlinir.  Yay  ayları  üçün  daha  çox 
+30+40°C  istilik  xarakterikdir.  Orta  illik  yağıntının  miqdarı 
1146  mm-dir.  Lakin  cənubdan  şimala  doğru  bu  göstərici  1600 
mm-dən 900 mm-ə qədər azalır.
Nisbətən  dağlıq  ərazilər  olan  Yardımlı  və  Lerik  kimi 
rayonlarda  temperatur  ümumilikdə 
aşağı 
düşür. 
Burada 
yanvarda  -   20°C,  iyulda  isə  +40°C  müşahidə  etm ək 
mümkündür.  Talış  dağlarının  sıldırım  yamaclarında  nisbətən 
aşağı  rütubətli,  qışı  soyuq,  yayı  isti  keçən  yarımsəhra  və  quru 
çöl  iqlimi  mövcuddur.  Dekabr  və  yanvar  aylarında  burada 
dayanıqlı qar örtüyünə də rast gəlmək mümkündür.
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilahyev
Bu  regionun  mərkəzi  sayılan  Lənkərandan  cənuba  doğru 
hərəkət  etdikdə  Astaraya,  qərbə  doğru  Lerikə,  Şimala  doğru 
Masallıya  geünək  olar.  Masallıdan  isə  cənub-qərbə  doğru 
hərəkət  etdikdə  Yardımlıya  və  daha  şimala  doğru  getdikdə 
Cəlilabada çatmaq olar.
Bu  yerlərə  səyahətin  ən  münasib  vaxtı  turistin  nə  etmək 
istəyindən  asılı  olaraq  dəyişir:  çimərlikdə  dincəlmək  üçün  ən 
yaxşı  vaxt  iyun  ayından  avqust  ayının  axırına  qədərdir.  Lakin 
unutmaq  olmaz  ki,  bəzən  iyun  ayında  ildən  asılı  olaraq  Xəzər 
dənizinin  suyu  bir  qədər  soyuq  olur.  Həmçinin  yayın  istisindən 
qurtulmaq  üçün  bu  dövrdə  dağlıq  ərazilər  çox  əlverişli  iqlimə 
malik olur.
Ölkəmizin 
yaşıllıqlara 
bürünmüş 
bölgələrindən 
olan 
Lənkəran rayonu Xəzər dənizinin cənub-qərb sahilində,  eyni adlı 
çayın  Xəzər  dənizinə  töküldüyü  yerdə  yerləşir.  Rayonun  ərazisi 
1539  km2-dir.  İnzibati  baxımından  Lənkəran  Astara,  Masallı, 
Lerik  inzibati  rayonları  ilə  əhatə  olunmuşdur.  Relyefinə  görə 
rayon  əsasən  düzənlik  və  müəyyən  qədər dağlıq  hissədən  ibarət 
olmaqla cənuba doğru tədricən ensizləşir.
Rayonun  iqlimi  rütubətli  subtropikdir.  Ən  isti  ay  iyul 
(+40°C), ən soyuq ay isə yanvardır (3-4°C).
Füsunkar  mənzərəli  təbiətə,  nadir  bitki  aləminə  malik  olan 
Lənkəran  rayonunun  zəngin  florası  və  faunası  var.  Talış 
dağlarında  bitən  relikt  və  endemik  ağaclar  bütün  dünyada 
məşhurdur.  Dəmirağacı,  azat,  ipək  akasiya,  palıd,  evkalipt, 
man tar  ağacı,  məxmər  rəngli  ağcaqayın,  nil,  hirkan  şümşadı 
haqlı  olaraq Lənkəran florasının inciləri sayılır.
Təbiət bu bölgəyə bütün gözəllikləri -  əzəmətli dağlan, mavi 
dənizi, yaşıl meşələri bəxş etməklə yanaşı, bu yerlərdə insanların 
sağlamlığının 
qayğısına 
da 
qalmışdır. 
Rayonun 
dağlıq 
ərazilərində  3  müalicəvi  əhəmiyyətli  bulaq  vardır  ki,  onların 
mineral tərkibli  isti suyu insanları müalicə edir.
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilahyev____________________   253


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə