Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə59/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   67

2 3 4
Rayonun  ərazisi  tirəli-təpəli,  dağətəyi  düzənliklərdən  və 
alçaq 
dağlıqdan 
ibarətdir. 
Dəniz 
sahili 
hissəsi 
okean 
səviyyəsindən  26  metr  aşağıda  yerləşir.  Ərazidə  çoxlu  axarsız 
göllər,  şoranlıqlar  və  şor  göllər  var.  Qafqazın  və  Azərbaycanın 
ən  böyük  və  çoxsaylı  palçıq  vulkanları,  ilk  insanların  məşhur 
Qobustan  düşərgəsi  bu  rayonun  ərazisindədir.  Bu  iqtisadi 
rayonda  yağıntı  az  düşdüyü  üçün  bitki  örtüyü  seyrək  və  növ 
tərkibi  kasıbdır.  Bura  ildə  150  mm-dən  400  mm-ə  qədər yağıntı 
düşür.  Havanın  maksimal  temperaturu  yayda  +40°C,  minimal 
temperaturu isə qışda -  13 °C olur.
Yalnız  Xızı,  Altıağac  sahələrində  dağ-meşə  və  dağ-çöl 
bitkiləri  yayılıb.  Abşeronda  kiçik  məsafədə  Sumqayıt  çayı, 
şimal-qərbdə  isə Ataçay istisna olmaqla,  heç bir daimi axarlı  çay 
yoxdur.
Azərbaycanın  füsunkar  təbiətinin  qorunması  məqsədi  ilə 
ölkəmizdə  hələ  keçən  əsrin  30-cu  illərində  ilk  qorunan  ərazilər 
yaradılmış  və  bu  proseslə  indi  də  davam  etdirilir.  Hazırda 
ölkəmizdə  ümumi  sahəsi  ölkə  ərazisinin  3,6  %-ni  təşkil  edən  -  
8  milli  park,  11  dövlət  təbiət  qoruğu  və  24  dövlət  təbiət 
yasaqlığı mövcuddur.
Milli  parkların  təşkilində  əsas  məqsəd  ətraf mühitin,  ekoloji 
tarazlığın,  təbiət  abidələrinin  qorunması  şərti  ilə  ekoturizmin 
inkişafı,  ekoloji  maarifləndirmənin  gücləndirilməsi,  regionun 
zəngin  təbiətinin  tərənnüm  etdirilməsi  və  iqtisadi  inkişafın  daha 
da sürətləndirilməsidir.
Abşeron  Milli  Parkı  Bakı  Şəhərinin  Xəzər  rayonunun 
inzibatı  ərazisinin  783  hektar  sahəsində,  Abşeron  Dövlət  Təbiət 
Yasaqlığının  bazasında, 
2005-ci 
il 
08 
fevral  tarixində 
yaradılmışdır.  Milli  Park  Abşeron  yarmadasmın  cənub-şərq 
qurtaracağında,  Şah  Dili  ərazisində yerləşir.
Abşeron  Milli  Parkının  yaradılmasında  başlıca  məqsəd  ətraf 
mühitin  mühafizəsi,  ondan  səmərəli  istifadə  edilməsi,  nəsli 
kəsilməkdə  olan  nadir  fauna  növlərinin  (Xəzər  suitisi,  Ceyran,
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev
Kəkilli  dalğıc,  gümüşü  qağayı,  yaşılbaş  ördək  və  s.)  qorunub 
saxlanması,  ekoturizmin  inkişaf  etdirilməsi,  turizm  və  istirahət 
(rekreasiya) zonalarının yaradılmasıdır.
Abşeron  Milli  Parkında  dəniz  sahili  qum  bitkiləri,  cığlı- 
qamışlı  və  paz  otlu  çəmənliklər,  birillik  şoran  otları  və  s. 
yayılmışdır.
Çox zəngin  faunaya malik olan Milli  Parkın  ərazisində  suda- 
quruda  yaşayanlardan  göl  qurbağası,  yaşıl  quru  qurbağası, 
sürünənlərdən  Arqlıqdənizi  tısbağası,  Xəzər  tısbağası,  Qafqaz 
kələzi,  Xəzər  dekkonu,  koramal,  uzunayaq  Şneyder,  əlvan 
kərtənkələcik,  cəld  kərtənkələcik,  xoltalı  eyrenis,  suilanı,  gürzə 
və  s.,  quşlardan  gümüşü  qağayı,  fısıldayan  qu  quşu,  boz  və 
qırmızıbaş  qazlar,  bizquyruq,  yaşılbaş  ördək,  ağgöz  qara  ördək, 
kəkilli dalğıc, böyük ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq 
belibağlısı,  dəniz  bozcası  və  s.,  məməli  heyvan  növlərindən  isə 
ceyran,  canavar,  çaqqal,  çöl  pişiyi,  yenot,  oxlu  kirpi,  tülkü, 
porsuq,  dovşan,  Xəzərin  sularında  suiti  və  həmçinin  müxtəlif 
növ balıqlar məskunlaşmışdır.
Milli  Parkın  ərazisində  xeyli  miqdarda  Xəzər  Suitisi 
yayılmışdır.  Bu  növ  pərayaqlılarm  yeganə  nümayəndəsidir  ki, 
Dünya  okeanının  ən  kiçik  Suitisi  kimi  «Ginnes»in  rekordlar 
kitabına daxil  edilmişdir.
Abşeron  Milli  Parkının  yaradılması  həmin  ərazidə  nadir 
təbiət  komplekslərinin  və  obyektlərinin,  Xəzər  Suitisinin, 
Ceyranın,  Su-bataqlıq  quşlarının  qorunub  saxlanılmasına  və 
bərpasına imkan yaradacaqdır.
Altıağac  Milli  Parkı  Azərbaycan  respublikasının,  Şimal- 
Şərqində,  Xızı  və  Siyəzən  rayonlarının  inzibati  ərazilərində. 
2004-cü  il  31  avqust  tarixində  yaradılmışdır.  Böyük  Qafqaz 
ərazisində  yerləşən  Milli  Parkın  bir  hissəsi  Abşeron  iqtisadi- 
coğrafi  rayonuna  daxildir.  Altıağac  Milli  Parkı  Altıağac  Dövlət 
Təbiət  Qoruğu  və  ona  həmsərhəd  olan  dövlət  meşə  fondu 
torpaqlarının bazasında,  11035  hektar ərazidə yaradılmışdır.
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev____________________ 235


236
Milli  Parkın  yaradılmasında  əsas  məqsəd  Böyük  Qafqazın 
cənub-şərq  yamaclarının  təbii  landşaftlarının,  flora  və  fauna 
növlərinin  qorunub  saxlanılması,  bərpası,  təbii  komplekslərin 
mühafizəsinin  gücləndirilməsi,  ekoloji  monitorinqin  həyata 
keçirilməsi,  eləcə də, tədqiqatlar, turizm və  istirahət (rekreasiya) 
üçün  şəraitin  yaradılması  və  əhalinin  ekoloji  cəhətdən 
maarifləndirilməsinin təşkilidir.
Milli Parkın ərazisindən  Ataçay və  onun bir sıra kiçik qolları 
keçir.  Parkın  ərazisinin  çox  hissəsini  meşələr  əhatə  edir. 
Buradakı meşələri  əmələ gətirən əsas ağac növləri  Qafqaz palıdı, 
Qafqaz  vələsi,  Şərq  fıstığı,  adi  göyrüş,  itiyarpaqlı  ağcaqayındır. 
Ərazinin  florasına  yemişan,  böyürtkən,  əzgil,  qaratikan,  itburnu 
və s.  kimi kol bitkiləri  də daxildir.
Altıağac  Milli  Parkının  ərazisində  məməlilərdən  cüyür, 
qonur  ayı,  çöl  donuzu,  vaşaq,  yenot,  dovşan,  tülkü,  dələ, 
canavar,  quşlardan  qırqovul,  alabaxta,  bildirçin,  çobanaldadan, 
çöl  qartalı,  kəklik,  qaratoyuq  və  s.  növlərə  rast  gəlinir.  Burada 
adlan 
Azərbaycanın 
«Qıraıızı 
Kitab»ına 
daxil 
edilmiş 
qartalkimilərin müxtəlif növləri diqqəti daha çox cəlb edir.
10.2.  Quba-Xaçmaz turizm bölgəsi
Quba-Xaçmaz 
iqtisadi-coğrafi 
rayonu 
Azərbaycan 
Respublikasının  Şimal-Şərq  hissəsində  yerləşir.  Tərkibinə 
Xaçmaz,  Quba,  Qusar,  Şabran  və  Siyəzən  inzibati  rayonları 
daxildir.  Rayonun  səth  quruluşu  sanki  bütövlükdə  respublikanın 
kiçildilmiş  modelini  xatırladır.  Ərazinin  mütləq  yüksəkliyi 
Xəzər dənizi  sahilində -  26  m-dən  Bazardüzü  zirvəsinə 4466  m- 
ə  qədər  artır.  Bu  iqtisadi  rayon  Böyük  Qafqazın  qar  və  buzlaq 
sularından  qidalanan  sıx  çay  şəbəkəsinə  və  bol  su  ehtiyatlarına 
malikdir.  İqtisadi  rayon  ərazisindəki  müxtəlif təbii  sərvətlərdən 
Siyəzən  nefti,  çınqıl,  qum,  gil  ən  çox  istifadə  olunur.  Rayonun 
zəngin  kurort-rekreasiya  ehtiyatlan  vardır.  Quba  rayonunun
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilalıyev
Xaltan  və  Cimi  kəndləri  ətrafındakı  isti  mineral  bulaqlardan 
yerli  və  ətraf rayonların  əhalisi  yay  aylannda  müalicə  məqsədi 
ilə  istifadə  edir.  Qalaaltı  müalicə  suyu  və  onun  əsasında 
yaradılmış il boyu fəaliyyət göstərən sanatoriya çox məşhurdur.
Yuxarıda  haqqında  məlumat  verdiyimiz  Altıağac  Milli 
Parkının böyük  bir  hissəsi  məhz  bu  iqtisadi  rayonun  ərazisində 
yerləşir və ekoturizmin inkişafı üçün çox əlverişlidir.
Böyük  Qafqazın  (Quba,  Qusar,  İsmayıllı,  Qəbələ,  Oğuz  və 
Şamaxı  rayonlannm  inzibati  əraziləri)  respublikamıza  məxsus 
olan  hissəsində  115895  ha  ərazini  tutan  Şahdağ  Milli  Parkının 
da  bir  hissəsi  bu  iqtisadi  rayonun  ərazisindədir.  İsmayıllı  və 
Pirqulu  Dövlət  Təbiət  Qoruqları,  Quba,  Qusar,  İsmayıllı, 
Qəbələ,  Oğuz  və  Şamaxı  rayonlarının  inzibati  ərazilərində  olan 
dövlət 
meşə 
fondu 
torpaqları 
və  həmin 
rayonların
hüdudlanndakı  yüksəkliklərdə  yerləşən  və  istifadəsiz  yaylaqları 
ərazisində  8  dekabr  2006-cı  ildə  yaradılmış  bu  milli  parkın 
yaradılmasında  məqsəd  çoxlu  sayda  endemik  və 
nəsli 
kəsilməkdə  olan  növlər  və  trans-sərhəd  köçəri  heyvanlar  da 
daxil  olmaqla qlobal  əhəmiyyətli  dağ  meşələri  və yüksək dağlıq 
ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması  və 
idarə  edilməsi,  torpağın  münbit  qatının  qorunub  saxlanılması, 
ərazi  üçün  xarakterik  olan  flora  və  fauna  növlərinin  qorunması, 
artırılması  və  zənginləşdirilməsi,  həmçinin,  təbii  kompleksin 
sabitliyinin  tənzimlənməsi,  elmi-tədqiqat  işlərinin  aparılması 
üçün  daha  əlverişli  şəraitin  yaradılması,  eləcə  də  ətraf mühitin 
monitorinqi,  əhalinin  ekoloji  cəhətdən  maarifləndirilməsi  və 
böyük  turizm  potensialı  olan  ərazidə  ekoturizmin  inkişafının 
təmin edilməsidir.
Milli  Parkın  ərazisinin  yerləşdiyi  yüksəklik  onun  iqliminin 
müxtəlifliyinə, 
bitki 
örtüyünün, 
heyvanlar 
aləminin 
və 
torpaqlarının 
münbitliyinin 
zənginliyinə 
əsaslı 
təsir 
göstərmişdir.  Bu  yerlərin  meşələri  zəngin,  füsunkar  və  gözəl 
mənzərələri  ilə məşhurdur.
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G .Giilalıyev____________________ 237


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə