Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə57/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   67

226
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Gülalıyev
şəlaləsi),  Arxızda  olan  70-dən  çox  yüksək  dağ  göllərinin  (Arxız 
və  Kafərin  yuxarı  hissəsi),  buzlaqların  və  qarlı  zirvələrin 
ekzotikliyi  ilə müəyyən olunur.
Turizmin  inkişafının  ilkin  mədəni-tarixi  şəraiti  bizim  eranın 
əvvəlindən  onun  XIII  əsrinə  qədər  mövcud  olmuş  alanların 
dövləti  ilə  əlaqədardır.  Tarixçilər  belə  hesab  edir  ki,  Arxız 
həmin dövlətin mərkəzi olmuşdur.  Odur ki, burada arxeoloqların 
tapıntıları  ilə  zənginləşmiş  həmin  dövrün  çoxsaylı  abidələri 
qorunub  saxlanmışdır.  Arxeoloqlar  tərəfindən  Nijniy  Arxız 
qəsəbəsində  qədim  şəhərin  qalıqlarının  öyrənilməsi  aparılır. 
Arxız  məbədləri  daha  çox  maraq  kəsb  edir.  Bəzi  tarixçilərin 
fikrinə  görə  xristianlıq  bu  diyarda  Rusiyadan  çox  əvvəl 
yayılmışdır.  Buna  IX  əsrin  sonlarında  formalaşmış  Bizansla  sıx 
əlaqələr  kömək  etmişdir.  Məbəddə  yunan  yazılarının,  Bizans 
divar  naxışlarının  qalıqları  saxlanmışdır.  2000-ci  ildə  Arxız 
qəsəbəsindən  bir  qədər  aralı  İsa  peyğəmbərin  qədim  qayaüstü 
şəkli  tapılmışdır.  Beləliklə,  rayonda  nəinki  ekskursiya,  dərk 
etmə turizmi, həm də dini turizmin inkişafı üçün əsas vardır.
Hazırda rayonun  turizm  infrastrukturu praktiki  olaraq  inkişaf 
etdirilmir və  modernləşdirilmir.  Mövsümi  olaraq  yalnız rayonun 
ən  böyük  turist  yerləşdirmə  vasitələri  -   «Arxız»  və  «Lunnaya 
Polyana»  turbazaları  fəaliyyət  göstərir,  «Sofiya»  və  «Naur» 
sığınacaqlarının  fəaliyyəti  demək  olar  ki,  dayandırılmışdır.  Bu 
qismən  rayonun  sərhədində  olan  vəziyyətlə,  qeydiyyatdan 
keçməyin  vacibliyi  ilə,  həmçinin  bütövlükdə  Qafqazda  və 
xüsusən  də  Qaraçay-Çerkez  Respublikasında  olan  qeyri-sabit 
vəziyyətlə əlaqədardır.
Bütün  yuxarıda  sadalananlar rayonu  daxili  macəra  turizminə 
ixtisaslaşmaqla  yeni  aşağı  inkişaflı  kimi  təyin  etməyə  imkan 
verir.
Mezorayonun  tərkibində  Sofiysk,  Psışsk  və  Arxızsk 
mikrorayonları ayrılırlar.
9.4.2.  Dombaysk turizm  mezorayonu
Dombaysk  turizm  mezorayonu  Teberda  çayının  vadisində 
yerləşmişdir.  O,  qərbdə  Aksaut  çayının  vadisi  ilə  şərqdə 
Uzunkolsk  turizm  mezorayonu  ilə  və  cənubda  Abxaziya  ilə 
həmsərhəddir.  Onun  ən  yüksək  nöqtəsi  -   Dombay-Ulqen 
zirvəsidir  (4046  m).  Rayonun  tərkibinə  həmçinin  Dombay, 
Teberda,  Verxnaya  Teberda,  Nijnaya  Teberda  kimi  qəsəbələr, 
Teberdinskiy qoruğu daxildir.
Texnoloji  aspektdə  rayonun  təbii  ehtiyatları  ekoturizmin 
(qoruğun  bazasında),  macəra  turizminin  (trekkinq,  alpinizm, 
qayaya  dırmanma,  dağ  xizək  turizmi)  və  sanatoriya-kurort 
müalicəsinin  (daha  çox Teberdedə)  inkişafı  üçün əlverişlidir.  İlk 
turistlər rayonda hələ  1905-ci ildə görünməyə başlamışlar.  Onlar 
Qafqaz  dağ  cəmiyyətinin  üzvləri  idilər.  Artıq  XX  əsrin  20-ci 
illərinin  ortalarında  Suxumi  şəhərinə  Qara  dənizə  Dombay  və 
Kluxorsk  aşırımı  vasitəsi  ilə  Hərbi-Suxumi  yolu  üzrə  planlı 
marşrut  fəaliyyət  göstərirdi.  İlk  sovet  turistləri  üçün  Teberde  və 
Dombayda  turbazalar  tikilmişdir.  Rayonun  alpinist  mənim­
sənilməsi  daha  əvvəl  -   Rus  dağ  cəmiyyətinin  sədri  A.Mekk  və 
Bazel  gimnaziyasının  müəllimi  A.Fişer  bələdçi  Y.Buzurtanovla 
birlikdə  1904-cü  ildə  Sulaxat-Semenov-Başi  zirvəsinə  qalxdıq­
ları  vaxt  başlamışdır.  1936-cı  ilə  aıtıq  rayonun  bütün  əsas 
zirvələrinə  qalxmaq  üçün  marşrutlar  çəkilmişdir.  Onların  bir 
hissəsi  aralarında  II  dünya  müharibəsinə  qədər  Bezenqi  kimi 
Qafqazın  bu  rayonunun  da  məşhur  olduğu  Almaniyadan  və 
Avstriyadan  olan  alpinistlər  tərəfindən  keçilmişdir.  Dombayın 
alpinist  imkanları  çox  böyükdür.  Müharibədən  əvvəl  burada  10- 
a  yaxın  alpinist  düşərgəsi  olmuşdur.  Dağ  marşrutlarına 
marşrutların  klassifıkatorunda  rayonun  zirvələrinə  qalxmağın 
95-dən  çox  yolu  əks  olunmuşdur.  Onların  arasında  mürəkkəb­
liyinə  görə  Rusiya  Federasiyasının  dağlarında  çox  az  olan, 
yüksək -  6-cı kateqoriyalı  marşrutlar vardır.
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç .G .G ülalıyev_______________ _ 
227


228
Rayonda  turizmin  inkişafında  fizioloji  cəhətdən  ilkin  şərait 
çox  rəngarəngdir.  Aşağı  dağlıq  hissələr  üçün  (800  m-dən  1200 
m-ə  qədər  yüksəklikdə)  mülayim  isti  iqlim  xarakterikdir.  Bu 
qurşaqda  havanın  orta  illik  temperaturu  8-9°C,  maksimal 
temperatur  +34°C-yə  qədər,  minimal  temperatur  -34°C-yə 
qədərdir. 
Havanın  qışda  orta  temperaturu  -   3,4°C-dir. 
Yağıntıların orta illik miqdarı -  650-700 rnm-ə yaxındır.
Orta  dağlıq  zonada  iqlim  mülayim  rütubətlidir.  Skalistıy  və 
Bokovoy  dağ  silsilələri  Teberdı  rayonunu  şimal-şərqdən  əsən 
soyuq  küləklərdən  qoruyur.  Bu  rayon  üçün  çoxlu  miqdarda 
günəş  radiasiyası  xarakterikdir.  Yaşayış  məntəqəsinin  özündə 
günəşin  nur  saçmasının  davam  etmə  müddəti  ildə  2200  saat 
təşkil  edir  ki,  bu  da  Kislovodskda  və  ya  Davosda  (İsveçrə) 
olandan  yüksəkdir.  Günəşsiz  günlərin  sayı  cəmi  ildə  16  gündür. 
Küləyin  sürəti  azdır,  orta  hesabla  ildə  1,8  m/s-ni  keçmir.  Qışda 
orta  temperatur  -2,3°C-dir.  Nisbi  rütubətin  orta  illik  göstəricisi 
70  %-dir.  İldə  700  mm  yağıntı  düşür.  Yayı  mülayim  isti,  orta 
temperatur  15,5°C-dir.  Səyahət  üçün  ilin  ən  əlverişli  vaxtı  -  
payızdır.  Bu dövrdə aydın -  buludsuz günlər daha çox olur.
İqlim  rayonun  əsas  müalicə  amili  hesab  olunur.  Teberdedə 
ilk sanatoriya  1923-cü ildə  açılmışdır.  1927-ci  ilə burada 40 y er­
li  «Amanauz»,  75  yerli  «Ali  bek»,  35  yerli  «Bolşevik»,  50  yerli 
«Muxu»  sanatoriyaları  və  bir  neçə  istirahət  evi  və  pansionatlan 
fəaliyyət  göstərirdi.  30-cu  illərdə  «Dombay»,  «Teberda», 
«Kluxori»,  «Qomoye  uşelye»  sanatoriyaları  tikilmişdir.  Həmin 
vaxtlarda Teberdedən Dombaya qədər yol da çəkilmişdir.
Dambaym iqlimi  Arxızm  iqlimi  ilə oxşardır.  Dayanıqlı qar ör­
tüyü  burada  dekabrın  20-dən  sonra  əmələ  gəlir,  martın  10-dan 
sonra  isə  əriyir.  Onun  hündürlüyü  Teberda  vadisində  23  sm-ə, 
Dombayda isə  1  m-ə qədər çatır. Qış burada günəşli günlərin çox­
luğu ilə fərqləndiyindən, ora çoxlu qar xizəkçilərini cəlb edir.
Rayonun  psixoloji-estetik  cazibədarlığı  çox  yüksəkdir.  Hələ 
1913-cü  ildə  isveçrəli  alim  M.Rikli  qeyd  edirdi  ki,  Qərbi
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilalıyev
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev
229
Qafqazın  bu  hissəsi  çiçəklərinin  gözəlliyinə  və  bolluğuna, 
ağaclarının və otlarmm təmtəraqlı inkişafına görə  Alp dağlarının 
İsveçrə hissəsindən daha zəngindir.
Nadir  təbiət  obyektləri  daha  çox  Teberdinsk  dövlət 
qoruğunun  ərazisində  yerləşmişdir.  Bu  qoruq  keçən  əsrin  30-cu 
illərində yaradılmışdır.  Əvvəlcə  ora  əsas  vəzifəsi  Teberdi  kurort 
zonasının  mühafizəsi  olan  meşəbəylik  idi.  1958-ci  ildə  qoruğun 
ərazisi  genişləndirilən  zaman  onun  sahəsi  86  min  ha  oldu. 
Qoruğun sahəsinin,!0 %-dən çoxu buzlaqlar altındadır.
Qoruğun  əsas  vəzifəsi  rayon  üçün  tipik  olan  dağ-meşə, 
subalp  və  alp  landşaftlarının  mühafizəsidir.  Rayonun  ərazisində 
təbii  komplekslərin  bərpası,  təbiətdə  təbii  proseslərin  inkişaf 
qanunauyğunluğu  və  ekoloji  tarazlığa  riayət  olunması  şərtləri 
üzrə  qoruğun  işçilərinin  elmi  işləri  elmi  turizmin  inkişafının 
əsası ola bilər.
Qoruq  təbiət  tarixi  turları  və  elmi  turizmin  inkişaf  etmiş 
infrastrukturuna  malikdir.  Burada  rayonun  təbiət  müzeyi 
açılmış,  vəhşi  heyvanların  saxlandığı  qəfəslər,  botaniki  bağ 
sahəsi,  alp  təpəciyi,  Teberda  şəhərində  tərkibinə  mehmanxana, 
mağaza və yeməkxananın daxil  olduğu böyük  mərkəzi  malikanə 
vardır.  Mütəmadi  olaraq  elmi-tədqiqat  ekspedisiyaları  təşkil 
olunur,  Alp,  Balkan  və  Qafqazın  təbiətinin  öyrənilməsi  üzrə 
konferensiyalar keçirilir.
Bundan  savayı,  rayonda  artıq  40  ildən  artıqdır  ki,  «həyat 
mənbəyi»  -   jenşen  becərilir.  Buradakı  jenşen  yüksək  bioloji 
aktivliyi  və  qiymətli  olması  ilə  fərqlənir.  Qoruq  Rusiyanın 
avropa  hissəsində  jenşen  kökü  becərmək  üzrə  elmi-metodik 
mərkəz rolunu yerinə yetirir.
Rayonun  mənzərəsi  o  qədər  gözəldir  ki,  onları  çox  vaxt  dağ 
massivlərinin  əzəmətinin  tanınmış  etalonları  ilə  müqayisə  edir­
lər.  Məsələn,  Belalakaya  massivi  çoxdan  ikinci  ad  -   «russkiy 
Matterxom»  adını  almışdır.  Sufrucu,  Dombay  zirvələrini  öz 
mahnılarında  V.Vısotskiy  və  Y.Vizbor  vəsf  etmişlər.  Onların


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə