Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə60/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   67

Burada  relyefin  şaquli  dəyişməsi  və  parçalanması,  mürəkkəb 
iqlim  şəraiti  və  torpaq  örtüyü  biosenozun  müxtəlifliyinə  səbəb 
olmuşdur.  Meşələr,  əsasən  Liberiya  və  şərq  palıdından,  şərq 
fıstığından  və  Qafqaz  vələsindən  əmələ  gəlmişdir.  Parkın 
ərazisinin  çox  böyük  sahəni  əhatə  etməsi  səbəbindən  burada 
həm  təmiz,  həm  də  qarışıq  meşələrə  rast  gəlinir.  Meşələrdə 
qarışıq  halda  göyrüş,  ağcaqayın,  qara-çöhrə,  söyüd,  gilas,  alma, 
armud və  s. ağaclar əzgil, yemişan, böyürtkən,  itbumu, zirinc və 
s. kol bitkiləri yayılmışdır.
Şahdağ  Milli  Parkının  heyvanlar  aləmi  də  çox  zəngindir. 
Burada  quşlardan  qırqovul,  qaratoyuq,  alabaxta,  bildirçin, 
sanköynək,  çobanaldadan,  qarğa,  ağacdələn  və  s.,  məməlilərdən 
cüyür,  çöl  donuzu,  qonur  ayı,  çaqqal,  tülkü,  dovşan,  dələ, 
canavar,  maral  yenot,  vaşaq,  qarapaça,  meşə  pişiyi,  təkə, 
gəlincik, porsuq və s.  növlərə təsadüf olunur.
Ərazidə 
adları 
Azərbaycan 
Respublikasının 
«Qırmızı 
Kitab»ına  daxil  edilmiş  məməlilərdən  vaşaq,  köpgər  və  s., 
quşlardan berkut,  çöl qartalı və  s.  qorunur.
Burada  təbiət  gözəlliyinin  rəngarəngli,  bitki  və  heyvanlar 
aləminin  zənginliyi  əraziyə  böyük  sayda  yerli  və  xarici 
turistlərin cəlb ediləcəyinə,  ekoturizmin  inkişafına ümid verir.
Təsadüfi  deyildir  ki,  Şahdağ  Milli  Parkında  2200  ha  ərazidə 
“Şahdağ qış-yay turizm kompleksi” tikilir.
10.3.  Dağlıq  Şirvan turizm bölgəsi
Dağlıq  Şirvan  iqtisadi-coğrafi  rayonu  Böyük  Qafqazın 
cənub-şərq hissəsinin  çox  geniş yamaclarını əhatə edir.  Rayonun 
şərq qurtaracağı  Qobustan,  cənubu  isə  Kür-Araz ovalığına  keçir. 
Dağlıq  Şirvanın  relyefi  üçün  (xüsusən  Qobustanda)  palçıq 
vulkanları  səciyyəvidir.  Rayonun ərazisi  çox yüksək seysmikliyə 
malik olub, tərkibinə  Şamaxı,  İsmayıllı,  Ağsu,  Qobustan  inzibati
23 ° ______________________ Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilalıyev
rayonları  daxildir.  Aran,  Şəki-Zaqatala,  Quba-Xaçmaz  və 
Abşeron iqtisadi-coğrafi rayonları  ilə həmsərhəddir.
Bu  iqtisadi-coğrafi  rayonun  çayları  ağsuludur.  Burada  bir 
sıra kiçik  su anbarları  (Aşıq  Bayramlı,  Yekəxana,  Cavanşir)  var. 
Pirqulu  və  İsmayıllı  dövlət  qoruqları  artıq  haqqında  yuxanda 
yazdığımız  Şahdağ  Milli  Parkının  tərkibinə  daxil  olub,  bu 
iqtisadi-coğrafi rayonun ərazisində yerləşir.
İsmayıllı  rayon  ərazisində  maraqlı,  bənzərsiz  və  gözəl  təbii 
mənzərələr,  şırıltıyla  axan  Girdiman  çayı,  qədim  Lahıc  və 
Basqal  yaşayış  məntəqələri  öz  əsrarəngiz  gözəllikləri  ilə həmişə 
olduğu kimi turistləri bu gün də cəlb edir.
Burada  ekoturizmin  inkişafı  üçün  çox  əlverişli  şərait  var: 
avtomobil  yolları,  rabitə  xətləri,  qaz  kəməri  və  bu  yaxınlarda 
istifadəyə  verilmiş  Oğuz-Qəbələ-Bakı  su  kəmərinin  bu  ərazidən 
keçməsi,  Şamaxı  rəsədxanası,  Ağsu  aşırımı  və  yeni  tikilən 
istirahət kompleksləri bunu deməyə əsas verir.
10.4.  Şəki-Zaqatala turizm bölgəsi
Şəki-Zaqatala  iqtisadi-coğrafi  rayonu Rusiya  Federasiyası  və 
Gürcüstanla  həmsərhəddir.  Tərkibinə  Balakən,  Zaqatala,  Qax, 
Oğuz,  Şəki, Qəbələ rayonları və respublika tabeliyində olan  Şəki 
şəhəri  daxildir.
Respublikamızdakı 
mis, 
kükürd, 
qurğuşun 
və 
sink 
ehtiyatlarının  böyük  bir  hissəsi  buradadır  (Filizçay  polimetal 
yatağı).  Burada  çayların  gətirmə  konuslannda  bol  miqdarda 
çınqıl,  qum  və  digər  tikinti  materialları  toplanıb.  Dağlara  yağan 
çoxlu  yağışlar  və  qarın  əriməsi  rayon  ərazisində  tez-tez  sel  və 
daşqınlara  səbəb  olur.  Burada  ərazinin  27  %-i  meşəlikdir. 
Zaqatala,  İlisu və  Qəbələ  dövlət qoruqları da buradadır.
Şəki  şəhəri  yaxınlığındakı  Kiş  kəndindəki  «Maxal»  istirahət 
zonasında  4  ha  sahədə  11  nömrəli  mehmanxana  eyni  zamanda 
30  nəfər  qonaq  qəbul  edə  bilir.  İstirahət  zonasında  restoran  və
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Gıılalıyev____________________ 239


240
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.GiiIahyev
kafe  var,  buradan  ekskursiyalar  və  meşədə  gəzintilər  təşkil 
etmək olar.
Qax  rayonu  ərazisində  «İlisu»  Dövlət  Qoruğunun  sahəsi  9,2 
min  hektardır.  Burada  mühafizə  olunan  əsas  obyektlər  orta 
dağlıq  qurşaqdakı  meşələrdir.  Burada  təqribən  300  növ  bitki,  o 
cümlədən  90  növ  oduncaq  və  kol  bitkisi,  bir  sıra  endemik  və 
məhv  olmaq  həddində  olan  bitki  növlərinə  rast  gəlmək 
mümkündür.
Rayon  mərkəzindən  10  km  məsafədə,  Kumruxçay  adlı  dağ 
çayının  sahilində  «İlisu»  pansionatmda  rahat  kotteclər,  yüksək 
səviyyədə 
servis 
xidmətləri 
təklif  edilən 
mehmanxana 
kompleksi var.
Zaqatala  rayonu  ərazisində,  Böyük  Qafqaz  sıra  dağlarının 
cənub  yamaclarında  1929-cu  ildə  yaradılmış  «Zaqatala»  Dövlət 
Qoruğunun  23843  ha  sahəsi  var.  Qoruq  dəniz  səviyyəsindən 
650-3646  metr  yüksəklikdə  yerləşir  və  həm  Zaqatala,  həm  də 
Balakən rayonlarının  ərazilərini  əhatə  edir.  Burada qışda dağlara 
çoxlu qar yağır.  Qoruğun flora və faunası çox zəngindir.
Rayonun  inzibati  mərkəzi  sayılan  Zaqatala  şəhəri  Talaçay 
çayının  sahilində,  dəniz  səviyyəsindən  535  metr  yüksəklikdə 
yerləşir.  İqlim  xüsusiyyətlərinə  və  gözəl  təbiətinə  görə  bu  əsl 
kurort  şəhəridir.  Burada  15  ha  sahədə  mədəniyyət  və  istirahət 
parkı salınmışdır.  Çox maraqlı təbii  abidə -  800 yaşlı çinar ağacı 
da buradadır.
Bura  yay  vaxtı  gələnlər  Car  kəndi  yaxınlığında  yerləşən 
«Ləzzət» 
istirahət 
zonasının 
kotteclərində, 
Aşağı 
Tala 
kəndindəki «Tala» otelində və «Turqut» motelində qala bilərlər.
Azərbaycanın 
Şimal-Şərqində 
yerləşən, 
cənubdan 
və 
qərbdən  Gürcüstanla,  Şimaldan  və  Şərqdən  Rusiya  Federasiyası 
ilə  həmsərhəd  olan  Balakən  rayonu  relyefinin  təzadlı  olması  ilə 
seçilir:  burada  dağlar  və  düzənliklər  bir-birini  əvəz  edir. 
Düzənlik  yerlərdə  mülayim  isti,  qışda  quru,  dağətəyi  sahələrdə
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Gülalıyev
241
yağıntıların  müntəzəm  paylanması  ilə  seçilən  mülayim  isti, 
dağlarda isə soyuq rütubətli qış müşahidə olunur.
Burada  çoxsaylı  dağ  çayları,  göz  oxşayan  mənzərələr,  Katex 
dağının  yaxınlığında  gözəl  bir  göl  var.  Rayonun  Şimal  his­
səsində ərazi başdan-başa meşələrlə örtülüdür.  Haqqında yuxarı­
da yazdığımız «Zaqatala» Dövlət Qoruğunun yarıdan çox hissəsi 
də bu rayondadır.  Qoruğun  florasına  1000-dən çox bitki daxildir 
ki,  bunların  içərisində  nadir bitkilər  və  dərman  bitkiləri  də  var. 
Bu  yerlərin  faunası  da  zəngindir.  Qara  rəngli  Qafqaz  meşə 
xoruzunun burada geniş yayılması xüsusi qeyd olunmalıdır.
10.5.  Kiçik Qafqaz turizm bölgəsi
Kiçik  Qafqaz  coğrafi  rayonunun  tərkibinə  respublika 
tabeliyində  olan  Gəncə,  Naftalan,  Xankəndi,  Şuşa  şəhərləri  və 
20  inzibati  kənd  rayonu  daxildir.  Dünyanın  ən  qədim  insan 
məskənlərindən  biri  olan  Azıx  mağarası  (Füzuli  rayonu)  burada 
yerləşir.  Naftalanda  çıxan  müalicə  neftinin  əsasında  böyük 
kurort sanatoriya kompleksi tikilmişdir.  Dağlıq ərazilərin  çayları 
böyük  hidroenerji  ehtiyatına  malikdir.  Burada  Ağstafaçay 
dəryaçası,  Şəmkir  və  Sərsəng  su  anbarları  var.  Məşhur  Göygöl, 
Hacıkənd,  Şuşa,  İstisu  istirahət-müalicə  bazaları  burada  dağ- 
meşə  və  dağ-çəmən  landşaft  qurşağında  yerləşir.  Kür  çayı 
sahilindəki  tuqay  meşələrinin  sahəsi  Mingəçevir,  Şəmkir, 
Yenikənd,  su  anbarlarının  tikintisindən  sonra  çox  kiçilsə  də, 
düzən  ərazinin  flora  və  faunasının  saxlanmasında  onların  rolu 
böyükdür.
Göygöl  rayonu  Kiçik  Qafqaz  dağlarının  ətəklərində,  Gəncə­
dən  bir  qədər  cənubda yerləşir.  Son  dərəcə  mənzərəli  olması  ilə 
diqqəti  cəlb  edən  bu  rayonda  iqlim  mülayim  istidir.  Burada 
quşların  yuva  yerləri  xüsusilə  çoxdur.  Gəncəçay  və  Quşqara 
çayları  balıqla  zəngindir.  Rayonun  ən  uca  nöqtəsi  dəniz  səviy-


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə