Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə61/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   67

Ə.T.Əsgərov,  В.Ə.Bilahv,  Ç.G.Giilalıyev
242
yasindən  3724  m  yüksəklikdə  yerləşən  Murovdağ  silsiləsidir. 
Ərazi turistlər,  xüsusən də ekoturistlər arasında çox məşhurdur.
Gəncə  şəhəri  -   Gəncə-Qazax  ovalığında  Gəncəçayın 
sahillərində  yerləşir.  Çay  şəhəri  iki  hissəyə  bölür.  Burada  iki 
iqlim  tipi  -   mülayim-isti  yarımsəhra  və  quru  çöl  iqliminin, 
həmçinin mülayim isti iqlim tipinin bir növ sərhədidir.
1139-cu  ildə  baş  vermiş  zəlzələ  zamanı  Kəpəz  dağının 
zirvələrindən  biri  uçaraq  bu  ərazidən  keçən  Ağsu  çayının 
qabağını kəsmiş və indiki Göygöl gölü yaranmışdır.
Kiçik  Qafqazın  orta  dağlıq,  meşəlik  və  qismən  subalp 
qurşaqlarının  ekoloji  sistemlərinin,  eləcə  də  Göygöl,  Maralgöl, 
Zəligöl  və  digər  dağ  göllərinin  mühafizə  edilməsi  və 
öyrənilməsi  məqsədilə  1925-ci ildə Azərbaycanda ilk qoruq olan 
«Göygöl»  Dövlət  Qoruğu  yaradılmışdır.  Bu  qoruq  meşələrdən 
və dağ çəmənliklərindən ibarətdir.
Qafqazda  ilk  qoruq  kimi  tanınan  «Göygöl»  Dövlət  Qoruğu 
aralarında  80-85  km  məsafə  olan  iki  hissədən  ibarətdir:  əsas 
hissə  və  «Eldar  Şamı  meşəsi»  adlanan  filial.  Qeyd  etmək 
lazımdır  ki,  ölkəmizin  endemik  bitkisi  sayılan  Eldar  Şamı  təbii 
halda dünyada yalnız burada bitir.
Gəncə  şəhərindən  bir  qədər  cənubda  Murovdağın  şimal 
ətəklərində,  dəniz  səviyyəsindən  1566  m  yüksəklikdə  yerləşən 
Göygöl  haqlı  olaraq  Azərbaycan  göllərinin  incisi  sayılır.  Öz 
füsunkar gözəlliyi  və cazibədarlığı  ilə  bu  yerlər həmişə turistləri 
cəlb  etmiş  və  ekoturizm  üçün  ölkəmizin  ən  perspektivli 
ərazilərindəndir.
Bu  coğrafi  rayonun  böyük  bir  hissəsi  ermənilər  tərəfindən 
işğal  edilmiş  və  həmin  ərazilər  ekoloji  cəhətdən  soyqırıma 
məruz  qalmışdır.  Təəssüflər  olsun  ki,  işğal  faktı  bu  gün  də 
qalmaqdadır.
10.6.  Gəncə-Qazax turizm bölgəsi
Gəncə-Qazax  iqtisadi-coğrafi  rayonunun  tərkibinə  Qazax, 
Ağstafa,  Tovuz,  Gədəbəy,  Şəmkir,  Daşkəsən,  Samux,  Göygöl, 
Goranboy  rayonları  və  respublika  tabeliyində  olan  Gəncə  və 
Naftalan  şəhərləri  daxildir.  Rayon  iqtisadi-coğrafi  mövqe 
cəhətdən çox əlverişlidir.
Daşkəsən  rayonu ölkəmizin  filiz hasilatı  mərkəzi  olub, Kiçik 
Qafqazın  Şimal-şərq  ətəklərində  yerləşir.  Burda  temperatur  çox 
kəskin dəyişir.  Qışda -  20°C-yə qədər şaxta, yayda isə +35°C-yə 
qədər  isti  müşahidə  olunur.  Rayonda  olan  təmiz  hava,  alp 
çəmənlikləri  ilə  zəngin  olan  dağ  otlaqları  və  bulaqlar  həm 
turistləri,  həm  də  sadəcə  istirahət  etmək  istəyənləri  bura  cəlb 
edir.  Bu  rayonun  Xoşbulaq  kəndi  ətraf  ərazilərdə  yaşayanların 
ən çox xoşladığı yerdir.
Qeyd  etmək  lazımdır  ki,  Daşkəsən  rayonu  ərazisində  də 
“Qış-yay turizm kompleksi”nin tikilməsi planlaşdırılır.
Gədəbəy  rayonu  Kiçik  Qafqaz  dağlarında,  o  cümlədən 
yüksək  dağlıq  və  orta  yüksəkliyə  malik  olan  dağlarda  yerləşir. 
Burada  ərazinin  dəniz  səviyyəsindən  yüksəkliyinin  müxtəlif 
olması  iqlim  şəraitinin  də  müxtəlif olmasını  şərtləndirir.  Belə  ki, 
Qoşabulaq  zirvəsinin  hündürlüyü  3549  m,  Qocadağ  zirvəsinin 
hündürlüyü  isə  3317  m-dir.  Dağlıq  ərazidəki  tundraya  xas  olan 
iqlim  tədricən  qızmar  yay  fəsli  ilə  müşahidə  olunan  quru  iqlimə 
keçir.
«Azərbaycanın  təbiət  abidələri»  kimi  dövlət  tərəfindən 
mühafizə  olunan  obyektlərin  siyahısına  daxil  olmuş  bir  neçə 
təbii  obyekt  -   Şamlıq,  Qamış,  Gödəkdərə,  Qovdu  meşələri; 
Keçi-keçi,  Cüyür,  Ayı,  Cərgə  bulaqları;  Narzan,  Qızılca, 
Mormor,  Çaldaş  mineral  su  bulaqlan  bu  rayonun  ərazisində 
olduğu 
üçün 
burada 
ekoturizmin 
çox 
böyük 
inkişaf 
perspektivləri mövcuddur.
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev____________________ 243


244
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev
Tovuz  rayonu  respublikanın  qərbində  yerləşir.  Qonşu 
Gürcüstan  və  Ermənistanla  həmsərhəddir.  Kür,  Axınca,  Tovuz, 
Zəyəm  və  digər  çaylar  bu  rayonun  ərazisindən  keçir.  Dağ 
yamaclarında çoxlu meşələr,  bulaqlar,  zəngin bitki  və heyvanlar 
aləmi  (canavar, tülkü,  dovşan, turac, kəklik) var.
Burada yaxşı  nəqliyyat infrastrukturu, müasir rabitə  qovşağı, 
elektrik,  qaz  və  su  təchizatının  qənaətbəxş  olması,  rayonun 
əlverişli  coğrafi  mövqeyi  turizmin  inkişafı  üçün  yaxşı  zəmin 
yaradır.
Ağstafa  rayonu  Böyük  Qafqaz  dağlarının  ətəklərində,  Gür­
cüstan  və  Ermənistanla  sərhəddə  yerləşir.  İqlimi  mülayimdir. 
Rayon  ərazisindən  bir  neçə  kiçik  çay  və  Kür  çayının  qolu  olan 
Ağstafaçay  axır.  Candargöl  gölü  də  burada  yerləşir.  Ağstafa 
şəhərindən  təqribən  20  km  məsafədə  yerləşən  Tatlı  kəndində 
olan  Gəlaçma  bulağı  həm  yerli  sakinlərin,  həm  də  turistlərin 
sevimli istirahət yeridir.
Kürətrafı zonalardakı  tuqay meşələrini, Qarayazı ovalığını və 
Kür  çayının  orta  axarını  qorumaq  və  bərpa  etmək  üçün  1978-ci 
ildə  Kür  çaymm  sahilində  4,9  min  ha  sahədə  Qarayazı  Dövlət 
Qoruğu  yaradılmışdır.  Qoruqda  mühafizə  edilən  əsas  obyekt  -  
tuqay meşələri massividir.
1923-cü  ildə  12000  ha  sahədə  yaradılmış  və  Ağstafa  rayonu 
ərazisində  yerləşən  «Qarayazı-Ağstafa»  yasaqlığının  yaradıl­
masında əsas məqsəd Qafqaz maralım,  turacı, qırqovulu və digər 
nadir  heyvan  və  quş  növlərini  qoruyub  saxlamaq  və  onların 
sayını  artırmaqdır.  Yasaqlıq  Kür  çayının  orta  axarmdakı  tuqay 
meşələri  zonasında,  Gürcüstanla sərhəddə yerləşir.
Gözəl  təbiəti,  zəngin  flora  və  faunası  bu  yerlərdə  eko- 
turizmin inkişafına əlverişli  şərait yaradır.
Qazax  rayonu  respublikamızın  qərb  sərhədlərinin  yaxınlı­
ğında  yerləşir.  Bu  rayonun  relyefi-dağlar,  vadilər,  çaylar  (Kür, 
Ağstafaçay,  Coqaz,  Xramçay)  əraziyə  əsrarəngiz  gözəllik  verir.
Mülayim  iqlim  və  münbit  torpaqları  burada  çox  zəngin  flora  və 
faunanın formalaşmasına səbəb olmuşdur.
Qarayazı  Dövlət  təbiət  qoruğu  Azərbaycanın  Şimal-qərb 
hissəsində  Kür  çayının  sol  sahilində,  Qazax  rayonu  ərazisində 
yerləşir.  Bu  qoruq  1978-ci  ildə  təşkil  edilmişdir.  Sahəsi  4860 
hektardı,  o  cümlədən  3480  hektarı  Kürqırağı  tuqay  meşəlik­
ləridir.  Burada  nadir  Qafqaz  xurması,  cır  nar,  meşə  üzümü, 
maral,  ağquyruq  qartal,  məzar  qartalı,  qara  leylək,  qızılxalh 
balıq (forel) və  s.  pövlər «Qırmızı kitab»a daxil  edilmiş  bitki  və 
heyvanlardır.  Azərbaycanda  tuqay  meşə  kompleksinin  qorunub 
saxlanmasında  Qarayazı  qoruğunun  əhəmiyyəti  böyükdür. 
Qoruğun  sahəsindən  keçən  Kür  çaymm  yatağı  və  onun 
sahillərindəki  subasar yerlər və  axmazlar nadir və qiymətli  bitki 
və heyvanlar üçün əvəzsiz yaşama yeridir.
Bu regionun  iki  müstəqil inzibati rayona -  Qazax və  Ağstafa 
rayonlarına  bölünməsinə  baxmayaraq  burada  turizm  ehtiyatlan 
və  ekoturizmin  inkişafı  üçün  lazım  olan  şərait  hər  iki  rayonda 
demək  olar  ki,  eynidir.  Qazax  rayonu  ərazisində  qədim 
insanlann  məskunlaşdığı  ərazilər  çoxdur:  Avey  dağında,  Daş 
Salahlı  və  Kəmərli  kəndləri  arasında,  İncəsu  çayının  vadisində, 
Kiçik  Qafqazın 
Şimal-Şərq  yamaclarında  neandertalların 
məskunlaşdığı  təbii  mağaralar,  Avey  dağındakı  Damcılı 
mağarasının  yaxınlığında  kromanyon  adamlarının  məskənləri 
təbii  tarixi  abidə  kimi  təkcə  yerli  turistlərin  deyil,  həm  də  xarici 
turistlərin böyük marağına səbəb ola bilər.
10.7.  Kəlbəcər-Laçm turizm bölgəsi
Kəlbəcər-Laçın  iqtisadi-coğrafi  rayonunun  tərkibinə  Kəlbə­
cər,  Laçın,  Qubadlı,  Zəngilan  rayonlan  daxildir.  Rayon  Er­
mənistan  və  İranla  həmsərhəddir.  Ərazi  əsasən  vulkanik  olub, 
Qarabağ  vulkanik  yaylasını,  Qarabağ  dağlarının  qərb  yamac­
larını,  Şərqi  Göyçə  dağlarını  və  Arazyanı  maili  düzənlikləri
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev____________________ 245


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə