Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə64/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   67

2 5 4
Zəngin  flora  və  faunası  ilə  məşhur  olan  və  bır  hissəsi 
Lənkəran  rayonunun  ərazisində  yerləşən  Hirkan  Milli  Parkı, 
Qızılağac  qoruğu  və  Kiçik  Qızılağac  yasaqlığı  bölgənin  zəngin 
təbiət muzeyləridir.
Qızılağac  Dövlət  Təbiət  Qoruğu  1929-cu  ildə  köçəri,  su, 
bataqlıq  və  çöl  quşlarının  qışlaması,  artırılması  və  qorunması 
məqsədi  ilə  Xəzər  dənizi  sahilinin  cənub-qərbində  88,4  min 
hektar ərazidə yaradılmışdır.  1976-cı ildə qoruq YUNESKO-nun 
«əsasən  su 
quşlarının  yaşama  yerləri  kimi  beynəlxalq 
əhəmiyyətli  olan  Sulu-bataqlıq yerlər  haqqında»  Konvensiyanın 
su  bataqlıq  regionunun  biri  kimi  siyahısına  daxil  edilmişdir. 
Müstəqil  dövlət  elan 
edildikdən  sonra  Azərbaycan  həmin 
Konvensiyaya  qoşulmuş  və  2001-ci  ildə  yenidən  Beynəlxalq 
Əhəmiyyətli  Sulu  Bataqlıq  Yerləri  Siyahısına  daxil  edilmişdir. 
Qoruqda  və  sərhəd  ərazilərdə  respublikanın  «Qırmızı  Kitab»ına 
düşən  quşların  əksər  növləri  müşahidə  olunur.  Burada  248  növ 
quşlara  rast  gəlmək  olar.  Qoruq  Kür-Araz  və  Lənkəran 
ovalıqlarında  yerləşir.  Qoruq  Böyük  Qızılağac  və  kiçik 
Qızılağac  körfəzinin  Şimal  hissəsinin  su  sahəsini  və  sahilyanı 
ərazini  əhatə  edir.  Qoruğun  Şimal  hissəsində  mülayim  və 
mülayim-isti  iqlim,  cənub  hissəsində  isə  mülayim  quru,  yay 
iqlimi  hökm  sürür.  Bozyer-çəmən  və  çəmən  bataqlıq  torpaqları 
qoruğun  quruluq  sahəsində  mövcuddur.  Yerüstü  flora  qoruqda 
nisbətən kasıbdır.  Belə  ki,  körfəzlərin  sahilləri,  şoran  torpaqları, 
bataqlıqların  hündür  yerləri  qamışlıqla,  kolluqla  örtülmüşdür. 
Ov  quşlarının  gizlənməsi  üçün  münasib  şərait,  məhz  belə 
kolluqlarda  yaradılır.  Qərbi  Sibirdən,  Qazaxıstandan,  Cənubi 
Uraldan,  Şimali  Avropadan  qaz,  ördək,  duma,  qaşqaldaq,  bağ 
quşu,  qutan  quşu  və  başqa  qışlamağa  gələn  quşların  çoxalması 
üçün  Qızılağac  qoruğu  çox  faydalıdır.  Burada  qaban,  canavar, 
porsuq,  su  samuru,  tülkü  və  s.  məməlilər  məskunlaşmışdır. 
Qoruğun  su  hövzəsində  54  növ  balıq  vardır  -   siyənək,  kütüm,
Ə.T.Əsgərov,  В.Ə,Bilalov,  Ç.G.Gii/ahyev
çəki,  naxa,  sıf,  çapaq,  kefal,  xul  və  s.  balıqlar  mühüm  sənaye 
əhəmiyyətlidir.
Kiçik  Qızılağac  Dövlət  Təbiət  Yasaqlığı  sahəsi  10,7  min 
hektar  olmaqla,  1978-ci  ildə  Lənkəran  rayonunun  ərazisində 
Kiçik 
Qızılağac 
körfəzinin 
orta 
və 
cənub 
hissəsində 
yaradılmışdır.  Buradakı  su,  bataqlıq  və  quru  ərazilərinin  köçəri 
və  oturaq  quşlarını  qorumaq  məqsədilə  yasaqlıq  yaradılmışdır. 
Kiçik  Qızılağac  körfəzi  balıqlarla  zəngindir  və  çoxlu  sayda 
köçəri  və  oturaq 
quşların  məskənidir.  Yasaqlıqda  quşlardan 
turac,  dovdaq,  mərmər  cürə,  dəniz  qartalı,  məzar  qartalı,  sultan 
toyuğu,  ərsindimdik,  qırmızıdöş  qaz  və  s.,  məməlilərdən 
canavar, tülkü,  çaqqal, qamış pişiyi, porsuq və s.  növlərə təsadüf 
edilir.  Bu yasaqlıq bilavasitə qızılağac qoruğu ilə həmsərhəddir.
Azərbaycanın  ən  rəngarəng və  füsunkar təbiətli  guşələrindən 
biri  də  Lerik  rayonudur.  Azərbaycanın  cənub-şərq  hissəsini 
əhatə  edən,  qərbdən  canlı  muzeyi  xatırladan  sıra  dağlar  və 
meşələrlə,  Muğan  torpağı  ilə,  cənubdan  isə  İranla  həmsərhəd 
olan  bu  yerlərin  gözəlliyindən  göz  doymur.  Lerik  rayonunun 
1084  km2  ərazisi,  74,3  min  nəfər  əhalisi  var.  Təbiət  əzəmətli 
dağlardan  tutmuş,  təbii  meşələr,  büllur  kimi  saf sulu  çaylar  və 
şəlalələr,  təmiz  hava  və  bərəkətli  torpaqlara  qədər  heç  bir 
nemətini  bu  yerlərdən  əsirgəməmişdir.  Burada  yayı  quraq  keçən 
mülayim  isti  yarımsəhra  və  quru  çöl  iqlimi  üstünlük  təşkil  edir. 
Orta  temperatur  yanvarda  +1 -4°C  qədər,  iyulda  +12°-22°C-dir. 
Payız və qış  fəsillərində əgər heç bir yerdə qara rast gəlməsək də 
Lerikə  gəlib  onu  görmək  olar.  İstirahət  zonaları  kimi  məşhur 
olan,  tərkibində  30-a  yaxın  müalicəvi  əhəmiyyətə  malik 
mikroelementlər  olan  Bülüdül  su  bulağı  rayon  mərkəzindən  18 
km  və  Zərinqala  təbii  istirahət zonası  rayon  mərkəzindən  20  km 
uzaqlıqdadır.  Meşələrin  əlçatmaz  yerlərində,  dağlarda  bəbirə  də 
rast gəlmək olar.
Sahəsi  15  min  hektar  təşkil  edən  Zuvand  Dövlət  Təbiət 
Yasaqlığı  1969-cu  ildə  Leriklə  Yardımlı  rayonlarının  ərazisində
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç .G .G ülahyev____________________ 
2 5 5


256
yaradılmışdır.  Dağ quru bozqır şəraitində bezar keçisi,  kəklik və 
s.  heyvanlarının  qorunması  üçün  yasaqlıq  yaradılmışdır. 
Ərazinin  bitki  örtüyü  çox  kasıb  olub,  quru  bozqır  bitkiləri 
komplekslərindən  təşkil  olunmuşdur.  Yasaqlıqda  əsasən  yabanı 
dənli  və  paxlalı-dənli  bitki  qrupları  üstünlük  təşkil  edir,  lakin 
ərazi  heyvanlar  aləmi  ilə  çox  zəngin  deyildir.  Burada  qaya 
keçisi,  kaftar,  çöl  donuzu,  dovşan,  canavar,  tülkü və  s.  heyvanlar 
yayılmışdır.
Astara  rayonu  İran-Azərbaycan  sərhədində,  Xəzər  dənizinin 
sahilində  yerləşir.  Azərbaycanın  ən  mənzərəli  yerlərindən  biri 
olan  Astaranın  ərazisinin  bir hissəsi  Talış  dağlan, bir hissəsi  isə 
ovalıqdır.  Burada  dağların  bənzərsiz  gözəlliyi  və  bu  yerlərin 
təmiz havası  qonaqları  həmişə  heyran  edir.  Rayonun ərazisi  616 
km2-dir.
Düzənlik  və  dağətəyi 
hissələr  respublikamızın  subtropik 
zonasına  daxildir.  Hündürlük  artdıqca  iqlimin  dəyişməsi  və 
temperaturun  aşağı  düşməsi  baş  verir.  Xəzər  dənizinin  sahilində 
bu  ərazilərdə  gözəl  qumlu  çimərliklər  çoxdur.  Bu  yerlərdə 
dənizin  suyu  digər  ərazilərdən  təmiz  və  şəffaf  olması  ilə 
fərqlənir.
Bu rayonun ərazisində olan Hirkan  Milli  Parkının giriş binası 
Lənkəran-Astara  yolunun  üstündə  yerləşmişdir.  Park  Hirkan 
Dövlət  Qoruğunun  bazasında  2004-cü  ildə  yaradılmışdır.  Talış 
dağlarının  nadir  təbii  komplekslərini  əhatə  edən  bu  parkın 
ərazisinin  çox  hissəsini  meşələr  və  şimal-qərbdən  cənub-şərqə 
doğru  uzanan  sıra  dağlar  əhatə  edir.  Rayonda  yayı  quraq  keçən 
mülayim-isti  iqlim  tipi  vardır.  Parkın  ərazisində  şərqdən-qərbə, 
doğru  dağlara  qalxdıqca  əsasən  dəmirağac,  qismən  də  şabalıd- 
yarpaq  palıd  ağacları  tədricən  azalır  və  onları  fıstıq  meşələri 
əvəz edir.
Milli  Parkın  meşələrində  ayıdöşəyi,  Hirkan  bigəvəri,  Hirkan 
şimşadı,  pırkal,  m üxtəlif lianalar geniş yayılmışlar.  Bu bitkilərin 
çoxu  Azərbaycanın  «Qırmızı  K.itab»ına  daxil  edilmişdir.  Parkın
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Gülalıyev
entamofaunası  endemik  növlərlə  zəngindir.  Ərazidə  «Qırmızı 
Kitab»a  düşmüş  növlərdən  tündqırmızı  Talış  uzunbığı,  Talış 
brameyası,  iri  tənək  hafı,  Oxim  qızılı  kəpənəyi,  Aleksandra 
sədəflisi,  Talış  məxməri  kəpənəyi  və  digər  həşərat  növlərini 
görmək olar.
Bu  ərazidə 
amfıbiya  (suda-quruda  yaşayan) 
heyvan 
növlərindən  adi  triton,  daraqlı  triton,  Suriya  sarımsaqiyli 
qurbağası,  Qafqaz  xaçlıcası,  adi  quru  qurbağası  yayılmışdır. 
Milli  Parkın  ərazisində  sürünənlərdən  Aralıq  dənizi  tısbağası, 
zolaqlı  çılpaqgöz  kərtənkələ,  girdəbaş  yovşanlıq  kərtənkələsi, 
xarabalıq kələzi,  Eskulap ilanı və s. növlər vardır.
Azərbaycanın  «Qırmızı  kitab»ına  daxil  edilmiş  qara  leylək, 
məzar  qartalı,  qıvnmlələk  qutan,  turac,  mərmər  cürə,  Talış 
qırqovulu,  Hirkan  anquşusu,  toğlugötürən  və  s.  quşlar  Hirkan 
Milli Parkının omitofaunasına daxildir.
Ümumiyyətlə,  ərazinin  bitki  aləminin  zənginliyi  burada 
heyvanat  aləminin  çoxnövlü  və  zəngin  olmasına  şərait  yaradır. 
Burada  məməlilərdən  bəbir,  xallı  maral,  vaşaq,  porsuq,  çöl 
donuzu,  cüyür, yenot və s.  növlərə rast gəlmək olar.
Bakıdan cənubda Lənkəran və  İrana gedən əsas yol  boyunca, 
bir  tərəfdən  Xəzər  dənizi  ilə,  digər  tərəfdən  Talış  dağları  ilə 
əhatə  olunmuş  Masallı  rayonu  yerləşir.  Relyefinə  görə  rayonu 
şərti  olaraq,  dağlıq  və  düzənlik  hissələrə  bölmək  olar.  Düzənlik 
hissə  Lənkəran  ovalığına,  dağlıq  hissə  isə  Talış  dağlarına  yaxın 
ərazini  əhatə  edir.  Əhalisinin  sayı  193  min  nəfər,  ərazisi  0,72 
km2  olan  Masallı  rayonu  Lənkəran,  Lerik,  Yardımlı,  Cəlilabad, 
Neftçala  rayonları  ilə  həmsərhəddir.  Fıstıq,  vələs,  dəmirağacı, 
qızılağacı,  qızılağac,  palıd  və  başqa  qiymətli  ağac  növlərinin 
qorunub  saxlanıldığı  Qəriblər  və  Yenikənd  meşə  təsərrüfatları 
da zəngin bitki aləminə malik olan bu diyarda yerləşir.  Rayonda, 
yay  vaxtı  buraya  gələnlər  üçün  xüsusi  əhəmiyyət  kəsb  edən 
müalicəvi  təsirə  malik  olan  kükürdlü  su  bulaqları  çoxdur. 
Onların  arasında  revmatizm  xəstəliyindən  əziyyət  çəkdiklərinə
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G .Gülalıyev____________________ 257


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə