Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə66/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   67

262
səviyyəsindən 
1500 
metr 
yüksəklikdə 
Qazançı 
kəndi 
yaxınlığında yerləşir.
Muxtar Respublikanın inzibati  mərkəzi  olan Naxçıvan  şəhəri 
Naxçıvançayın  sağ  sahilində,  dəniz  səviyyəsindən  1000  metr 
yüksəklikdə yerləşir.
Ordubad  rayonu  şimalda  və  şərqdə  Ermənistanla,  cənubda 
İranla  həmsərhəddir.  Bu  rayon  Muxtar  Respublikanın  şərqində 
yerləşir.
İqlimi  çox  təzadlıdır.  Qış  çox  soyuq,  yay  isə  isti  keçir.  Burada 
zəngin  flora  və  fauna,  heyrətamiz  dərəcədə  təmiz  hava,  çoxlu 
dərman bitkiləri və dadlı meyvələr yetişir.
Rayonun  inzibati  ərazisinin  12131  hektar  sahəsində  2003-cü 
ildə Ordubad Milli Parkı yaradılmışdır.
Milli  Parkın  yaradılmasında  məqsəd  ərazidə  olan  ekosis­
temlərin ayrı-ayrı  komponentlərinin mühafizəsi, burada müxtəlif 
növ heyvanların,  o cümlədən,  endemik növlərin  qorunub  saxlan­
ması  ilə yanaşı  ekoloji monitorinqin həyata  keçirilməsi,  əhalinin 
ekoloji  maarifləndirilməsi,  tənzimlənən  turizm  üçün  əlverişli 
şəraitin yaradılmasıdır.
Milli  Parkın  ərazisində  orta  hündürlüyü  3200  metrə  çatan 
Zəngəzur  dağ  silsiləsi,  xüsusən  də  onun  ən  yüksək  zirvəsi  olan 
Gəmiqaya Kiçik Qafqazın  ən yüksək  silsiləsi  və zirvəsidir (3906 
m).  Bu  silsilənin  sonuncu -  üçüncü hissəsi Soyuq dağdır ki,  o da 
Milli  Parkın  ərazisinə  daxildir.  Bu  dağın  mütləq  yüksəkliyi 
2000-3000  metr  arasında  dəyişir.  Burada  uçurumlu  yamaclar, 
dar  su  ayrıcları  var.  Aşınmış  süxurlar  çox  geniş  yayılmışdır. 
Soyuq dağda qədim buzlaq relyefi  azalır və relyeflərin alçalması 
ilə  əlaqədar olaraq yox dərəcəsinə çatır.
Milli  Parkın  ərazisinin  çox hissəsi  dağlıqdır.  Yayı  quraq  keçən 
soyuq  iqlimi  var.  Orta  temperatur  yanvarda  3-10°C-dək,  iyulda 
10+25°C-dəkdir.  Orta  illik  yağıntı  300-800  mm-dir.  Rayonun  su 
şəbəkəsi  Gilançay,  Vənənçay,  Ordubad  çaylarıdır.  İranla  sərhəd 
boyu  Araz  çayı  axır.  Ərazinin torpaq  örtüyü  müxtəlif olub,  əsasən
Ə.T.Əsgərov.  B.Ə.Bilalov,  Ç.G.GiiIalıyev
boz,  çəmən  -  boz,  allüvial  -   çəmən,  dağ-meşə,  çimli,  dağ-çəmən 
torpaqlardır.
Zəngəzur  Milli  Parkının  və  Ordubad  Dövlət  Təbiət 
Yasaqlığının  ərazisi  ali  və  nadir bitkilərlə  də  zəngindir.  Belə  ki, 
Muxtar  Respublika  ərazisində  bitən  110  növ  ali  və  nadir 
bitkidən  77  növü  Milli  Parkm  və  Yasaqlığın  ərazisində 
mövcuddur.  Bunlardan  çılpaq  dorema,  yabanı  zınbırtikan,  Araz 
palıdı,  zərif  süsən,  Qrossqeym  süsəni,  Gözəl  qayışləçək, 
Mişşenko  zümrüdçiçəyi  və  s.  Buradakı  77  növ  ali  və  nadir 
bitkilərin əksəriyyətinin adlan «Qırmızı kitab»a düşmüşdür.
2009-cu  il  25  noyabr  tarixində  ölkə  Prezidentinin  sərəncamı 
ilə  Ordubad  Milli  Parkı  ərazisi  Şahbuz  Dövlət  Təbiət  Qoruğu, 
Şahbuz,  Culfa,  Ordubad  rayonlarının  torpaqlan  hesabına 
genişləndirilərək  42797,4  ha-ya  çatdınlmış  və  adı  dəyişdirilərək 
akademik 
Həsən 
Əliyev 
adma 
Zəngəzur 
Milli 
Parkı 
adlandınlmışdır.
Muxtar Respublikada 62-yə qədər məməli  heyvan  növünə və 
ya  yarımnövünə  təsadüf  edilir.  Bunlardan  32  növ  və  ya 
yarımnövünə  Ordubad  Dövlət  Təbiət  Yasaqlığının  ərazisində 
rast  gəlinir,  ərazidə  bunlardan  Blazilius  və  ya  Aralıq  dənizi 
nalbumu, cənub nalbumu, adi uzunqanadlı, oxlu kirpi (tirəndaz), 
kəsəyən dağ  siçancığı,  bəbir,  çöl  pişiyi,  manul pişiyi,  qonur ayı, 
Qafqaz  bezoar  keçisi,  dağ  qoyunu  (muflon)  və  s.  məskunlaş­
mışdır.
Muxtar  Respublika  ərazisində  12  növ  yırtıcı  heyvan 
yayılmışdır  ki,  bunlardan  canavar,  çaqqal,  adi  tülkü,  zolaqlı 
kaftar,  daşlıq  dələsi,  porsuq,  meşə  pişiyi  və  sairə  Milli  Parkm 
ərazisində rast gəlmək olar.
Respublikamızın  sularında  yaşayan  100-dən  artıq  balıq  növün­
dən  16-sı  Naxçıvan  Muxtar  Respublikasının  sularında  müəyyən 
olunmuşdur. Bunlardan:  Kür altağızı,  Kür qumlaqçısı, Araz xramul- 
yası,  Kür  şirbiti,  ilişkən,  çəki,  qızılxallı  balıq,  zərdəbər,  Qafqaz 
gümüşcəsi  və  s.  göstərmək  olar  ki,  bunlardan  «Qızılxallı»  balıq
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G .Gülalıyev_____________ _______263


2 6 4
«Azərbaycan  Respublikasının  Qırmızı  Kitab»ma  düşmüşdür.  Bu 
balıq növü əsasən  Ordubad  Milli  Parkının ərazisində olan  Çalğarsu, 
Əyriçay, Paraqaçayda geniş yayılmışdır.
Culfa  rayonu  Muxtar  Respublikanın  inzibati  mərkəzi  olan 
Naxçıvan  şəhərindən  şərqdə  yerləşir.  Burada  yayda  quru  və  isti, 
qışda  çox  soyuq  olur.  Orta  ilik yağmtmm miqdarı  220-600  mm- 
ə  yaxın  olur.  Ərazidə  Əlincə,  Qardərya,  Araz  çaylan  axır. 
Rayonda  dağlar  olduqca  gözəl  və  özünəməxsus  olub,  zahirən 
nəhəng, qübbəvarı,  fantastik tikililəri xatırladır.  Bu dağlarda rast 
gəlinən  meşə  massivlərində  daha  çox  fıstıq,  vələs,  palıd  bitir. 
Heyvanlardan canavar, tülkü və dovşan olur.
Rayonun  ərazisində  çoxsaylı  (40-a  yaxın)  su  qaynaqları  və 
bulaqlar  mövcuddur.  Dandağın  ətəklərindən  çıxan  bir  bulaq 
gündə 500 tona yaxın güclü minerallaşmış su verir.
Rayonda  turizm  infrastrukturunu  inkişaf etdinnək  imkanları 
böyükdür.
Babək  rayonu  -   Muxtar  Respublikanın  şimalında  Ermənis­
tanla, cənubda isə İranla həmsərhəddir. Ərazinin  şimalı  və cənub 
şərqi  relyefinə  görə  dağlıq,  cənub-qərbi  isə  düzənlikdir.  Ən 
yüksək  dağ  zirvələri  -   Keçəltəpə  (2740  m),  Qaraquş  (2617  m) 
və  Buzqovdur (2470 m).
Ərazidə  Sirab,  Qahab,  Vayxur mineral su qaynaqlan, daş duz 
yataqları  var.  Həmçinin  Araz,  Nehrəm,  Uzunoba,  Sirab  su 
anbarları  burada  yerləşir.  Buradan  Naxçıvançay  və  onun  qolu 
olan Cəhriçay axır.  Rayonda meşəlik  ərazilərə rast gəlinmir.
Şahbuz  rayonu  -   Muxtar  Respublikanın  şimalında  dağlıq 
ərazidə  yerləşir.  Ən  yüksək  nöqtəsi  Salvartı  (3160  m)  və 
Keçəldağdır (3115 m).  Biçənək dağ aşırımı da buradadır.
Muxtar  Respublikanın  digər  yerlərində  olduğu  kimi,  burada 
da  çoxlu  yeraltı  sular,  o  cümlədən  Badamlı,  Batabat, 
Karvansara,  Biçənək  mineral  suları  vardır.  Rayonda  Naxçıvan- 
çay  və  onun  qolları:  Kükü,  Şahbuz,  Salvartı  çaylan  axır.
Ə.T.Əsgərov,  В.Ə.Bilalov,  Ç.G.Giilahyev
Qanlıgöl  və  Batabat  gölləri  də  buradadır.  Dağlarda  meşə 
massivləri mövcuddur.
Rayonun  füsunkar  təbiəti  və  buradakı  təbii  gözəlliklər 
ekoturizmin inkişafı üçün əlverişli şərait yaradır.
Şərur  rayonu  -   Muxtar  Respublikanın  qərbində  yerləşir. 
Cənub  tərəfdən  İranla  həmsərhəddir.  Rayonun  şimalı  və  şərqi 
dağlıq relyefə malikdir,  Dərələyəz dağ  sistemi bu ərazidən keçir. 
Ən  yüksək  zirvəsi  -   Qalınqayadır  (2775  m).  İqlimi  yarımsəhra 
quraqdır,  lakin  xeyli  yumşaqdır  -   qışda  temperatur  çox  az 
hallarda  +3°C-dən  aşağı  düşür.  Yayda  isə  +26°C-dən  yuxan 
qalxır.
Rayondan  Araz çayının  qolu  olan  Arpaçay  və  digərləri  axır. 
Çayın  üstündə  Arpaçay  su  anbarı  tikilmişdir.  Yerli  faunası  -  
muflonlar  (dağ  qoyunu),  canavarlar,  tülkülər,  qabanlar,  dağ 
keçiləri və dovşanlardır.
Burada  təbiətin  əsrarəngiz  gözəlliyi  rayonda  ekoturizmin 
inkişafına yaxşı zəmin yaradır.
Kəngərli  rayonu  -   Babək  və  Şənır  rayonlarının  arasında 
yerləşir.  Rayonun  cənub  hissəsi  İranla,  şimal  hissəsi  isə 
Ermənistanla  həmsərhəddir.  Ərazinin  relyefi  dağlıq  olub, 
Dərələyəz  dağlarında  yerləşir.  Muxtar  Respublikanın  əksər 
sahələrində  olduğu  kimi  burada  da  iqlim  kəskin  kontinentaldır. 
Yayda  çox  isti,  qışda  soyuq  olur.  Rayonun  ərazisindən  İranla 
sərhəd boyu Araz çayı  axır.  Dağlıq relyef, iqlimin xüsusiyyətləri 
və  ərazidə  kiçik  çayların  olmaması  yerli  bitki  örtüyünün 
formalaşmasını  şərtləndirir.  Burada  əsasən  yarımsəhra  və  dağ 
yerləri  üçün  səciyyəvi  olan  bitkilər  -   kolluqlar,  otlar,  nadir 
ağaclar bitir.
Ümumiyyətlə,  Naxçıvan  iqtisadi-coğrafi  rayonunda  turizm 
obyektləri  kimi  istifadə  edilə  biləcək  nadir  və  unikal  relyef 
formalarından  İlandağ,  Əshabülkəhf,  Sirab,  Nəhacir  vulkanik 
kümbəzləri  olduqca  cazibədardır  və  ekoturizmin  inkişafı  üçün 
yaxşı  perspektivə malikdir.
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilahyev____________________ 265


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə