Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə65/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   67

2 5 8
görə  müalicə  üçün  və  sadəcə  olaraq  təbiətin  gözəlliklərindən 
zövq  almaq  üçün  buraya  üz  tutanlar  üstünlük  təşkil  edirlər. 
Masallıda  1  km2  əraziyə  254  nəfər  əhali  düşür  ki,  bu  da  orta 
respublika göstəricisindən 3 dəfə çoxdur.
İstisu  rayonun  məşhur  yerləri  arasında  özünəməxsusluğu  ilə 
seçilir.  Dəmbəlov  dağının  döşündə,  Viləş  çayının  sahilində 
qaynayan  bu  müalicəvi  əhəmiyyətli  su  Masallı  şəhərindən  13 
kilometr  aralıda,  dəniz  səviyyəsindən  1650  metr  yüksəklikdə 
yerləşir.  Yaranma  tarixi  haqqında  heç  bir  şey  bilinməyən,  Şəfa 
ocağı  olan bu  suya  adamlar həmişə  min  bir dərdin  dərmanı  olan 
möcüzə  kimi  baxıblar.  Yerin  çox  dərin  qatlarından  isti  halda 
(müsbət  50  dərəcədən  yuxarı)  çıxan  bu  suyun  tərkibində 
hidrogen-sulfıd,  natrium-xlor,  kalsium,  maqnezium-hidrokar- 
bonat və hər litrində  30 milliqram yod  vardır.  Bu  su  ilə yel,  dəri, 
böyrək və  sidik yollan,  radikulit,  prostat,  hipertoniya,  qara  ciyər 
və  öd  yolları,  sonsuzluq,  mədə-bağırsaq  və  digər  xəstəlikləri 
müalicə  etmək mümkündür.  Onu da qeyd etmək  yerinə düşər ki, 
çox  müalicəvi  əhəmiyyətli  su  olan  İstisu  təsdiqlənmiş  dərman 
kimi qablaşdırılaraq ölkənin apteklərində satılır.
Əvvəllər məhdud  və  primitiv  şəkildə  fəaliyyət göstərən  «İsti 
su»  illər  keçdikcə  şöhrətlənmiş,  böyüyüb  inkişaf  etmişdir. 
Termal  su  şəlaləsi  və  asma  körpünün  də  gözəllik  verdiyi  bu 
qeyri-adi  yerdə  istirahət  üçün  rahat  otellər,  müalicəvi  vannalar, 
hər cür şəraiti olan sosial-məişət obyektləri yaradılıb.
Sanatoriyada  dincələnlər  və 
müalicə  alanların 
Viləs 
çayındakı  çimərliklərdə,  dəryaçada  qayıq  gəzintisində,  idman 
meydançasında  günlərini  şən  keçirməklə  bərabər,  həmçinin 
Viləs  çayının  sahilində  at  və  dəvə  ilə  gəzintiyə  çıxmaq,  qonşu 
Yardımlı  rayonunun  Tək-dam  şəlaləsinə,  Lənkəran,  Astara  və 
Lerikin  görkəmli  yerlərinə  turist  marşrutundan  istifadə  etmək 
imkanı  var.  Axşamlar  isə  rəqs  meydançalarında  turistlər  və 
istirahət edənlər üçün xüsusi şənliklər təşkil olunur.
Ə.T.Əsgsrov,  В.Ə.Bilalov,  Ç.G.Giilalıyev
2 5 9
Əsasən  Qızılağac  körfəzi  və  «Piıman»  adlanan  sahələrdə 
yerləşən,  respublikanın  ən  böyük  və  ən  zəngin  qoruqlarından 
olan  Qızılağac  qoruğunda  adları  «Qırmızı  kitab»a  düşən  quşlar 
və  heyvanlar  qorunur.  Qoruqda  həmçinin  dünyada  ən  nadir 
ağaclardan  olan  «qızılağac»  ağacı  (el  arasında  ona  Razdar  da 
deyilir) qorunur.
Ölkəmizin  cənubunda,  Talış  dağlan  arasındakı  çay  vadisi 
boyunca  yerləşən  Yardımlı  rayonunun  ərazisi  Talış  dağlarının 
Şimal  qərbindədir.  Şimaldan,  qərbdən  və  cənub  qərbdən  İranla 
həmsərhəd  olan  rayonun ümumi  sahəsi  667  km2,  əhalisinin  sayı 
56,2  min  nəfərdir.  Dəniz  səviyyəsindən  1000-1800  metr 
yüksəklikdə  yerləşən  Yardımlı  rayonunun  ərazisi  əsasən  dağlıq­
dır.  Ərazinin  gözəl  təbiəti,  çayları,  bulaqları  və  çoxsaylı  tarixi 
abidələri  rayona  qeyri-adi  bir  gözəllik  bəxş  edir.  Yay  aylarında 
havanın  ən  yüksək  temperaturu  30-40°C-yə  qalxsa  da,  qış 
aylarında mənfi  20-25°C-yə qədər düşür,  torpaq başdan-başa qar 
örtüyü altında olur.
Zəngin  flora  və  faunaya  malik  olan  Yardımlı  ərazisi  buzlaş­
maya  məruz  qalmadığı  üçün  üçüncü  dövrün  relikt  və  endemik 
ağac  cinsləri  -   azat  (nil  ağacı),  dəmirağac,  şabalıdyarpaqlı  palıd 
və  birgöz  zəngin  kollan  ilə  zəngindir.  Meşə  və  dağlarda 
müalicəvi  əhəmiyyətli  kəklikotu,  itburnu,  sancıotu,  dəvədabanı, 
bağayarpağı,  zirinc,  qaragilə,  baldırğan,  gəvən,  xarı  bülbül  və  s. 
kimi  nadir  bitki  aləmi,  eləcə  də  canavar,  çaqqal,  porsuq,  tülkü, 
qaban  kimi  vəhşi  heyvanlar,  kəklik,  qırqovul,  qartal  və  s.  kimi 
nadir quşlar vardır.
Yardımlı  rayonunu  bütün  dünyada  tanıtdıran  Yardımlı-Arus 
meterotidir.  Arus  meteoriti  1959-cu  il  noyabrın  24-də  saat  8-də 
Yardımlı  rayonunun  Arus  və  Jiy  kəndləri  yaxınlığında  yerə 
düşmüşdür.  Düşərkən  5-10  saniyə  davam  etmiş  güclü  işıqlanma 
təqribən  2800  km2  sahədə  yayılmışdır.  6  qəlpəsi  tapılmış  bu 
meteoritin  ən  böyüyü  127  kq,  ən  kiçiyi  300  qram  olmuşdur. 
Tərkibində  az  miqdarda  nikel,  qrafıt  və  s.  olan  bu  meteorit
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev


260
keçmiş  SSRİ  ərazisinə  düşən  3  ən  böyük  meteoritdən  biridir. 
Meteoritin əsas qəlpələri Rusiyada saxlanılır
Dağ  çayının  üzərində  ölkəmizdə  analoqu  olmayan,  28-30 
metr  hündürlükdə  olan  şəlalə  yaxınlığında  qeyri-adi  istirahət 
zonası  yaradılmışdır.  Bu  istirahət  zonası  Yardımlı  rayonunun 
Zeynləzir 
kəndinin 
ərazisində, 
Yardımlı-Masallı 
avtomagistrahnm  25-ci  km-də  yerləşir.  Rayon  sakinlərinin  və 
qonaqların  sevimli  istirahət  yeri  olan  şəlalədən  1  km  uzaqlıqda 
çayın aşağı hissəsində Lerikə gedən yol başlayır.
Dağların  ətəyində  yerləşən,  hər  tərəfdən  meşələrlə,  çoxsaylı 
çeşmələrlə  əhatə  olunmuş  Perimbel  kəndi  də  çox  gözəl  və 
məşhur  yerdir.  Tarixi  abidə  hesab  edilən  «Göz  nan»  adlanan 
çeşmə  də  bu  ərazidə  yerləşir.  Kənd  qoz  və  heyva  ağacları  ilə 
əhatə  olunmuşdur  və  iki  qədim  qoçşəkilli  daş  müharibə 
abidəsinin arxasında giriş rolunu oynayır.
Ölkəmizdə  24  yasaqlıq  haqqında hüquqi  aktlar qəbul  edilmişdir 
ki,  bunlardan  da  biri  Yardımlı  rayonunda  yerləşən  Zuvand  yasaq­
lığıdır.  Qoruqlardan  fərqli  olaraq,  yasaqlıqda  bütün  təbii  kompleks 
deyil,  onun  bitki  örtüyü,  heyvan,  quş  və  balıq  növləri,  nadir 
mağaralar,  qeyri-adi  hidroloji  rejimiylə  fərqlənən  göllər,  turizm  və 
istirahət əhəmiyyətli  mənzərəli yerlər,  faydalı qazıntı, həmçinin tari­
xi-xatirə əhəmiyyəti olan əraziləri və s.  kimi ayn-ayn komponentləri 
mühafizə  edilir.  Alar  kəndi  yaxınlığında,  dəniz  səviyyəsindən 
təxminən  2200  metrdən  çox  yüksəklikdə  yerləşən  Qız  qalası  tarixi 
abidəsi  də  bu  yasaqlıqda  mühafizə  olunur.  Onun  ətrafında  ancaq 
subalp  çəmənliyinə  aid  bitkilər,  xüsusilə  kəklikotu,  Sancı  gülü, 
gəvən, Ködə və s. bitir.
Kür-Araz  ovalığının  sərhədində  yerləşən  Cəlilabad  rayonu 
Şimaldan  Biləsuvar,  şərqdən  Neftçala,  cənubdan Masallı,  cənub 
qərbdən  Yardımlı  rayonları, qərbdən isə İran İslam Respublikası 
ilə  həmsərhəddir.  Ərazisi  1441  km2,  əhalisi  176  min  nəfər  olan 
rayonun  ərazisi  düzənlik və  alçaq  dağlıqdır,  şərq hissəsində  bəzi 
yerlər  dəniz  səviyyəsindən  aşağıdır.  Yayı  quraqlıq  keçən
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev
mülayim-isti  iqlimə  malik  rayonda  orta temperatur qışda  1-3°C, 
yayda  isə  25-30°C-dir.  Təpəliklərin  və  ovalıqların  çoxluğu  ilə 
seçilən  Cəlilabad  rayonunda  14,7  min  hektar  meşə,  habelə 
qışlaqlar  vardır.  Özünəməxsus  relyefi  ilə  seçilən  rayonun 
ərazisindəki  meşələrdə  müxtəlif heyvanlara  və  ov  quşlarına rast 
gəlmək olar.
10.10.  Naxçıvan turizm bölgəsi
Naxçıvan  iqtisadi-coğrafi rayonun tərkibinə Muxtar Respub­
likanın  tabeliyində  olan  Naxçıvan,  Culfa  və  Ordubad  şəhərləri, 
Babək,  Culfa,  Ordubad,  Sədərək,  Şərur,  Şahbuz  və  Kəngərli 
inzibati  rayonları  daxildir.  Rayon  İran,  Türkiyə  və  Ermənistanla 
həmsərhəddir.
Naxçıvan  Muxtar  Respublikası  Dərələyəz  dağlarının  güney 
ətəklərində  və  Zəngəzur  dağlarının  günbatan  səmtində  yerləşir. 
Bura  dağlıq  ərazi  olub,  torpaqlarının  30  faizdən  çoxu  dəniz 
səviyyəsindən  600-1000  metr yüksəklikdə  yerləşir.  Bölgənin  ən 
hündür dağları -  Qapıçıq (3904 m) və İlandağdır (2385  m).
Burada  iqlim  kəskin  kontinental  olub,  temperatur  yayda 
+43°C  ilə  qışda  -   30°C  arasında  dəyişir.  Rütubət  azdır.  Bu 
yerlərin  florasına -  fıstıq,  şərq palıdı,  söyüd,  qoz,  ağcaqayın  və 
bir  çox  dərman  bitkiləri;  faunasına  isə  -   ayı,  qaban,  canavar, 
tülkü,  dovşan,  dağ  dələsi,  dağ  keçisi,  Kiçik  Asiya  muflonları 
olan  dağ  qoyunları;  quşlar  -   Xəzər  uları,  alp  torağayları,  dağ 
qananquşu, dağ kəkliyi aiddir.
İran  və  Türkiyə  ilə  sərhədi  boyunca  Araz  çayı  axır,  bundan 
başqa  muxtar  respublikada  40-a  yaxın  kiçik  və  orta  uzunluqlu 
çaylar  -   Ordubadçay,  Əlincəçay,  Gilançay,  Naxçıvançay, 
Arpaçay  və  b.  axırlar.  Burada dünya  gözəli  «üzən  adaları»  olan 
Batabat gölü  ilə yanaşı,  Babək və Culfa rayonlarının torpaqlarını 
su  ilə  təmin  edə  bilən  süni  göllər  də  var.  Bu  göllər  dəniz
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Gülalıyev____________________ 261


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə