Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə58/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   67

əsərlərinin  böyük  hissəsi  Dombaysk  rayonunun  dağlarının 
zirvəsindən aldığı təəssüratdan yazılmışdır.
Rayon  inkişaf  etmiş  turizm  infrastrukturuna  malikdir. 
«Dombay»,  «Teberda»  turizm  kompleksləri  (tərkiblərində  -   iki 
mehmanxana  və  turbaza,  at  kirayə  məntəqəsi),  «Krakus», 
«Solneçnaya 
dolina», 
«Qomıe 
verşinı» 
mehmanxanaları, 
«Azqek»  turbazası,  «Dombay»  və  «Alibek»  alpinist  düşərgələri 
bütün  il  boyu  fəaliyyət  göstərir.  Yerləşdirmə  vasitələri  yayda 
daha  çox  ekskursantlara,  dağ  turistlərinə  və  alpinistlərə,  qış 
mövsümündə  isə  -   dağ  xizəkçilərinə  xidmət  etmək  üçün 
yönəldilmişdir.
Dağ  xizək  qaldırıcıları  bir  rəqqaslı  kanat  yolla  (Dombaysk 
polyanadan  Mussa-Açitara  dağ  silsiləsində  gözlə  görünən 
sahəyə  qədər),  bir qoşa  oturacaqlı  (Lii  talasından  Mussa-Açitara 
dağ  silsiləsinin  zirvəsinə  qədər),  iki  tək  oturacaqlı  (Dombay 
qəsəbəsindən  Russkaya  polyanaya  qədər)  olmaqla  təqdim 
edilmişdir.  Bundan  başqa  VL-1000  tipli  üç  buqel  qaldırıcı 
işləyir.
Bütün yuxanda  qeyd  olunanlar rayonu macəra turizmində  və 
sanatoriya-kurort 
müalicəsində 
yeni, 
orta 
inkişaf  etmiş 
ixtisaslaşmış kimi  təyin  etməyə  imkan verir.
Mezorayonun  tərkibində  iki  mikrorayon  ayırmaq  olar: 
sanatoriya-kurort  müalicəsi  və  elmi  turizm  üzrə  ixtisaslaşmaqla 
Teberdinskiy və macəra turizmində  ixtisaslaşan Dombaysk.
9.4.3.  Uzunkolskiy turizm mezorayonu
Bu şərqdə Prielbrus və qərbdə Dombaysk rayonu ilə həmsərhəd 
olan,  Qaraçay-Çerkez  Respublikasının  ən  şərqdə  yerləşən  turizm 
rayonudur.  Bəzən  də  onu  rayonun  əsas  zirvəsinin  adı  -   Baş 
Qvandnnın  adı  ilə  (3938  m)  -   Qvardrinski  adlandırırlar.  Burada 
Qərbi  Qafqazın  əsas  çaylarından  biri  olan  -   Kubanın  mənbəyi 
yerləşmişdir.
______________________ Ə.T.Əsgərov,  B.Ə.Bilaiov,  Ç.G.Giilalıyev
231
Rayonun  turistlər  və  alpinistlər  tərəfindən  mənimsənilməsi 
1937-ci  ildən  başlamışdır.  Nə  vaxtsa  ən  məşhur  olmuş,  indi  isə 
rayonun  yeganə  alpinist  düşərgəsi  olan  -   «Uzunkol»,  ərazinin 
köhnə  coğrafi  adını  -   Qvardinski  rayonu  -   sıxışdırıb  aradan 
çıxarmışdır.
Texnoloji  cəhətdən  Uzunkolda  turizmin  inkişafının  təbi 
ehtiyatlan  Dombaydan  az  fərqlənir.  Burada  dağ  zirvələrinə  gedən 
marşrutların  təsnifatına  daxil  olmuş,  mürəkkəblik  kateqoriyasına 
görə  birincidən  altıncıya  qədər  ən  mürəkkəb  95  marşrut 
yerləşmişdir.  Rayonda  olan  zirvələrə  çıxılmasma  görə  alpinizm 
üzrə  SSRİ  çempionatlarının  dəfələrlə  gümüş  və  bürünc  medallan 
ilə  qeyd  olunmuşlar.  Rayonda  dağ  turistlərinin  və  alpinistlərin 
maraqlannı təmsil edən cəmisi  16 dağ massivi aynlır.
Elbrus  dağlarının  yaxınlığı  və  rayonun  çox  yüksək  olması 
(Dombay  qəsəbəsi  -   1880  m,  Uzunkol  talası  -   2100  m)  hər 
halda,  ekoturizmin  inkişafına  fizioloji  və  psixoloji-estetik  zəmin 
yaratmaq üçün öz təsirini göstərir.
P.P.Zaxarovanın  məlumatına  görə  burada  günəşli  günlərin 
sayı,  xüsusən  qışda  az  olur.  Uzunmüddətli  qar  yağması 
müşahidə  olunur.  Yazda  qarların  tez  əriməsi  ucbatından  tez-tez 
subasmalar  baş  verir.  İyunda  bəzən  qar  yağır.  Avqust  ayı  isti 
günləri  ilə  şöhrət  qazanmışdır,  bu  dövrdə  praktiki  olaraq  yağış 
yağmır.  Sentyabr  ayının  ikinci  dekadası  yağışlı  olması  ilə 
fərqlənir.  200  m-dən  yuxarı  yüksəklikdə  güclü  külək  və  qar 
çovğunu  olur.  Oktyabr  ayında  -   «ceyran  kölgəyə  gələn  vaxt» 
olur.  Bu vaxtlar rayonun mənzərəsi xüsusən təsirli olur.
Noyabr  ayının  20-25-dən  sonra  dayanıqlı  qar  örtüyü 
formalaşır.  Qışın  axırma yaxın  onun  qalınlığı  3  m-dən  çox  olur. 
Qarın  çox  hissəsi  fevralda və ya aprel-may aylarında düşür.  Tez- 
tez  10 gündən çox davam edən boran  və çovğun olur.
Yüksək  qar  uçqunu  təhlükəsi  qarın  çoxluğu,  rayonun 
relyefinin 
xarakteri 
və 
havanın 
yerli 
sirkulyasiyasının 
xüsusiyyətləri  ilə  əlaqədardır.  Dərələrin  və  vadilərin  dik  kənan,
Ə.T.Əsgərov,  B.Ə.Bilaiov,  Ç.G.Giilalıyev


232
uzanan otlu yamaclar qar uçqununun formalaşmasına kömək edir, 
mart  ayında  isti  hava  kütləsinin  ora  daxil  olması  qar  uçqununa 
səbəb  olur.  Çox  vaxt  qann  uçması  elə  bir güclə  baş  verir ki,  qar 
kütləsi dərənin qarşı tərəfinə də qalxıb keçir.
Beləliklə,  həmin  rayonda  səyahət  üçün  ən  əlverişli  vaxt  -  
iyul,  avqust və oktyabr aylarıdır.
.  Turizm  infrastrukturu  praktiki  olaraq  yoxdur.  Yerləşdirmə 
vasitələri  olaraq  yeganə  alpinist  düşərgəsi  «Uzunkol»  təmsil 
olunmuşdur.  Yaşayış-kotteclərdə  və  çadır  düşərgələrindədir. 
Bundan  savayı,  rayonun  müxtəlif massivləri  altında  müvəqqəti 
baza  düşərgələri  üçün  (gecələmək  üçün)  13  çadır düşərgəsindən 
geniş istifadə olunur.
Rayonun  nəqliyyat  cəhətdən  əlverişliyi  də  yaxşı  səviyyədə 
deyildir.  Bura  Qaraçay  -   Çerkez  Respublikasının  paytaxtı 
Çerkessk  şəhərindən  avtomobil  nəqliyyatı  ilə  əvvəlcə  6-7  saata 
Xurzuk  auluna  qədər,  sonra  14  km  avtomobil  yolu  ilə  və  8  km 
piyada Uzunkol dərəsi ilə yuxarı qalxmaqla gəlib çıxmaq olar.
Beləliklə, 
rayonu 
macəra 
turizmində 
(alpinizmdə) 
ixtisaslaşmaqla ən yeni zəif inkişaf etmiş kimi qeyd etmək olar.
Hazırda  turizm  infrastrukturunun  inkişaf  etməməsinə  görə 
mezorayonun tərkibində mikrorayonları  ayırmaq mümkün deyil.
Yoxlama sualları və tapşırıqlar
1.  Qərbi Qafqazda olan turizm mezorayonlannın adlarını 
çəkin  və onlarda ekoturizmin inkişafını  qısaca xarakterizə edin.
2.  Seçilmiş ekoturizm növünə görə Qərbi-Qafqaz üzrə ekotur 
işləyib hazırlayın.  Həmkarlarınıza xidmət proqramı, marşrut, 
ekskursiya görünüşü obyektləri təqdim edin.
3. Qərbi  Qafqaz regionlarında biomüxtəlifliyin qorunması 
problemləri üzrə referat hazırlayın.
Ə.T.Əsgərov,  В .Ə.Bilalov,  Ç.G.Giilalıyev
Onuncu fəsil
Azərbaycan  Respublikasının  turizm 
bölgələrində ekoturizmin inkişafı
Azərbaycan  Respublikasında  1995-ci  ildə  aparılan  iqtisadi 
rayonlaşmaya  əsasən  ölkəmizdə  10  iqtisadi  rayon  ayrılmışdır: 
Abşeron,  Quba-Xaçmaz,  Şəki-Zaqatala,  Dağlıq  Şirvan,  Gəncə- 
Qazax,  Yuxarı  Qarabağ,  Kəlbəcər,  Laçın,  Aran,  Lənkəran- 
Astara, Naxçıvan.
İqtisadi rayonlar oxşar təsərrüfat quruluşuna, təbii  ehtiyatlara 
və  əhalinin  məskunlaşması  qruplaşması  ilə  ayrılır.  Lakin  zaman 
keçdikcə  təsərrüfat  sahələrinin  inkişafı  ilə  əlaqədar  onların 
ixtisaslaşma  istiqamətləri  və  sahə  quruluşları  dəyişə  bilir. 
Sadalanan
Hazırda  turizm  dünya  iqtisadiyyatının  dinamik  inkişaf edən 
sahələrindən  biri  hesab  olunur.  Ümumdünya  Turizm  Təşkila­
tının  (ÜTT)  hesablamalarına  görə  yaşadığımız  XXI  əsrdə  bey­
nəlxalq turizm dünya ixracatının apancı sahələrindən birinə çev­
riləcək.  Müasir  dövrdə  beynəlxalq  turizm  neft,  neft  məhsulları 
və  avtomobil  ixracatından  sonra  üçüncü  yeri  tutur.  Bizim  res­
publikamıza  da  turist  kimi  gəlmək  istəyənlərin  və  onun  hüdud­
larından  kənara  çıxmaq  istəyənlərin  sayını  durmadan  artması 
turizmin, xüsusən də onun ən vacib tərkib hissələrindən biri olan 
ekoloji turizmin  inkişaf etdirilməsinin zəruriliyini ortaya çıxarır.
10.1.  Bakı-Abşeron turizm  bölgəsi
Abşeron  iqtisadi-coğrafi  rayonunun  tərkibinə  Bakı  və 
Sumqayıt  ərazi  vahidləri,  Abşeron  və  Xızı  inzibati  rayonları 
daxildir ki,  onlar da respublikanın  iqtisadi  və  sosial  cəhətdən  ən 
inkişaf etmiş  rayonlarıdır.  Xəzər  dənizində  yerləşən  Abşeron  və 
Bakı arxipelaqları  da bu rayonun tərkibindədir.  .
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev  ___________________233


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə