Dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil Nazirinin 08 iyu L 2011-ci IL tarixli



Yüklə 186,61 Kb.
Pdf görüntüsü
səhifə56/67
tarix23.01.2018
ölçüsü186,61 Kb.
#22034
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   67

2 2 2
Mövzumuza  aid  olmasa  da  Şimali  Qafqazın  bu  cazibədar 
respublikasında  ermənilərin  adını  daşıyan  çaym,  sığınacağın  və 
daha  nələrin  olması  bu  yerlərdə  nə  vaxtsa  yeni  bir  «Dağlıq 
Qarabağ  münaqişəsinin»  yaranmayacağma  heç  kim  zəmanət 
verə bilməz.
Rayonu  ekoloji  turizm  üzrə  ixtisaslaşmış,  yeni,  orta  inkişaf 
etmiş  kimi  xarakterizə  etmək  olar.  Onun  tərkibində  aşağıdakı 
mikrorayonlar  və  rekreasiya  məntəqələri  ayrılır:  Kamennomos- 
tskiy 
(Daxovskaya, 
Kamennomostskiy) 
və 
Laqonakskiy 
(Quzeripl, Xamışki).
Rayonun  gələcək  turizm  inkişafı  bütün  xüsusi  mühafizə 
olunan təbiət ərazilərinin torpaqlarının zonalaşdınlmasmın uçotu 
ilə  nəzərdə  tutulur.  Aşağıdakı  bölgü  planlaşdırılır:  elmi  turizm 
istisna  olmaqla  hər  hansı  təsərrüfat  fəaliyyətinin  qadağan 
olunacağı  əsas  zona  (nüvə  zona);  müxtəlif  təsərrüfat  fəaliyyə­
tinin idarə olunacağı inkişaf zonası (və ya keçid zona) və ekoloji 
turizmin  inkişaf etdiriləcəyi  bufer  zona.  Rayonun  özünəməxsus 
turizm  qapısı,  turizmin  inkişaf  mərkəzini  Kamennomostsk 
qəsəbəsini  etmək  nəzərdə  tutulur.  Burada  böyük  mehmanxana 
kompleksi  və  ixtisaslaşdırılmış  turistlərin  yerləşdirmə  vasitəsi 
yaradılacaqdır.  Keçmiş  kişi  monastırının  binası  «Romantika» 
turbazasının  balansından  alınıb  Rus  Pravoslav  Kilsəsinə 
qaytarıldıqdan  sonra  Pobeda  qəsəbəsində  dini  turizm  mərkəzi 
yaratmaq  planlaşdırılır.  Rahat  meydançaları  və  sərbəst  tikililəri 
ilə  fərqlənən  Daxovsk  kazak  kəndi  (stanitsa)  idman  və  macəra 
turizmi  mərkəzi  olacaqdır.  Burada  yerləşən  «Qomaya  leqenda» 
turist  bazasının  gənclərin  istirahət  düşərgəsinə  rekonstruksiya 
olunması planlaşdırılır. Xameşki qəsəbəsində at sünnə stansiyası 
bazasında  atçılıq  turizmi  (turistlərin  atla  hərəkət  etməsi)  inkişaf 
etdiriləcək.  «Kinematoqrafıçeskaya  polyana»  isə  «Çerkesskiy 
aul»  etnoqrafik  ev  muzeyi  yaratmaq  üçün  əsas  olacaq.  Quzeripl 
qəsəbəsi  elmi  turizm,  təbiət  tarixi  üzrə  turlar və  konqres  turizmi 
mərkəzi olacaqdır.  Qafqaz dövlət təbii  biosfer qoruğu muzeyinin
Ə. T. Əsgərov,  В. Ə.Bilalov,  Ç. G. Gii/a/ıyev
Ə.T.Əsgərov,  B.Ə.Bilalov,  Ç.G.Giilalıyev____________________
2 2 3
genişləndirilməsi  və  modernləşdirilməsi  də  planlaşdırılmışdır. 
Hazırda  700-ə  yaxın  əhalinin  yaşadığı  Merkulayevka,  Ust- 
Saxray,  Novoproxladnıy  qəsəbələri  Pobeda,  Xamışki  və 
Quzeripl  qəsəbələri  arasında  atlı  və  piyada  marşrutlarında 
turistlərə  xidmət  edən  tranzit  məntəqə  olacaqdır.  Laqonaki 
yaylasında  dağ  xizək  turizminin  inkişafı  dağ  xizək  kompleksi 
infrastrukturuna böyük  sərmayə qoyulması vacibliyi və yaylanın 
ekosisteminin  dağılması  mümkünlüyü  səbəbinə  görə  praktiki 
olaraq planlaşdırılmır.  Üstünlük ekoloji turizmə veriləcəkdir.
Eyni  zamanda  Laqonaki  yaylasının  şərq  hissəsindən 
keçməklə  çəkilməsi  planlaşdırılan  Maykop-Daqomıs  avtomobil 
yolunun  tikintisi  haqqında  məsələ  açıq  qalır.  Bir  tərəfdən  bu 
rayonun 
nəqliyyat 
əlverişliliyinə 
keyfiyyətcə 
daha 
da 
yüksəldəcək,  digər  tərəfdən  -   ətraf  mühitə  çox  böyük  zərər 
vuracaqdır.
9.4. 
Qaraçay-Çerkez Respublikasının dağlıq turizm 
rayonlarında macəra və ekoloji turizmin inkişaf şəraiti və 
ehtiyatları
9.4.1. Arxızsk turizm mezorayonu
Arxız  turizm  mezorayonu  Kizqıç,  Psış  və  Arxız  çayı 
vadisində,  Qərbi  Qafqazın  mərkəzi  hissəsində  yerləşmişdir.  Bu 
dağ  çaylarının  birləşdiyi  yerdən  Bolşoy  Zelençuk  çayı  öz 
başlanğıcını  götürür.  Rayon  şərqdə  Dombaysk  turizm  mezo­
rayonu  ilə,  cənubda  -   Gürcüstanın  tərkibində  olan  Abxaziya 
Respublikası  ilə həmsərhəddir.  Rayonun  şimal  sərhədi -   500  ni­
lik  izogipsdir.  Rayonun  ən  yüksək  nöqtəsi  -   Pşiş  dağıdır  (3790 
m).  Onun  sahəsi -  765  km2-dir.
Bəzən  «Arxız»  anlayışına  həmçinin  şimalda  Dausauz 
qəsəbəsindən  və  cənubda  Böyük  Qafqaz  sıra  dağlarına  qədər 
olan  əraziləri də daxil edirlər.


224
Texnoloji  cəhətdən  bu  yerlərin  təbii  ehtiyatları  hər  şeydən 
öncə  macəra  turlarının:  trekinq,  dırmanma,  dağ  xizək  turizmi, 
speleologiyanm  təşkili  üçün  əlverişlidir.  Bu  yerlərə  ilk  turist 
səyahətini  XIX  əsrin  axırlarında  naturalist  N.Y.Dinnik  təşkil 
etmişdir.  «Rus  coğrafiya  cəmiyyətinin  xəbərləri»ndə  o  Bolşoy 
Zelençukun  yuxan  axarlarındakı  yerləri,  Abişira-Axuba  dağ 
silsiləsini,  Kizqıç,  Sofı,  Arxız,  Dukki  vadilərini  coşqunluqla 
təsvir  etmişdir.  Burada  ilk  turist  düşərgəsi  1936-cı  ildə 
açılmışdır.  1940-cı  ildə  isə  turizm  üzrə  təlimatçılar  üçün  ilk 
təlim-məşq toplantısı  keçirilmişdir.  1953-cü  ildən Arxızdan  keç­
məklə  ümumittifaq  turizm  marşrutuna  hazırlığa başlanmışdır.  O 
dövrdə burada ölkənin çox məşhur olan turizm bazası açılmışdır.
Arxızda  dağlann  zirvəsinə  qalxan  marşrutların  təsnifatında 
mürəkkəblik  kateqoriyası  birincidən  dördüncüyə  qədər  olan  35- 
dən çox dağaçıxma variantlan qeyd olunmuşdur.
Hazırda  Arxıza  hamıdan  çox  mövsüm  arasında  (yaz 
aylarında)  dağ turistləri  və  alpinistlər gəlirlər.  Mərkəzi  Qafqazın 
dağlıq rayonları hələ də çətin keçilən ərazilərdir.  Odur ki, burada 
daha  çox  ölkənin  cənubundan  olan  zirvəyə  qalxanların  təlim- 
məşq toplantıları, alpiniadaları və turiadaları keçirilir.
Dağ  xizək  turizmi  dörd  VL-200  tipli  buqel  qaldıncının 
quraşdırıldığı 
Abişir-Axuba 
(«Lunnaya 
polyana») 
dağ 
silsiləsinin  yamaclarında  Arxız  qəsəbəsinə  bitişik,  həmçinin 
Bukovo qəsəbəsində olan ərazilərdə inkişaf etdirilmişdir.
Fizioloji  cəhətdən  həmin  rayonun  təbii  ehtiyatlan  turizmin 
inkişafı  üçün  çox  əlverişlidir.  Hələ  XIX  əsrin  əvvəllərində 
dövlət 
meşələrinin 
nəzarətçiləri 
sadə 
iqlim 
dəyişmələri 
müşahidələri  aparırdılar.  Onlar  dövlət  əmlakının  Qaradəniz- 
Kuban  idarəsinə  verdikləri  raportda  (yazılı  məlumatda)  xəbər 
verirdilər  ki,  Arxız-dağ  iqlim  stansiyasının  tikintisi  üçün  çox 
rahat yerdir.  1915-ci  ildə I  kurort qurultayında qeyd olunmuşdur 
ki,  Bolşoy  Zelençuk  çayının  vadisində  iqlim  şəraiti  müalicə 
üçün  hətta Teberdedən  də  yaxşıdır.  Arxızda  120  min  yerlik  dağ
Ə.T.Əsgsrov,  B.Ə.Bilalov,  Ç.G.Giilahyev
iqlim  kurortunun  tikintisi  planı  işlənib  hazırlanmışdır.  Hətta 
dəmir  yolu  departamenti  Armavirdən  Arxıza  qədər  dəmir  yolu 
çəkilməsi  layihəsini  təsdiq  etmişdir.  XX  əsrin  30-cu  illərinin 
sonunda  II  Dünya  müharibəsi  illərində  dağıdılmış,  ilk  ağciyər- 
vərəm sanatoriyası tikilir.
Alpinist  və  turist  dairələrində  Arxız  «Qərbi  Qafqazın  isti 
guşəsi»  adını  almışdır.  Rayonun  orta  dağlıq  hissəsində  iqlim 
yumşaq  rütubətlidir.  Dəniz  səviyyəsindən  1200-2000  metr 
yüksəklikdə  yerləşən  dağlar  arasındakı  çökəklikdə  rayonun 
mikroiqliminin  formalaşmasında  Skalistıy  və  Bokovoy  dağ 
silsilələrinin  yerləşməsi  həlledici  rol  oynayır.  Onlar  ərazini 
şimal-şərqdən  və  cənub-qərbdən  keçib  gələn  soyuq  küləklərdən 
və dumanlardan qoruyur.
Arxız qəsəbəsində orta illik temperatur +5°C,  iyul ayının orta 
temperaturu  +15°C,  yanvarmkı  isə  -   5,8°C-dir.  Yüksək  dağlıq 
zonada  (izogipsdən  3000  m  yuxarı)  orta  illik  temperatur  +2°C- 
dir.  Havanın  orta  illik  nisbi  rütubəti  72  %-dir  (Kislovodskidən 
aşağıdır).  Yağıntıların  orta  illik  miqdarı  -   820  mm,  yüksək 
dağlıq yerlərdə isə 2000 mm-ə qədərdir.
Qış  turizm  mövsümü  dörd  aya  yaxın  uzanır.  İlk  qar  noyabr 
ayının ortalarında yağır, dayanıqlı qar örtüyü isə aprelin ortaların­
da  əriyir.  Yüksək  dağlıq  yerlərdə  belə  qar  örtüyü  iyun-iyul  ay­
larına  qədər qalır.  Burada  qar örtüyünün  qalınlığı  50  sm-dən  2,5 
m-ə qədər olur. Qış üçün çoxsaylı günəşli günlər xarakterikdir.
Qar uçqunu  təhlükəsi  əsasən  yüksək  dağlıq  zonada  üstünlük 
təşkil  edir.  Qar  uçqunu  mənbələri  Psışa  vadisində  Sofiysk 
dərəsində  toplanmışdır.  Rayonun  əksər  hissəsi  meşələrlə  örtülü 
olduğu üçün burada qar uçqunu təhlükəsi minimumdur.
Nadir təbiət abidələri  daha  çox  Teberdinsk  qoruğunun  Arxız 
bölməsində  cəmləşmişdir.  Rayonun  bütün  dağ  meşələri  yalnız 
sanitar seçim kəsilmələrinin icazə verdiyi birinci qrupa aiddir.
Düzənlik ərazilərin əhalisi üçün  mənzərələrin  estetik qiyməti 
landşaftların  yüksək  qurşaqlığı  ilə,  həmçinin  şəlalənin  (Sofiysk
Ə. T. Əsgdrov,  B. Ə. Bilalov,  Ç. G. Giilalıyev____________________ 225


Yüklə 186,61 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə