Dərs vəsaiti. Bakı, 2012, 325 səh. Rəyçilər: iqtisad elmləri doktoru, prof


Şək. 10.1. Xalis mənfəətin alınması zamam göstəricilərin əlaqəsi sxemi



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə56/68
tarix17.09.2018
ölçüsü2,48 Mb.
#69119
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   68

 
Şək. 10.1. Xalis mənfəətin alınması zamam göstəricilərin əlaqəsi sxemi 
270 


tam  əks  etdirmir.  Belə  ki,  satılmış  məhsuldan  daxil  olan 
vəsaitlər  heç  də  həmişə  istehlakçıya  sonuncu  dəfə 
göndərilmiş  vaxta  aid  edilmir.  Eyni  zamanda  mənfəət 
haqqında  hesabatda  digər  fəaliyyət  istiqamətləri  üzrə 
informasiyalar mövcud olmur. 
Pul  vəsaitlərinin  hərəkəti  haqqında  hesabat  maliyyə 
resurslanmn əmələ gəlməsi və onlardan istifadə olunması ilə 
əlaqədar  olan  informasiyalan  özündə  əks  etdirdiyinə  görə 
müəssisənin  maliyyə  vəziyyətini  qiymətləndirmək  üçün 
mühüm əhəmiyyət kəsb edir. Bu zaman vəsaitlərin mənbəyi 
kimi  yeni  səhmlərin  emissiyası  hesabına  xüsusi  kapitalın 
artması,  yeni  istiqrazların  buraxılması  ilə  borclann  artması 
çıxış edə bilər. Müəssisə səhmləri satın aldığı, məhsul satışı 
ilə  əlaqəsi  olmayan  sair  satışdan  və  satışdankənar 
əməliyyatlardan  zərər  əldə  etdiyi  hallarda  onun  maliyyə 
vəziyyətinə mənfi təsir göstərir. 
Pul vəsaitlərindən istifadənin əsas istiqamətləri daimi 
aktivlərə yönəldilən investisiyalar, cari istehsal fəaliyyətinin 
həyata keçirilməsi ilə əlaqədar lazım gələn vəsaitlər və büdcə 
ilə  hesablaşmalar,  xarici  borclann  və  faizlərin  ödənilməsi, 
habelə  dividendlərin  ödənilməsi  ilə  bağlı  olan  vəsaitlərlə 
əlaqədardır.  Pul  vəsaitləri  axınının  proqnozlaşdıniması 
mənfəət  göstəricisinin  proqnozlaş-  dınlması  üçün  mühüm 
əhəmiyyət kəsb edir,  bu zaman  perspektiv planlaşdırma  ilə 
məşğul olan maliyyə meneceri seçilmiş məqsədə nail olmaq 
üçün  maliyyə  təminatının  olmasına  əmin  olmalıdır.  Pul 
vəsaitlərinin hərəkəti 
271 


haqqında hesabat eyni zamanda pul axınlarının proqnozunu 
hazırlamaq  üçün  informasiya  bazası  rolunu  oynayır.  Bu 
hesabat  potensial  investor  və  kreditorlara,  səhmdarlar  və 
auditorlara də zəruri informasiyaların əldə edilməsinə şərait 
yaradır. 
Pul  vəsaitlərinin  artması  və  yaxud  azalmasının 
hesablanması üçün aşağıdakı əməliyyatların aparılması lazım 
gəlir. 
1.
 
Müəyyən  olunmuş  metodlar  əsasında  dövriyyə 
vəsaitləri 
və 
qısamüddətli 
öhdəliklərin 
məbləğini 
hesablamaq; 
2.
 
Pul  vəsaitlərinin  ödənilməsini  tələb  etməyən 
xərclərin  nəzərə  alınması  ilə  xalis  mənfəətin  həcmini 
dəqiqləşdirmək.  Bunun  üçün  baxılan  dövr  ərzində  uyğun 
xərclərin xalis mənfəətin həcminə əlavə etmək lazımdır. Belə 
xərclərə 
misal 
olaraq 
qeyri-dövriyyə 
vəsaitlərinin 
amortizasiyasını  göstərmək  olar.  Amortizasiya  ayırmaları 
kalkulyasiya xərc maddəsinə aid edilir, hansı ki, mənfəət və 
xərclərin  hesablanması  prosesində  uyğun  amortizasiya 
normalarına  görə  hesablanır.  Amortizasiya  ayırmalarının 
məbləği heç  yerə ödənilmir və müəssisənin özündə qalaraq 
bir  hissəsi  yeni  əsas  vəsaitlərin  alınması  üçün  maliyyə 
mənbəyi kimi çıxış edir. Deməli, amortizasiya ayırmalan pul 
vəsaitlərinin  uçotu  və  müəssisənin  fəaliyyətinin  maliyyə 
planlaşdırılması  sistemində  mühüm  rol  oynayır  və  daxili 
maliyyələşdirmə  mənbəyi  hesab  olunur.  Eyni  zamanda 
amortizasiya ayırmaları 
272 


stimullaşdıncı investisiya fəaliyyəti amili kimi də çıxış edir. 
Müəssisənin  aktivlərinin  qalıq  dəyəri  nə  qədər  çox  və 
amortizasiya  norması  yüksək  olarsa,  vergiyə  cəlb  edilən 
mənfəətin məbləği bir o qədər az olur. 
3.
 
Müəssisənin 
əsas 
fəaliyyətindən 
kənar 
əməliyyatlardan,  məsələn,  dövriyyədənkənar  aktivlərin 
satışından,  digər 
müəssisələrin  qiymətli  kagızlannm 
satışından alınan mənfəət və zərərin təsirini kənar etmək. 
Pul  vəsaitləri  hərəkətinin  hesabatına  daxil  olan 
göstəricilər aşağıdakılardan ibarətdir: 
A.
 
İstehsal-təsərrüfat  fəaliyyətinin  nəticəsində  pul 
vəsaitlərinin  hərəkəti.  Xalis  mənfəətin  məbləğinin  təshih 
edilməsi zamanı nəzərə alınan göstəricilər: 
1.
 
Amortizasiya ayırmalan; 
2.
 
Digər 
kompaniyaların 
qiymətli 
kağızlannm 
satışından alman mənfəət
3.
 
Gələcək dövrün xərclərinin dəyişilməsi
4.
 
İstehsal-materiallar ehtiyatlarının dəyişilməsi
5.
 
Bank overdraftın azalması; 
6.
 
Ödəniləcək verginin artması; 
7.
 
Yığılmış öhdəliklərin dəyişilməsi; 
8.
 
Faizin  ödənilməsi  üzrə  borclann  məbləğinin 
dəyişilməsi; 
9.
 
İstehsal-təsərrüfat  fəaliyyəti  nəticəsində  xalis 
vəsaitlərin artması (azalması). 
B.
 
İnvestisiya  fəaliyyəti  nəticəsində  pul  vəsaitlərinin 
hərəkəti. 
273 


1.
 
Digər  kompaniyalann  qiymətli  kağızlannm  satın 
alınması; 
2.
 
Digər  kompaniyaların  qiymətli  kağızlannm 
satılması; 
3.
 
Dövriyyədənkənar  material  aktivlərinin  satın 
alınması; 
4.
 
Dövriyyədənkənar material aktivlərinin satılması; 
5.
 
İnvestisiya  fəaliyyəti  nəticəsində  xalis  pul 
vəsaitlərinin artması (azalması). 
C.
 
Maliyyə  fəaliyyəti  nəticəsində  pul  vəsaitlərinin 
hərəkəti. 
1.
 
İstiqrazlann ödənilməsi; 
2.
 
Adi səhmlərin emissiyası; 
3.
 
Dividendlərin ödənilməsi; 
4.
 
Maliyyə 
fəaliyyəti 
nəticəsində 
xalis 
pul 
vəsaitlərinin artması (azalması). 
D.
 
Pul vəsaitlərinin xalis artımı (azalması). 
1.
 
Dövrün əvvəlinə pul vəsaitləri
2.
 
Dövrün sonuna pul vəsaitləri. 
Beləliklə,  göründüyü  kimi,  pul  vəsaitlərinin  hərəkəti 
haqqında  hesabat  müəssisənin  likvidliyi  haqqında 
informasiya  verir,  kapitala  tələbatın  müəyyən  edilməsi, 
müəssisənin  maliyyə  strategiyasının  işlənib  hazırlanması, 
habelə  maliyyə  resurslanndan  səmərəli istifadə  edilməsinin 
qiymətləndirilməsi üçün əsas sənəd kimi çıxış edir. 
274 


Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə