Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə102/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   114

T U R İ Z M  
-
 
hüquqi  şəxslər  üçün  -  lisenziya  verilən  hüquqi  şəxsin  adı,  hüquqi 
ünvanı; 
-
 
fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair 
məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı); 
2.
 
həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü
3.
 
lisenziyanın qüvvədə olma müddəti
4.
 
lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi. 
Lisenziya lisenziyanı verən dövlət  orqanının rəhbəri və ya onun həvalə 
etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 
Lisenziyalaşdırılan fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə 
həyata  keçirildiyi  halda,  ərizəçiyə  lisenziya  ilə  birlikdə  hər  bir  obyekt  üçün 
onun ünvanı göstərilməklə lisenziyanın surəti təqdim olunur. 
2. Lisenziyanın müddəti 
Lisenziya 5 il müddətinə verilir. 
Lisenziyanın  qüvvədə  olma  müddətinin  uzadılması  lisenziyanın 
mövcudluğunu  təsdiq  edən  sənədin  yenidən  rəsmiləşdirilməsi  qaydasında 
həyata keçirilir. 
Müddəti bitmiş lisenziya etibarsız sayılır. 
28.^ 


YEGANU S.T.. HACIYEV E. M. 
XXXIV
 
FƏSİL 
Turizmin planlaşdırılması və inkişaf proqramı 
Turizmin  planlaşdıniması  və  inkişaf  proqramının  tərtib  olunması 
turizmin  dövlət  tənzimləmələrindən  biridir.  Turizmin  planlaşdırılması  onun 
xaotik  inkişafının  qarşısını  almaqdan  və  onun  iqtisadi  səmərəliliyini  təyin 
etməkdən ötrü aparılır. Məlumdur ki, turizm iqtisadiyyata güclü təsir göstərir. 
Lakin  turizm  bütün  «dərdlərə»  dərman  deyildir.  Məsələn,  külli  miqdarda 
sərmayə qoyub müasir tələblərə uyğun istirahət mərkəzi tikilmişdir, lakin ora 
istirahətə  gələn  yoxdur.  Deməli,  tikilən  mərkəz  yaxşı  planlaşdırılmamışdır. 
Ola bilsin ki, istirahət mərkəzi turist bazarlarından çox kənardadır, istirahətin o 
növü  turistləri  maraqlandırmır  və  ya  istirahətin  qiyməti  turistlərin  imkanına 
uyğun gəlmir. Ya da ola bilsin ki, reklam-informasiya işi yaxşı qurulmamışdır. 
Planlaşdırmanın  vacibliyini  təsdiq  edən  başqa  bir  misal.  Dəniz  kəna- 
nnda  bir-birinin  ardınca  plansız  olaraq (biri  dəniz  kənarına  yaxın,  biri  uzaq) 
istirahət  ocaqları  tikilmişdir.  Lakin  tullantıları  təmizləyən  qurğular  yaddan 
çıxmışdır,  tullantılar  dənizə  tökülür  və  ətraf  mühiti  çirkləndirir.  Ağaclar 
qurumağa  başlayır  və  bir  müddətdən  sonra  landşaft  öz  gözəlliyini  itirir. 
Nəticədə istirahət zonasının reytinqi aşağı düşür və gələn turistlərin miqdarı 
azalır. Belə hallar İspaniyanın dəniz kənarı istirahət zonalarında baş vermişdir. 
Bu cür hala Azərbaycanda Nabran zonasında da rast gəlmək olur. 
Turizm inkişafının əsas problemlərindən biri istirahət ocaqlarının tikintisi 
və  istifadəsi  zamanı  ətraf  mühitə  ziyan  vurmamaq  və  müvazinətli  turizm 
fəaliyyəti ilə məşğul olmaqdır. Müvazinətli turizm fəaliyyəti o deməkdir ki, 
turistlərə  xidmət  göstərilən  zaman  təbiətin  ekologiyasını  qoruyasan,  təbii 
sərvətlərdən  səmərəli  istifadə  edəsən  və  təbiətin  gözəlliklərini  gələcək  nəsil 
üçün də saxlayasan. 
Qeyd etmək lazımdır ki, bu sahədə son zamanlar Azərbaycanda da az iş 
görülmür.  Ölkənin  turist  sərvətlərindən  səmərəli  istifadə  etmək  məqsədi  ilə 
əlavə üç dövlət milli parkı - «Şirvan», «Ağçöl» və «Ordubad» milli parkları 
yaradılmışdır. Bu parkların yaradılması «Milli Parklar Proqramları» əsasındı 
«Mixail Zukkov» fondunun sponsorluğu ilə gerçəkləşdirilir. Bu işdə Fondun 
ekspertləri də iştirak edirlər. «Şirvan» milli parkının açılışında fondun təsisçisi 
Mixail Zukkov özü də iştirak etmişdir. «Şirvan» milli parkına əlavə 70 dənə 
ceyran gətirilmişdir. 
Azərbaycanın nadir faunasını qorumaq məqsədi ilə başqa iki proqram da 
həyata keçirilmək üzrədir. Onlardan biri «Bəbir», ikincisi isə «Cü 
286 


T U R İ Z M  
yür»  proqramlarıdır.  Bu  gözəl  heyvanların  Azərbaycan  da  nəsli  kəsilmək 
üzrədir, ona görə də onların qorunmasına böyük ehtiyac vardır. 
Perspektivdə «Qobustan», «Şahdağ» və «Murovdağ» milli parklan- nın 
yaradılması  nəzərdə  tutulmuşdur.  Bundan  başqa.  Ekologiya  Nazirliyi  dağ 
yamaclannda  və  düzənliklərdə  meşə  salma  əməliyyatlan  apanr.  Bu 
əməliyyatların ölkənin yaşıllaşmasında böyük rolu olacaqdır. 
Ətraf mühitin çirklənməsi sürətlə davam edir, ona görə də dövlətin turizm 
sahəsində  siyasətində  insanların  və  ətraf  mühitin  bu  çirklənmədən 
qorunmasına çox böyük yer verilir. 
1992-ci  ildə  Rio-de-Janeyro  şəhərində  ÜTT-nin  «XXI  əsr  Əməliyyat 
Proqramı» adlı sənəd qəbul olunmuş və bu proqrama 182 dövlət qoşulmuşdur. 
Bu  proqram  uzun  müddətli  və  müvazinətli turizmi  inkişaf  etdirməkdən  ötrü 
əsas üç faktordan istifadə etməyi vacib bilir: 

 
insanlan və təbiəti qorumaq üçün yeni tədbirlərin görülməsini

 
turizm məhsulunun qiymətini təsir qüvvəsi kimi istifadə etməyi; 

 
ətraf mühiti qoruyan və təmiz turist məhsulu istehsal edən yeni 
proqramların tərtib olunmasını. 
Proqramın I məsələsi: 
- Özəl sektorla ictimai sektor arasında yaranmış partnyorluq əlaqələrinin 
inkişafı; 
~ Turizm sahəsində vergilərin azaldılması turizm infrastrukturunun 
inkişafına və ekoloji tədbirlərin görülməsinə vəsait ayıra bilər; 
~  Xidmətlərə  olan  qiymətlər  ekologiyaya  çəkilən  xərcləri  və  zibilin 
daşınmasını  və  istehsalatın  mənfi  təsirlərini  neytrallaşdırma 
xərclərini ödəməlidirlər. 
Proqramın  II  məsələsi  turizm  inkişafının  iqtisadiyyata»  sosial-mədəni 
həyata  təsirini  düzgün  qiymətləndirmək,  su,  elektroenerji,  nəqliyyatdan 
istifadənin  effektliyi,  iş  yerlərinin  açılmasını,  qadınlann  və  yerli  əhalinin 
turizmdə  iştirakını,  ətraf  mühitin,  mədəni  və  təbii  sərvətlərin  qorunmasını 
nəzərə almaq lazımdır. Proqramda kadrların turizm sahəsində hazırlanmasına 
xüsusi  diqqət  yetirilir.  Bu  sahədə  dövlət  sektoru  və  özəl  sektor  əməkdaşlıq 
etməlidirlər. Turizm sahəsində işləyən işçilərin nəzəri və praktiki təcrübəsini 
artırmaq  məqsədi  ilə  daimi  kurslar  təşkil  etmək  lazımdır.  Dövlət  orqanları 
turizm sahəsində aparılan tikintiyə nəzarət etməli və çalışmalıdırlar ki. tikinti 
xaotik şəkil almasın, obyektlər təmizləmə qurğuları ilə. təmiz su ilə və müasir 
avadanlıqla  təmin  olunsunlar.  Turizmin  dövlət  tərəfindən  planlaşdırılması, 
onun uzun müddətli müvazinətli inkişafına səbəb ola bilər. 
287 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə