Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə110/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   114

T U R İ Z M  
çirilən mallardan gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlan mövcud 
qanunvericiliyə uyğun olaraq tutulur. 
Fiziki  şəxslər  tərəfindən  ov  silahlan,  onların  sursatları  Azərbaycan 
Respublikasımn  gömrük  sərhədindən  Azərbaycan  Respublikası  Dcixili  İşlər 
Nazirliyinin icazəsi təqdim edildikdə keçirilə bilər. 
Fiziki şəxslər tərəfindən yalnız şəxsi istifadə üçün zəruri olan miqdarda 
dərman  vasitələri  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilə 
bilər.  Fiziki  şəxslər  tərəfindən  600  qrama  qədər  balıq  kürüsü  gömrük 
ərazisindən  aparıla  bilər.  Fiziki  şəxslər  Azərbaycan  Respublikasının  gömrük 
sərhədindən  fərdi  istehlak  üçün  3  litr  alkoqollu  içki,  3  blok  siqaret  və 
avtomobilin bakında texniki pasportunda nəzərdə tutulmuş miqdarda yanacaq 
keçirə bilərlər. 
Bədii, tarixi, elmi və digər mədəni əşyalar Azərbaycan Respublikasının 
gömrük  ərazisinə  gömrük  ödənişləri  ödənilmədən  məhdudiyyətsiz  miqdarda 
gətirilə bilər. 
Fiziki  şəxslər  tərəfindən xarici  valyuta sərvətlərinin və  milli  valyutanın 
(manatın)  Azərbaycan  Respublikasının  gömrük  buraxılış  məntəqələrindən 
keçirilməsi qaydaları qüvvədə olan qanunvericiliklə tənzimlənir. 
Fiziki  şəxslər  tərəfindən  Azərbaycan  Respublikasının  gömrük  ərazisinə 
ölkənin  gömrük  sərhədini  keçənədək  istehsal-buraxılış  tarixindən  1  ilədək 
keçmiş  avtonəqliyyat  vasitələri  gətirilərkən  yürüş  kilometrindən,  gömrük 
dəyərindən və mənşə ölkəsindən asılı olmayaraq, mühərrikin həcminin hər kub 
santimetrinə görə 0,4 ABŞ dollanna ekvivalent məbləğdə gömrük rüsumları və 
qanunvericiliklə müəyyən edilmiş miqdarda digər gömrük ödənişləri alınır. 
Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən 
bu  Qaydaların  2.2  bəndinə  uyğun  olaraq  sadələşdirilmiş  qaydada  keçirilən 
mallardan və mal qismində nəqliyyat vasitələrindən gömrük ödənişləri gömrük 
mədaxil orderi tətbiq olunmaqla alınır. 
Xarici  dövlətlərdə  daimi  qeydiyyatda  olan  bütün  növ  avtonəqliyyat 
vasitələrinin rezident, xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasının 8703 
mal  qrupuna  aid  edilən  avtonəqliyyat  vasitələri  istisna  olunmaqla  digər 
avtonəqliyyat  vasitələrinin  isə  qeyri-rezident  fiziki  şəxslər  tərəfindən 
Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə 
sərbəst dövriyyə üçün buraxılış rejiminə uyğun həcmdə gömrük ödənişlərinə 
ekvivalent  məbləğdə  pul  vəsati  sərhəd-buraxılış  məntəqələrində  depozitə 
qoyulmaqla icazə verilir. 
3 0 7  


YEGANLI S.T.. HACIYEV E. M. 
Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının 
gömrük sərhədindən keçirilməsi qadağan olunan mallar 
Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və 
beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş mallar: 
-
 
yivli odlu silah növləri, döyüş sursatı (ov silahlan üçün sursatlar istisna 
edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika; 
-
 
radioaktiv maddələr; 
-
 
narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat
-
 
əxlaq  pozğunluğunu,  zorakılığı,  terrorizmi  təbliğ  və  reklam  edən 
materiallar; 
-
 
narkotik,  psixotrop,  zəhərləyici,  partlayıcı  maddələrin  hazırlanması 
texnologiyasına aid materiallar. 
Azərbaycan Respublikasından fiziki şəxslər tərəfindən aparılması və 
beynəlxalq poçt vasitəsilə göndərilməsi qadağan olunmuş mallar: 
-aparılmasına  və  ya  göndərilməsinə,  gətirilməsinə  və  ya  alınmasına 
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi 
olmayan zooloji, kolleksiyalar, onların hissələri və ya ayn-ayrı obyektləri, o 
cümlədən heyvanlar aləmi obyektləri; 
-qiymətli ağac cinsləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmir ağacı); 
-yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna 
edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika; 
-radioaktiv maddələr; 
-narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat; 
-əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar; 
-narkotik,  psixotrop,  zəhərləyici,  partlayıcı  maddələrin  hazırlanması 
texnologiyasına aid materiallar
-xüsusi  məxfi  rabitə  vasitələri,  onların  şifrləri  və  istismarı  haqqında 
ədəbiyyat; 
-Azərbaycan  Respublikası  Müdafiə  Nazirliyi.  Milli  Təhlükəsizlik 
Nazirliyi  və  Daxili  İşlər  Nazirliyinin  operativ  istintaq  fəaliyyəti  üzrə 
informasiya sistemləri, sənədləri və arxivləri; 
-dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr
-xammal şəklində olan qiymətli metallar və qiymətli daşlar; 
-Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir bitkilər. maral və 
cüyür buynuzları; 
308 


T U R İ Z M  
~müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq 
mədəniyyət  tədbirlərinin  keçirilməsi  hallan  istisna  olmaqla  Azərbaycan 
Respublikasının  milli  mədəniyyət  əmlakı  Dövlət  Siyahısına  daxil  olan  milli 
mədəniyyət əmlakı olan obyektlər. 
Əhvd M 2 
Heydər Əliyev 
Azərbaycan Respublikasının 
Prezidenti Bakı şəhəri, 20 iyun 
1995-ci il, № 1064 
Gömrük tarifi haqqında Azərbaycan Respublikasımn qanunu 
( Çtxanlış) 
Bu  qanun  Azərbaycan  Respublikasında  daxili  bazann  xarici  bazarla 
səmərəli  əlaqəsini  təmin  etməklə  xarici  ticarətin  dövlət  tənzimlənməsinin 
mühüm  vasitəsi olan gömrük tarifinin formalaşdıniması və tətbiqi, həmçinin 
Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçən  mallardan  rüsum 
tutulması qtıydalarını müəyyən edir. 
Gömrük tarifinin əsas məqsədləri aşağıdakılardır: 
Azərbaycan  Respublikası  üzrə  idxalın  əmtəə  strukturunu  səmərəliləş- 
dirmək: 
Azərbaycan  Respublikası  ərazisində  malların  gətirilməsi  və 
çıxarılmasının,  valyuta  gəlirlərinin  və  xərclərinin  əlverişli  nisbətini  təmin 
etmək; 
Valyuta  sərvətlərinin  Azərbaycan  Respublikasının  gömrük  ərazisinə 
gətirilməsi və bu ərazidən çıxarılması üzərində səmərəli nəzarət etmək; 
Azərbaycan  Respublikasında  malların  istehsal  və  istehlak  strukturunda 
mütərəqqi dəyişikliklər üçün şərait yaratmaq
Azərbaycan  Respublikasının  iqtisadiyyatını  xarici  rəqabətin  mənfi 
təsirindən qorumaq; 
Azərbaycan  Respublikası  iqtisadiyyatının  dünya  təsərrüfatı  ilə  səmərəli 
inteqrasiyasına şərait yaratmaq. 
Bu  qanunun  tətbiq  sahəsi  Azərbaycan  Respublikasının  vahid  gömrük 
ərazisidir. 
Gömrük tarifi 
Azərbaycan Respublikasının gömrük tarifi - Azərbaycan Respublikasının 
gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi 
309 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə