Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə106/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   114

T U R İ Z M  
İldə  250-300  mln  $  valyutanı  xaricə  çıxardırlar.  Onlar  xarici  ölkələrin 
turizminin  inkişafına  sərmayə  qoyurlar.  Halbuki,  Azərbaycan  turizminin 
özünün kapital qoyuluşuna böyük ehtiyacı var. 
Turist  və  mehmanxana  xidmətlərinə  verilən  sertifikatlar,  onlan  verən 
orqanlar  tərəfindən  xidmətlərin  ölkədə  qəbul  olunmuş  standartlara  uyğun 
olmasını təsdiq edirlər. Turizm sənayesinin müəssisələrinə verilən sertifikatlar 
iki cür olur: məcburi və könüllü sertifikatlar. Məcburi sertifikat o deməkdir ki
göstərilən xidmətlərin təhlükəsizliyinə, turistlərin əmlakının və ətraf mühitin 
qorunmasına  sertifikat  verən  təşkilat  zəmanət  verir.  Turist  məhsulunun 
təhlükəsizliyi - turistlərin həyatına və sağlamlığına heç bir riskin olmamasını, 
onun əmlakının bütün səfər boyu qorunmasını və ekoloji təhlükəsizliyi nəzərdə 
tutur. Sertifikat vermə, səlahiyyətləri dövlət tərəfindən təsdiq olunmuş təşkilat 
tərəfindən  tətbiq  olunur.  Bu  sənədin  bir  nüsxəsi  müəssisədə,  açıq  yerdə 
saxlanılır. 
Malların və xidmətlərin sertifikata olan ehtiyacını Dövlət Standart İdarəsi 
təyin edir. Elə mallar və xidmətlər var ki, onlann sertifikata ehtiyacı yoxdur. 
Lakin  turizm  və  mehmanxana  xidmətləri  belə  xidmətlərdən  deyil. 
Rusiyada  turizm,  ekskursiya  və  mehmanxana  xidmətlərinin  sertifıkatlaşması 
Ümumi  Rusiya  OK002-93  (OKUN)*  əsasmda  aparılmışdır.  Xidmə-tin  hər 
növünün  öz  kodu  var.  Məsələn;  «Mehmanxana  xidmətləri»  -  kod  041201; 
«Turist marşrutları ilə istirahət və səyahət» - kod 061200; «İstirahət günü turist 
səyahəti» - kod 061300; «Yerləşdirmə xidmətləri» - kod 061600; «Ekskursiya 
xidmətləri» - kod 062000 və s. 
«Turist  marsrutlan  ilə  istirahət  və  səvahət»  orunu  sadəcə  «Turist 
marşrutları»  adlanır.  Bu  qrupa  turların  19-a  qədər  müxtəlif  növləri  aid-dir. 
Nəqliyyat turları, idman, ov və sairə turlar bu qrupa aiddir. Bu qrup-da olan 
turlar ÜTT klassifıkasiyasına daxil olan turlardır. Bura dəmir yolu, avtobus, 
kruiz, avia, gəmilərlə təşkil olunmuş turlar aiddirlər. 
Quruda  nəqliyyatın  müxtəlif  növləri  ilə  təşkil  olunmuş  turların 
təhlükəsizliyi  beynəlxalq  norma  qaydaları  ilə  tənzimlənir.  Bu  qaydaların 
düzgün  tətbiq  olunmasına  məsuliyyəti  nəqliyyat  idarələri  daşıyırlar.  Ən  çox 
turistlərin həyatına təhlükə yaradan nəqliyyatın müxtəlif növləridir. Ona görə 
də,  turist  daşıyan  nəqliyyatın  bütün  növləri  xüsusi  nəqliyyat  təhlükəsizlik 
qaydaları ilə tənzimlənirlər. Nəqliyyatı idarə edən hər bir şəxs yola düşməkdən 
qabaq öz məsuliyyətini dərk etdiyi haqqında sənəd imzalamalıdır. Gəmilərin, 
paromların və başqa suda hərəkət növlərinin təhlükəsizli- 
* OKLIN OömepoccıiMCKiıii Kvtaccıi(|>ıiKarop vc.ıvı ııaciLicmııo - 
dcm.ikdir. 
297 


YEGANLI S.T., HACIYEV E. M. 
yinə  və  qəbul  olunmuş  beynəlxalq  «Su  nəqliyyatı»  normalanmn  və 
qaydalarının yerinə yetirilməsinə məsuliyyəti su nəqliyyat idarələri daşıyırlar. 
Bu təhlükəsizlik qaydalan eyniliklə hava nəqliyyatına da aiddir. Qeyd etmək 
lazımdır ki, nəqliyyat xidmətləri OKUN-da göstərilsə də, turist mehmanxana 
və  ekskursiya  xidmətlərinə  daxil  deyildirlər.  Nəqliyyat  xidmətlərinin 
keyfiyyəti  və  təhlükəsizliyi  başqa  standartlarda  və  normativ  sənədlərdə  öz 
əksini tapmışlar. 
Turist  səyahətlərinin  bəzi  növləri  yüksək  riskli  səyahət  növlərinə 
aiddirlər. Onlardan idman turizmi, dağ turizmi, sualtı səyahət, alpinizm, spe- 
leo turizm və s. qeyd etmək olar. Turizmin bu növlərində yaş məhdudiyyəti və 
turistlərin xüsusi hazırlıqlan tələb olunur. Dağ turizminin, avarçəkmə, yelkənli, 
motorlu qayıqlar və başqa idman turizm qruplarının rəhbərlərinə. bələdçilərə, 
tərcüməçilərə xüsusi hazırlıq lazımdır. Bu qruplann texniki avadanlıqla təmin 
olunması  lazımdır.  Əgər  bu  qruplar  böyük  olarsa,  qrupun  tərkibində  həkim 
olmalıdır.  Səfər  zamanı  bu  cür  qruplar  xilas  etmə  məntəqələri ilə  mütəmadi 
olaraq əlaqə saxlamalıdır. 
Qış  idman  turizmi  də  (xizək  sürmə)  müəyyən  qədər  risklə  əlaqədardır, 
ona görə də, marşruta çıxmaqdan əvvəl təhlükəsizlik tədbirləri görülməlidir. 
Sovet  dövründə  belə  turist  qruplarımn  təlimatçılan  idman  klublann-  da 
hazırlanırdı. 
Satılan  turist  xidmətlərinin  növləri  kodlaşmış  şəkildə  informasiya 
bazalarına çıxanimalıdırlar. 
«Ekskursiya  xidmətləri»  -  OKUN  kodu  -  062000.  sertifıkasiya 
sənədlərində bu xidmətlər sadəcə «Ekskursiyalar» adlanırlar (kod - 01300). 
«Ekskursiya  xidmətləri»  qrupu  17  ayrı-ayrı  ekskursiya  xidmətlərindən 
təşkil  olunmuşdur:  «Xidmətlərin  reallaşması»  (kod  062100)  və 
«Ekskursiyalar» (kod 062200), özü də 11 ekskursiya xidmətlərindən ibarətdir
ümumi  tanışlıq,  şəhərkənarı  gəzinti,  piyada  gəzinti,  istirahət  günü  nəqliyyat 
vasitəsi ilə gəzinti və s. Beləliklə, bütün ekskursiyalar və ekskursiya büroları 
sertifikat almalıdırlar və müəyyən standarta uyğun olmalıdırlar. 
Öz  məzmununa  görə  ekskursiyalar  ümumi  və  konkret  mövzu  üzrə 
aparılır.  Ümumi  şəkildə  ekskursiya  bir  neçə  mövzuya  toxunur.  Məzmunlu 
ekskursiyalar isə konkret mövzu ətrafında aparılır; tarixi, hərbi vətənpərvərlik. 
ədəbiyyat, mədəniyyət, tarixi memarlıq abidələrini əhatə edir. 
Bakı  şəhərinin  zəngin  muzeyləri,  tarixi  abidələri,  gözəl  memarlıq 
nümunələri müxtəlif növdə ekskursiya aparmağa imkan yaradır. Son zamanlar 
Bakının  tarixinə  və  memarlıq  abidələrinə  maraq  artmışdır.  Ekskursiya 
qruplarının  tərkibi  müxtəlifdir  (məktəblilər,  gənclər,  yaşlı  adamlar).  Onlar 
planlı və ya təsadüfi təşkil olunur. Bakının muzeylərini, sərgi salonlarını. 
298 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə