Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə107/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   114

T U R İ Z M  
]bədii rəssamlıq və ədəbiyyat muzeylərinə daim maraq göstərirlər. Ekskursiya 
edənlərin arasında çoxlu əcnəbilərə də rast gəlmək olur. Yaz və yay aylarında 
Bakı  buxtasında  kruiz  səyahətlərinin  ardı  kəsilmir.  Bakı  funikul-  yoru 
məktəblilərin  ən  çox  sevdiyi  səyahət  nəqliyyatıdır.  Mütəxəssislər  Bakı 
buxtasında yerləşən Böyük Zirə (Nargin) adasını gənclərin istirahət zonasına 
çevirmək  üçün  layihə  təklif  etmişlər.  Bu  zonanın  yaradılmasına  sponsor 
tapılarsa,  Nargin  adası  Bakılıların  sevimli  istirahət  və  ekskursiya  mərkəzinə 
çevrilə bilər. 
«İstirahət  gününün  turist  səfərləri»  (Kod  061300).  Bu  qrupa  istirahət 
günlərinin qısa müddətli səyahətləri kimi 9 müxtəlif xidmət növləri daxildir. 
İstirahət  günlərinin  miqdarından  asılı  olaraq  bu  səyahətlər  2  gündən  5  günə 
kimi  davam  edə  bilər  və  hər  günə  iki  ekskursiyanın  təşkili  nəzərdə  tutulur. 
Rusiya  klassifıkatorunda  bu  xidmət  «Turpoxod»  adlanır  və  qısa  müddətli 
piyada, su ilə, velosipçfjlə, atla, xizəklə (qışda), avtomaşınla və speleo turların 
təşkilini  nəzərdə tutur  və  qısa  səyahətlərin  təşkilinə  sertifikat  verilir.  Bu  cür 
səfərlərə sertifikat o zaman verilir ki, onlar tur kimi təşkil olunur. Lakin yaxşı 
məlumdur ki, bu cür səfərlərin təşəbbüskarı bəzən ayrı-ayrı aktiv turistlər, idarə 
nümayəndəsi və ya ailə başçısı olur. Bu zaman sertifikata ehtiyac olmur. 
Azərbaycanda  son  zamanlar  il  boyu  bu  cür  səyahətlər  tez-tez  təşkil 
olunur. Bunun bir neçə səbəbi var. Azərbaycanın ərazisi çox da böyük de yildir. 
Qısa  bir  müddətə  (bir  neçə  saata)  tamamilə  başqa  iqlim  və  relyef  şəraitinə 
düşmək  olur.  İstər  Şimal  (Quba-Xaçmaz),  istər  Cənub  (Lənkəran-Astara)  və 
istərsə  də,  Şimali-Qərb  istiqamətlərində  müasir  tələblərə  uyğun  istirahət 
mərkəzləri yaradılmışdır. Doğrudur, bu mərkəzlər özəl sektora aiddir və orada 
istirahət qiymətləri bazar qiymətlərinə uyğundur. Baxmayaraq ki, onlar dağın 
başında,  gölün  qırağında  və  ya  meşədə, dəniz  kənarında  yerləşirlər,  bununla 
belə  bu  mərkəzlərin  özlərinin  fərdi  elektro-  stansiyaları,  su  təchizatı,  meyvə 
bağları,  saunası,  baseyni,  konfrans  zalı,  beynəlxalq  rabitə  kanallan,  radio  və 
televiziyası  var.  Qiymətlərin  yuxan  olması  turistlərin heç  də  qabağını  almır. 
Ona  görə  ki,  qısa  müddətli  səfərə  çıxan  turistlərin  50  %-i  xarici  şirkətlərdə 
işləyən  əcnəbilərdir.  10-15  %-i  isə  yaxşı  işlə  təmin  olunmuş  Azərbaycan 
vətəndaşlarıdır.  Onlardan  da  yarısı  işgüzar  adamlardır,  yarısı  isə  xarici 
şirkətlərdə  işləyən  və  yüksək  əmək  haqqı  alan  Azərbaycan  vətəndaşlarıdır. 
Yerdə  qalan  vətəndaşlar  istirahət  qiymətinin  50  %-ni  işlədikləri  idarədən 
alırlar.  Bu  təşkilatların  ildə  iki  dəfə  öz  işçilərini  qısa  müddətli  istirahətə 
göndərməyə  imkanları  olur.  Bu  cür  səyahətlər  ancaq  işlə  təmin  olunmuş 
vətəndaşlara şamil oluna bilər. 
299 


YEGANL! S.T.. HACn^EV E. M. 
Qısa müddətli səyahətlər turbürolar tərəfindən təşkil olunur, lakin bəzi 
hallarda turistlər turizm mərkəzləri ilə əlaqəyə girib istirahət zonalarına özləri 
gedirlər. Bu zaman səfərin qiyməti 5-8 % ucuz olur. Turbüro belə səfəri təşkil 
edirsə, turun təhlükəsizliyini özü təmin edir. 
«Yerləşdirmə xidmətləri» (Kod - OKUN - 061600) qrupu bir neçə xidmət 
bölmələrinə bölünür: 
-
 
turistlərin mehmanxanalarda, pansionatlarda, turbazalarda, 
kempinqlərdə, palatka şəhərciklərində yaşaması (kod 061601); 
-
 
turistlərin kommunal və idarə mehmanxanalarında yaşaması (kod 
061609); 
-
 
turistlərin icarəyə götürülən binalarda yaşaması (kod 061603); 
-
 
turistlərin xüsusi kəndə və şəhər evlərində yaşaması (kod 061604 və 
061605). 
Beynəlxalq təcrübədə turistlərin  yerləşdirilməsi  Beynəlxalq  Standartlar 
əsasında apanlır. Bu standartlar UTT statistik sənədlərində göstərilir*. 
Melımanxanaya  verilən  sertifikatda  sertifikatı  verən  orqanın  adı,  serti- 
fıkatm  müddəti,  xidməti  göstərən  təşkilatın  adı  və  onun  kodu  göstərilir. 
Sertifikatı olmayan mehmanxananın və turist təşkilatının özünü reklam etməsi 
«Sertifikat  qanununda  qadağan  olunur.  Azərbaycan  mehmanxana-  larmdan 
köhnə  «İnturist»  mehmanxanası  Rusiya  Federasiyasının  (kod  061601) 
sertifikatını 
alnuşdır. 
Azərbaycan 
rayonlarında 
olan 
kommunal 
mehmanxanaların heç birinin sertifikatı yoxdur. Lakin bu mehmanxanalarda 
bir gün qalma qiyməti 20000 manatdan yuxandır. 
Məcburi sertifıkasiya ölkədə olan qanunlar əsasında və müəyyən sistemlə 
apanlır. Bu müəssisələrin siyahısını dövlət orqanlan təsdiq edirlər. Məsələn, 
turistlərin  yaşamaq  üçün  yerləşdirilməsi  dövlət  tərəfindən  təsdiq  olunmuş 
nomenklaturanın  tərkibindədir.  Restoranlar  və  kulinariya  məh-  sult^nu 
hazırlayan müəssisələr də bu siyahıya aiddirlər. 
Könüllü sertifıkasiya hüquqi və ya fiziki şəxsin ərizəsi əsasında könüllü 
sertifıkasiya  sistemi  əsasında  apanlır.  Könüllü  sertifıkasiya  verən  orqanlar 
tərəfindən,  müqavilə  əsasında  Təhlükəsizlik  sertifikatı  alındıqdan  sonra 
aparılır. Könüllü sertifikat xidmətlərin rəqabət qabiliyyətini artırmaqdan ötrü 
verilir.  Məlumdur  ki,  alıcılar  sertifikatı  olan  məhsullara  üstünlük  verirlər. 
Könüllü sertifikat verən orqan ildə bir dəfə obyektdə yoxlama aparır. Yoxlama 
zamanı verilən sertifikatın şərtlərinin pozulması aşkar olunarsa, sertifikat ləğv 
oluna bilər. 
* Seriya M. №8? BMT. Nyu-York. 1994. 
300 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə