Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə109/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   114

YEGANLI S.T.. HACIYEV E. M. 
turistlər  xaricilərin  7  %-ni  təşkil  edirlər.  Bu  məqsədlə  MDB  ölkələrinə  az 
təminatlı turistlər gəlir. 
Xarici  ekspertlər  belə  hesab  edirlər  ki,  iqtisadi  və  siyasi  stabilliyin 
olmamasına  baxmayaraq.  MDB  ölkələri  xarici  turistləri  öz  qədim  tarixi, 
memarlıq abidələri. Böyük İpək yolu turlan ilə, qədim Zaqafqaziya ölkələri ilə, 
daim qarla örtülü olan Qafqaz dağları ilə cəlb edə bilərlər. 
MDB ölkələri servis və qiymət problemini, sanballı turist məhsullarının 
hazırlanmasını  daim  diqqət  mərkəzində  saxlamalıdırlar.  Məsələn,  bu 
yaxınlarda Qazaxıstanda turistlər üçün dəyəri 40 mln $ olan akvarium tikilmiş 
və  turistlərin  istifadəsinə  verilmişdir.  Səmərqənddə  və  Buxarada 
tarixi-memarlıq  abidələri  bərpa  olubmuş  və  külli  miqdarda  xarici  turistləri 
özlərinə cəzb edirlər. 
Azərbaycanda  da  bir  çox  tarixi  abidələr  bərpa  olunmaqdadır,  yollar 
salınır, yeni milli parklar təşkil olunur və Böyük İpək yolu istiqamətində yeni 
turist marşxjatları yaranır. Böyük  İpək  yolu boyu turistlərin fasiləsiz axınını 
təmin etmək üçün ölkələr arası turizmin formallıqlarını sadələşdirmək və vahid 
hüquq bazasını yaratmaq tələb olunur. 
MDB  ölkələrində turizm  sahəsində  müəyyən  hüquqi baza  yaranmışdır; 
ölkələr arası əməkdaşlığın əsas prinsipləri qanunvericilik aktlarında öz əksini 
tapmış, dövlətlər arası turizmin inkişaf konsepsiyası tərtib olunmuşdur. Lakin 
qəbul  olunmuş  bu  sahədə  qanunlar  və  müqavilələr  işləmir.  Onların  həyata 
keçirilməsi mexanizmi yoxdur. Doğrudur, hər il 10 minlərlə MDB ölkələrinin 
vətəndaşları sərhədləri keçirlər, lakin turist qismində yox, öz ailə üzvləri ilə 
görüşmək və ya biznes məqsədi ilə bu yer dəyişmələr baş verir. 
Azərbaycan MDB ölkələrinin (Ermənistandan başqa) hamısı ilə (bir az 
çox, bir az az) iqtisadi əlaqələri genişləndirməyə çalışır. Lakin Azərbaycana 
MDB  ölkələriqdən  gələn  turistlərin  sayı  ümumi  gəlmə  turistlərin  10  %-ni 
(1997) təşkil edir. Bu rəqəm 1998-ci ildə 16,8 % olmuş, sonrakı illərdə isə yenə 
də azalmışdır. l997-ci ildə MDB ölkələrindən Azərbaycana 2655. 1998-ci ildə 
isə 2078 turist gəlmişdir. 
MDB  ölkələrində  turizm  mübadiləsinin  zəif  olmasının  səbəblərinin 
birincisi bu ölkələrdə iqtisadi vəziyyətin aşağı olması və turist xidmətlərinin 
isə  dünya  turist  qiymətləri  ilə  bərabərləşməsi  kimi  izah  olunur.  Nəqliyyat 
qiymətləri  əj^^ılinin  əksəriyyətinin  gəlirinə  uyğun  gəlmir.  Kimin  maddi 
imkanı varsa, o, uzaq xarici ölkəyə getməyə üstünlük verir. MDB ölkələrinin 
turist  bazarı  o  zaman  gerçəkləşə  bilər  ki.  onun  vətəndaşlarının  alıcılıq 
qabiliyyəti olsun, adam başına düşən illik gəlirin miqdarı çoxalsın; 
304 


T U R İ Z M  
ƏDƏBİYYAT 
1.
 
Turizm sahəsində normativ-hüquqi sənədlər. Azərbaycan Respublikası 
GÎT Nazirliyi. Bakı, 2003. 
2.
 
Azərbaycan  Respublikasının  «Kiçik  sahibkarlığa  dövlət  köməyi 
haqqında» qanunu. Bakı, 1999. 
3.
 
Актуальные проблемы туризма. PMAT, M., 1997. 
4.
 
Зорин  И.В.,  Квартальное  В.А.  Энциклопедия  туризма,  «Фин.  и 
Ст.», М.,2003. 
5.
 
Сенин В.С. Организация Меисдународного Туризма. «Фин. и Ст.», 
М., 2000. 
6.
 
Краткий  путеводитель  для  физических  и  юридических  лиц 
пересекающих таможную границу Азербайджанской Республики. 
Фонд  Содействия  Развитию  Предпринимательству  и  Рыной 
Экономики. Баку, 2002. 
3 0 5  


YEGANLI S,T,. HACn EV E-M. 
Əlavs M1 
Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün 
nəzərdə tutulmayan mallann Azərbaycan RespuUikasımn 
gömrük sərhədindən keçirilməsi qaydaları 
(Çıxartlış) 
Fiziki  şəxslər  istehsal  və  kommersiya  məqsədləri  üçün  nəzərdə 
tutulmayan hesab edilmiş malları (nəqliyyat vasitələri və aksizli mallar istisna 
olmaqla)  sadələşdirilmiş  qaydada  bəyan  etməklə  aşağıdakı  hallarda 
qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərini ödəmədən Azərbaycan 
Respublikasının gömrük sərhədindən keçirə bilərlər: 
-fiziki  şəxs  Azərbaycan  Respublikasının  gömrük  sərhədini  keçməklə 
ümumi  dəyəri  1000  ABŞ  dollarına  ekvivalent  və  ya  çəkisi  50  kq-dan  artıq 
olmayan malları gətirdikdə (apardıqda); 
-
 
beynəlxalq  poçt  göndərişləri  vasitəsi  ilə  ümumi  dəyəri  200  ABŞ 
dollarına  ekvivalent  və  ya  çəkisi  20  kq-dan  artıq  olmayan  malları  aldıqda 
(göndərdikdə); 
-
 
qeyri-rezident fiziki şəxslər (şəxsiyyəti təsdiq edən sənəddə iki təqvim 
ilindən yuxan xarici ölkədə yaşadığı barədə müvafiq qeydlər olduqda) daimi 
yaşayış məqsədilə Azərbaycan Respublikasına köçüb gələrkən (və ya rezident 
fiziki  şəxslər  Azərbaycan  Respublikasından  köçüb  gedərkən)  20000  ABŞ 
dollarına ekvivalent dəyər həcmində ailə üçün zəruri olan məişət əşyalarını özü 
gömrük  sərhədindən  keçərək  gömrük  orqanlarına  bəyan  etməklə  müşayiət 
olunan və ya müşayiət olunmayan baqajla gətirdikdə (apardıqda); 
-
 
Azərbaycan  Respublikasında  daimi  yaşayan  və  xarici  ölkələrdə 
müvəqqəti fasiləsiz yaşama müddəti 1 (bir) ili keçən vətəndaşlar Azərbaycan 
Respublikasına  qayıdan  zaman  10000  ABŞ  dollarına  ekvivalent  dəyər 
həcmində ailə üçün zəruri olan məişət əşyalarını gətirdikdə; 
-
 
zəruri ehtiyacların ödənilməsi üçün şəxsi əşyalan gömrük qaydalarına 
əməl etməklə müvəqqəti olaraq gətirdikdə (apardıqda); 
-
 
açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş əşyaları (gətirilməsi və 
aparılması  qadağan  edilmiş  əşyalardan  başqa)  Azərbaycan  Respublikasının 
gömrük sərhədindən keçirdikdə. 
Azərbaycan Respublikasının gömrük sərhədindən müşayiət olunmayan baqajla 
fiziki şəxslər tərəfindən sadələşdirilmiş və güzəştli qaydada ke 
3 0 6  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə