Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə111/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   114

YEGANLI S.T.> HACIYEV E. M. 
fəaliyyətin Əmtəə nomenklaturasına (bundan sonra - Əmtəə nomenkla- turası 
adlandırılacaqdır)  uyğun  olaraq  sistemləşdirilmiş  gömrük  rüşumu 
dərəcələrinin  məcmusudur.  Azərbaycan  Respublikasının  xarici  iqtisadi 
fəaliyyətinin  Əmtəə  nomenklaturası  malların  beynəbcalq  təcrübədə  qəbul 
olunmuş təsnifat sisteminə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər 
Kabineti tərəfindən müəyyən olunur. 
Gömrük tarifi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və 
həmin ərazidən çıxanlan mallara tətbiq edilir. 
Gömrük rüsum dərəcələri və onların müəvvən edilməsi oavdalan 
Bu  Qanunda  nəzərdə  tutulan  hallar  istisna  olmaqla,  gömrük  rüsum 
dərəcələri  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  mal  keçirən 
hüquqi və fiziki şəxslərdən, sövdələşmə növlərindən və digər amillərdən asılı 
olaraq dəyişdirilə bilməz. 
İdxal  gömrük  rüsumlarının  dərəcələri  Azərbaycan  Respublikasının 
Nazirlər Kabineti tərəfindən təyin edilir. Azərbaycan Respublikasımn əlverişli 
ticarət  rejimi  tətbiq  etdiyi  ölkələrin  malları  üçün  idxal  gömrük  rüsumları 
dərəcələrinin son həddi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 
müəyyən olunur. 
Bu  qanunun  müddəalanna  uyğun  olaraq,  Azərbaycan  Respublikası 
tərəfindən  tarif  imtiyazları  verildiyi  hallar  istisna  olmaqla,  əlverişli  ticarət 
rejimi  tətbiq  olunmayan  ölkələrin  mallanna  və  mənşə  ölkəsi 
müəyyənləşdirilməyən mallara idxal gömrük rüsumlanmn dərəcələri iki dəfə 
artmlır. 
İxrac gömrük rüsumlanmn dərəcələri və onların tətbiq olunduğu malların 
siyahısı,  həmçinin  xarici  iqtisadi  tənzimlənmənin  qeyri-tarif  tədbirləri 
Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  müəyyən  olunur. 
Azərbaycan  Respublikasımn  əlverişli  ticarət  rejimi  tətbiq  etdiyi  ölkələrin 
malları  üçün  ixrac  gömrük  rüsumları  dərəcələrinin  son  həddi  Azərbaycan 
Respublikasının Milli Məclisi tərəfindən təyin olunur. 
Malın gömrük dəvərini bəvanetmə 
Gömrük  dəyəri  mal  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 
keçirilərkən  deklarant  tərəfindən  Azərbaycan  Respublikasının  gömrük 
orqanına bəyan edilir. 
Gömrük ərazisinə gətirilən və həmin ərazidən çıxarılan malların gömrük 
dəyərinin bəyan edilməsinin qayda və şərtləri, o cümlədən bəyannamə forması 
Azərbaycan  Respublikasının  Dövlət  Gömrük  Komitəsi  tərəfindən  müəyyən 
edilir. 
Gömrük  dəyərinin  deklarant  tərəfindən  müəyyən  edilməsi  bu  qanunda 
nəzərdə tutulmuş üsullara uyğun olaraq həyata keçirilir. 
310 


T U R İ Z M  
Gömrük  dəyərinin  müəyən  edilməsinin  düzgünlüyünə  Azərbaycan 
Respublikasının gömrük orqanı nəzarət edir. 
Məlumatın məxfiliyinin qorunması 
Gömrük  orqanı  malın  gömrük  dəyəri  bəyan  edilərkən  deklarant 
tərəfindən  təqdim  edilmiş  məxfi  xarakter  daşıyan  və  kommersiya  sirri  olan 
məlumatları gömrük qiymətləndirilməsinin məqsədləri üçün istifadə edə bilər. 
Azərbaycan  Respublikasının  müvafiq  qanunvericilik  aktlarında  nəzərdə 
tutulan hallar istisna olmaqla, deklarantın icazəsi olmadan bu məlumatlar digər 
dövlət orqanları da daxil olmaqla üçüncü şəxsə verilə bilməz. 
Məxfi  xarakter  daşıyan  və  kommersiya  sirri  olan  məlumatların 
yayılmasına görə Azərbaycan Respublikasının gömrük orqanı və onun vəzifəli 
şəxsləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq 
məsuliyyət daşıyırlar. 
Deklarantın hüaua və vəzifələri 
Deklarant  tərəfindən  bəyan  edilmiş  gömrük  dəyəri  və  onun  müəyyən 
edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti təyin oluna bilən və sənədlərlə 
təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. 
Deklarant  tərəfindən  bəyan  edilmiş  malın  gömrük  dəyərini 
dəqiqləşdirmək  zərurəti  yarandıqda  deklarant  gömrük  orqanına  Azərbaycan 
Respublikası  qanunvericiliyinə  uyğun  olaraq  əmlak  girovu  qoymaq  və  ya 
müvəkkil bankın təminatını almaq şərti ilə bəyan edilən malın istifadə üçün 
ona verilməsi barədə müraciət edə bilər, yaxud keçirilən mal üçün Azərbaycan 
Respublikası  gömrük  orqanı  tərəfindən  gömrük  qiymətləndirilməsinə  uyğun 
olaraq gömrük rüsumlan ödəməlidir. 
Bəyan  edilmiş  gömrük  dəyərinin  dəqiqləşdirilməsi  və  ya  Azərbaycan 
Respublikasının gömrük orqanına əlavə məlumatların təqdim edilməsi ilə bağlı 
xərclər deklarant tərəfindən ödənilməlidir'. 
Bu zaman gömrük qiymətləndirilməsi ilə əlaqədar olaraq malın gömrük 
rəsmiləşdirilməsi müddətinin uzadılması deklarant tərəfindən mal üçün rüsum 
ödənişinə möhlət almaqdan ötrü istifadə edilə bilməz. 
Gömrük 
orqanının hÜQUQ 
və vəzifələri 
Deklarant  tərəfindən  bəyan  edilmiş  malın  gömrük  dəyərinin  təyin 
edilməsinin düzgünlüyünü təsdiq edən məlumat yoxdursa, yaxud dekla- rantın 
təqdim etdiyi sənədlərin düzgün olmadığına əsas varsa, bu zaman Azərbaycan 
Respublikasının  gömrük  orqanı  onda  olan  məlumatlar  (o  cümlədən  eyni  və 
eynicinsli  malların  qiyməti  barədə  məlumatlar)  əsasında  gömrük  dəyərinin 
müəyyən edilməsi üsullarını ardıcıl tətbiq edərək, bəyan edilmiş malın gömrük 
dəyərini müstəqil şəkildə təyin edə bilər. 
3 1 1  


YEGANLI S. T.. HACIYEV E. M. 
Azərbaycan Respublikasının gömrük orqanı, deklarantın yazılı sorğusuna 
əsasən bəyan edilmiş gömrük dəyərinin rüsum hesablanması üçün əsas kimi 
qəbul  edilməməsinin  səbəbləri  barədə  ona  üç  ay  müddətində  yazılı  izahat 
verməlidir. 
Deklarant  Azərbaycan  Respublikası  gömrük  orqanının  malın  gömrük 
dəyərinin müəyyən edilməsinə dair qərarı ilə razılaşmadığı halda, Azərbaycan 
Respublikasının  Gömrük  Məcəlləsində  müəyyən  olunmuş  qaydada  şikayət 
etmək hüququna malikdir. 
Rüsumun hesablanması, ödənilməsi və alınması 
Azərbaycan  Respublikasının  Gömrük  Məcəlləsinə  uyğun  olaraq,  mal 
üçün  rüsum  onun  gömrük  dəyərinə  əsasən  hesablanır,  ödənilir  və  alınır. 
Gömrük rüsumu respublika büdcəsinə mədaxil edilir. 
Gömrük dəyərinin müəwən edilməsi üsulları 
1.
 
Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  gətirilən  malların 
gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 
-
 
gətirilən malların sövdələşmə qiyməti ilə
-
 
eyni malların sövdələşmə qiyməti ilə; 
-
 
eynicinsli malların sövdələşmə qiyməti ilə; 
-
 
dəyərin toplanması üsulu ilə; 
-
 
dəyərin çıxılması üsulu ilə; 
-
 
ehtiyat üsulu ilə. 
2.
 
Gətirilən 
malların 
sövdələşmə 
qiymətinə 
uyğun 
olaraq 
qiymətləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. 
Əsas üsuldan istifadə edilə bilmədiyi halda, bu maddənin 1-ci bəndində 
göstərilən  üsullardan  hər  biri  ardıcıl  olaraq  tətbiq  edilir.  Bu  zaman  hər  bir 
sonrakı  üsulun  tətbiqi  gömrük  dəyərini  əvvəlki  üsulla  təyin  etmək  mümkün 
olmadıqda həyata keçirilir. 
Dəyərin çıxılması və toplanması üsullarından istənilən ardıcıllıqla istifadə 
edilə bilər. 
Malın mənsəvi haqqında sertifikat 
Malın  mənşəyi  haqqında  sertifikat  malın  müvafiq  ölkəyə  mənsub 
olmasını birmənalı şəkildə təsdiq etməli və aşağıdakılan əks etdirməlidir: 
a)
 
mal  göndərənin  malın  müvafiq  mənşə  meyarına  uyğun  gəlməsi 
haqqında yazılı ərizəsi; 
b)
 
sertifikatda  göstərilən  məlumatların  düzgün  olduğu  barədə  malın 
çıxarıldığı ölkənin səlahiyyətli orqanlarının yazılı şəhadətnaməsi. 
3 1 2  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə