Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə108/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   114

T U R İ Z M  
XXXVI FƏSİL 
MDB məkanında vahid turizm sferasımn yaradılmasımn hüquqi 
əsaslan 
Sovet İttifaqı süquta uğradıqdan sonra ölkədə yaranmış turist sistemi də 
ləğv  olundu,  turist  əlaqələri  iqtisadi  əlaqələr  kimi  kəsildi.  Bu  məkanda  yeni 
Müstəqil Dövlətlər Birliyi (MDB) yarandı. Birliyin dövlətləri arasında iqtisadi 
əlaqələr  bərpa  olunmağa  başladı.  Sonrakı  illərdə  MDB  ölkələri  turist 
əlaqələrini  yaratmaq  üçün  ciddi  addımlar  atmışdırlar.  Bu  məqsədlə 
Sankt-Peterburq başçılarının təşəbbüsü ilə MDB ölkələrinin Beynəlxalq Turist 
Assosasiyası  yarandı.  Bu  assosasiyaya  turizm  sahəsində  birgə  fəaliyyət 
göstərmək  üçün  MDB-nin  başqa  ölkələrindən  ‘6lan  nümayəndələri  dəvət 
olundu. 
1996-cı  ildə  MDB  Parlamentlər  arası  Assambleyası  bütün  MDB 
ölkələrinin başçılarına və hökumətlərinə Müraciət qəbul etmiş və onları turizm 
inkişafına və onun məqsədyönlü proqramının tərtib olunmasına kömək etməyə 
çağırmışdır.  Aşqabad  şəhərində  dövlətlərarası  turizm  sahəsində  əməkdaşlıq 
haqqında müqavilə bağlanmışdır (Aşqabad müqaviləsi). Bu müqavilənin 2-ci 
maddəsində deyilir: «Tərəflər turizm sahəsində ümumi turist məkanı yaratmaq 
üçün  çalışacaqlar,  turizm  sahəsində  hüquq  nor-  malanm  bir-birinə 
uyğunlaşdıracaq,  turistləri  yerləşdirmə  vasitələrində  vahid  klassifikator  və 
informasiya şəbəkəsi yaradacaqlap>*. 
Maddə 4: «Tərəflər öz ölkələrinin qanunları əsasında sərhəd, gömrük və 
başqa formallıqlan sadələşdirməyə çalışacaqlar, turistlərin sosial müdafiəsini 
və təhlükəsizliyini təmin edəcəklər». 
Maddə  7:  «Tərəflər  turizm  sahəsində  peşəkar  mütəxəssislər 
hazırlanmasında  bir-birinə  yardım  göstərəcəklər:  turist  orqanları,  turist 
müəssisələri  və  nəqliyyat,  turist  istehsalçılan,  restoranlar,  mehmanxanalar 
arasında  təcrübə  mübadilələri,  seminarlar,  simpoziumlar,  mütəmadi  olaraq 
elmi və təhsil materiallannın mübadiləsini təşkil edəcəklər». 
MDB  məkanında  turizmin  vahid  hüquq  bazasını  yaratmaq  məqsədi  ilə 
Parlamentlərə rası Assambleyası 29 oktyabr 1994-cü ildə «MDB dövlətlərinin 
turizm sahəsində əməkdaşlığının əsas prinsipləri» adlı sənədi qəbul etmişdir. 
Bu  sənəd  turizm  sahəsində  MDB  məkanında  Qanun  kimi  tətbiq  olunmağa 
tövsiyə olunmuşdur. 
MDB dövlətlərinə tövsiyə olunmuş bu qanunda deyilir ki, «ola bilsin ki, 
hər ölkədə turizmin hüquq sahəsində ölkəyə dair öz xüsusiyyətləri ol- 
(l.''rcüınəsi nnuMlirındirl. MDB arusı turi/.m suh.'tsitul.^ aməkduşlıq huqqındu 
müqavil.n. Aşqabad. 2.^ dekabr 1903-cii il 
301 


VTGANLI S.T.. HACIYEV E. M. 
sun, eyni zamanda bu sahədə qəbul olunmuş qanunlar təklif olunmuş qanunun 
əksinə  olmamalıdır».  Məsələn,  təklif  olunmuş  qanunun  3-cü  maddəsində 
(Dövlətin  turizm  sahəsində  siyasəti)  göstərilir:  «MDB  dövlətləri  turizmi  - 
iqtisadiyatın  səmərəli  sahəsi  və  xalqları  bir-birinə  yaxmiaşdıran  vasitə  kimi 
dəstəkləyir və onun inkişafı üçün ən əlverişli şərait^ hüquqi və normativ baza 
yaradır,  fiziki  və  hüquqi  şəxslər  üçün  bu  sahədə  fəaliyyət  göstərmək  üçün 
bərabər şərait yaradır və beynəlxalq turizmin inkişafına kömək edir»*. 
Maddə  4  MDB  dövlətlərinin  turizm  sahəsində  səlahiyyətlərini  əhatə; 
edir.  MDB  dövlətlərinin  və  onların  turizm  sahəsində  orqanlarının 
sərəncamında aşağıdakılar qalır: 
-
 
turizm  sahəsində  normativ  bazanın  yaradılması  və  dövlətlər  arası 
əməkdaşlığın koordinatlaşdırılması; 
-turizm 
sahəsində 
standartlaşma, 
lisenziya 
verilməsi 
və 
sertifikatlaşdırma; 
-
 
milli turizmin inkişaf pröqramlännın formalaşması; 
-
 
bəzi turistlərə verilən güzəştlərin qaydalarını təyin etrnək; 
-
 
dövlət  mülkiyyətinin  turizm  sahəsində  idarə  olunması,  turistlərin 
hüquqlarının qorunması və dövlət turizm orqanlarının maliyyələşdirilməsi; 
-
 
milli qanunvericilikdə qəbul olunmuş başqa fəaliyyət. 
Sadalanan bu hüquqi tədbirlərin demək olar ki, çoxu Azərbaycanda 
öz  əksini  tapmışdır.  Lakin  turizm  sahəsində  işləyən  qulluqçuların  klassifi- 
katoru,  turizm  və  mehmanxana  xidmətlərinin  standartlan  hələ  ki  tərtib 
olunmamışdır.  Qaldı  ki,  turizm  sahəsində  dövlət  mülkiyyətinin  idarə 
olunmasına, bu sahədə Azərbaycan başqa MDB ölkələrini qabaqlamış, turizm 
mülkiyyətinin çoxunu özəlləşdirmiş və dövlətin əlində fəaliyyət göstərən heç 
bir müəssisə qalmamışdır. Eyni zamanda, özəlləşməyən obyektlərin o hissəsi 
qalmışdır ki, onların bərpasına və rekonstruksiyasına külli miqdarda sərmayə 
tələb olunur. 
Ümumiyyətlə.  MDB  ölkələri  arasında  Rusiya  Federasiyası  turizm 
sahəsində  qabağa  getmişdir.  Turizmin  inkişafı  sahəsində  bu  ölkədə  çoxlu 
yeniliklər  baş  vermişdir.  Rusiya  Federasiyasının  təbii  turist  sərvətləri  çox 
zəngin və turizm sahəsində elmi potensialı da yüksəkdir. Orada ayda turizmə 
həsr  olunmuş  onlarla  qəzet  və  jurnal  çap  olunur.  Turizm  sahəsində  çoxlu 
kitablar hazırlanır və xarici dillərdən rus dilinə tərcümə olunur. 
tərcüməsi müəllifindir. 
302 


T U R İ Z M  
SSRİ-nin  süqutundan  sonra,  Rusiya  Sovet  İqtisadiyyatının  turist 
potensialının varisi olmuşdur. Rusiyada yüzlərlə müasir mehmanxanalar hələ 
Sovet dövründə tikilmişdir. Sonrakı illərdə də Rusiya hökuməti ölkəyə xarici 
sərmayə  cəlb  edə  bilmiş  və  yeni  mehmanxanalar  tikdirmiş,  yeni  turist 
marşrutları yaratmışdır. Rusiyanın Qara dəniz, Qafqaz kurortları, Baykal gölü, 
«Qızıl  dairə»  turist  marşrutları,  Moskva,  Sankt-Peterburq  kimi  turist 
mərkəzləri ildə milyonlarla turist qəbul edirlər. 2000-ci ildə Rusiya 21,2 mln 
nəfər xarici turist qəbul etmişdir <İnformasiya ÜTT-a məxsusdur). 
Xarici  ekspertlər  MDB  ölkələrində  turizmin  inkişafına  təsir  göstərə 
biləcək ciddi ekoloji problemlərin olmamasını təsdiq edirlər. Avropamn kurort 
zonalarına  nisbətən  ekoloji  vəziyyət  bu  ölkələrdə  heç  də  pis  deyildir.  Eyni 
zamanda, qeyd etmək lazımdır ki, turist regionlannın bəziləri sənaye və kənd 
təsərrüfatı  və  hətta  radioaktiv  tullantıları  ilə  çirklənmişlər.  Ekoloji  şəraitin 
yaxşılaşması  xarici  turistlərin  gəlməsi  üçün  ən  vacib şərtlərdən  biridir.  Eyni 
zamanda, hələ ki, Rusiyada xaricə gedən turistlərin sayı ölkəyə gələn turistlərin 
saymdan  çoxdur.  Turizm  ölkəyə  valyuta  gətirən  sektora  çevrilmək  əvəzinə, 
ölkədən  valyutanı  çıxardan  kanala  çevrilmişdir.  Ölkədə  minlərlə  iş  yerləri 
açmaq əvəzinə, iş yerlərini xarici ölkələrdə açır. Daxili turizm Rusiyada zəif 
inkişaf edir. Ona görə də, daxili turizmin minlərlə müəssisələri, bağlanmış və 
bu  sahədə  əvvəllər  işləyən  400  min  adam  işsiz  qalmışdır  (İ.B.  Zorin,  B.A. 
Kvartalnov. Turizmin ensiklopediyası. M., səh. 4,2003). 
Xarici  ekspertlərin  çoxu  təsdiq  edir  ki,  MDB  ölkələrində  turist 
xidmətlərinin  keyfiyyəti  Avropa  ölkələrinə  nisbətən  aşağı  səviyyədədir.  Bu 
ölkələrdə  olan  turizm  növləri  gəncləri,  gəliri  az  olan  turistləri,  işgüzar 
adamları,  ekoloji  turistləri,  idmanla  məşğul  olmaq  və  müalicə  olunmaq 
istəyənləri  cəlb  edə  bilər.  MDB  məkanında  işgüzar  turizmin  yaxşı 
perspektivləri var. Bu ölkələrin zəngin sərvətlərini mənimsəməkdən ötrü aktiv 
işgüzarlıq  fəaliyyətini  inkişaf  etdirməyə  böyük  ehtiyac  var.  Əvvəllər  bu  cür 
fəaliyyət turizmin mərkəzi şəhərlərinə aid idi. Hal-hazırda işgüzar turizm artıq 
regionlara  yayılmışdır.  Biznes  turların  reklamı,  yeni  marşrutların  tərtib 
olunması, infrastrukturun yaradılması, kadrların hazırlanması, xarici kapitalın 
cəlb olunması MDB məkanında biznes turizminin inkişafına səbəb ola bilər. 
Azərbaycanda idman turizminin* inkişafı üçün son zamanlar yaxşı şərait 
yaradılmışdır. Regionlarda olimpiya kompleksləri tikilir, idman turistləri üçün 
rahat  yaşayış  evləri,  sauna,  basseyn  və  başqa  xidmət  sahələri  yaradılmışdır. 
İstirahət və müalicə məqsədi ilə MDB ölkələrinə gələn 
303. 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə