~ 65 ~
olur. Eyni zamanda suyun 4
0
C-də sıxlığı vahidə bərabər
olduğundan, yumruların sıxlığı bərabər olur:
D=
.
Kartof yumrularının sıxlığının xüsusi Parov tərəzisində təyin
edilməsi əlverişlidir (şəkil 2.3). Tərəzi qeyri-bərabər çiyinli
koromısloya malik olub, qısa çiyində əsas tarazlaşdırıcının
balansiri və çəkmək üçün iki xüsusi – yuxarı və aşağı kəndir
səbəti yerləşir. Tərəzi suyun 17,5
0
C temperaturuna uyğun
dərəcələnmişdir. Əgər çəkilmə suyun başqa temperaturunda
aparılarsa, nəticə düzəlişlə götürülür (cədvəl 2.2).
Şəkil 2.3. Kartof yumrularının sıxlığına görə nişastanın
miqdarını təyin etmək
üçün Parov tərəzisinin sxemi
İş aşağıdakı kimi yerinə yetirilir. Aşağı səbəti suya buraxılan
tərəzi şkala üzrə balansiri hərəkət etdirməklə tarazlaşdırılır. Yu-
yulmuş və qurudulmuş yumrulardan götürülən orta nümunədən
(azı 20 kq) 5,2 yaxud 1 kq çəki götürülərək yuxarı səbətdə çəkilir.
Çəkini daha dəqiq götürmək üçün 1-2 yumrunu doğramaq olar.
Sonra yumrular aşağı səbətə buraxılır və suda onların kütləsi təyin
~ 66 ~
edilir. Orta nümunədən ikinci çəki götürülərək çəkilmə təkrarla-
nır. İki çəkilmənin orta nəticəsinə əsasən cədvəldən yaxud nomo-
qrammadan istifadə edilməklə (şəkil 2.4) yumrularda nişastanın
miqdarı tapılır.
Cədvəl 2.2
Kartof yumrularının sıxlığına görə nişastanın
təyinində suyun
temperaturuna düzəliş
Suyun
temperaturu,
0
C
Düzəliş, %
Suyun
temperaturu,
0
C
Düzəliş, %
7
+0,27
15
+0,09
8
+0,26
16
+0,06
9
+0,25
17
+0,02
10
+0,23
17,5
0
11
+0,20
18
-0,02
12
+0,17
19
-0,06
13
+0,15
20
-0,08
14
+0,12
21
-0,12
Şəkil 2.4. Kartof yumrularının sıxlığına görə quru maddələrin
və nişastanın təyini üçün nomoqramma
Əgər xüsusi tərəzi olmazsa, təyin etmə kasalı tərəzidən istifadə
edilməklə yerinə yetirilir. Onu stol üzərində qururlar. Kasanın
~ 67 ~
birinin altında stolda yuva vardır ki, kəndir səbət ondan keçməklə
stol altındakı su ilə dolu vedrəyə buraxılaraq çəkilir. İşin sonrakı
davamı oxşar olub, əvvəlcə yumrular havada tərəzinin kasasında,
sonra suda kəndir səbətdə çəkilir. Yalnız dəqiq
çəkmək üçün xeyli
sayda gir və çəki daşları tələb olunur.
2.6.
Kartofdan nişastanın alınması və
onun
n
ə
mliyinin t
ə
yini
Nişasta istehsalı üçün kartof yumruları əsas xammal olub, on-
larda nişastanın miqdarı 15-18% arasında dəyişir. Kartof nişastası
isə bir çox istehsallar üçün xammaldır. Meyvə və tərəvəzlərin
emalında ondan kisel hazırlamaq üçün istifadə edirlər.
Nişasta dənlərini ayırmaq üçün yumruları bacardıqca xırda
doğrayırlar ki, hüceyrələrə daha çox zərər verilsin. Xırdalanmış
kütlə soyuq suda yuyulur, nişasta onda həll olmayıb, yüksək sıxlı-
ğına görə ilk növbədə çökür. Sonra onu yuyaraq toxuma qalıqla-
rından və qarışıqlardan ayırırlar.
Nişastanın zavod istehsalında yumruların sürtgəcdən keçiril-
məsi, onların təmizlənməsi, sentrafuqa üsulu ilə qurudulması tam
mexanikləşdirilmişdir.
Tapşırıq. Kartof yumrularından laboratoriya şəraitində nişasta
hazırlanması və xam nişastanın çıxımının müəyyən olunması.
Kartof yumruları əl mətbəx sürtgəci yaxud laboratoriya sürtgəc
maşınlarında xırdalanır. Xırdalanmış kütlə təmiz ələkdə toplanır
və soyuq su ilə yuyulur. Yuyuntu suyu iri həcmli qablara – qazan-
lara, vedrələrə doldurulur. Ələkdə kartof əzintisi, yuyuntu suyun-
da isə nişasta dənləri yığılır. Əgər lazım gələrsə kütləni iki ələk-
dən buraxmaq olar: birinci – deşiklərinin diametri böyük olanlar-
dan; ikinci – xırda olanlardan.
Nişasta toplayıcı qabın dibində çökür. Çökmədən sonra bulan-
lıq su götürülür, yeni soyuq su porsiyası əlavə olunur, nişasta yu-
yulur və yenidən çökmə üçün qoyulur. Beləliklə nişasta demək
olar ki, ağ rəng alanadək bir neçə dəfə yuyulur. Su qalığı kənar
edilir, alınan nişasta bir neçə qat düzülmüş filtr kağızında topla-